Blog Arşivi

20 Ocak 2013 Pazar

İçərişəhər “Cümə” məscidinin dini icması və DEVAMM rəzil filmlə bağlı bəyanatla çıxış etmişlər


İçərişəhər “Cümə” məscidinin dini icması və DEVAMM rəzil filmlə bağlı bəyanatla çıxış etmişlər. İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “Bismillahir-Rahmənir-Rahim! Bu günlərdə dünyanın 1 milyarddan çox insanının inancı olan müqəddəs İslam dininə qarşı növbəti mənəvi terror həyata keçirilməkdədir. Belə ki, özünü sionist əsilli amerikalı kimi təqdim edən birinin 100-ə yaxın sionistin milyonlarla dollar həcmində maddi dəstəyi ilə çəkdiyi "Müsəlmanların məsumluğu" filmi, mübaliğəsiz olaraq, dünyanı silkələmişdir. Bu günə qədər hələ ki, cinayəti törədənlər ABŞ-da məsuliyyətə cəlb edilməmiş, üstəlik bunu özünüifadə azadlığı kimi yeritmə cəhdləri də müşahidə edilməkdədir. Faktiki olaraq, özünüifadə kimi ümumbəşəri dəyərlər, rəzil mənəvi cinayətlər vasitəsilə erroziyaya uğradılmaqdadır. Bunun nəticəsi olaraq, dünyanın hər yerində müsəlmanların haqlı etirazları yer almaqdadır.



Əslində baş verənlər - salman rüşdü ilə başlayan, danimarkalı rəzil karikaturalarla davam edən, Quran yandırılması ilə daha da eybəcərləşdirilən bir islamofobik sürəcinin növbəti dalğasıdır. Açıq-aydın görünür ki, ilahi paradiqma daşıyıcılarına nisbətdə, güclə və zorən iblisvari paradiqmanı qəbul etdirmə səyləri edilir. Yəni mahiyyət etibarilə, hər nəyin bahasına olursa-olsun, inanclı insanları, öz inanclarının təhqir olunmasına öyrəşdirmək, təhqirlərə yanaşmalarını adiləşdirmək və təfavütsüzləşdirməklə səciyyələnən davamlı və sistemli iblisvari cəhdlər edilir.



Özünü islam inancına aid edən hər kəs, bu ağır imtahanlar qarşısında ilahi paradiqmanın üzərində daha da sabit dayanmalı və bu kimi iblisvari səyləri puça çıxarmalıdır.



Təəsüflərlə qeyd olunmalıdır ki, bu etirazlar zamanı müxtəlif ölkələrdə insanlar həyatını itirmişlər. Bu cinayəti törədənləri cəzasız saxlayanlar, dolayısı ilə bu edilən islamofobik addımlara şərik olurlar. Biz bir daha tələb edirik ki, bu cinayəti törədənlər təcili cəzalarına çatmalıdır.

Baş verənlər həm də bütün dünyada yaşanan və xüsusilə Yaxın Şərqdə yaşanan İslami oyanışa qarşı yönəlik bir təxribatdır. Ümumilikdə isə, bütün dünyada ləyaqətli və ədalətli birgəyaşayış, sülh və əmin-amanlıq istək və amallarına vurulan zərbədir. Bu mənada, törədilən bu kimi cinayətlərin ağırlığı və terror yüklü mahiyyəti daha da bariz görünür.



Hesab edirik ki, dünya ictimaiyyəti bu məsələdə vurğuları dəqiq qoymalıdır. İlk olaraq baş verən mənəvi terror dəyərləndirilməli, ardınca bunu edənlərin cəzasız qalmalarının səbəbləri dəyəndirilməli, bu cinayətin və cəzasızlıq mühitinin nəticəsində baş verən insan tələfatları dəyərləndirilməlidir. Qlobal miqyasda bu kimi mənəvi terror proqramlarının müəllifləri ifşa edilməli, belə cinayətlərin profilaktikası üçün işlək mexanizmlər yaradılmalıdır.


23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel