Blog Arşivi

20 Ocak 2013 Pazar

Qarabağsız Azərbaycanda gözəllik yoxdur…



Qarabağın qədrini bilməyən kişi Azərbaycan qadınının da dəyərini bilməyəcək..
Bu gün özünü Azərbaycan vətəndaşı sayan hər bir kəs istənilən mövzuda düşünərkən, hər hansı bir iş qurarkən, tədbir keçirərkən müsəlman-türk olmağımızla bahəm, Qarabağımızın erməni işğalı altında olması amilini də mütləq nəzərə almalıdır. Təəssüf ki, çoxları üçün qazanc hər şeydən irəlidir…
Bu günlərdə xəbər yayıldı ki, iyulun 26-dan avqustun 26-dək keçirilmiş “Miss Civilization Azərbaycan 2012” Mədəniyyətlər gözəli müsabiqəsiində 7 münsifdən biri olmuş Türkiyənin məşhur stilisti Cengiz Aşkın Novxanıda tədbirin keçirildiyi məkandan çıxarkən naməlum şəxslər tərəfindən babat döyülüb, sifət nahiyəsindən xəsarətlər alıb. O saat ürəyimdə dedim ki, bu, onun hələ bu dünyada aldığı xırda bir cəzadır… Yəni müsəlman-türk oğluna qadınların, üstəlik, türk qadınlarının yarıçılpaq şəkildə qədim qul bazarlarındakı kimi nümayiş edilməsinə şərait yaradan tədbirlərin təşkilatçısı olmaq, onlarda iştirak etmək yaramaz…
Bu ilin yay aylarında artıq Azərbaycanda ikinci gözəllik müsabiqəsi keçirildi: özü də Müqəddəs Ramazan ayı zamanında… Hələ sentyabrda sonuncu müsabiqənin dünya turu keçiriləcək, ondan sonra da Qurban bayramı, Həcc mərasimi ərəfəsində Cenifer Lopes vətənimizə təşrif buyuracaq… Nə böyük uğur, nə böyük xoşbəxtlik…
Bəzi yazarlar, jurnalistlər, hətta ziyalılar belə, bu cür mənasız, dini, milli əxlaqımıza zidd tədbirləri elə canfəşanlıqla, elə hay-küylə işıqlandırıb təbliğ edirlər ki, bir anlığa adama elə gəlir, nəinki Şuşanı, Laçını, Kəlbəcəri, hətta İrəvanı da düşmənlərdən azad etmişik…
Olan-qalan torpağının daha 25 faizi, özü də Qarabağ kimi gözəl bir parçası erməni tapdağı altında olan bir ölkənin vətəndaşına, ələlxüsus da kişisinə belə mövzularla həm özünün, həm də xalqın başını qatmaq qətiyyən yaraşmaz. Mənim və minlərlə əqidadaşım üçün Qarabağsız: Şuşasız, Laçınsız, Kəlbəcərsiz, Ağdamsız, Füzulisiz… Azərbaycanda gözəllik yoxdur…
Vətənimdəki hər bir yeniliyə, abadlıq, quruculuq işinə ürəkdən sevinirəm. Amma kimlərinsə paytaxt və şəhərimizdəki kosmetik yeniliklərin, parıltılı tikililərin, Avropadan gətirilb parklarımıza əkilmiş geni dəyişmiş ağacların, gül-çiçəyin gözəlliyindən danışması mənə gülməli gəlir. Çünki Qarabağda – doğma yurdlarımızda gördüyümüz gözəllklər fonunda bütün bunlar adama yapışmır… Öz aramızdı, hansı bir parkın gözəlliyi Murovdakı, Kirsdəki, Dəlidağdakı, Şuşadakı və s. gözəlliklərlə müqayisə oluna bilər?.. Və yaxud hansı yarıçılpaq “misin” gözəlliyi sudan gələn yaşmaqlı, örpəkli, sürməli dağ qız-gəlinlərimizin gözəlliyi ilə yarışa girə bilər…
Bizi ifrata varmaqda qınaya bilərlər ki, həyat davam edir, qurmaq, tikmək, tədbirlər, şənliklər keçirmək lazımdır… Bəli, həyat davam edir. Fəqət yarıçılpaq Azərbaycan qızlarının iştirakı ilə gözəllik müsabiqələrinə baxıb ləzzət alanda, pul qazananda, gözünüz önündəki mənzərə ilə bahəm bir anlığa xəyalınıza 20 ildən çoxdur ki, erməni əsirliyində qalıb taleləri bilinməyən minlərlə Azərbaycan qız-gəlinini, uşağını və s. gətirin. Onlar üçün həyat davam edirmi?..
Demirik ki, başdan-ayağa yasa batmaq, ağlaşma qurmaq lazımdı. Əsla… Ancaq hər şeydə bir ölçü, bir hədd, əndazə, harmoniya olmalıdır. Qarabağı itirmiş vətənpərvər, millətsevər insan öz ölkəsindəki dini-milli adət-ənənə çərçivəsində şənliklərin, konsertlərin keçirilməsi ilə o vaxt razılaşar ki, bunlarla paralel torpaqlarımızın azad edilməsi uğrunda kütləvi, planlı, sistematik mübarizə təşkil edilsin. Uşaq bağçalarından başlayaraq güclü vətənpərvərlik təbliğatı aparılsın, ölkədəki rüşvətxorluğa, korrupsiyaya, mənəviyyatsızlığa qarşı daha kütləvi, köklü savaş aparılsın, telekanallarda əyləncəli verilişlərlə yanaşı kişilər, gənclər arasında döyüş silahlarından istifadə, onları söküb-yığmaq və s. üzrə canlı yarışlar nümayiş etdirilsin. Yoxsa yalnız gözəllik, sevgi, toy, musiqi, şer və s. mövzularda romantik duyğulara qapılmaqla Qarabağa doğru bir addım da ata biləyəcəyik. Əksinə, qalan torpaqlarımızın işğalı təhlükəsi ilə də üzləşəcəyik…
Qarabağın qiymətini, gözəlliyini dərk etməyib onun azadlığı uğrunda mübarizə aparmayan Azərbaycan kişisi Azərbaycan qadınının gözəlliyinə də təmiz qəlblə, həqiqi qiymət verə bilməz…
Şahın arvadı bir gün soruşur:
- Nə üçün səhərlər şeypur, axşamlar təmbur (saza bənzəyən qədim türk simli musiqi aləti-S.L.) çaldırırsan?
Şah deyir:
- Şeypurun sədası adamı oyadır, döyüşə çağırır. Təmbur isə adama dinclik, rahatlıq, yuxu gətirir. Şeypur çalınanda qəzəbim, nifrətim artır, təmbur çalınanda məhəbbətim… Düşmənə qəzəbim artanda şeypur, dosta məhəbbətim artanda təmbur çaldırıram. Şeypur çalınanda gözümün önündə qoşun-ləşkər, təmbur çalınanda sənəmlər, gözəllər, qəmzəli-nazlı qızlar dayanır. Şeypur çalınanda müharibə, təmbur çalınanda sülh istəyirəm. Şeypur çalınanda qanım coşur, dünya ilə çarpışmaq istəyirəm, təmbur çalınanda qəlbimə mərhəmət gəlir, yaşadıqca yaşamaq, sevdikcə sevmək istəyirəm…
Arvad deyir:
-Onda həmişə təmbur çaldır…
Şah cavab verir:
-Yox, əzizim, şeypurla ayıq olmasaq, təmburla rahatlıq tapa bilmərik…(modern

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel