Blog Arşivi

6 Ekim 2013 Pazar

Təqaüdçüləri ən az pul alan ölkə – Azərbaycan

«Yalnız burada minimal pensiya yaşayış minimumundan aşağıdır»
Yaşayış minimumu 95 manat olan ölkədə pensiyaçılar 85 manata necə yaşayır?
Azərbaycan hökuməti mütəmadi olaraq əhalinin sosial rifahına yönəlmiş addımlar atdığını bəyan etsə də, bunun həqiqət olmadığı heç kəsə sirr deyil. Neftdən gələn milyonları bəzən əhəmiyyətsiz layihələrə sərf edən hökumət əhalinin aztəminatlı hissəsini tamam yaddan çıxarıb. Stadionlara, körpülərə, əyləncə mərkəzlərinə milyardlarla dollar xərclənən ölkədə təqaüdçülərin aldığı vəsait nəinki bir aylıq dolanışığa, heç kommunal xərclərin ödənilməsinə bəs etmir.

Qəzetimizin ötən sayında Azərbaycanda müəllim və həkimlərin aldığı əmək haqqını başqa ölkələrdə bu sahədə çalışanların əmək haqqı ilə müqayisə etdik. Bu dəfə minimum pensiyaların müqayisəsini aparacağıq. Bir daha xatırladaq ki, Azərbaycanda rəsmi statistikaya əsasən yaşayış minimumu 95 manatdır. Müstəqil ekspertlərin hesablamasına görə, bu rəqəm 168 manatdır. Ölkədə minimal pensiya isə 85 manat, orta aylıq pensiya isə 111 manatdır. Göründüyü kimi, bu vəsait heç rəsmi statistikada göstərilən yaşayış minimumu üçün kifayət etmir.
Rəsmilər Azərbaycanın regionun ən inkişaf etmiş dövləti olduğunu, iqtisadi artım tempinə görə digər dövlətləri qabaqladığını desə də, faktlar bunun tam əksini göstərir. Təbii ki, inkişafdan danışanda özlərini yox, ölkə əhalisini nəzərdə tuturlarsa, reallıq tamamilə başqa mənzərəni ortaya qoyur.
Müqayisə üçün yenə də bir neçə dövlətdə minimal pensiya və yaşayış minimumuna nəzər salaq.
MDB-də ən geridə qalan Azərbaycandır
Iqtidar Azərbaycanın təkcə hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən böyük olduğunu deyir. Ancaq düşmən dövlətdəki minimum pensiyanın həcminə baxanda bu fərq o qədər də hiss olunmur. Çünki erməni təqaüdçüləri 85 dollardan aşağı pensiya ala bilməz. Ölkədə yaşayış minimumu da təxminən bu qədərdir. 
Inkişaf baxımından artıq Azərbaycanı geridə qoyan Gürcüstanda da minimal pensiya ilə yaşayış minimumu eyni səviyyədədir - 70 dollar.
Rusiyada minimal pensiya 220 dollar, yaşayış minimumu isə 206 dollardır. Paytaxt Moskvada minimal pensiya 360 dollardan aşağı ola bilməz.
Digər MDB ölkələrində də vəziyyət Azərbaycandan yaxşıdır. Ukraynada yaşayış minimumu 112 dollar, minimal pensiya 115 dollardır.
Belarusda vəziyyət daha yaxşıdır. Bu ölkədə minimal pensiya 285 dollar, yaşayış minimumu isə 70 dollardan artıq deyil. 
Türkmənistanda pensiyaların minimum səviyyəsi 103 dollardır. Ölkədə qiymətlərin xeyli ucuz olması, əhalinin bəzi kommunal xərclərdən azad edilməsi bu vəsaitin yaşayış üçün yetərli olduğunu deməyə əsas verir.
Avropaya çatmağa hələ çox var
Litvada isə minimal pensiya 300 dollardır. Bu da yaşayış minimumunu xeyli üstələyir. Bundan əlavə, litvalı təqaüdçülərin xeyli imtiyazları da var. Tibbi xidmət, nəqliyyatda gediş, kommunal xidmətlərdə təqaüdçülərə 80 faiz güzəşt edilir. Polşada bu göstərici 432 avro, Çexiyada 409, Slovakiyada 350, Latviyada 304, Estoniyada isə 232 avrodur.
ABŞ təqaüdlə yanaşı ev də verir
Inkişaf etmiş ölkələrlə Azərbaycan arasında fərq isə müqayisəolunmaz dərəcədədir. Məsələn, ABŞ təqaüdçüləri aldıqları vəsaitlə rahat və firavan yaşaya bilər. Bu ölkədə pensiyalar 750 dollardan başlayır. Eyni zamanda bu ölkədə təqaüdçülərin rahatlığı üçün bütün şərait yaradılıb. Belə ki, təqaüdə çıxan hər amerikalı arzuladığı halda yaşayış yeri ilə təmin edilir.
Avstraliyada minimal pensiya 500 dollar, qocalığa görə təqaüd isə 900 dollardır.
Böyük Britaniyada təqaüdçülər minimum 508 funt sterlinq alır. Almaniyada isə bu göstərici 950 avrodur. Kanada təqaüdçüləri 500 dollardan az pensiya ala bilməz. Türkiyədə isə təqaüd bəzən 400-500 dollara çatır. Bu da normal yaşayış üçün tam kifayət edir. 
Yunanıstanda isə minimal pensiya minimum əmək haqqından aşağı ola bilməz.
Təqaüdçülərin əyləncəsi üçün də imtiyaz var
Lüksemburqda isə təqaüdə çıxan hər bir adam 15,6 il ərzində aldığı illik əmək haqqı qədər birdəfəlik təqaüd alır. Niderlandda da vəziyyət təxminən eynidir.
Pensiyaların yüksək olması ilə yanaşı bir çox inkişaf etmiş ölkələrdə təqaüdçülərin imtiyazları da var. Inkişaf etmiş ölkələrlə yanaşı Panama, Ekvador kimi inkişafda olan ölkələrdə təqaüdçülər hətta kino, teatr, idman yarışlarına tamaşa edəndə, tibbi xidmətdən və ölkə daxilində bütün nəqliyyat vasitələrindən istifadə edəndə imtiyazlardan yararlanırlar.
Göründüyü kimi, təqaüd məsələsində də Azərbaycan nəinki inkişaf etmiş ölkələr, hətta inkişafda olanlardan da geridədir. Bu istiqamətdə araşdırmaları davam etdirib başqa sahələrdəki vəziyyətə də nəzər salacağıq.
http://www.azadliq.info/cmyyt/330-cmyyt1/4042-tqauedcuelri-n-az-pul-alan-oelk--azrbaycan.html

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel