Blog Arşivi

20 Ocak 2013 Pazar

İrlandiya qəzeti İlham Əliyevi “qəddar diktator” adlandırdı



“Azərbaycan korrupsiya içində boğulur; ölkədə insan haqlarının vəziyyəti dəhşətli dərəcədə pisdir...”

“İrish İndependent” İlham Əliyevlə görüşməyi Suriya və Şimali Koreya rəhbərləri ilə görüşməyə bərabər tutdu

İrlandiyada çap olunan və Böyük Britaniya krallığının bütün ərazisində tirajlanan “İrish İndependent” qəzetində ölkəmizlə bağlı məqalə dərc olunub. Məqalədə Azərbaycan rəhbəri İlham Əliyev sərt tənqid hədəfi olub. “Jozefina və diktator” adlı məqalədə Azərbaycan insan haqları, söz azadlığı və korrupsiyanın durumuna görə təhlükəli ölkə adlandırılıb. Məqalə bu il ölkəmizdə keçirilən “Eurovision” musiqi yarışmasında İrlandıyanı təmsil edən Cedvard qardaşlarının tənqidi ilə başlanır.

“Allah Cedvardları hifz etsin. Onlar nə etdiklərini hələki anlamırlar. “Eurovision” musiqi yarışması bu ilin mayında Azərbaycanda keçirildi. Orta Asiyanın neftlə zəngin ölkəsi problemli imici ilə tanınır. Bu imici isə təzyiq və repressiyalar yaradıb. Zavallı Cedvardlar despot İlham Əliyev rejiminin ölkədə etdiklərinə göz yumdu. Azərbaycan yaxşı ölkə deyil. 2003-cü ildə atası Heydər Əliyevdən hakimiyyəti təhvil alan İlham Əliyevin rəhbərlik etdiyi ölkə korrupsiya içində boğulur. Heydər Əliyev on illər öncə Azərbaycanı idarə etməyə başlayanda İlham gənc idi. SSRİ-nin keçmiş rəhbəri Qorbaçov Heydər Əliyevi korrupsiya əməllərinə görə 80-ci illərdə tutduğu postlardan uzaqlaşdırmışdı”, - deyə məqalədə yazılıb.

Çirkli pullar hesabına varlanan feodal imperiya qurucusu

Qəzet əlavə edir ki, çirkli pulların hesadına varlanan, feodal imperiya quran gənc Əliyev QHT-lərin və monitorinq qruplarının tənqidi hesabatlarında öndə gəlir. Məqalə müəllifi “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı son hesabatlarına istinad edərək bildirib ki, Əliyev rejimi sayəsində ölkədə insan haqlarının vəziyyəti dəhşətli dərəcədə pisdir: “Hökumət təzyiq və repressiya aparatından istifadə etməklə jurnalistləri, fərqli fikir söyləyənləri qorxutmağa davam edir. 2010-cü il parlament seçkiləri beynəlxalq standartlardan çox-çox geridə qalıb. Seçkilərdə rejimə loyallıq edənlər mandat qazandı. Müxalifət partiyalarından parlamentə seçilən olmadı. 2008-ci il prezident seçkilərini müxalifət boykot etdi, Əliyev 87 faiz səslə yenidən ölkə başçısı oldu. Söz və sərbəst toplaşmaq azadlıqları da ciddi qaydada məhdudlaşdırılır”.

Hakim ailənin biznes fəaliyyəti

Azərbaycandakı korrupsiyanın səviyyəsinə toxunan “İrish İndependent” qeyd edir ki, “Amnesty International” təşkilatı da Əliyev hakimiyyətini tənqid edən hesabatlar yayımlayıb. Təşkilat Azərbaycanda dinc etiraz aksiyalarının keçirilməsinə qadağalar qoyulduğunu, müxalifətin keçirdiyi mitinqləri polisin dağıtdığını və fəalların həbs olunduğunu bildirib. “Transparency International” təşkilatının korrupsiyanın səviyyəsinə görə Azərbaycanı 183 ölkə arasında 143-cü yerdə göstərməsi də qəzetin diqqətindən yayınmayıb.
Daha sonra hakim ailənin biznes fəaliyyəti və sahib oluğu milyonlara toxunan qəzet yazır ki, ABŞ-ın “CNBC” kanalı Əliyevlər ailəsinin sərvəti haqda araşdırma apardı. Kanal hakim ailənin ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif şirkətlərdə səhmlərə sahib olduğunu, Dubayda mülklər aldığını ortaya çıxardı. Ailənin regiondakı bank və mobil rabitə biznesində də payları var. Praktiki nəticə budur ki, Azərbaycandakı vəziyyət təhlükəlidir. Onun rəhbəri də hər ötən gün güclənərək təhlükəyə çevrilir.

Qəddar diktatorla görüş

“İrish İndependet” davam edir: “Bəs onda bu ilin aprelində İrlandiyanın baş vergi rəsmisi onunla (İlham Əliyev nəzərdə tutulur-red.) görüşdə nə etmişdi? Vergi Komissiyasının sədri Jozefina Fili Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının Avropa regionunun Gömrük Başçıları Konfransında iştirak etmək üçün Bakıya gedib. Aprelin 13-də səhər Jozefina ÜGT Baş Direktoru Kunio Mikuria ilə birlikdə bu qəddar diktatorla görüşüb. Onların görüşü bir saat planlaşdırılıb. Görüşdən çəkilmiş fotoda iştirakçıların yaxşı vaxt keçirdiyi görünüb. Onlar nəyi müzakirə ediblər? İrlandiyanı “Eurovision”da təmsil edən Cedvardların pis oxumasınımı? Siyasi dissidentlərə qarşı işgəncə iddialarınımı? Yoxsa yerli musiqiçilərimi? (müəllif apreldə prezidenti təhqir etdiyinə görə həbs olunmuş Camal Əlini xatırladır – red.). Bəlkə onlar vergiləri, İrlandiyanın bu ölkəyə 3.65 milyon funt sterlinq dəyərində ixracı barədə danışıblar?”.

Suriya və Şimali Koreya ilə müqayisə

Məqalə müəllifi sonda bildirir ki, irlandiyalı rəsmi Əliyevlə görüşməməliydi: “Prezident Əliyevlə görüş şəxsi olmayıb. Bu barədə ÜGT-nin saytında informasiya yerləşdirilib. Prezident xanım Filini və ÜGT-nin baş katibini dəvət edib. İrlandiyanın Vergi Komissiyasının sədri Əliyevlə görüşə getməməliydi. Bunun əvəzində şəhəri gəzməliydi. Filinin Əliyevlə görüş barədə qərarı düzgün deyildi. Onun diktatorla şəkil çəkdirmək qərarı bundan da pis idi. İrlandiyanın “Eurovision” təmsilçisindən fərqli olaraq hansısa rəsmi şəxsi səfərə gedirsə, repressiv rejimə siyasi kapital qazandırır. Ümid edək ki, Ümumdünya Gömrük Təşkilatı növbəti aylarda Suriya, yaxud Şimali Koreyaya səfər planlaşdırmayıb. Siyasətçilərin yaşama instinkti məmurlarda yoxdur. Onları özbaşına buraxmaq olmaz”.


23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel