Əlaqə
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
-
Aralık(45)
- Ara 29(7)
- Ara 25(2)
- Ara 24(2)
- Ara 23(3)
- Ara 21(8)
- Ara 17(6)
-
Ara 15(7)
- Azərbaycanda 9 jurnalist və 3 bloqçu həbsdədir
- Tale Bağırov məhkəməni bazara bənzətdi
- Sumqayıtdakı insidentdə vəhabilərdən aşkarlanan si...
- Deputat əlil uşaqları "bədheybət" adlandırdı
- Bakıda bir sakinə cəmi 2 kvadratmetr yaşıllıq düşür
- Sabah Milli Şuranın mitinqidi
- Putinin səfəri Ermənistana təhqir idi...
- Ara 04(3)
- Ara 02(7)
- Kasım(5)
- Ekim(84)
- Eylül(81)
- Ağustos(7)
- Temmuz(39)
- Mayıs(5)
- Nisan(15)
- Mart(12)
- Şubat(12)
- Ocak(58)
-
Aralık(45)
15 Aralık 2013 Pazar
Azərbaycanda 9 jurnalist və 3 bloqçu həbsdədir
Bu ilin 17
sentyabrında MTN tərəfindən həbs olunan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli
də daxil olmaqla Azərbaycanda 9 jurnalist və 3 bloqçu həbsdədir. Bu barədə
Media Hüququ İnstitutundan “Bizim Yol” qəzetinə verilən məlumatda bildirilir:
Müstəqil jurnalist
Fuad Hüseynov – 2010-cu ildə xuliqanlıq ittihamı ilə həbs olunub. Məhkəmə onu 6
il 6 ay müddətinə azadlıqdan məhrum edib.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı
– 2011-ci il oktyabrın 28-də həbs olunub. Külli miqdarda rüşvət alma və vergi
ödəməkdən yayınmada təqsirli bilinib. 9 il müddətinə azadlıqdan məhrum edilib.
Müstəqil jurnalist Fərəməz
Novruzoğlu – 2012-ci il aprelin 17-də həbs olunub. Sərhədi qanunsuz keçmə və
kütləvi iğtişaşlara çağırış ittihamları ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum
edilib.
“Azadxeber.net” internet qəzetinin baş
redaktoru Nicat Əliyev – 2012-ci il mayın 20-də tutulub. “Tolışi sədo” qəzetinin
baş redaktoru Hilal Məmmədov – 2012-ci ilin iyununda tutulub. 5 il müddətinə
azadlıqdan məhrum edilən jurnalist dövlətə xəyanətdə, milli ayrı-seçkilik
salmaqda və narkotik ticarətində təqsirli bilinib.
“Xeber44.com” saytının rəhbəri Araz Quliyev –
2012-ci il sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli
tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət
yetirmək ittihamı ilə tutulub. 8 il müddətinə azadlıqdan məhrum edilib.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq
Yaqublu – bu il fevralın 4-də həbs olunub. Hakimiyyət nümayəndəsinə qarşı
müqavimət göstərmə və ya zor tətbiq etmə, zorakılıqların, talanların,
yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları
təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmədə ittiham olunur.
Dini bloqçu Rəşad
Ramazanov – bu il mayın 9-da həbs edilib. Qanunsuz olaraq külli miqdarda
narkotik vasitələri saxlamaqda ittiham edilən bloqçuya 9 il azadlıqdan məhrumetmə
cəzası kəsilib.
Gənc bloqçu İlkin Rüstəmzadə
– bu il mayın 17-də həbs olunub. Xuliqanlıqda və zorakılıqların, talanların,
yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi
iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində ittiham
olunur.
“Psnota.com” saytının rəhbəri Sərdar Əlibəyli
– bu il avqustun 2-də həbs edilib. Silahdan və ya silah qismində istifadə edilən
əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinərək 4 il həbs cəzasına məhkum
olunub.
Gənc bloqçu Əbdül Əbilov
– bu il noyabrın 27-də həbs edilib. “Facebook”da tənqidi statuslarına görə
tutulduğu iddia olunur. Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan
tədbiri seçib. Narkotik alverində ittiham olunur. Ailəsi isə onun
“Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “Facebook”da
“Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə
bağlanıb.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder