Blog Arşivi

10 Ekim 2013 Perşembe

"Əliyevlər sülaləsinin məqsədi əbədi hökmranlıqdır"

Fransa mediası Qərbi Azərbaycanda baş verənlərə göz yummaqda ittiham etdi
HaqqYolu - Fransanın “Le Point” jurnalı Azərbaycandakı seçkidən yazarkən Qərbin neft-qaz və strateji maraqlara görə Əliyev klanına loyal münasibətindən bəhs edir. “Azərbaycan: Avropa niyə gözünü bağlayıb?” başlıqlı məqaləni təqdim edirik:
Avropa niyə gözünü bağlayıb?
Avropa Ittifaqı Azərbaycandan aldığı qaza görə Əliyevin ardıcıl üçüncü dəfə prezidentliyini pisləməkdən imtina edir.
Hətta demokratiyadan uzaq vacib iqtisadi tərəfdaşla da münasibətləri istəmir. Yaxın on ildə Avropaya qaz satacaq Azərbaycanda çərşənbə günü Ilham Əliyev ardıcıl üçüncü müddətə prezident olur. O, bu vəzifəni on il əvvəl atası, keçmiş KQB generalı, Kommunist partiyasının Siyasi Bürosunun üzvü Heydər Əliyevdən miras alıb.

“Ilham Əliyev ölkəni dəmir yumruqla idarə edir. Son on ildə ölkə demokratiya baxımından xeyli geri gedib, bu ölkədə insan hüquqlarına qətiyyən hörmət olunmur. Istənilən fərqli fikrin qarşısı qəddarlıqla alınır”, - deyə ABŞ-ın Azərbaycandakı keçmiş diplomatı Rebekka Vinsent bildirib.
Siyasi məhbuslar
Hər seçkidə Qərb müşahidəçiləri çoxsaylı qanun pozuntuları qeydə alıblar. Bununla da seçkinin demokratikliyi şübhə altına düşüb. Amma Azərbaycan prezidenti bundan narahat deyil. Hətta 2009-cu ildə referendum vasitəsilə Konstitusiyada bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə olan qadağanı da aradan qaldırdı.
Son bir ildə bu ölkədə 142 nəfər, o cümlədən müxalifət təmsilçiləri, jurnalistlər, bloggerlər, vətəndaş cəmiyyətinin fəalları siyasi motivlərlə həbsxanaya salınıb.
ABŞ-ın Bakıdakı diplomatlarının teleqramlarından belə aydın olur ki, Əliyevlər sülaləsinin məqsədi əbədi hökmranlıq şəraiti yaratmaqdır.
Bu yaxınlarda daha bir jurnalist - “Talışi Sədo” qəzetinin baş redaktoru, hakimiyyəti tənqid edən Hilal Məmmədov narkotik və vətənə xəyanət ittihamıyla beş il azadlıqdan məhrum edildi.
Azərbaycan hakimiyyəti regionlardakı sosial partlayışlara görə daim narahatlıq içindədir. Bu il Ismayıllıda əhalinin kütləvi etiraz dalğası baş qaldırmışdı.
“Əhali sosial ədalətsizliyə, məmurlar tərəfindən sui-istifadə hallarına, korrupsiyaya etiraz edirdi. Bu etirazlar çox amansız repressiyalarla qarşılandı. Xeyli adam həbs olundu”, - deyə Londonda yerləşən Müstəqil Iqtisadçılar Qrupunun Qafqaz üzrə mütəxəssisi Aleks Nice bildirib.
Ekspert qeyd edib ki, Ilham Əliyev istəsə belə, korrupsiyaya qarşı mübarizə apara bilməz. Əks halda, onun rəhbərlik etdiyi sistem dağıla bilər.

ABŞ diplomatları Əliyev klanını mafiyaya bənzədir

Reallıqda mafiya olan Əliyev klanı neft pulları hesabına varlanmaqda ittiham olunur. Amerika diplomatları onları “Xaç atası”ndakı Karleone ailəsilə müqayisə edir.
Jurnalist Xədicə Ismayılova deyir ki, Əliyevlər ailəsi ölkədə bank, tikinti, telekommunikasiya sektoruna nəzarət edir. Jurnalistin bu istiqamətdə araşdırmalarından sonra onun evinə gizli kamera yerləşdirilərək, sonradan görüntülər internetdə yayılıb.
Müxalifət bu dəfə prezident seçkisinə vahid namizədlə getdi. Bu, tarix professoru, keçmiş deputat Cəmil Həsənli idi.
“Azərbaycanda müxalifət çox nadir hallarda elektron KIV-də işıqlandırılır. Amma Ilham Əliyev telekanallarda geniş təbliğ olunur. Gənclər internetdən istifadə etsə də, əhalinin böyük əksəriyyəti informasiyanı yalnız telekanallar vasitəsilə ala bilir”, - deyə Rebekka Vinsent bildirib.
Hələ seçki debatlarında Cəmil Həsənli bildirirdi ki, yalnız kütləvi saxtakarlıq Ilham Əliyevə qələbə qazandıra bilər.
Hətta avropalı müşahidəçilər ciddi qanun pozuntularının şahidi olsalar da, Qərbin buna səs-küylü reaksiya verib-verməyəcəyi məlum deyil. Məsələn, ölkədəki repressiv mühitlə baxmayaraq, seçkidən bir neçə gün əvvəl Avropa Ittifaqı sadəcə, müxalifətə, vətəndaş cəmiyyətinə, müstəqil mətbuata qarşı təzyiqlərdən “narahatlıq” ifadə bəyanat yaymışdı.
Avropa Ittifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Füle hətta seçki kampaniyasının “dinc şəraitdə keçməsini” alqışlamışdılar.
“Azərbaycan müstəqil olandan sonra müxtəlif dövlətlərin maraq obyektinə çevrilib. Əvvəl atası Heydər Əliyev, sonra da Ilham Əliyev özü Avropada özlərinə müştərilər tapdılar. Bu yolla da Rusiyanın hökmranlığını azaltdılar. Azərbaycan eyni zamanda, qoşunların Əfqanıstana çatdırılması baxımından NATO üçün önəmli tərəfdaşdır. Məhz bu maraqlara görə Avropa və Amerika siyasətçiləri Azərbaycan hakimiyyətinə loyal münasibət göstərirlər”, - deyə Aleks Nice bildirib.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel