Blog Arşivi

20 Ocak 2013 Pazar

Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur


 ...__/ Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur \__...

Azərbaycan Hüquqçular Assosiasiyası məhkəmə proseslərinin və kütləvi tədbirlərin monitorinqinin nəticələrini açıqlayıb
Azərbaycan Hüquqçular Assosiasiyası məhkəmə proseslərinin və kütləvi tədbirlərin monitorinqini başa çatdırıb. Dünən Müsavat Partiyasının qərargahında mövzu ilə bağlı təşkil olunan tədbirdə assosiasiyanın prezidenti, tanınmış hüquqşünas Ənnağı Hacıbəyli monitorinq və onun nəticələri barədə məlumat verib. Bəlli olub ki, məhkəmələrin monitorinqi üçün vicdan məhbusu Bəxtiyar Hacıyevin və gənc fəalların işləri üzrə məhkəmə prosesləri seçilib. Və bununla bağlı hesabat dərc olunub. Məhkəmə proseslərinin monitorinqi zamanı xüsusilə siyasi motivli işlərin məhkəmə araşdırması ədalət prinsipinə uyğun deyil, sifariş əsasında həyata keçirilib. Beləliklə də bir daha aydın olub ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur.
Kütləvi tədbirlər barədə danışan Ənnağı Hacıbəyli xüsusi olaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun üzərində dayanıb. Hüquqşünas bildirib ki, kütləvi tədbirlərin monitorinqi zamanı "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun da hüquqi ekspertizası aparılıb. Ənnağlı Hacıbəyli deyib ki, bu qanunda xeyli boşluqlar var ki, Azərbaycan hakimiyyəti sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq bu boşluqlardan məharətlə yararlanır. "Bu qanuna 2008-ci il 30 may tarixli qanunla çoxsaylı dəyişikliklər və əlavələr edilib. Bu əlavə və dəyişiklikləri 3 qrupa bölmək olar. Birinci qrup bu əlavə və dəyişikliklər qanuna mahiyyətcə heç bir şey əlavə etmir. Sadəcə beynəlxalq təşkilatlar qarşısında görüntü yaratmaq məqsədi daşıyır. Məsələn, qanunun 1-ci maddəsinə sərbəst toplaşmaq azadlığının Konstitusiya ilə yanaşı beynəlxalq müqavilələrlə təmin edilməsi haqqında, 2-ci maddəyə isə sərbəst toplaşmaq azadlığının beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilməsi haqqında müədda əlavə edilib. Mahiyyətcə bu əlavələr qanuna prinspipal yenilik gətirmir. İkinci qrup əlavə və dəyişikliklər və önəmli olan və elə bir ciddi önəmi olmayan yeniliklər kimi fərqləndirilə bilər. Məsələn, 2-3-cü maddələrin yeri dəyişdirilib və kiçik redaktə dəyişikliyi ilə verilib. Toplantının ümumi anlayışları dəyişdirilib, mümkün formalarının siyahısı ümumi şəkildə verilib və ayrı-ayrı toplantı formalarının anlayışı çıxarılıb. Üçüncü qrup əlavə və dəyişikliklər isə onsuz da pis olan qanunun daha da pis qanuna çevirib. Məsələn, 4-cü maddənin 2-ci hissəsində "qadağandır" sözünün "məhdudlaşdırıla və ya dayandırıla bilər" sözləri ilə əvəz olunması sui-istifadə hallarına gətirib çıxara bilər. Və hakimiyyət elə bundan vaxtaşırı yararlanır".

Ənnağı Hacıbəyli bir maraqlı məqama da diqqət çəkib: "Təsəvvür edin, yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələr astronomik məbləğdə - 1500 manata qədər artırılıb. Amma mitinqlərin keçirilməsinə, insanların konstitusion hüquqlarının təmin olunmasına mane olan vəzifəli şəxslər 70 manat cərimə olunur. Bütün bunlar hakimiyyətin insanların konstitusion hüquqlarına olan münasibətin göstəricisidir".
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal Azərbaycan Hüquqçular Assosiasiyasının layihəsini müsbət qiymətləndirib. O, bildirib ki, bu monitorinqlər Azərbaycanda müstəqil məhkəmənin olmadığını, vətəndaşların konstitusion hüquqlarının tanınmadığını bir daha sübut edir. Vidadi Mirkamal vətəndaş cəmiyyəti institutlarının bu cür layihələri davam etdirməyi vacib sayıb.
ALP-nin sədri Əvəz Temirxan isə bildirib ki, Azərbaycan qanunlarla deyil, tapşırıqlarla idarə olunur. Onun sözlərinə görə, məhkəmələr, icra orqanları hər hansı məsələ barədə "yuxarıdan" gələn zənglər əsasında qərar çıxarır.

AXCP sədri Əli Kərimli də Azərbaycan Hüquqçular Assosiaasiyasının işini yüksək dəyərləndirib. O, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: "Bu qanun qəbul ediləndə biz bilirdik ki, hakimiyyət qanundakı boşluqlardan sui-istifadə edəcək. Çünki qanunverici orqan qanun qəbul edilən zaman şəraiti nəzərə almalıdır. Yəni, qanunda hansıssa sui-istifadə hallarına şərait yaradan müddəalar çıxarılmalı, düzəlişlər edilməli idi. Lakin bu olmadı. Ona görə də biz bu qanunu anti-demokratik layihə adlandırırdıq. Praktika da göstərdi ki, biz yanılmamışıq. Bu qanunun qəbul edilməsindən neçə il ötüb və artıq etiraf edilməlidir ki, bu qanun sərbəst toplaşmaq azadlığına təminat vermir. Bu, əslində sərbəst toplaşmamaq haqqında qanundur.
Biz Venesiya Komissiyasının hakimiyyətlə münasibətlərdə məsələnin yalnız formal tərəfindən çıxış eləməsinə də təpki göstərməliyik. Yaxşı, Azərbaycan hakimiyyəti formallıqdan istifadə edir. Bəs axı Venesiya Komissiyasının borcu insan haqlarının inkişafına yardım etməkdir. Axı onlar mahiyyəti yaxşı bilir. Bilirlər ki, qanunda boşluq var və hakimiyyət bundan yararlanacaq. Ona görə də buna imkan verilməlidir. Sui-istifadə halları yaradan müddəalar qanundan çıxarılmalıdır".
AXCP sədri həmçinin təklif edib ki, vətəndaş cəmiyyəti institutları aksiyalarda hakimiyyətin siyasi sifarişlərini yerinə yetirməkdə canfəşanlıq göstərən məmurların, hakimlərin, polis əməkdaşlarının və dövlət qurumlarının işçilərinin siyahısını tərtib edərək beynəlxalq təşkilatların diqqətinə çatdırması daha yaxşı olur: "Bu günlərdə Avropa Parlamenti Azərbaycanla bağlı prinsipial və hakimiyyətin hərəkətlərinə adekvat qətnamə qəbul etdi. Qətnamədə xüsusi diqqət çəkən məqam insan haqlarını pozan ayrı-ayrı vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin gündəmə gətirilməsi oldu. Hiyə vətəndaş cəmiyyəti institutları bu işdə Avropa Parlamentinə yardımçı olmasın? Hesab edirəm ki, qeyri hökumət təşkilatları aksiya zamanı xüsusi qəddarlıq göstərən, həbs olunmuş adamları kabinetində döyən polis əməkdaşlarının, siyasi motivli işlərdə sifarişlə qərar çıxaran hakimlərin, bir sözlə, insan hüquqlarının pozulmasında amansızlığı ilə seçilən məmurların siyahısını tərtib etməlidir. Bu sanksiya məsələsində Avropa strukturlarına böyük kömək olar".


23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel