Əlaqə
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
-
Aralık(45)
- Ara 29(7)
- Ara 25(2)
- Ara 24(2)
- Ara 23(3)
- Ara 21(8)
- Ara 17(6)
- Ara 15(7)
- Ara 04(3)
-
Ara 02(7)
- Dindarlar məhkəmədən öz bəraətlərini istədilər
- Bir var kəbindən doğulan, bir var siğədən doğulan,...
- Benzinin və dizelin qiyməti qalxdı: nə az, nə çox ...
- SUMQAYITDA KÜTLƏVİ DAVA: 6 nəfər yaralandı
- BAHALAŞMA KABUSU?!!!
- Sumqayıtda da izdihamlı Aşura mərasimləri keçirilib
- Asim Məmmədovun meyiti tapılıb
- Kasım(5)
- Ekim(84)
- Eylül(81)
- Ağustos(7)
- Temmuz(39)
- Mayıs(5)
- Nisan(15)
- Mart(12)
- Şubat(12)
- Ocak(58)
-
Aralık(45)
2 Aralık 2013 Pazartesi
Dindarlar məhkəmədən öz bəraətlərini istədilər
“Qollarıma vurulan qandal deyil, azadlığımın qolbağıdır ”
Xəbər verildiyi kimi, keçən gün Nicat Əliyev və dindarların
məhkəməsi keçirilib
Keçənu gün saat 11:20-də Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.net” saytının baş redaktoru Nicat
Əliyev və digər təqsirləndirilən şəxslər Nəsirov Elvin, Camalov Qorxmaz,
Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqli Emin, Məmmədov Səfər, Əliyev Əlinin
növbəti məhkəmə iclası keçirilib.
Məhkəmə iclasında Səfərli Ceyhunun vəkili Əliyev Şəhriyar
çıxış edib. O çıxışında qeyd edib ki, “Ceyhun Səfərli dövlət əleyhinə heç bir
çağırış etməyib. Bu barədə ibtidai istintaq dövründədə heç bir sübut olmayıb. O
tutularkən kobud şəkildə prosesual qaydalar pozulub. O işkəncəyə məruz qalıb.
Ceyhun məhkəmə istintaqına ifadəsi zamanı bu barədə məlumat vermişdi. Ondan
götürülən heç bir sənəd geri qaytarılmayıb. Ona qarşı olunan ittihamlar
qondarmadır. Müdafiə etdiyim Ceyhun Səfərliyə bəraət hökmü verilməlidir.”
Daha sonar Dövlət İttihamçısı vəkillərin çıxışlarına münasibət
bildirib. O çıxışında qeyd edib ki, həbs olunanlara qarşı ittihamlar haqqlı
olaraq verilib və istədiyi cəzaların tətbiq olunmasını xahiş edib. Məhkəmə
iclasında Quranda tolerantlıq ayəsinin olması barədə iddia səsləndirib. Bu isə
etirazlara səbəb olub.
Dövlət ittihamçısının çıxışına vəkillərin etirazı gecikmədi.
Vəkillər Anar Qasımlı, Yalçın İmanov və digərləri dövlət ittihamçısını
qanunlara şərh verdiyi üçün tənqid etdi. Bildirdilər ki, bu yalnız
konistutusiya məhkəməsinin səlahiyyətində olan məsələdir. Qanunlara şərh verməyə
heç kimin qanuni icazəsi yoxdur.
Daha sonra təqsirləndirilənlərdən Elvin Nəsirov son sözlə
çıxış edib. O çıxışında qeyd edib ki, “Dövlət ittihamçısı çıxışında Qurani Kərimdə
tolerantlıqla bağlı ayə olduğunu qeyd etdi. Quranda tolerantlıq ayəsi yoxdur.
Çünki Quranda deyilir xristianları və yəhudiləri özlərinizə dost tutmayın.
Bizim sünnilərlə problemimiz yoxdur onlar bizim ailəmizin üzvləridir. Amma biz
Qurana uyğun olaraq xristianlarla dostluq etmirik. Mən çox uzun uzadı danışmaq
istəmirəm. Sadəcə qeyd etmək istəyirəm ki, Gülər Əhmədovaya dövlətin pullarını
taladığı üçün az iş istəyirlər, amma biz dindarlara 10 il, 7 il , 6 il. İttiham
aktında qeyd olunur ki, guya mənə narkotiki Ramil adlı şəxs verib. Özüdə guya
*bölmənin qabağında verib. Yaxınlaşıb mənə deyib ki, görürəm dindara oxşayırsan
ehtiyacında var al bu yarım kilo narkotiki sat xərclə. Çox gülməlidir elə
deyilmi? Məni necə döyülməyimi istəyirsinizsə polislər tərəfindən internetdə Qəddafinin
tutularkən döyülüb öldürülmə görüntüləri var. Ora baxın biləcəksiniz. Başa
düşdük Orxan Zeynalov adlı şəxsin Rusiyada döyülərək tutulması və nazirin
otağına aparılması şou idi. Bəs bizim işimiz nə idi anlamadım Vallah. Bu şou nəyə
görə idi? Arxanızdakı Azərbaycan bayrağındakı yaşıl rəng bizim damarlarımızda
axmalıdır. Vəhabilər indi ölkədə güclü təbliğat aparır. Heç kim onlara bir şey
demir. Amma Allaha and olsun vaxt gələcək deyəcəksiniz ki, kaş şiələri
tutmayaydıq onlarla vaxtında mübarizə aparardılar. Mən məhkəmədən xahiş yox tələb
edirəm Allahın əmrinə uyğun olaraq bəraət verəsiniz.”
Məhkəmə iclasında daha sonra təqsirləndirilən Ceyhun Səfərli
çıxış edib: “Bu gün bizi narkotiklə həbs edənlər əslində Allahla döyüşürlər.
Çünki biz Allahın firqəsiyik. Bu gün dindarlara qarşı yox Allaha qarşı mübarizə
aparırlar. Ombudsman o vaxt Baş Prokurorluğa məktub ünvanladı işkəncə barədə
cavab gəldi ki belə bir şey olmayıb. Amma hansıki aşkar surətdə izlər qalmışdı.
Bunlar lazım olsa vəzifələrinə görə qeyrətlərindəndə keçərlər. Mən məhkəmə heyətindən
bəraətimizi tələb edirəm.”
Son olaraq son sözlə Samir Hüseynov çıxış edib. O çıxışında
deyib: “Biz “gey”parada etiraz etmişik və buna görədə həbs olunmuşuq.
Payladığımız disklərdə səhiyyə nazirinin “gey”parad əleyhinə tv-dəki çıxışı
var. Elədirsə onuda həbs etmək lazımdır. Bu gün hakimiyyət Azərbacanda İslama
qarşı hücuma keçib. Açıq aşkar şəkildə Qamət Süleymanova və digərlərinə dəstək
verirlər. Çünki bunlar vəhabiliyin Azərbaycandakı təbliğatçısıdır. Mən sonda
bunu demək istəyirəm ki, Rusiyada Dimitri Medvedevin vaxtında bir hadisə
olmuşdu. O vaxt məktəb açılışında Medvedev hicablı tələbəni təbrik etmişdi.
Amma bizim ölkədə təhsil naziri hicabı qadağan edir. Mən buna etiraz etmişəm və
həbs olunmuşam. Bəraətimi sizlərdən tələb edirəm. Unutmayaq ki, ədalətsiz hökmə
görə cavab verəcəksiniz.”
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder