Əlaqə
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
- Aralık(45)
- Kasım(5)
-
Ekim(84)
- Eki 20(1)
- Eki 13(1)
- Eki 10(7)
-
Eki 09(10)
- Cəmil Həsənlinin Seçki Qərargahı: “Milli Şura elan...
- Saxtakarlıq olmasa Cəmil həsənli qalıb olacaq
- Cəmil Həsənlinin Seçki Qərargahı seçki qanunsuzluq...
- İnsan Hüquqları Klubu 2013-cü ildə həbs olunmuş və...
- Nə qədər ki, rejimi tənqid edən şəxslər həbsdədir,...
- oxucuların nəzərinə çatdırır ki, seçki pozuntuları...
- Saxta bülletenlər. Küncü kəsilməmiş seçki bülleten...
- 125 yaşlı nənə səs verdi
- Budəfəki seçkidə 10 namizəd mübarizə aparır.
- MSK-dan mobil seçki saxtakarlığı
- Eki 08(11)
- Eki 07(10)
- Eki 06(8)
- Eki 05(7)
- Eki 04(4)
- Eki 03(4)
- Eki 02(11)
- Eki 01(10)
- Eylül(81)
- Ağustos(7)
- Temmuz(39)
- Mayıs(5)
- Nisan(15)
- Mart(12)
- Şubat(12)
- Ocak(58)
9 Ekim 2013 Çarşamba
Cəmil Həsənlinin Seçki Qərargahı: “Milli Şura elan olunacaq nəticələri etimad göstərə bilməz”
Milli Şuranın prezidentliyə vahid
namizədi Cəmil Həsənlinin Seçki Qərargahı ilk bəyanatını yayıb. Musavat.com-a
daxil olan bəyanatda deyilir: “9 oktyabr 2013-cü il seçkilərinin başladığı
andan bütün ölkə ərazisində seçki məntəqələrindən səsvermənin nəticələrinə
ciddi təsir edəcək qanun pozuntuları və saxtalaşdırma halları barədə məlumatlar
almaqdayıq. Qanun pozuntuları barədə xəbərlər təkcə Cəmil Həsənlini təmsil edən
müşahidəçilərdən, məşvərətçi səs hüquqlu seçki komissiyası üzvlərindən, onun
vəkillərindən və səlahiyyətli nümayəndələrindən deyil, səs verən tərəfsiz
seçicilərdən və tərəfsiz müşahidəçilərdən də daxil olur, eyni zamanda, mediada
bu haqda əsaslı məlumatlar, foto və videogörüntülər yayılır”.
Qərargah bəyan edib ki, bu pozuntuların
böyük əksəriyyəti Cəmil Həsənlinin qələbəsinin qarşını almaq məqsədi daşıyır.
“Səsvermə zamanı ən müxtəlif qanun pozuntularına rast gəlinir. Səsvermənin ilk
saatlarından Cəmil Həsənlini təmsil edən və müstəqil olan müşahidəçilərə qarşı
təzyiqlər edilib. Çox hallarda müşahidəçilər seçki məntəqələrinə buraxılmayıb,
bir çox yerlədə onlara öz işini aparmağa imkan verilməyib, bəzi hallarda isə
onlar seçki məntəqəsindən zorla çıxarılıblar. Bir neçə seçki məntəqəsindən
müşahidəçilərin polis tərəfindən həbs edilməsi barədə məlumat almışıq. 12 saylı
dairədən Xəqani Əliyev polis tərəfindən oğurlanıb. Cəmil Həsənlini təmsil
edən məşvərətçi səs hüquqlu komissiya üzvlərinə seçki komissiyalarının işində
iştirak etməsinə imkan verilməyib.
Seçki bülletenlərinin sayılmasında,
onların saxlanılmasında, seçicilərə verilməsində qanunun tələbləri bir qayda
olaraq yerinə yetirilməyib. Əksər seçki məntəqələrində seçki bülletenlərinin
sayılmasında Cəmil Həsənlinin müşahidəçilərinin iştirakı təmin edilməyib. Bir
çox məntəqələrdə isə seçki bülletenləri ümumiyyətlə sayılmayıb”.
Bəyanatda vurğulanır ki, bütün
dairələrdə “karusel” üsulundan, yəni ayrı-ayrı qrupların eyni və müxtəlif seçki
məntəqələrində təkrar-təkrar səsverməsi halları qeydə alınıb.
”Nəticə etibarı ilə demokratik,
ədalətli, şəffaf seçkilərin keçirilməsindən söhbət gedə bilməz”-deyə bəyantda
qeyd edilib. O da bildirilib ki, Milli Şura, bu seçkilərin azad və ədalətli olduğunu
qəbul edə və bu seçkilərin elan olunacaq nəticələrinə etimad göstərə bilməz.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder