Əlaqə
Popüler Yayınlar
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
-
Aralık(45)
- Ara 29(7)
- Ara 25(2)
- Ara 24(2)
- Ara 23(3)
- Ara 21(8)
- Ara 17(6)
- Ara 15(7)
- Ara 04(3)
-
Ara 02(7)
- Dindarlar məhkəmədən öz bəraətlərini istədilər
- Bir var kəbindən doğulan, bir var siğədən doğulan,...
- Benzinin və dizelin qiyməti qalxdı: nə az, nə çox ...
- SUMQAYITDA KÜTLƏVİ DAVA: 6 nəfər yaralandı
- BAHALAŞMA KABUSU?!!!
- Sumqayıtda da izdihamlı Aşura mərasimləri keçirilib
- Asim Məmmədovun meyiti tapılıb
- Kasım(5)
- Ekim(84)
- Eylül(81)
- Ağustos(7)
- Temmuz(39)
- Mayıs(5)
- Nisan(15)
- Mart(12)
- Şubat(12)
- Ocak(58)
-
Aralık(45)
2 Aralık 2013 Pazartesi
Bir var kəbindən doğulan, bir var siğədən doğulan, bir də var…
Bu yaxınlarda bir ifadəyə
rast gəldim. Təqribən belə idi : “Bir var kəbindən, Bir var siğədən
doğulanlar….”.
İfadənin müəllifi siğədən
doğulanlar dedikdə kimləri nəzərdə tutduğu tam aydın olmasa da, birilərini təhqir
etmək üçün, bu ifadədən istifadə etdiyi bəlli idi.
Əslində İfadə qərəzli olsa
da, metod və baxış bucağı döğrudur. Doğrudan da bütün problemlərin kökündə,
insanın zatı və rişəsi dayanır. Dini mənbələrə nəzər saldıqda, bir çox hədislərdə
görmək olar ki, bir insanın tərbiyəsində başlıca amillərdən biri onun bünövrəsinin
paklığıdır. Elə bəzilərinin dandığı atalar da, “Əslini gizlədən haramzadədir”,
“Ot kökü üstə bitər” dedikdə, bu məsələləri nəzərdə tutublar.
Uzatmayım. Bir var kəbindən,
Bir var siğədən doğulanlar…
Kəbindən doğulanlar məlum.
Siğədən doğulanlar dedikdə, yəqin ki mütə nikahından dünyaya gələnlər nəzərdə
tutulur. Tarixdə belə bir nikahdan kiminsə doğulduğuna dair bir fakt tapa bilmədim.
Olubsa da, mən bilmirəm. Tapsaydım onların necə bir insan olduqları barədə bir
qənaətə gəlmək olardı. Yalnız onu bilirəm ki, mütə nikahı müsəlman aləmində, bəhs
edilən elmi, şəri və tarixi bir məsələdir. Təbii ki, bu barədə geniş yazmaq
hazırki cızma-qaranın əsas məqsədi deyil. Araşdırmaq istəyəynlər elə uzağa yox,
əhli-sünnə fiqhinin özəyini təşkil edən, “Səhih-Buxari” və “Səhih-Muslim”
kitablarına baxa bilərlər. Təbii ki, bu kitabları oxuya biləcək savadları
varsa.! Mütə nikahını haram bilən də, halal bilən də, nikahın Peyğəmbər dövründə
olduğunu qəbul edir. Yalnız bir qism müsəlman alimlər sözügedən nikahın
sonradan qadağan edildiyini bildirir. Hər iki fikirə hörmətlə yanaşırıq.
Sözümüz bunda deyil.
Maraqlı təsnifatdı!: Bir var
kəbindən, Bir var siğədən doğulanlar. Amma nədənsə əsas qrup yaddan çıxıb. Bir
də var zinadan əmələ gələnlər. Yəni vələduzzinalar.
Bu qrup barədə tarixdə və hədislərdən
nə qədər desən faktlar tapmaq olar. Zinadan əmələ gələnlər barədə Peyğəmbər Əfəndimizin
maraqlı dəyərləndirməsi var. Əgər araşdırsaq bu haramzadələrin necə bir insan
olduğu ortaya çıxar. Məsələn peyğəmbər buyurur : “ Mənim əhli-beytimlə
inadkarcasına düşmənçilik edənlər vələduzzina olarlar”.
Məsələn Kərbəlada əhli-beytə
qarşı düşmənçiliyi ilə tanınanların əksəriyyəti zinadan əmələ gələnlər olublar.
Elə biri Ubeydullah ibni Ziyad. Ubeydullahın anası ilə qeyri-qanuni əlaqədə
olanların içində ən tanınmışı Ziyad olduğundan, Mərcanə adlı keçi otaran
qadının oğlu İbni-Ziyad kimi tanınıb. Ziyad özü də halalzadə deyildi. Tarixə nəzər
salsaz görərsiz ki, Ziayada Şamda Ziyad ibni Əbi Süfyan, Taifdə Ziyad ibni As
deyirdilər. Nəhayət adamın atası dəqiq bilinmədiyindən Ziyad ibni Əbih, yəni
Atasının oglu Ziyad adı ilə tanındı.
Maraqlıdır, İmam Hüseyn (ə) məşhur
xütbələrinin birində məhz bu məsələyə işarə edir : “İnnəd-Dəiyy ibnid-Dəiyy” Yəni
bu zinazadə oğlu zinazadə (Ubeydullah ibni Ziyad) məni ölüm və zillət arasında
qoyub. Zillət bizdən uzaqdır.
Şimr də Hərmələ də eyni
katiqoriyanın adamları idilər.
Kərbəladan sonra yeni bir mərhələ
başladı. Hüseynin xatirəsini , beləliklə onun şüarlarını qiyamətə qədər
qorumaq, digər tərəfdən isə bu şüarları məhv etmək uğrunda mübarizə. Bu əbədi cəbhənin
bir tərəfində Fatimeyi-Zəhranın (s) nəvəsi İmam Zeynül-Abidin , o biri tərəfində
isə, Seyyidüş-Şühəda Həmzənin ciyərini yeyən əxlaqsız Hindənin nəvəsi Yezid
idi.
Yezid Aşuranı bayram edirdi.
Zeynül-Abidin isə bazarlarda gəzərək, qəssabların başını kəsdiyi qoyunlara
baxıb, ağlayardı. Soruşardı: Kəsməzdən öncə bu qoyuna su verdinizmi? ! Amma mənim
atam Hüseynin başını suzuz kəsdilər.
Tarix boyu şərəf övladları,
Peyğəmbər Əhli-beyti olan imamlar və onları sevənlər Hüseynin xatirəsini
yaşatmaq üçün ona yas saxladılar. Onun ziyarətinə getdilər. Amma qarşı tərəfdə
zatında və bünövrəsində xələlli olanlar, Hüseynin adını silmək üçün əlindən gələni
etdilər. Aşura mərasimlərini qadagan etdilər, Kərbəlanı dəfələrlə yerlə-yeksan
etdilər. Huseynin qəbrini dağıdıb, yerini şumlayıb, üzərinə çayı axıtdılar.
Zinadan əmələ gələnlərin əlamətləri
tam bəllidir. Əhli-beytə qarşı nifrət və kin bəsləyənlər, İmam Hüseyni
öldürürb, mübarək cəsədi üzərində at çapanlar, Aşuranı tarixdən silmək istəyənlər.
“İbni-Ziyad və Yezid” ordusu (Əl-Qaidənin bu adda briqadası var) yaradıb,
Suriyada Hüseynin bacısı və Fatimə qızı Zeynəbin qəbrini dağıtmaq istəyənlər.
Cihad nikahı adı ilə, arvadlarını uzunsaqqal mücahidlərə peşkəş çəkənlər. Hər
gün mövqe dəyişib, əhdini sındırıb, dostlarını satanlar. Zalımların əlini öpüb,
onların artığını yeyənlər.
Bəli belə çıxır bundan sonra
bir katiqoriya da olacaq : “Cihad nikahından əmələ gələnlər”. Bu barədə də gələcək
nəsillər yazar inşaallah !
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder