Əlaqə
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
- Aralık(45)
- Kasım(5)
- Ekim(84)
- Eylül(81)
- Ağustos(7)
- Temmuz(39)
- Mayıs(5)
- Nisan(15)
- Mart(12)
- Şubat(12)
-
Ocak(58)
- Oca 30(1)
- Oca 28(2)
-
Oca 20(33)
- 20 yanvar,Qanlı Yanvar
- 23 APREL HƏRƏKATI BƏYANAT YAYDI
- GÜLƏR ƏHMƏDOVA YAP-dan ÇIXARILDI
- Hüquqşünas qalmaqallı hakimdən danışdı
- hicab
- İrlandiya qəzeti İlham Əliyevi “qəddar diktator” a...
- Korrupsiyadan yazan jurnalistlər İlham Əliyevi "İl...
- Nigar Yaqublu azad olunmadı
- İlham Əliyev bir gecədə 60 min dollar hesab ödədi
- SUMQAYITDA QUMAR VƏ FAHİŞƏXANA BİZNESİ
- Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur
- Bakıda dindarların aksiyası qana boyandı
- Təhsil Nazirliyinin qabağında“Hicaba azadlıq” etiraz
- Hicablı şagirdlər sinif-sinif axtarılır
- İlham Əliyev hakimiyyəti kimə vermək istəyir?
- İlham Əliyev 28 mayda Şeytanın nişanəsi bərpa etdi
- ABŞ-ın daha bir səfirliyi partladıldı
- Qarabağsız Azərbaycanda gözəllik yoxdur…
- qeyrət ölkəsinə hansı yaxşıdır???
- YENƏ RAMAZAN AYI, YENƏ GÖZƏLLİK MÜSABİQƏSİ
- xalq - hökümət
- Ölkəni silkələyəcək yeni ifşa kampaniyası başlanır
- Lorin azərbaycanlı jurnalistin müdafiəsinə qalxdı
- Artıq və lazım olmayan xərclər
- Bəyanat
- Xak olunan youtube-nun faktları
- İçərişəhər “Cümə” məscidinin dini icması və DEVAMM...
- Youtube dünyada geniş etirazlara səbəb olub
- Oca 15(21)
- Oca 07(1)
20 Ocak 2013 Pazar
Hüquqşünas qalmaqallı hakimdən danışdı
Ənnağı Hacıbəyli: «Qanunun pozulması faktları göz önündədir»
Məhkəmə-Hüquq Şurası Bakı Ağır Cinayətlər üzrə Məhkəmənin hakimi Ağababa Babayevin barəsində inzibati icraatın qaldırılması haqda qərar qəbul edib.
Buna noyabrın 16-da Internerdə A.Babayevlə Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin söhbətinin yayılması səbəb olub. 2007-ci ilin iyununda baş vermiş söhbət zamanı A.Babayev DIN rəhbərlərinə istinadən E.Abdullayevə bildirir ki, 2003-cü ildə oğurlanmış qardaşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanılır və tezliklə onun məhkəməyə verilməsi mümkündür. Bundan başqa hakim hüquq-mühafizə orqanlarının korrupsiyaya uğraması, külli miqdarda rüşvətin müqabilində biznesmenlərin həbsə alınması barədə etiraflar edir.
“Zülfüqarlı qardaşlarını 5 mln. manat aldıqdan sonra buraxıblar”, - hakim deyib və şikayətlənib ki, ona bir qəpik də verməyiblər.
MHŞ Baş Prokurorluğun məlumatını dinləyərək A.Babayevin barəsində qərar qəbul edib. MHŞ-nin üzvləri qeyd ediblər ki, videokadrlarda göstərilənlər nəinki ədalət məhkəməsinin nüfuzuna, hakim adına xələl gətirir, həm də hakimlərin etik davranış Məcəlləsinin, korrupsiyaya qarşı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasından xəbər verir.
Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli MHŞ-nin qərarını şərh edərkən bildirib ki, inzibati icraatın yekunları üzrə A.Babayevin barəsində xəbərdarlıq, töhmət, başqa işə keçirilmə və hakimin səlahiyyətinin dayandırılması haqda prezidentə təqdimat kimi qərarlar çıxarıla bilər. Lakin Ə.Hacıbəylinin fikrincə, indiki halda məsələyə MNŞ-də baxılmasına zərurət yox idi, çünki qanunun pozulması faktları göz önündədir və prokurorluq hakimin toxunulmazlıq hüququndan məhrum edilməsi haqda təqdimatı özü edə bilərdi.
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.