Blog Arşivi

9 Ekim 2013 Çarşamba

oxucuların nəzərinə çatdırır ki, seçki pozuntuları ilə bağlı ən son məlumatlar bu bölmədən dəyərli oxuculara çatdırılacaq



Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı seçki pozuntuları ilə bağlı növbəti pres-relizi təqdim edib:
16 saylı Yasamal ikinci seçki dairəsinin 1 saylı məntəqəsindən verilən məlumata görə, həmin məntəqədə Torpaq Komitəsinin işçiləri dəfələrlə təkrar səsverməyə cəlb olunur. Seçicilərin barmaqlarına mürəkkəb vurulmur.
18 saylı Nərimanov-Nizami seçki dairəsinin 35 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Mütalib Novruzovun verdiyi məlumata görə, bu məntəqədə seçki qutusuna külli miqdarda seçki bülleteninin topa halında atıldığı aşkar edilib.

17 saylı Yasamal üçüncü seçki dairəsinin 31 saylı məntəqəsində bu rayonun ərazisində fəaliyyət göstərən 60 saylı MKİS-in işçiləri həmin seçki məntəqəsində qeydiyyatda olmamalarına baxmayaraq, səsvermədə iştirak etmələrinə imkan yaradılıb.
22 saylı Nəsimi ikinci seçki dairəsindən səlahiyyətli nümayəndə Xeyrulla Balaxanlının verdiyi məlumata görə, bu dairənin ərazisində yerləşən 14 saylı Mənzil İstismar Sahəsinin Ramin adlı rəisi beynəlxalq müşahidəçilərin gözü qarşısında öz işçilərinin 2, 3 və 4 saylı seçki məntəqələrində təkrarən səs vermələrini təşkil edib.
15 saylı Yasamal birinci seçki dairəsindən verilən məlumata görə, bu dairənin 2 və 3 saylı məntəqələrində seçicilər kütləvi şəkildə qeydiyyatdançıxma vəsiqəsi ilə səs verir.
8 saylı Binəqədi birinci seçki dairəsinin 28 saylı məntəqəsində bir seçicinin bir neçə dəfə təkrar səsverməsi qeydə alınıb.
27 saylı Sabunçu seçki dairəsinin 2 saylı seçki məntəqəsində səlahiyyətli nümayəndə Elşən Həsənli məntəqəyə buraxılmır.
8 saylı Binəqədi birinci seçki dairəsinin 15 saylı məntəqəsində seçkidə iştirak edən seçicilərin sayı barədə Dairə Seçki Komissiyasına şişirdilmiş  məlumat verilib
47 saylı Mingəçevir seçki dairəsində səlahiyyətli nümayəndə Nurəddin Rüstəmov seçki məntəqəsinə buraxılmır.
120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsinin 29 saylı məntəqəsindən verilən məlumata görə, məşvərətçi səs hüquqlu komissiya üzvü  Xəqan Əliyevi saxlanılaraq polis bölməsinə aparılıb.
83 sayli Agcabədi-Füzuli seçki dairəsinin 35 sayli secki məntəqəsində müşahidəçi Anar Gəraylının verdiyi məlumata görə, məntəqə seçki komissiyasının sədri topa halında seçki bülletenlərini seçki qutusuna şəxsən doldurur.
113 saylı Şəki şəhər seçki dairəsinin 9 saylı seçki məntəqədən müşahidəçi Cavid Əliyevin verdiyi məlumata görə, seçicilərin barmaqlarının boyanması üçün mürəkkəb yoxdur. Bu seçki məntəqəsində başqa rayonlarda qeydiyyatda olan şəxslərin səs verməsinə imkan yaradılır, karusel əməliyyatı həyata keçirilir.
61 saylı Neftçala seçki dairəsindən Adil Əjdəroğlunun verdiyi məlumata görə, bu dairənin 2, 3, 4, 5 və 6 saylı məntəqələrində kütləvi qanun pozuntularına və saxtakarlıqlara yol verilir. Müşahidəçilərin seçki prosesini izləməsinə imkan verilmir. Seçki qutularına topa şəkildə bülletenlər atırlar. 6 saylı seçki məntəqəsində məntəqə seçki komissiyasının işində seçki komissiyasının üzvü olmayan şəxs iştirak edir.
34 saylı Xətai ikinci secki dairəsinin 15 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Ceyhun Babayevin verdiyi məlumata görə, karusel əməliyyatı həyata keçirilir. Məşvərətçi səs hüquqlu komissiya üzvünün barmağa mürəkkəb vurulması prosesini müşahidə etməsinə imkan verilmir.
34 saylı Xətai ikinci seçki dairəsinin 4 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Elnur Məcidlinin verdiyi məlumata görə, barmağında mürəkkəb olan seçicilər təkrarən bu məntəqədə səs verməyə buraxılıblar. Elnur Məcidlinin seçki komissiyasının işində iştirak etməsinə imkan verilməyib, o, polis vasitəsilə məntəqədən çıxarılacağı ilə hədələnib.
10 saylı Binəqədi seçki dairəsindən səlahiyyətli nümayəndə Akif Babayevin verdiyi məlumata görə dairənin 31, 33, 34 saylı məntəqələrində seçki bülletenləri kütləvi şəkildə seçki qutularına atılır. Karusel əməliyyatı həyata keçrilir
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 8 saylı məntəqəsində müşhahidəçi Nazir Adıgözəlovun verdiyi məlumata görə, 3 nəfərlik qrup 8 seçici əvəzinə səs verib. YAP-ın nümayəndəsi Xankərəm Orucov  karusel əməliyyatına rəhbərlik edir.
91 saylı Ucar seçki dairəsinin 1 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Fəzli Mehdiyevin verdiyi məlumata görə, o, “Azadlıq” radiosunun əməkdaşı ilə birgə seçki məntəqəsinə daxil olan zaman başqa bir otaqda seçki bülletenlərinin küncləri kəsilib seyfə qoyulmasının şahidi olub. Bu məntəqədə seçki qutusuna topa şəkildə seçki bulletenləri atilir.
27 saylı Sabunçu birinci seçki dairəsinin 15 saylı məntəqəsindən müşahidəçi Teymur Kərimovun verdiyi məlumata görə, başqa ünvanda qeydiyyatda olanlar bu məntəqədə səs verir. Bu məntəqədə seçki qutularına topa şəkildə seçki bülletenləri atılır.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel