Blog Arşivi

21 Aralık 2013 Cumartesi

Azərbaycan İslam Partiyası Allahşükür Paşazadəyə müraciət etdi

Azərbaycan İslam Partiyası keçirdiyi dəyirmi masanın yekunu olaraq Qafqaz Müsaəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəyə müraciət ünvanlayıb. Müraciətə səbəb bu il bayramın İslam Peyğəmbərinin vəfat günü ilə üst-üstə düşməsidir ki, siyasi qurum buna riayət olunmasını istəyir. Partiyanın mətbuat xidmətinin yaydığı müraciətdə deyilir:

 “Hörmətli Hacı Allahşükür Paşazadə! Sizə məlumdur ki, bu ilin dekabr ayının 31-i əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) vəfatı, həmçinin İmam Həsənin (ə) şəhadəti günüdür. Eyni zamanda həmin tarix  bildiyiniz kimi miladi təqvimi ilə yeni il axşamı, “yolka şənliyi”, “şaxta baba” bayramıdır.  Əslində ilimiz 365 gün olmaqla bu günlər arasında  öz-özlüyündə fərqli və üstün olan bir gün yoxdur. Zamanın daim hərəkətdə olması və dəyişkənliyi ona əzəmət  verməyi qəbul etməz. Hər bir zamanın və tarixin  yaxşılığı ilə pisliyi  həmin günün baş verən hadisələri ilə qiymətləndirilir, yad edilir. Deməli, zamanın şərəfi həmin tarixin insanları və ümumən bəşəriyyəti üzləşdirdiyi vaqeələrlə bağlı olduğunu dərk ediriksə, o zaman Əziz Peyğəmbərimizin  vəfatı kədərini yaşamağın  hər bir müsəlman üçün necə həssas bir məqam olduğunu bilməliyik.

Bizi narahat edən hal son günlər  cəmiyyətdə, 97 faizi müsəlman olan, Peyğəmbərini (s)  qəbul edən insanların sadaladığımız  hadisələrə mahiyyətsiz yanaşmaları, bəzən isə üstünlüyün tariximizə, milli adət-ənənələrimizə, mental dəyərlərimizə və mənəviyyatımıza uyğun gəlməyən qondarma şənlik və bayramların keçirilməsinə verilməsidir. Biz bunun başlıca səbəblərini uzun onilliklər boyu Allahsız bir rejimin təsiri və təzyiqi altında yaşamaqda görürük. Təəssüflər olsun ki, müsəlman bir məmləkətin bu günündə də əziz Peyğəmbərimizin vəfatı, imamımızın şəhadəti kimi bizi paklaşdıran məqamları  mahiyyətsiz, mənəvi, həm də iqtisadi baxımdan zərərli  bir janqlyorluğa qurban veririk.

Düşünürük ki, bu gün hətta Həzrət İsa Məsih həyatda olsa idi belə, O həzrət  nəinki doğum gününü şənlik edərdi, hələ öz dövründə insanları Muhəmməd  Peyğəmbərin (s) gəlişi ilə müjdələməsi göstərir ki, bu günü matəm edərdi, əza saxlayardı.

Hesab edirik ki, Peyğəmbərin (s) vəfatı gününü ümumxalq anım  günü kimi  keçirmək vacib məsələlərdəndir. Həmin gün televiziya kanallarında bayram şouları  məhdudlaşdırılmalı, ilahiyyatçı alimlərin moizə və söhbətlərinə geniş yer ayrılmalıdır. Ona görə ki, Allahın zati-müqəddəsindən başqa Həzrət Muhəmməddən böyük bir düha aləmdə yoxdur.

Bütöv müsəlman dünyasının  bir parçası sayılan ölkəmizdə xalqımız  və hər bir müsəlman üçün anılması zəruri olan belə günlərin  təsadüf etdiyi qondarma şənlik ənənələri təxirə salınmalıdır. Necə ki, sadə insandan tutmuş dövlət başçısına kimi yaxın, doğma bir  adamı dünyasını dəyişəndə balasının toy şənliyini belə yarımçıq buraxır, və ya dayandırır, təxirə salır. Amma bu günə görə, bütün müsəlmanlar, xalqımız və bütövlükdə bəşəriyyət onlara böyük və ülul-əzm peyğəmbər kimi göndərilən Rəsulun (s)  vəfatı ilə kədərlənməlidirlər.

Vətənimiz hər an zalım düşmənlə üz-üzədir. Torpaqlarımız işğal altındadır. Azərbaycan şəhidlər diyarıdır. Dünyada müsəlman xalq, Peyğəmbər (s) ümməti kimi tanınırıq. Din təəssübkeşliyi, Allah və Peyğəmbər sevgisi, Əhli-beyt aşiqliyi canımızda, qanımızdadır. Bu müqəddəs sərvətlər uğrunda  şəhadətə hazır olmayınca arxayınçılıq, rahatlıq bizlərə haramdır. İnsanlara İslamın  bu kimi əsl mahiyyətini aşılamaq, maarifləndirmək üzərinizə düşən  böyük məsuliyyətdir. Müsəlman xalqı üçün əvəzsiz mahiyyət daşıyan tarixi günlərin hər şeydən öncə anılması  vacib olan addımların  başlanğıcı olmalıdır. Ümid edirik ki, cəmiyyətimizi narahat edən hallarla bağlı müraciətimizdən nəticə çıxaracaq, konkret addımlar atacaqsınız.”

Taleh Bağırovun məhkəmə işindən Ali Məhkəməyə müraciət olunub



Həbsdə olan ilahiyyatçı Taleh Bağırovun məhkəmə işindən Ali Məhkəməyə müraciət olunub
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ilahiyyatçı Taleh Bağırov barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.
Vəkil Cavad Cavadlının apa-ya verdiyi məlumata görə, prosesdə müdafiə tərəfi məhkəmənin ilkin baxış iclasından kassasiya şikayəti verdiklərini bildiriblər. Bunun üçün proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. C. Cavadlı bildirib ki, ilkin baxış iclası zamanı müdafiə tərəfinin prosesin istintaqla aparılması barədə verdiyi vəsatət təmin edilməyib. Həmin qərardan kassasiya şikayəti verilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin T. Bağırovla bağlı yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə “Makarov” tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.
Məlumatda o qeyd olunub ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb birinci mərtəbənin şüşələri sındırılıb və divarına “Taleh Bağırova azadlıq!” sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05.35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə T. Bağırov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhsız…


Azərbaycan neftini orta hesabla $110,15-dan ixrac edir



Dövlət Gömrük Komitəsinin məlumtına görə, 2013-cü ilin 11 ayında Azərbaycan 31 milyon 370 min 276.4 ton neft ixrac edib.
Hesabat dövründə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 25 milyon 240 min 449.2 ton, Bakı-Supsa kəməri ilə 3 milyon 652 min. 874,2 ton, Bakı-Novorossisk kəməri ilə 1 milyon 580 min 428 ton, dəmir yolları vasitəsilə isə 896 min 525 ton neft (ExxonMobil şirkəti “Azəri” və dərinsulu “Günəşli” yataqlarındakı payını Bakı-Batumi marşrutu ilə ixrac edir – Caspian Barrel) ixrac edilib.
Dövlət Gömrük komitəsi xəbər verir ki, yanvar-noyabrda bəyannamə edilmiş neftin həcmi  22 milyon 803,249 ton, dəyəri  isə $18 milyard 587 milyon 892.15 min təşkil edib. İlin əvvəlindən Azərbaycan bir ton nefti  orta hesabla $815.14 və ya hər bareli $110,15-dan ixrac edib.
Həmçinin hesabat dövründə BTC ilə “Şahdəniz” yatağından hasil edilmiş 2 milyon 27,343 min ton kondensat ixrac edilib.

Rusiyaya gələn miqrantlar 2015-ci ildən rus dili, tarix və qanunvericiliklə bağlı imtahan verəcəklər


Rusiya Dövlət Duması RF-də yaşamaq və işləmək hüququ almaq istəyən əcnəbi vətəndaşların rus dili, tarix və qanunvericiliyin əsasları üzrə icbari qaydada imtahan verməsi ilə bağlı qanun layihəsini II və III oxunuşda təsdiq edib.
 «RİA Novosti» agentliyinə istinadən , bu icazənin alınması üçün xarici dövlətlərin vətəndaşları həmin imtahanların verilməsi haqqında müvafiq sertifikat və ya SSRİ dövründə (1 sentyabr 1991-ci ilədək) təhsil alması ilə bağlı sənəd (orta məktəb attestatı və ya ali təhsil məktəbinin diplomu) təqdim etməlidir. Sertifikat verildiyi tarixdən 5 il müddətində qüvvədə olacaq.

Qeyd edək ki, yüksək dərəcəli mütəxəssislər, iş qabiliyyəti olmayan şəxslər, 18 yaşınadək və 60 yaşdan yuxarı olanlar, həmçinin xüsusi dövlət proqramı çərçivəsində RF-yə köçən repatriantlar imtahanlardan azaddır.

Yeni qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Artıq yaşamaq hüququ almış şəxslər isə bu hüququn vaxtının uzadılması zamanı imtahanların verilməsi ilə bağlı sertifikatı təqdim etməli olacaqlar.

Bundan başqa, Dövlət Duması RF-yə vizasız gələn və işləmək icazəsi almaq istəyən şəxslərin narkoman olmaması və onlarda cəmiyyət üçün təhlükəli olan xəstəliklərin olmaması haqqında arayış təqdim etməsi ilə bağlı qanunu təsdiqləyib.

Rəsul Quliyev yeni partiya yaradır



Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu Hafta.az-a açıqlamasında yaradılan yeni partiya haqda məlumat verib.

O bildirib ki, partiyanın adı üçün öncə nəzərdə tutulan variantlardan imtina ediblər: “Partiyanın təşkilat komitəsi təsis edilib. Azərbaycan siyasi sahəsində aktiv olan və tanınmış ziyalılar partiyada təmsil olunacaq. İctimai fəallardan Gülanrə Rüstəmli, ziyalılardan Ağa Abdullayev, 199-2009-cu illərdə Binəqədi rayon bələdiyyə üzvü olan Niyaz Sadıqov və digər şəxslər olacaq. Partiyanın adı üçün öncə Yeni Nəfəs, Doğru yol, Demokratik Yol variantları üzərində müzakirə aparırdıq. Biz Yeni Nəfəs Partiyası olmasını istəyirdik. Dünən Yeni Nəfəs gənclər hərəkatından müraciət etdilər ki, ad yeni olduğu üçün bu məsələyə yenidən baxaq. Biz də müzakirə etdik və sonda “Gələcək Azərbaycan” Partiyası adlanmasını qərarlaşdırdıq”.

A.Şakiroğlu struktur forması haqda da məlumat verib: “Partiya kollektiv idarəetmə ilə olacaq. Sədr gənc biri olacaq. İdarə heyətinin 13 üzvü olacaq, biri sədr olacaq. Digər 12 İH üzvündən 4-ünün yaşı 29-a qədər, 4-ü 29-dan 40-a qədər, digər 4-ü isə 40-dan 60 yaşa qədər olacaq. Mənim şəxsi mövqeyim belə idi ki, partiyanın sədri subay olsun və sədrlik dönəmində evlənməsin. Amma digər həmkarlar bu məsələni müsbət qarşılamadı. Bu məhdudiyyət aradan qaldırıldı”.

Ağasif Şakiroğlu bildirib ki, yaxın aylarda partiya elan ediləcək: “Təşkilat Komitəsi hazırda Bakı şəhərində 11 rayon üzrə TK yaradır. Yanvarın sonuna təsis konfrnası və təqdimat, fevralın sonunda isə qurultay keçirməyi planlaşdırırıq. Partiyanın hüquqi ünvanı və əlavə qərargahı da olacaq. Biz hakimiyyətə iddialı bir partiya yaradırıq. Partiyanın Rəsul Quliyevə, Əli İnsanova, Hüseyn Abdullayevə aidiyyatı yoxdu. Bu adamlar sadəcə mənəvi dəstək verəcəklər”.

Sərkisyan İlham Əliyevə səs verəcək



Ölmədik, bu xəbəri də eşitdik. Mən isə onun yerinə olsaydım, ölüb yerə girərdim. Amma çox şükür ki, onun yerində deyiləm və xəcalətdən yerə girəsi bir adam varsa, o da odur. Sərkisyanı demirəm, o zatən canlı ölüdür.
Ermənistan prezidenti Serj Sərkisyanın səlahiyyətləri çərçivəsində olsaydı, İlham Əliyevə səs verərdi.
Xəbərdə deyilir: “Ermənistan üçün Azərbaycandakı prezident seçkilərində İlham Əliyevin qalib gəlməsi sərfəlidir. Ermənistan üçün demokratiya yolunda hərəkət edən qonşuların olması vacibdir. Bu baxımdan bizə, bir qonşu və xüsusilə danışıqlarda tərəfdaş kimi, demokratik Azərbaycan sərfəlidir. Lakin bunu kənara qoysaq, Ermənistan üçün İlham Əliyevin seçilməsi daha məqbuldur. Çünki biz Dağlıq Qarabağla bağlı çətin də olsa, uzun danışıqlar yolu keçmişik. Təxmini də olsa, problemin həlli yolları müəyyənləşib.” – Ukrayna mətbuatı belə yazıb.
Bu sətirləri Azərbaycan müxalifəti qəzetləri – “Azadlıq”, “Yeni Musavat” yazsa idi, YAP asanlıqla deyərdi ki, müxalifətin mitinq keçirtdiyi bir gündə bu da YAP və prezident əleyhinə bir təxribatdır. Lakin, şükürlər olsun ki, Ukrayna mətbuatı yazır. Bəs burda bu qədər şişirdiləsi nə var ki?
O var ki, bir insanı hamı sevə bilməz. Hamının sevdiyi insan isə heç vaxt yaxşı insan ola bilməz. Niyə? Çünki “hamı” dedikdə pislər də, zalımlar da, cındırlar da bura daxildir. Fərz edək ki, bir nəfəri məzlum da sevir, zalım da, dindar da, kafir də, bomj da, məsələn, Müdafiyə naziri də, yaxud, hansısa vicdan məhbusu da, Siyavuş Novruzov da. Bu əlbəttə, ilk növbədə mümkün olan iş deyil. Mümkünlüyünü xəyal etsək belə, deməli, bu sevilən insan yaxşı insan deyil, yaxud da bir gün yaxşıdır, bir üzdədir, sabah pisdir, digər üzünü göstərir. Bu, mümkün deyil.
Yaxşı insan isə odur ki, onu yaxşılar sevsin, məsələn, məzlumlar, müstəzəflər, mücahidlər, kasıblar, haqlı insanlar, neinki ramizmehdiyevlər, siyavuşnovruzovlar, əlihəsənovlar, əliəliyevlər, mübarizqurbanlılar, çingiz qənizadələr, hadırəcəblilər, ziyaməmmədovlar və s.
İlham Əliyevin isə bəxti yoxdur, bütün ölkədə biabır olub. Nə var ki, Serj Sərkisyan İlham Əliyevdən yanadır. Azərbaycan müxalifətinin ən böyük uğuru bəlkə də bu oldu ki, işğalçı, terrorçu, qaniçən Ermənistanın qaniçən başçısı onların (müxalifət) seçilməsini arzulamadı. Hərçənd, YAP özünü biabır etməmək üçün (baxmayaq ki, YAP-ın daha abrı qalmayıb) deyər ki, görürsünüzmü, düşmən də etiraf edir ki, İlham Əliyev iş görür, boş oturmayıb.
Sərkisyan isə İlham Əliyevi diktator, qeyri-demokratik, həm də Azərbaycanı qeyri-demokratik bilməsindən əlavə, ona daha da diktatorluq arzu edir və Azərbaycan xalqını qarğış edir.
Nitqə fikir verin: ” Ermənistan üçün demokratiya yolunda hərəkət edən qonşuların olması vacibdir. Bu baxımdan bizə, bir qonşu və xüsusilə danışıqlarda tərəfdaş kimi, demokratik Azərbaycan sərfəlidir. Lakin bunu kənara qoysaq, Ermənistan üçün İlham Əliyevin seçilməsi daha məqbuldur. ” Deməli, Ermənistana demokratik qonşu lazım olduğu halda, bunu kənara qoyur, bunun kənarında isə İlham Əliyevin seçilməsi var. Bundan başqa İlham Əliyev üçüncü dəfə seçilsə, artıq bu hakimiyyətin diktatorluq olması rəsmləşəcək. Çünki demokrtiyanın kənarında İlham Əliyev var. Ya İlham, ya demokratiya!
Bəlkə də tülkü Serj fikirləşir ki, əşşi, İlham pisdi-yaxşıdı, heç olmazsa bizimlə işi yoxdur, bizə güllə atanları həbs edir, Qarabağda şəhid olmuşların qardaşını türməyə qandallayır, Qarabağ əlillərinə, şahid ailələrinə yaxşı baxmır, bundan yaxşı bizə dost ola bilər? Doğrudan da elədir, qardaşın qardaş üçün etmədiyini İlham Əliyev Ermənistan üçün edir. Bundan yaxşı insan tapmaq olar. Qoy rahatlıqla Ermənistan tərəfi İlham Əliyevin diktatura rejiminin başında durmasından razılıq eləsin.

Azərbaycanlı ailə Almaniyadan vəhşicəsinə qovuldu



İki il yarımdır bu ölkəyə sığınan Həsənovlara əşyalarını toplamaq üçün cəmi yarım saat vaxt veriblər, alman humanitar təşkilatı hakimiyyətin bu addımına cavab olaraq etiraz aksiyalarına çağırır

Azərbaycandan qaçaraq Almaniyaya sığınmış azərbaycanlı ailəsi bu ölkədən xüsusi qəddarlıqla qovulub.

Virtualaz.org Almaniya mediasına istinadən xəbər verir ki, Həsənovlar ailəsi 3-ü azyaşlı uşaqlar olmaqla 5 nəfərdən ibarət olub. Ailə bu ölkənin Kronax əyalətində qaçqınlar üçün düşərgədə qalırmış. Almaniyada fəaliyyət göstərən humanitar təşkilat yerli hakimiyyətin bu qeyri-humanist addımını kəskin pisləyərək etiraz aksiyalarına çağırıb.

“Plassenburg” radiosunun (radio-plassenburg.de) xəbərinə görə, “Çətinliyə düşmüş insanlara humanitar kömək Assosiasiyası” adlı alman təşkilatının rəhbəri Tom Sauer bəyan edib ki, hakimiyyətin qaçqın ailəsinə qarşı siyasətindən və hərəkətlərindən sarsılıb.

“Bu, Yeni il ərəfəsində heç bir normalara sığmayan siyasətdir, hakimiyyətin qeyri-ciddliyini, humanitar normalara əməl etmədiyini göstərir. Cəmi bir gün əvvəl regional yepiskop həmin qaçqın düşərgəsinə baş çəkərək insanlara yardım aparıb. Bundan cəmi bir gün sonra polis bölmələri qaçqın düşərgəsinə basqın edərək həmin insanları götürüb. Bu, hansı insanlığa sığır?” - deyə təşkilat rəhbəri bildirib.

Məlumata görə, Həsənovlar ailəsi Azərbaycandan iki il yarım əvvəl Almaniyaya mühacirət edib və o vaxtdan Kronax əyalətindəki qaçqın düşərgəsində yaşayırdı. Ailənin üç azyaşlı uşağından birinin psixi pozğunluqları var, eyni zamanda Azərbaycanda aldığı kütləvi zədələrin təsirləri ilə yaşayır.

Ailə dekabrın 19-da səhər tezdən deportasiya olunub. Rəsmi orqanlar bu deportasiyanı şərh etmir.

Virtualaz.org saytının araşdırmasına görə, azərbaycanlı ailənin Almaniyadan qovulması bir neçə yerli KİV-də işıqlandırılıb. Belə ki, np-coburg.de saytının yazdığına görə, Kronax əyalətinin miqrasiya və inteqrasiya xidmətinin rəisi Herd Ueykert deyib ki, polislər səhər tezdən düşərgəyə gəliblər və ailəyə əşyalarını toplamaq üçün cəmi yarım saat vaxt veriblər.

“Yeni İlin başlamasına (xristian təqvimi ilə dekabrın 25-nə-red.) cəmi beş gün qalmış üç azyaşlı uşaqla birlikdə ailənin bu cür deportasiya edilməsi mənasızdır və qeyri-insanidir” - deyə Herd Ueykert bildirib.

O da məlum olub ki, alman polisi ailəni deportasiya etmək üçün düşərgəyə gələndə Həsənovlar ailəsinin uşaqlarından biri məktəbdə imiş. Polis 9 yaşlı uşağı hamının gözü qarşısında məktəbdən sürüyüb çıxarıb və maşına oturdaraq ailənin qalan üzvləri ilə birlikdə birbaşa Frankfurt aeroportuna aparıb.

“Çətinliyə düşmüş insanlara humanitar kömək Assosiasiyası”nın rəhbəri Tom Seuer deyib ki, ailə Almaniyaya 2011-ci ildə gəlmişdi və onlara 6 və 2 yaşlarında iki oğlan uşağı ilə birlikdə düşərgədə sığınacaq verilmişdi. 2013-cü ildə ailədə bir qız uşağı da dünyaya gəlib. T.Sauer deyib ki, ailənin böyük uşağı Kronax əyalətinə təzə gələndə ciddi psixoloji problemləri var idi və bu da uşağın Azərbaycanda aldığı travmaların nəticəsi idi. Buna baxmayaraq uşaq yerli həkimlərin və psixoloqların köməyi ilə qismən düzəlib və məktəbə gedirmiş.

“Qəfil deportasiya nəticəsində uşağın davam etməkdə olan müalicəsi də kəsilib. İndi biz narahatıq ki, müalicə nəticəsində əldə edilmiş ilkin müsbət nəticələr də hədər gedəcək” - deyə Tom Sauer bildirib.

Ailənin yerli vəkili dekabrın 19-da məhkəməyə müraciət edərək deportasiyanın qarşısını almağa çalışsa da bu cəhd boşa çıxıb. Ailənin deportasiya olunacağı barədə heç kimə, o cümlədən onların özlərinə də məlumat verilməyib.

H.Ueykert və T.Sauer alman hakimiyyətinin bu cür deportasiya metodunun başqa qaçqın ailələrinə də tətbiq edilə biləcəyini deyir. Onlar bildirir ki, hakimiyyətin insan haqlarını kobud şəkildə pozan bu addımından sarsılıblar.

Azərbaycanlı ailənin deportasiyasına qarşı etiraz aksiyası keçiriləcəyi gözlənilir. Həsənovlar ailəsinin Azərbaycandan hansı motivlərlə mühacirət etdiyi isə məlum deyil.
17 Aralık 2013 Salı

“Əhməd Davutoğlu ilə bağlı deyilənlər düz olarsa, bu yalnız təəssüf doğura bilər”


Türkiyənin XİN rəhbəri Əhməd Davutoğlu Ermənistana səfəri zamanı səsləndirdiyi fikir ölkədə ciddi ajiotaj doğurub. Səfər zamanı XİN rəhbərinin «Osmanlı imperiyası dönəmində ermənilərin deportasiyasını qeyri-insani davranış idi» - deyə fikir səsləndirməsi bəzi parlament üzvləri tərəfindən Ərdoğan hökumətinin qondarma erməni soyqırımını tanımağa hazırlaşması kimi dəyərləndirilib.

Mövzu ilə bağlı Azad Qarabağ Uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli bildirdi ki, Türkiyənin xarici siyasətində qondarma soyqırımla bağlı ciddi dönüşün olması gözlənilən deyil. Türkiyə Cümhuriyyətinin zaman-zaman mənfur erməni siyasətinə qarşı mübarizə apardığını bildirən Rövşən bəy, “ermənilər daima yaşadıqları ölkələrdə onlara şərait yaranan kimi dərhal həmin dövlətə xəyanət etməyə çalışıblar. Eyni sözləri Türkiyədə yaşayan ermənilər barədə də deyə bilərik. Məhz onların köçürülməsi məsələsi daima bu amillərə görə olub. Digər tərəfdən köç zamanı bir neçə erməninin ölməsi faktı isə onlara qarşı vəhşilik və qeyri-insani rəftar kimi dəyərləndirilə bilməz”, - deyə qeyd etdi: “Ermənilərin isə türklərə və azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım fakt isə tarixdə gün kimi aydındır.”

Rövşən bəy sonda bildirdi ki, Davutoğlunun fikirləri konteksdən çıxarılaraq ictimaiyyətə təqdim edilib: “XİN rəhbərinin belə fikir səsləndirməsi inandırıcı görsənmir. Əgər səsləndirilmiş olsa belə, yalnız təəssüf etmək olar.”


Azərbaycanlı hakerlər Ermənistanın məlumat bazasını çökdürdülər

Anti-armenia.org saytının hakerləri tərəfindən Ermənistana məxsus 1.44 GB həcmində çox mühüm məlumat bazaları (daxili işlər nazirliyinin istifadə etdiyi proqram, mobil operatorların bazaları və s.) ələ keçirilib.

Ələ keçirilən məlumatlar bunlardır:
- Ermənistanın daxili işlər nazirliyinin istifadə etdiyi proqram
- Viva cell mobil operatorun bazası
- Orange mobile bazası
- Əhalinin qeydiyyatda olduğu baza
- Passport bazası
- Maşın nömrələri bazası
və s. bazalar.


Haker qrupunun yaydığı xəbərdə deyilir ki, proqramı bazayla birlikdə BURADAN yükləmək olar



Azərbaycanda ötən ay 87 nəfər qidadan zəhərlənib




Bu ilin noyabr ayı ərzində əhali arasında 75 qida zəhərlənməsi hadisəsi baş verib, bu hadisələrdən 87 nəfər zərər çəkib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrda 2 botulizm hadisəsi baş verib, bu hadisələrdən 2 nəfər zərər çəkib.

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 55 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 24 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 954, mikrobioloji göstəricilərinə görə 855, toksikoloji göstəricilərinə görə 245, radioloji göstəricilərinə görə 21 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 7-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 2393 yaxma nümunəsi, 39 soyuq qəlyanaltı nümunəsi götürülüb, 41 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

“Qurandan başqa bütün əşyalar yanıb”



Dini mağazada baş verən yanğında Qurandan başqa bütün əşyalar yanıb
Gəncədə Şeyx Bahəddin küçəsində yerləşən Mərkəzi bazara bitişik mağazada yanğın hadisəsi baş verib. Nəticədə xəsarət alan olmasa da, obyekə ciddi ziyan dəyib.
SalamNews- un bölgə müxbirinin verdiyi xəbərə görə, axşama yaxın baş verən yanğın bütün bazar sakinlərini vahiməyə salıb.
Ani an içərisində qalxan alov az qalsın, bütün bazarı cənginə alıb. Təhlükənin qarşısını almaq üçün dərhal hadisə yerinə şəxsi heyətlə birgə altı yanğınsöndürən maşın cəlb edilib.
Şahidlərin dediyinə görə, yanğn ilk olaraq dini mağazaya bitişik pirojki bişirilən yerdə başlayıb. Qaz balonunun sızması partlayışa səbəb olub, baş qaldıran alov ətrafı bürüyüb. Nəticədə 60 kvadratmetr sahəsi olan obyektlə yanaşı kafe və dini mağaza da yanıb.
Hadisə yerinə gələnlər gördükləri mənzərədən dəhşətə gəliblər. Belə ki, bütün əşyaları yanan dini mağazada təkcə Qurani-Kərim salamat qalıb. Müqəddəs kitaba heç nə olmayıb. Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin (DYMİ) qərargah rəisi Fazil Aslanov yanğının dəqiq baş vermə səbəbinin araşdırmalardan sonra bilinəcəyini deyib.

Minlərlə insan soyuğun və qarın altında hakimiyyətin soyğunçuluğuna etiraz etdi




Milli Şura dekabrın 15-də bahalaşma əleyhinə mitinq keçirib. Mitinq Yasamal rayonundakı Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) olub. Güclü yağışın yağması aksiyaya mənfi təsirini göstərsə də, meydana xeyli insan toplaşıb. Aksiya yüksək əhval-ruhiyyədə keçib.
Mitinqə aparıcılığı jurnalist Şahvələd Çobanoğlu edib. O, mitinqin məram və məqsədi barədə məlumat verəndən sonra, sözü AXCP sədri Əli Kərimliyə verib.
Əli Kərimli çıxışında deyib:
“Bu acgözlər öz büdcələrini doldurmaq üçün yanacağın ardınca qazın da, işığın, nəqliyyatın da qiymətini qaldırmaq istəyəcəklər. İstəyəcəklər ki, sizin hesabınıza milyonlarını, milyardlarını daha da artırsınlar. Onlar sizin son qəpiklərinizə göz dikiblər. Biz ona görə buradayıq ki, bu soyğunçu siyasətə dur deyək (meydandakılar “istefa” qışqırır ).


Əsgər əsgəri ürəyindən bıçaqlayıb



 
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb.
Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrindən birində qeydə alınıb.
Quba rayonundan həqiqi hərbi xidmətə çağırılan, 19 yaşlı Zaur Rüstəmov mübahisə zəminində əsgər yoldaşı, Xətai rayonundan hərbi xidmətə çağırılan Surxay Muradovu bıçaqlayıb. Yaralı əsgər ürək nahiyəsindən aldığı ağır bıçaq xəsarəti ilə hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.

15 Aralık 2013 Pazar

Azərbaycanda 9 jurnalist və 3 bloqçu həbsdədir




Bu ilin 17 sentyabrında MTN tərəfindən həbs olunan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli də daxil olmaqla Azərbaycanda 9 jurnalist və 3 bloqçu həbsdədir. Bu barədə Media Hüququ İnstitutundan “Bizim Yol” qəzetinə verilən məlumatda bildirilir:
Müstəqil jurnalist Fuad Hüseynov – 2010-cu ildə xuliqanlıq ittihamı ilə həbs olunub. Məhkəmə onu 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Tale Bağırov məhkəməni bazara bənzətdi



Dekabrın 13-də Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə ilahiyyatçı Tale Bağırov barəsində Sabunçu rayon Məhkəməsinin 1 noyabr tarixli qərarından verilmiş apelyasiya şikayətinin ilkin baxış iclası keçirilib.
Prosesdə Tale Bağırovun özü və vəkili Cavad Cavadov, dövlət ittihamçısı Nəsib Bayramov, eləcə də bir çox inanclı şəxslər iştirak ediblər.
Vəkil Cavad Cavadov “Azadxeber.net” saytına iclasın əvvəlində məhkəmə baxışının  məhkəmə istintaqı ilə başlanması, həmçinin Tale Bağırov barəsində həbs qətimkan tədbiri məsələsinə də toxunulması ilə bağlı vəsatət qaldırdıqlarını bildirdi:
“Məhkəmə isə belə qərara gəldi ki, məhkəmə istintaqı və əlavə sübutlar tələb edilməsinə heç bir zərurət yoxdur. Biz Tale Bağırovla məsləhətləşdik və bununla bağlı razılaşmırıq. Yəqin ki, bundan kasasiya şikayəti veriləcək. Tale Bağırov özü də məhkəməyə, ümumiyyətlə Azərbaycan məhkəmələrinə  etirazını bildirdi. Azərbaycanda müstəqil məhkəmə olmadığına görə, o hesab edir ki, bu prosesin də heç bir əhəmiyyəti yoxdur, sadəcə bu prosedurlar bizə beynəlxalq məhkəmələrə çıxmaq üçün zəruridir” –deyən vəkil növbəti məhkəmənin 19 dekabr saat 11:30-a təyin edildiyini dedi

Sumqayıtdakı insidentdə vəhabilərdən aşkarlanan silahlar





DİN Sumqayıtda silahlı insident yardadan şəxslərin evlərindən aşkarlanan silahları açıqlayıb.
Dekabrın 11-də Sumqayıtda ektremist təmayüllü “Xəvarici”lərlə “Sələfi” təriqətinə mənsub bir qrup şəxs arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.
 

Deputat əlil uşaqları "bədheybət" adlandırdı

 
Qazaxıstan Prezidentinin qızı, Qazaxıstan Milli Məclisinin deputatı Dariqa Nazarbayeva sosial-mədəni inkişaf komitəsinin iclasındakı çıxışı zamanı "imkanları məhdud uşaqlar"ı "bədheybət" adlandırıb.

Qeyd olunur ki, o bu sözləri iclasda "yeniyetmələrin və gənclərin cinsi-əxlaq tərbiyəsi" barədə mövzu müzakirə olunarkən deyib.

Bakıda bir sakinə cəmi 2 kvadratmetr yaşıllıq düşür




Ölkə prezidenti İlham Əliyev dünən Bakıda Dədə Qorqud abidəsinin açılışında deyib ki, ölkəmizin paytaxtı artıq parklar və bağlar şəhərinə çevrilib. Geniş çıxışın bu məqamı diqqətimi daha çox çəkdi, çünki YAP hakimiyyətinin axır 10 illik dövründə - böyük neft pullarının axmağa başlayandan Bakı tikinti meydançasına çevrilib. Bu prosesdə isə ən çox zərbə yaşıllıqlara dəyib. Yeni azərbaycanlıların hakimiyyəti dövründə yaşılıq zolaqlarını, ağacları məhv edib yerində göydələnlər tikməyin onlarla nümunəsi var. 

Sabah Milli Şuranın mitinqidi





Cəmil Həsənli xalqı mitinqə çağırdı; təşkilatçılara Bakı polisində xəbərdarlıq olundu
Sabah saat 14-dən 16-dək metronun “İnşaatçılar” stansiyasının yanındakı “Məhsul” stadionunda Milli Şuranın mitinqi keçiriləcək. Təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi razılıq verdiyi mitinqin yanacağın qiymətlərinin qaldırılmasına etiraz məqsədilə sosial tələblər və şüarlarla keçiriləcəyini bəyan ediblər.

Milli Şuraya daxil olan partiya və təşkilatlar mitinqə hazırlıq istiqamətində bir sıra toplantılar keçiriblər. Dünən saat 14.30-da Müsavat Partiyasının qərargahında Milli Şuranın dekabrın 15-nə təyin edilmiş mitinqi ilə bağlı toplantı keçirilib. Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının və başqan müavini Gülağa Aslanlının rəhbərliyi ilə keçirilən toplantıya rayon təşkilatlarının sədrləri  qatılıb.  Toplantıda mitinqə hazırlıqla bağlı iş bölgüsü aparılıb, etiraz aksiyasında səsləndiriləcək şüarlar müəyyənləşdirilib, mitinqin kütləviliyinin təmin olunması üçün tapşırıqlar verilib.

Putinin səfəri Ermənistana təhqir idi...



Kreml başçısının ziyarətinə Gümrü hərbi bazasından başlaması ABŞ prezidentlərinin Əfqanıstandakı Bəhram və Qandaqar bazalarına ziyarətləri ilə eyniləşdirilir; Aleksey Sinitsin: “Kasıb Ermənistan müasir rus hərbi maşınlarını heç daxili qiymətə də almaq imkanında deyil...”
Rusiya prezidenti Vladimir Putinin Ermənistana son səfərinin yekunlarından biri də Moskvanın öz forpostuna rus silah-sursatını daxili qiymətlərə satacağı ilə bağlı verdiyi vəd oldu. Əslində bu güzəştin özü də Ermənistan kimi kiçik büdcəsi olan cırtdan ölkə üçün kifayət qədər böyük yükdür. Çünki blokada üzündən işğalçı dövlətin iqtisadiyyatı inkişaf perspektivindən məhrumdur və hələ də faktiki olaraq, sovet dövründəki rüşeym səviyyəsindən yuxarı qalxa bilməyib.
4 Aralık 2013 Çarşamba

Xaricə ucuz, xalqa baha

Azərbaycan benzinin 1 tonunu öz xalqına 917 manata, xaricə 765 manata satır

Hökumət nümayəndələri bəyan edir ki, benzin bizdə qonşu ölkələrdən ucuzdur deyə, onu bahalaşdırmağa məcburdurlar. Onlar söyləyir ki, xaricilər gəlib buradan benzini daha ucuz qiymətə aparırlar. Halbuki bir xaricinin gəlib bizim ölkədən benzin alıb aparması bütün hallarda Azərbaycana daha faydalıdır.

Çünki Azərbaycan hökuməti benzini xarici ölkələrə öz xalqına satdığından daha ucuz qiymətə satır. Buyurun öz gözünüzlə görün. Aİ-92 benzinini nümunə üçün götürək…

Tarif Şurasının son qiymətlərinə görə 1 litri 0,7 manat olan Aİ-92 avtomobil benzininin 1 tonu ölkəmizdə 917 manata satılır. Bu rəqəm qurumun dünənki bahalaşma qərarından götürülüb və qərardakı cədvəlin uyğun hissəsinin fotosunu yazıya əlavə edirəm. Mənbə: http://www.tariffcouncil.gov.az/?/az/resolution/view/104/.

Amma xarici ölkələrə benzinin 1 tonu 943,41 dollara satılır. Bu da edir 765 manat. Bu, ən son rəqəmdir və ARDNŞ-in saytından götürülüb və yenə də saytdan skrin-şotu – fotonu yazıya əlavə edirəm. Mənbə: http://new.socar.az/socar/az/news-and-media/news-archives/news-archives/id/6723.

Tutaq ki, bir gürcü Azərbaycana gəlib benzin alır. Bu zaman o burada öz ölkəsinə nisbətən daha ucuz benzin almış olur, amma bu halda da biz benzini həmin gürcüyə Gürcüstana satdığımızdan daha baha satmış oluruq. Yəni Azərbaycan bundan uduzmur, əksinə udur!

Milli Ordumuzun əsgəri yaralandı



Bu gün səhər saatlarında ermənilərin Xocavənd rayonunun işğal altındakı Kuropatkino kəndindən açdığı atəş nəticəsində Milli Ordumuzun əsgəri yaralanıb.
Yaralanan əsgər Şamaxı rayonundan olan Əlfi Firdovsi oğlu Muradovdur. Ayağından yaralanan əsgər dərhal ərazidəki hərbi hospitala çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Asim Məmmədovun anası prokurorluqda ifadə Verdi




Samirə Məmmədova: “Mən onun öldürülməsi iddiasına şübhə edirəm”
Asim Məmmədov: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ikinci kurs tələbəsi Asim Məmmədovun yas mərasimi dekabrın 3-də saat 14.00-da Əhmədli qəsəbəsi, Sarayevo 17 (“Murad” şadlıq evi ilə üzbəüz) ünvanında keçiriləcək. Bu barədə mərhum tələbənin facebook profilində məlumat yerləşdirilib.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi, 1994-cü il təvəllüdlü Asim Vasim oğlu Məmmədovun meyiti noyabrın 25-də dənizdən tapılıb. Rəsmi məlumata görə, ilkin araşdırmalar mərhumun intihar etdiyini deməyə əsas verir. Bu versiyanı qismən də olsa mərhumun anası da təsdiqləyib. Mətbuata müsahibəsində Samirə Məmmədova oğlunun intihar etməsi versiyasına inandığını gizlətməyib. Eyni zamanda A.Məmmədovun ölümündən əvvəl Türkiyədən olan bir qızı sevdiyini, evlənmək istədiyini, ancaq qızın buna razılıq vermədiyini bildirib. Yeri gəlmişkən, Asim Məmmədov noyabrın 16-dan itkin düşüb. O da məlum olub ki, A. Məmmədov evdən çıxarkən mobil telefonunu evdə qoyub.
Ancaq dostları, tanıyanlar onun intihar etməsi faktına inanmırlar. Ortada ciddi əsaslar olmasa da, dindar, mübariz tələbənin birdən-birə özünə qəsd etməsi çoxlarında şübhə yaradıb. Qeyd edək ki, A.Məmmədov xeyli dərəcədə fəal gənclərdən olub. Bəzi saytlarda dini mövzularda məqalələr, tərcümələr edib. Bundan başqa, müxalifətin aksiyalarına qatılıb, apreldə ilahiyyatçı Taleh Bağırovun həbsinə etiraz olaraq keçirilən aksiyada həbs olunub, 10 sutka həbsdə yatıb. Oktyabrın 28-də yenə Taleh Bağırovun məhkəməsi zamanı Sabunçu Rayon Məhkəməsinin qarşısında həbs edilib və 8 saat saxlandıqdan sonra cərimələnərək buraxılıb. A.Məmmədov “Dindarlar Milli Şurayladır” qrupunun admini olub. Belə bir insanın qəflətən onunla evlənmək istəməyən qıza görə özünə qəsd etməsi haqlı olaraq şübhələr doğurub.
Bu barədə saytlarda və sosial şəbəkələrdə yayılan yazılarda əksəriyyət məhz yuxarıda sadalanan səbəblərə görə A.Məmmədovun özünə qəsd etməsinə inanmadığını bildirir. Yeri gəlmişkən, Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanıb.
2 Aralık 2013 Pazartesi

Dindarlar məhkəmədən öz bəraətlərini istədilər




“Qollarıma vurulan qandal deyil, azadlığımın qolbağıdır ”
Xəbər verildiyi kimi, keçən gün Nicat Əliyev və dindarların məhkəməsi keçirilib

Keçənu gün saat 11:20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyev və digər təqsirləndirilən şəxslər Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqli Emin, Məmmədov Səfər, Əliyev Əlinin növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə iclasında Səfərli Ceyhunun vəkili Əliyev Şəhriyar çıxış edib. O çıxışında qeyd edib ki, “Ceyhun Səfərli dövlət əleyhinə heç bir çağırış etməyib. Bu barədə ibtidai istintaq dövründədə heç bir sübut olmayıb. O tutularkən kobud şəkildə prosesual qaydalar pozulub. O işkəncəyə məruz qalıb. Ceyhun məhkəmə istintaqına ifadəsi zamanı bu barədə məlumat vermişdi. Ondan götürülən heç bir sənəd geri qaytarılmayıb. Ona qarşı olunan ittihamlar qondarmadır. Müdafiə etdiyim Ceyhun Səfərliyə bəraət hökmü verilməlidir.”

Daha sonar Dövlət İttihamçısı vəkillərin çıxışlarına münasibət bildirib. O çıxışında qeyd edib ki, həbs olunanlara qarşı ittihamlar haqqlı olaraq verilib və istədiyi cəzaların tətbiq olunmasını xahiş edib. Məhkəmə iclasında Quranda tolerantlıq ayəsinin olması barədə iddia səsləndirib. Bu isə etirazlara səbəb olub.

Dövlət ittihamçısının çıxışına vəkillərin etirazı gecikmədi. Vəkillər Anar Qasımlı, Yalçın İmanov və digərləri dövlət ittihamçısını qanunlara şərh verdiyi üçün tənqid etdi. Bildirdilər ki, bu yalnız konistutusiya məhkəməsinin səlahiyyətində olan məsələdir. Qanunlara şərh verməyə heç kimin qanuni icazəsi yoxdur.

Bir var kəbindən doğulan, bir var siğədən doğulan, bir də var…




Bu yaxınlarda bir ifadəyə rast gəldim. Təqribən belə idi : “Bir var kəbindən, Bir var siğədən doğulanlar….”.

İfadənin müəllifi siğədən doğulanlar dedikdə kimləri nəzərdə tutduğu tam aydın olmasa da, birilərini təhqir etmək üçün, bu ifadədən istifadə etdiyi bəlli idi.

Əslində İfadə qərəzli olsa da, metod və baxış bucağı döğrudur. Doğrudan da bütün problemlərin kökündə, insanın zatı və rişəsi dayanır. Dini mənbələrə nəzər saldıqda, bir çox hədislərdə görmək olar ki, bir insanın tərbiyəsində başlıca amillərdən biri onun bünövrəsinin paklığıdır. Elə bəzilərinin dandığı atalar da, “Əslini gizlədən haramzadədir”, “Ot kökü üstə bitər” dedikdə, bu məsələləri nəzərdə tutublar.

Uzatmayım. Bir var kəbindən, Bir var siğədən doğulanlar…

Kəbindən doğulanlar məlum. Siğədən doğulanlar dedikdə, yəqin ki mütə nikahından dünyaya gələnlər nəzərdə tutulur. Tarixdə belə bir nikahdan kiminsə doğulduğuna dair bir fakt tapa bilmədim. Olubsa da, mən bilmirəm. Tapsaydım onların necə bir insan olduqları barədə bir qənaətə gəlmək olardı. Yalnız onu bilirəm ki, mütə nikahı müsəlman aləmində, bəhs edilən elmi, şəri və tarixi bir məsələdir. Təbii ki, bu barədə geniş yazmaq hazırki cızma-qaranın əsas məqsədi deyil. Araşdırmaq istəyəynlər elə uzağa yox, əhli-sünnə fiqhinin özəyini təşkil edən, “Səhih-Buxari” və “Səhih-Muslim” kitablarına baxa bilərlər. Təbii ki, bu kitabları oxuya biləcək savadları varsa.! Mütə nikahını haram bilən də, halal bilən də, nikahın Peyğəmbər dövründə olduğunu qəbul edir. Yalnız bir qism müsəlman alimlər sözügedən nikahın sonradan qadağan edildiyini bildirir. Hər iki fikirə hörmətlə yanaşırıq. Sözümüz bunda deyil.

Maraqlı təsnifatdı!: Bir var kəbindən, Bir var siğədən doğulanlar. Amma nədənsə əsas qrup yaddan çıxıb. Bir də var zinadan əmələ gələnlər. Yəni vələduzzinalar.

Benzinin və dizelin qiyməti qalxdı: nə az, nə çox - 20 qəpik!

un Tarif Şurasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixində keçirilmiş növbəti iclasında rabitə, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərikimya” İstehsalat Birliyi) satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxılmışdır.
Tarif (qiymət) Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə baxılmış və müvafiq qərar qəbul edilmişdir. Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılmış, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılmış, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilmişdir. Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilmişdir. Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilmiş, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılmışdır.

SUMQAYITDA KÜTLƏVİ DAVA: 6 nəfər yaralandı




Sumqayıtda 6 nəfərin yaralanması ilə nəticələnən kütləvi dava olub. APA TV-nin xəbərinə görə, onlardan 3-ü bıçaq xəsarəti alıb, digərləri isə əlbəyaxa zamanı yumruq və təpik zərbələrinə məruz qalıb. Hadisə Nəsimi parkının yaxınlığındakı Qala restoranının qarşısında baş verib.

Hadisəyə qız üstündə mübahisənin səbəb olduğu bildirilir. Həmçinin, əlbəyaxa olan şəxslərin içkili olduğu da deyilir. Xəsarət alanlardan birinin 17 yaşı var. Hadisənin səbəbləri xəsarət alanların ifadəsindən sonra müəyyənləşəcək. İlkin ehtimala görə, onlar bir-birlərinə

BAHALAŞMA KABUSU?!!!




Hökumətin kommunal xidmətləri, eləcə də yanacağın qiymətlərini qaldırması əhalinin orta və kasıb təbəqəsi üçün böyük zərbə olacaq, bahalaşma bütün sahələri “vuracaq”. Rəsmi hesablamalara əsasən, 2013-cü ildə Azərbaycanda inflyasiya səviyyəsi 3,3 faiz, 2014-cü ildə isə 3,5 faiz təşkil edəcək. Deməli, söhbət heç də inflyasiyadan və ya büdcə qurumlarının məsrəflərinin kəskin artmasından deyil, ciddi qiymət artımından gedir


Azərbaycan hökuməti yeni bahalaşmanın anonsunu verdi. Mətbuatın yazdığına görə, gələn ilin əvvəlindən ölkədə yanacaq və kommunal xidmətlərin qiyməti qaldırılacaq. Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov da bunu qismən də olsa təsdiqləyib.  Sitat: “Bildirmişəm ki, 2007-ci ildəki son artımlardan bu vaxta qədər ölkədə kommunal sahədə artımın edilməsi labüddür. Bununla bağlı Tarif Şurasından təkliflər olacaqsa, son sözü də elə Tarif Şurası deyəcək”.

Sumqayıtda da izdihamlı Aşura mərasimləri keçirilib



Bu gün Azərbaycanın hər yerində olduğu kimi ölkənin ən böyük üçüncü şəhəri sayılan Sumqayıtda da izdihamlı Aşura mərasimi keçirilib. Şəhərin məscidlərinə yığışan minlərlə sumqayıtlı, müqəddəs İslam peyğəmbərinin nəvəsi Həzrəti İmam Hüseyn(ə)-ın xatirəsini əziz tutublar.

Nəzir, şirni, şərbət və digər ehsanlar paylamaqla Kərbəla şəhidlərinin xatirəsini əziz tutan minlərlə şəhər əhalisinin yığışdıqları məscidlərdə, mərsiyələr və xütbələr oxunub.

Qeyd edək ki, Sumqayıtda yerləşən Cümə, Corat, Katej qəsəbəsində yerləşən İmam Sadiq(ə), İslam və köhnə Corat məscidlərinin hər birində izdihamlı Aşura tədbirləri keçirilib.

Asim Məmmədovun meyiti tapılıb




İtkin düşən gənc dindar ölü tapıldı
Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun meyiti tapılıb. Musavat.com xəbər verir ki, bu barədə Facebook-da onun dostları yazıblar. Gəncin nədən dünyasını dəyişdiyi hələlik məlum deyil.

Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O, gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yer
Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun meyiti tapılıb. Musavat.com xəbər verir ki, bu barədə Facebook-da onun dostları yazıblar. Gəncin nədən dünyasını dəyişdiyi hələlik məlum deyil.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda dənizdə naməlum kişi meyitinin olması barədə məlumat daxil olub. Musavat.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib. Görülən tədbirlər nəticəsində təxminən 30-35 yaşlarında naməlum kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Musavat.com xəbər verir ki, meyit tanınması üçün Asim Məmmədovun ailəsinə göstərilib. Anası Asim Məmmədovun cəsədini tanıyıb.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel