Əlaqə
4 Aralık 2013 Çarşamba
Asim Məmmədovun anası prokurorluqda ifadə Verdi

Samirə Məmmədova: “Mən onun öldürülməsi iddiasına şübhə edirəm”
Asim Məmmədov: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ikinci
kurs tələbəsi Asim Məmmədovun yas mərasimi dekabrın 3-də saat 14.00-da Əhmədli
qəsəbəsi, Sarayevo 17 (“Murad” şadlıq evi ilə üzbəüz) ünvanında keçiriləcək. Bu
barədə mərhum tələbənin facebook profilində məlumat yerləşdirilib.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi,
1994-cü il təvəllüdlü Asim Vasim oğlu Məmmədovun meyiti noyabrın 25-də dənizdən
tapılıb. Rəsmi məlumata görə, ilkin araşdırmalar mərhumun intihar etdiyini deməyə
əsas verir. Bu versiyanı qismən də olsa mərhumun anası da təsdiqləyib. Mətbuata
müsahibəsində Samirə Məmmədova oğlunun intihar etməsi versiyasına inandığını
gizlətməyib. Eyni zamanda A.Məmmədovun ölümündən əvvəl Türkiyədən olan bir qızı
sevdiyini, evlənmək istədiyini, ancaq qızın buna razılıq vermədiyini bildirib.
Yeri gəlmişkən, Asim Məmmədov noyabrın 16-dan itkin düşüb. O da məlum olub ki,
A. Məmmədov evdən çıxarkən mobil telefonunu evdə qoyub.
Ancaq dostları, tanıyanlar onun intihar etməsi faktına
inanmırlar. Ortada ciddi əsaslar olmasa da, dindar, mübariz tələbənin birdən-birə
özünə qəsd etməsi çoxlarında şübhə yaradıb. Qeyd edək ki, A.Məmmədov xeyli dərəcədə
fəal gənclərdən olub. Bəzi saytlarda dini mövzularda məqalələr, tərcümələr
edib. Bundan başqa, müxalifətin aksiyalarına qatılıb, apreldə ilahiyyatçı Taleh
Bağırovun həbsinə etiraz olaraq keçirilən aksiyada həbs olunub, 10 sutka həbsdə
yatıb. Oktyabrın 28-də yenə Taleh Bağırovun məhkəməsi zamanı Sabunçu Rayon Məhkəməsinin
qarşısında həbs edilib və 8 saat saxlandıqdan sonra cərimələnərək buraxılıb.
A.Məmmədov “Dindarlar Milli Şurayladır” qrupunun admini olub. Belə bir insanın
qəflətən onunla evlənmək istəməyən qıza görə özünə qəsd etməsi haqlı olaraq
şübhələr doğurub.
Bu barədə saytlarda və sosial şəbəkələrdə yayılan yazılarda əksəriyyət
məhz yuxarıda sadalanan səbəblərə görə A.Məmmədovun özünə qəsd etməsinə
inanmadığını bildirir. Yeri gəlmişkən, Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
125 (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanıb.
Ötən gün “Yeni Müsavat”a açıqlama verən Samirə Məmmədova A.
Məmmədovun ölümü ilə bağlı istintaqa ifadə verdiyini bildirdi. S.Məmmədova
istintaqın işində yenilik olmadığını, ailəsinin isə yas mərasiminin təşkilinə
hazırlaşdığını bildirdi.
- İstintaqa ifadə vermişəm. Hələ ki işlə bağlı bir yenilik
yoxdur. İstintaq gedir.
- Sosial şəbəkələrdə belə bir yazılar oxuduq ki, meyitin
yuyulması zamanı onu görənlər bədənində xəsarət izləri müşahidə ediblər. Bir
çoxları bu hadisənin intihar olmadığını düşünür. Siz cəsədi gördünüzmü, hər
hansı xəsarət izi vardımı?
- Heç bir xəsarət izi yox idi. Ekspert rəyi hələ hazır
deyil. Amma ilkin versiyaya görə, xəsarət və zorakılıq əlamətləri olmayıb. Mən
uşağı özüm gördüm.
Saytlarda çox şeylər yazırlar. Yazırlar ki, guya onu vəhabilər
öldürüb. Amma mən bu sözlərə inanmıram. Çünki son vaxtlar o, aktiv deyildi. Ona
görə də mən onun öldürülməsi iddiasına şübhə edirəm.
- Sizin özünüzdə bu hadisə ilə bağlı hər hansı şübhə
vardımı? Yəni kimsə Asimi izləyirdimi? Narahat edən, hədələyən adamlar vardımı?
Sonuncu həbsdən sonra sizdə narahatlıq doğuran bir əlamətə rast gəlməmişdiniz?
- Yox, mən elə bir narahatlıq, şübhəli məqam hiss eləməmişəm.
Ona görə də şikayət edə bilmərəm. Hər hansı zəng və ya mesaj gəlməyib. Nə
facebook-da, nə də telefonunda narahatlıq doğuran mesaj yoxdur.
- Özü necə, sizə nə zamansa kimdənsə hədə aldığını, narahat
olduğunu demişdimi? İncidilməsi haqda danışmırdı?
- Yox, o barədə nəsə deməmişdi. Apreldə və oktyabrın 28-də həbs
olunmuşdu. Sonuncu dəfə həbsdə, bildiyimə görə, döyüblər. Amma hədələndiyini
deməmişdi. Polisdə bir balaca döymüşdülər.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder