Əlaqə
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
-
Aralık(45)
- Ara 29(7)
- Ara 25(2)
- Ara 24(2)
- Ara 23(3)
- Ara 21(8)
- Ara 17(6)
-
Ara 15(7)
- Azərbaycanda 9 jurnalist və 3 bloqçu həbsdədir
- Tale Bağırov məhkəməni bazara bənzətdi
- Sumqayıtdakı insidentdə vəhabilərdən aşkarlanan si...
- Deputat əlil uşaqları "bədheybət" adlandırdı
- Bakıda bir sakinə cəmi 2 kvadratmetr yaşıllıq düşür
- Sabah Milli Şuranın mitinqidi
- Putinin səfəri Ermənistana təhqir idi...
- Ara 04(3)
- Ara 02(7)
- Kasım(5)
- Ekim(84)
- Eylül(81)
- Ağustos(7)
- Temmuz(39)
- Mayıs(5)
- Nisan(15)
- Mart(12)
- Şubat(12)
- Ocak(58)
-
Aralık(45)
15 Aralık 2013 Pazar
Bakıda bir sakinə cəmi 2 kvadratmetr yaşıllıq düşür
Ölkə prezidenti İlham Əliyev
dünən Bakıda Dədə Qorqud abidəsinin açılışında deyib ki, ölkəmizin paytaxtı
artıq parklar və bağlar şəhərinə çevrilib. Geniş çıxışın bu məqamı diqqətimi
daha çox çəkdi, çünki YAP hakimiyyətinin axır 10 illik dövründə - böyük neft
pullarının axmağa başlayandan Bakı tikinti meydançasına çevrilib. Bu prosesdə
isə ən çox zərbə yaşıllıqlara dəyib. Yeni azərbaycanlıların hakimiyyəti dövründə
yaşılıq zolaqlarını, ağacları məhv edib yerində göydələnlər tikməyin onlarla
nümunəsi var.
Bakı onsuz da tarixən yaşıllıq
baxımından yoxsul şəhər olub, amma qeyri-peşəkar şəhər planlaması vəziyyəti
daha da ağırlaşdırdı. Dünya təcrübəsində yanaşma belədir: yeni tikintilərə
start verildikdə hər hektar tikinti üçün yaşıllıq zonasının normativi müəyyən
olunur, yeni məskunlaşma ərazilərində yaşayacaq hər 10 000 nəfər üçün sosial
infrastruktur ehtiyacı müəyyən edilir (məktəblər, bağçalar, kitabxanalar, mədəniyyət
müəssisələri, səhiyyə qurumları və s.), hər 100 (yaxud 1000) maşın hesabı ilə
parklama sahələri müəyyən olunur. Bir sözlə, yüksək peşəkarlıqla şəhər
planlaşdırılması aparılır. Binalar arasında məsafələr üçün də dünyada qəbul
olunmuş standart var: iki yanaşı tikilən bina arasında məsafə belə müəyyən
edilir: bir binanın tam hündürlüyü, digər binanın hündürlüyünün 50%-i qədər.
Sizcə Bakıda bu standartlardan hansı birinə əməl olunur.
Nə isə mövzu Bakıda
yaşıllıqların vəziyyəti idi... Amma müqayisələr göstərir ki, vəziyyətimiz çox
ağırdır. Rəsmi məlumata görə, hazırda Bakının mərkəzi hissəsinin (təxminən 1600
hektar) cəmi 7%-i (115 hektar) yaşıllıqlardan ibarətdir. Dünyada ərazisinin
30%-dən çoxunu yaşıllıqlar təşkil edən paytaxtlar var (məsələn, elə Moskvanın
özü). Hazırda Bakıda bir sakinə cəmi 2 kvadratmetr yaşıllıq düşür. Halbuki, məsələn,
dünyanın ayrı-ayrı paytaxt şəhərlərində bu göstərici 10-30 kvadratmetr
aralığında dəyişir.
İndi biz nə təhər özümüzə
"parklar və bağlar şəhəri" deyə bilərik. Bu doğru olmayan məlumatları
ölkə başçısına kim verir?
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder