Əlaqə
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
- Aralık(45)
- Kasım(5)
- Ekim(84)
- Eylül(81)
- Ağustos(7)
- Temmuz(39)
- Mayıs(5)
- Nisan(15)
- Mart(12)
- Şubat(12)
-
Ocak(58)
- Oca 30(1)
- Oca 28(2)
-
Oca 20(33)
- 20 yanvar,Qanlı Yanvar
- 23 APREL HƏRƏKATI BƏYANAT YAYDI
- GÜLƏR ƏHMƏDOVA YAP-dan ÇIXARILDI
- Hüquqşünas qalmaqallı hakimdən danışdı
- hicab
- İrlandiya qəzeti İlham Əliyevi “qəddar diktator” a...
- Korrupsiyadan yazan jurnalistlər İlham Əliyevi "İl...
- Nigar Yaqublu azad olunmadı
- İlham Əliyev bir gecədə 60 min dollar hesab ödədi
- SUMQAYITDA QUMAR VƏ FAHİŞƏXANA BİZNESİ
- Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur
- Bakıda dindarların aksiyası qana boyandı
- Təhsil Nazirliyinin qabağında“Hicaba azadlıq” etiraz
- Hicablı şagirdlər sinif-sinif axtarılır
- İlham Əliyev hakimiyyəti kimə vermək istəyir?
- İlham Əliyev 28 mayda Şeytanın nişanəsi bərpa etdi
- ABŞ-ın daha bir səfirliyi partladıldı
- Qarabağsız Azərbaycanda gözəllik yoxdur…
- qeyrət ölkəsinə hansı yaxşıdır???
- YENƏ RAMAZAN AYI, YENƏ GÖZƏLLİK MÜSABİQƏSİ
- xalq - hökümət
- Ölkəni silkələyəcək yeni ifşa kampaniyası başlanır
- Lorin azərbaycanlı jurnalistin müdafiəsinə qalxdı
- Artıq və lazım olmayan xərclər
- Bəyanat
- Xak olunan youtube-nun faktları
- İçərişəhər “Cümə” məscidinin dini icması və DEVAMM...
- Youtube dünyada geniş etirazlara səbəb olub
- Oca 15(21)
- Oca 07(1)
20 Ocak 2013 Pazar
Artıq və lazım olmayan xərclər
Söz yox, C.Lopezi bura dəvət edən təşkilatlar da heç də onun yanında xəcalətli qalmayıblar, cəmi cümlətani 3-4 milyon manat yol haqqı veriblər. Həə deyəsən, illərlə nimdaş paltarlarını başının üstündə dam örtüyü kimi istifadə edən yazıq qaçqınlarımız və onlardan da betər kasıbçılıq bəlası ilə uzaq kəndlərdə yaşayan insanlarımız elə bu milyonların adını eşidəndə öz qəzəblərini boğa bilmirlər. Bir öz yaşayışlarına baxırlar, bir də məmurların bu qədər pulları gah "Eurovision"a, gah ölkənin dünyada yaxşı görünməsi üçün hansısa üzdəniraq müğənnilərə milyonlar bəxşiş etməsinə baxaraq, od tutub yanırlar. Görəsən bu
düşüncəni kim təlqin edib bəzi məmurlara? Bu xalqı, bu ölkəni məgər yalnız C.Lopezlərin vasitəsilə, yaxud hansısa öz müğənnilərimizin bağırması ilə dünyaya çatdırmalıyıq məgər?!
Bu gün dünya öz elmi-texnoloji nailiyyətləri ilə tanınmaq üçün rəqabətə gedir, bəyənmədiyimiz bəzi ölkələr bu gün Marsa adam göndərməyi düşünür, biz isə özümüzün olmayan, xarici ölkələrdən aldığımız hərbi helikopterləri belə havaya qaldırmağa cəsarət etmirik. Dünyadan bu anormallıqlar çox gözəl görünür. Biz yalnız Cenifer Lopezin təyyarələrini havada uçmasına təkan verə bilirik. Bunu da o özü daha yaxşı bacarır, lakin, bizə də lütf edib yanacaq pulunu verməyimizi tövsiyə edir. Belə də tanınmaqmı olur? O hansı dünyadır axı, bizim kimiləri belə tanımaq istəyir?
Dünyanın ən çox gündəmində olan dövlət və qitələrinə nəzər salsaq, hansılar Lopezə 4 milyon verir ki, gəl ölkəmdə 3 gün qal, məni başqa ölkələr tanısın? Bəlkə də hansısa ölkə edə bilər. O ölkədə ki, qaçqınlar, öz kəndlərində körpələri
Bu gün dünyanın gündəmini müəyən edən ölkələr - ABŞ, Rusiya, Avropa dövlətləri, Yaponiya, Çin, Türkiyə, İran və yaxud “Ərəb baharı”nın qəhrəmanları özlərini nə ilə tanıtdırırlar? Bəlkə bunlar arasında bizə uyğun olan müsbət əlamətləri götürək? Avropada küçələrə daş döşəndiyini görüb, paytaxtımıza da eyni formalı daşların düzülməsi ideyasını müsbət dəyərləndirmək lazımdır. Deməli, istəsək həm müsəlman, həm də Qərb ölkələrindən müsbətlikləri özümüzə gətirə bilərik. Ancaq istəmək lazımdır. Ümid Allahadır.
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.