Əlaqə
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
-
Aralık(45)
- Ara 29(7)
- Ara 25(2)
- Ara 24(2)
- Ara 23(3)
- Ara 21(8)
- Ara 17(6)
- Ara 15(7)
- Ara 04(3)
-
Ara 02(7)
- Dindarlar məhkəmədən öz bəraətlərini istədilər
- Bir var kəbindən doğulan, bir var siğədən doğulan,...
- Benzinin və dizelin qiyməti qalxdı: nə az, nə çox ...
- SUMQAYITDA KÜTLƏVİ DAVA: 6 nəfər yaralandı
- BAHALAŞMA KABUSU?!!!
- Sumqayıtda da izdihamlı Aşura mərasimləri keçirilib
- Asim Məmmədovun meyiti tapılıb
- Kasım(5)
- Ekim(84)
- Eylül(81)
- Ağustos(7)
- Temmuz(39)
- Mayıs(5)
- Nisan(15)
- Mart(12)
- Şubat(12)
- Ocak(58)
-
Aralık(45)
2 Aralık 2013 Pazartesi
BAHALAŞMA KABUSU?!!!
Hökumətin kommunal xidmətləri, eləcə də yanacağın qiymətlərini
qaldırması əhalinin orta və kasıb təbəqəsi üçün böyük zərbə olacaq, bahalaşma
bütün sahələri “vuracaq”. Rəsmi hesablamalara əsasən, 2013-cü ildə Azərbaycanda
inflyasiya səviyyəsi 3,3 faiz, 2014-cü ildə isə 3,5 faiz təşkil edəcək. Deməli,
söhbət heç də inflyasiyadan və ya büdcə qurumlarının məsrəflərinin kəskin
artmasından deyil, ciddi qiymət artımından gedir
Azərbaycan hökuməti yeni bahalaşmanın anonsunu verdi. Mətbuatın
yazdığına görə, gələn ilin əvvəlindən ölkədə yanacaq və kommunal xidmətlərin
qiyməti qaldırılacaq. Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri
Samir Şərifov da bunu qismən də olsa təsdiqləyib. Sitat: “Bildirmişəm ki, 2007-ci ildəki son
artımlardan bu vaxta qədər ölkədə kommunal sahədə artımın edilməsi labüddür.
Bununla bağlı Tarif Şurasından təkliflər olacaqsa, son sözü də elə Tarif Şurası
deyəcək”.
Bahalaşmanın ilkin əlamətləri gələn ilki büdcə layihəsində də
özünü göstərib. Məsələn, 2014-cü ilin büdcə layihəsində büdcə təşkilatlarında
kommunal xərclər və yanacaq-sürtgü materiallarının ödənilməsi üçün ödənişlərə
dair xərclər artırılıb. 2014-cü ildə büdcə təşkilatlarının kommunal və
kommunikasiya xərclərinin ödənilməsinə 641 milyon manat yönəldiləcək, bu da
2013-cü il büdcəsində nəzərdə tutulduğundan 84,8 faiz çoxdur (346,8 milyon
manat). Büdcə qurumlarında enerji xərclərinin
artırılmasının yalnız bir izahı var: bahalaşma.
Elektrik enerjisi ödənişi xərcləri 25,5 faiz, təbii qaz xərcləri
18,9 faiz, su xərcləri 26,7 faiz, istilik enerjisi xərcləri 20,3 faiz,
kanalizasiya xidməti xərcləri 67 faiz artacaq. Telefon danışıqları, poçt və
internet xidmətlərinin ödənişi xərcləri
13-32 faiz səviyyəsində artırılması nəzərdə tutulub. Halbuki rəsmi
hesablamalara əsasən, 2013-cü ildə Azərbaycanda inflyasiya səviyyəsi 3,3 faiz,
2014-cü ildə isə 3,5 faiz təşkil edəcək. Deməli, söhbət heç də inflyasiyadan və
ya büdcə qurumlarının məsrəflərinin kəskin artmasından deyil, ciddi qiymət
artımından gedir.
Mətbuatda gedən məlumatlara əsasən, təxmini hesablamalara
görə, gələn ildən Aİ-92 markalı benzinin bir litri 55 qəpikdən 80 qəpiyə, Aİ-95
markalı benzinin bir litri isə 90 qəpiyə qaldırılacaq. Eyni zamanda 2014-cü
ilin əvvəlindən etibarən əhaliyə satılan təbii qazın min kubmetri 100 manatdan
130-150 manata, elektrik enerjisinin 1 kilovattı 6 qəpikdən 10 qəpiyə, suyun
min kubmetri 60 qəpiyə qədər artırılacağı ehtimal olunur.
Doğrudur, Tarif (Qiymət) Şurası yayılan xəbəri təkzib etdi.
Ancaq sonuncu qiymət artımı prosesində də ilk dövrlərdə bahalaşma şayiələri
dolaşanda rəsmi qurumlar təkzib edirdilər. Ancaq sonradan hökumət qəfil addım
ataraq enerji daşıyıcılarının, kommunal xidmətlərin qiymətlərini qaldırdı.
Yeri gəlmişkən, bir qayda olaraq bahalaşmanı hökumət beynəlxalq
maliyyə qurumlarının tələbləri ilə əsaslandırmağa çalışır. Eyni zamanda
bahalaşmanın da bir səbəbinin beynəlxalq qurumların tələbləri olduğu göstərilirdi.
Ancaq sonuncu dəfə bahalaşma söhbətləri yayıldıqdan az sonra Beynəlxalq Valyuta
Fondundan açıqlama gəlib. Qurumdan bildiriblər ki, BVF-nin enerji daşıyıcıları
və kommunal xidmətlər tarifinə yenidən baxılması üzrə hər hansı tövsiyəsi
yoxdur və missiyanın Bakıya səfəri zamanı hökumət bununla bağlı planlarını
bölüşməyib. Bu barədə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca
Almarzogi son iqtisadi proseslərin qiymətləndirilməsi üzrə səfərin (8-15
noyabr) yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistin sualının
cavabında bildirib.
BVF nümayəndəsi qeyd edib ki, hökumətlə tariflərin dəyişdirilməsi
haqqında müzakirələr aparılmayıb. “Biz, sadəcə, dövlət büdcəsinin qeyri-neft sektorundan
gəlirlərinin artırılması üzrə tədbirlər həyata keçirməyi tövsiyə etdik”, – deyə
Almarzogi qeyd edib.
Qeyd edək ki, noyabrın 18-də mətbuatda Nəqliyyat
Nazirliyinin növbəti dəfə avtobuslarda gediş haqqının qaldırılması üçün Tarif
Şurasına müraciət etməsi xəbəri yayılıb. Bütün bunlar Azərbaycan cəmiyyətində
qiymət artımı kabusunun dolaşdığını xəbər verir. Məsələ ondadır ki, qiymətlərin,
xüsusən də yanacaq və enerji daşıyıcılarının (elektrik və təbii qaz) qiymətlərinin
artması bir qayda olaraq ölkə üzrə sürətli bahalaşma ilə müşayiət olunur. Bu
bahalaşma həyatın bütün sahələrini əhatə edir, kənd təsərrüfatı məhsullarından
xidmətlərə qədər bütün sahələrdə özünü büruzə verir. Bu isə Azərbaycan əhalisi
üçün ciddi sınaq olacaq. Doğrudur, hökumət bu il büdcədən maliyyələşən
strukturlarda çalışanların əmək haqlarını artırıb. Ancaq maaş artımı 10 faiz həcmini
keçməyib və bütün sahələri əhatə etməyib. Hətta bu vəziyyətdə belə, ekspertlər
maaşların bu şəkildə qaldırılmasının ölkədə kövrək olan bazar münasibətlərinə təsir
edəcəyini və ölkədə böyük bahalaşma dalğasını gətirəcəyindən ehtiyatlanırdı.
İndiki halda isə 2014-cü ilin əvvəlində hökumət növbəti bahalaşmaya gedərsə bu,
ölkədə ciddi inflyasiyaya səbəb ola bilər. Onsuz da ölkədə istehlak və xidmət
sahəsində qiymət tənzimlənməsinin xeyli dərəcədə kövrək olduğunu nəzərə alanda
kommunal xidmətlərin bahalaşmasının nəticələrini indidən proqnozlaşdırmaq olar.
Nəzərə almaq lazımdır ki, Azərbaycanın neft gəlirləri ildən
ilə azalmağa doğru gedir. Üstəlik, büdcə layihəsi onu göstərir ki, hökumət
qeyri-neft sektorundan büdcə daxilolmalarını artırmağa çalışır. Bu isə onsuz da
kövrək olan Azərbaycan iqtisadiyyatını, xüsusilə də qeyri-neft sektoruna böyük
zərbə olacaq. Bahalaşma xüsusən də qiymətlərin onsuz da dünya miqyasında bahalı
şəhərlər siyahısında “özünəməxsus” yer sahibi olan Bakının daha da bahalı bir
yerə çevrilməsinə gətirəcək. Əlbəttə, hökumət cəbhəsinin bahalaşmayla bağlı öz
arqumentləri var: Kommunal qiymətlərin, eləcə də yanacaq materiallarının Avropa
ölkələri ilə müqayisədə ucuz olması, əhalinin ödəmə qabiliyyətinin yüksək
olması və sair. Ancaq istənilən halda, qiymət artımı ölkədə bütün sahələrə öz təsirini
göstərəcək və nəticədə, orta və kasıb təbəqə (bunlar ölkə əhalisinin böyük hissəsini
təşkil edir. red) xeyli çətinliklə üzləşəcək.
Birlik İnformasiya Mərkəzinin analitik şöbəsi
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder