Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
14 Eylül 2013 Cumartesi
Diktatorların oxşar və fərqli cəhətləri
Ölkə boyu heykəlləri və portretləriylə Heydər Əliyev bəzi
diktatorları qabaqlayır
Tarix boyu bəzi dövlət rəhbərləri özlərinə xüsusi münasibət
tələb edirdi.Qədim dövrlərdə mütləq monarxiyalarda imperator, kral, sultanlar bəzən
ilahiləşdirilirdi.Müasir dövrdə də diktatorların şəxsiyyətinə pərəstiş ənənəsi
aradan qalxmayıb.Bəzi dövlətlərdə hakimiyyətin atadan oğula keçməsi bütöv bir
ailəyə pərəstişə gətirib çıxarır.
20 ildir Azərbaycanda mövcud quruluş da digər diktaturalardan
fərqlənmədiyi kimi Əliyevlərin şəxsiyyətinə pərəstiş də başqa diktatorlara
münasibətdən fərqlənmir.Heydər Əliyevin ad günlərinin təmtəraqla keçirilməsi, hər
addımda ata-oğul Əliyevlərin portretlərinin asılması, küçə, park, mərkəzlərə
Heydər Əliyevin adının verilməsi, onun şəninə şeirlər yazılması, mahnılar bəstələnməsi,
hər rayonda, kənddə muzeylərinin açılması, heykəllərinin qoyulması, ildə bir
neçə dəfə onun adı ilə bağlı bayramların təşkili Azərbaycanda diktatora pərəstişin
bariz nümunəsidir. Avtoritar rejimlərin hökm sürdüyü digər ölkələrə baxanda da
oxşar vəziyyəti görmək olur.
Müqayisə üçün bir neçə diktatoru göstərmək olar.
10 Eylül 2013 Salı
“Anonymous” hakerləri Azərbaycan hakimiyyətinə müharibə elan etdi və 23 aprel hərəkatına məktub göndərilib
Beynəlxalq hakerlər qrupu olan “Anonymous”un Azərbaycanın enerji nəhəngi
“Azərenerji” ASC-nin kompüterlərinə girərək ələ keçirdiyi onlarla məxfi
sənədləri aşkarlanıb.
Sənədlər “Azərenerji” ASC-nin qapalı maliyyə əməliyyatlarını, mühasibat uçotunu, müxtəlif avadanlıqlar almaq üçün verdiyi sifarişləri və s. əks etdirir.
Hakerlər bəyan edir ki, Azərbaycan hakimiyyətinin siyasəti onları qane etmir və bu hücumlar davam edir
“Bu, hələ başlanğıcdır...” və 23 aprel hərəkatından istəyib ki onları reklam etsin.
Sənədlər “Azərenerji” ASC-nin qapalı maliyyə əməliyyatlarını, mühasibat uçotunu, müxtəlif avadanlıqlar almaq üçün verdiyi sifarişləri və s. əks etdirir.
Hakerlər bəyan edir ki, Azərbaycan hakimiyyətinin siyasəti onları qane etmir və bu hücumlar davam edir
“Bu, hələ başlanğıcdır...” və 23 aprel hərəkatından istəyib ki onları reklam etsin.
Ömürlük prezident
Ömürlük qarantiya? Bəzi malların
üstündə bu sözlər yazılır. Alanda əvvəl başa düşmür kimin ömrü - alanın ya
malın? Əslində malın ömrü nəzərdə tutulur sözsüz. Amma Azərbaycanda xalq bu
sözü görəndə ömürlüyü əbədi anlayışı ilə səhv salır və daha yüksək 'keyfiyyətli'
olması qərarına gəlir. Nəzərə alsaq ki, bu mal xalq üçün işləmir və hamının
gözündə şüşənin arxasında toz bassada yeni görsənir. Deyəsən müqavimət və
mübarizə olmadığı üçün bir çoxunda bədbinlik yaranıb çünki malın yox vətəndaşın
ömründən söhbət gedir.
3 Eylül 2013 Salı
azərbaycan xalqına müraciət
23 aprel hərəlatý, ölkədə bütün həvəsli gənclərdə təklif edir ki , bu hərəkatýnýn xəbərləri və faktlarý açýqlanmasý yayýlmaq üçün wordpress.com da hami adýna weblog açsýnlar və həqiqəti nəþr etmək üçün bizə qoþulsunlar.
Bizimlə əlaqədar öz fəaliyyətinizi və xəbərləri 23aprel.herekati@gmail.com -a göndərin.
1 Eylül 2013 Pazar
Seçki ərəfəsi bahalaşma başlayıb
Dövlət Statistika Komitəsinin
məlumatları da bütün sektorlar üzrə qiymət artımlarının olmasını
təsdiqləyir; hökumət üçün narahat seçki olanda monopolistlər aktivləşir
və süni bahalaşma yaradırlar
Prezident
seçkisi yaxınlaşdıqca bazarlarda qiymətlər artmağa başlayıb. Düzdür,
qiymət artımları təkcə prezident seçkisi ilə bağlı deyil. Ölkə üzrə
bahalaşma ilboyu müşahidə edilir. Ancaq 2 amil seçki ərəfəsi qiymətlərin
artımın xüsusilə təsir edir. Birincisi, seçki ilə bağlı məvacib və
təqaüdlərin artırılması, ikincisi siyasi proseslərin canlanmasından
istifadə edən monopolistlərin aktivləşməsi.
Öncə seçkidən asılı olmayan amillər
barədə. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin
əvvəlindən ölkədə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi
əvvəlki aya nisbətən 4,1 faiz artıb. Bu dövrdə mədənçıxarma sənayesi
bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 2,5
faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının
hasilatı 0,3 faiz ucuzlaşsa da, xam neft və təbii qaz hasilatı 4,8 faiz
bahalaşıb. Eyni zamanda kimya sənayesi 2,8 faiz, dəri və dəri
məmulatlarının, ayaqqabıların istehsalı və metallurgiya sənayesi 2,2
faiz, toxuculuq sənayesi 1,6 faiz, kağız və karton istehsalı 1,2 faiz,
geyim istehsalı 0,9 faiz, neft məhsullarının istehsalı 0,8 faiz, mebel
istehsalı 0,3 faiz, kompyuter və digər elektron avadanlıqların
istehsalı, həmçinin avtomobil və qoşquların istehsalı üzrə isə
istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhaliyə göstərilən
pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb. İyul ayı
ərzində unun, qarabaşaq yarmasının, qoyun ətinin, təzə balığın,
pasterizə olunmamış üzlü südün, sterilizə olunan üzlü südün, günəbaxan
yağının və s. məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub.
İyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB
reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı və ölkədən kənara
dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma müşahidə
olunub.
Azərbaycanda tikinti işlərində də qiymətlər bahalaşıb. Statistika
Komitəsinin məlumatına görə, 2013-cü ilin II rübündə tikinti işlərində
qiymətlər əvvəlki rübə nisbətən 0,2 faiz bahalaşıb.
Rüb ərzində yerüstü tikililər bölməsində 0,3 faiz bahalaşma, yol və
körpü tikintisində isə 0,3 faiz ucuzlaşma müşahidə edilmişdir. Cari
ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə
qiymətlər 0,4 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər
0,2 faiz bahalaşmış, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə
qiymətlər 0,5 faiz ucuzlaşıb.
Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin
və 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4
faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası və
ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb,
istehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə isə
qiymətlər 0,5 faiz ucuzlaşıb.
Mənzil satışı bazarında da ciddi bahalaşma qeydə alınıb. Paytaxtda
davam edən kütləvi söküntü işləri bazarda yeni alıcı qruplarının ortaya
çıxmasına səbəb olub. Bu isə bazarda tələbin artmasına və qiymətin
bahalaşmasına rəvac verib.
Bazarda davamlı monitorinqlər aparan “Əmlak Bazarı İştirakçıları”
İctimai Birliyinin məlumatına görə, iyul ayında paytaxtın ilkin mənzil
bazarında qiymətlər artıma meylli olub. Bakıda bazara təklif edilən yeni
tikililərdə bir kvadratmetr üzrə orta qiymət göstəricisi iyun ayındakı
884,1 manata qarşı 0,3 faiz artaraq 886,5 manat təşkil edib.
Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,6 faiz,
ötən ilə nisbətdə isə 11,3 faiz artımla yadda qalıb. Bu ilin əvvəli ilə
müqayisədə qiymət 5,6 faiz artıb.
Göründüyü kimi, ilin əvvəlindən başlayaraq bahalaşma tendensiyası
cüzi istisnalarla iqtisadiyyatın demək olar ki, bütün qollarını əhatə
edir. Özü də sadalanan rəsmi göstəricilərdir. Müstəqil ekspertlər isə
real artımların rəsmi göstəricilərdən ən azı 2 dəfə çox olduğunu
bildirirlər. Seçki ərəfəsində isə bahalaşmaya rəvac verəcək bəzi
qərarlar qəbul edilib. Söhbət büdcə təşkilatında işləyənlərin
məvaciblərinin və pensiyaçıların təqaüdlərinin artırılmasından gedir -
dövriyyədə pul kütləsinin artımı inflyasiya riski yaradır. Düzdür,
məvaciblər cəmi 10 faiz artırılıb və normalda qiymət artımlarına elə də
ciddi təsir etməməlidir. Ancaq artımdan istifadə edən monopolistlər
dərhal qiymət artımlarına qərar verirlər ki, yeri gələndə bunu
artımlarla bağlı olduğunu arqumentləşdirə bilsinlər.
Seçki dövründə qiymət artımına təsir edən ikinci amil
monopolistlərin aktivləşməsi ilə bağlıdır. Siyasi elitanın diqqəti seçki
prosesinə yönəldiyindən monopolistlərə nəzarət zəifləyir və ikincilər
bundan faydalanaraq bazarda qiymətləri bahalaşdırırlar. Xüsusilə hökumət
üçün narahat seçki olanda monopolistlər daha aktiv olurlar. 1998 və
2003-cü ilin prezident seçkisi, 2000 və 2005-ci ilin parlament seçkisi
dövründə də belə olmuşdu. Bu gün də eyni tendensiya özünü büruzə verir.
Böyük ehtimalla seçki bitənə və hökumət yenidən formalaşana qədər proses
(seçkinin nəticəsindən asılı olmadan Konstitusiya Məhkəməsi Mərkəzi
Seçki Komissiyasının qərarını təsdiqlədikdən sonra hökumət avtomatik
olaraq buraxılır və yenidən formalaşır) davam edəcək.
Azərbaycan prezidenti təhsil işçilərinin maaşını 10 faiz artırıb
Azərbaycan
prezidenti İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əmək
haqlarının artırılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.
Özəl iş yerlərində də maaşlar qalxacaq
İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. FaktXəbər-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edildiyi qeyd olunub. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bununla da “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 dekabr tarixli 1866 nömrəli Sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilir.
Qeyd edək ki, ölkədə heç bir özəl iş yerinin işçini minimum əmək haqqından aşağı maaşla işlətməyə icazəsi yoxdur. Buna görə də bir sıra yerlərdə, xüsusilə də regionlardakı özəl iş yerlərində maaşların qalxacağı gözlənilir.
Zabratdakı kütləvi söküntülər 2 mindən çox ailəni evsiz qoyacaq
Ev və obyetləri sökülənlər onlara verilən kompensasiyadan narazıdırlar: “Verilən kompensasiya ilə Bakının ucqar yerindən belə ev almaq mümkün deyil”
Artıq bir neçə gündür ki, Sabunçu rayonu Zabrat qəsəbəsində kütləvi söküntü işləri gedir. Yol kənarındakı obyektlər və fərdi yaşayış evləri sökülür. Zabrat sakinlərindən “Yeni Müsavat”a verilən məlumata görə, ev və obyektlərin sökülməsi Zabrat magistralının genişləndirilməsi məqsədi ilədir. Onların sözlərinə görə, bir neçə ay öncə yenidən qurulan magistralla bağlı dövlət başçısının göstərişi var. Sakinlərin sözlərinə görə, yolun körpü tərəfə olan hissəsi həddindən artıq ensizdir və bu da günün müxtəlif saatlarında tıxacların yaranmasına səbəb olur.
Sakinlərin bildirilər ki, yolun genişləndirilməsi 2 mindən çox ailəni evsiz qoyub. Evlərinin kvadratına 1000 manat kompensasiya verildiyini söyləyən sakinlər məbləğin az olduğunu vuğuladılar. Onlarım sözlərinə görə, evlərin dəyərləndirməsini aparan audit şirkətlərdən biri, həyətyanı sahələri və yardımçı tikililəri qeydə almır. Sakinlər həmçinin bildirdilər ki, verilən kompensasiya ilə Bakının ucqar yerindən belə ev almaq mümkün deyil.
Qeyd edək ki, söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Evləri və obyektləri sökülən sakinlərin hər birinin adına “Kapital Bank”da xüsusi hesab açılıb və onlara veriləcək kompensaiya o hesaba köçürülüb.
Söküntü işləri ilə bərabər yolun genişləndirilməsinə də başlanılıb. Magistral yolun genişləndirilmsəi işlərini “Azeryolservis” ASC həyata keçirir.
Ötən ilin sentyabrında prezident İlham Əliyevin iştirakı ilə Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarının əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Yol dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”, eləcə də “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində yenidən qurulub.
Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan avtomobil yolunun yenidən qurulması Bakı şəhərinin Sabunçu, Balaxanı, Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı və Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gediş-gəlişinə şərait yaradılmasına hesbalanıb.
2012-ci ilin martında yolda kommunikasiya, su, kanalizasiya və digər xətlərin çəkilişinə başlanıldığından yol nəqliyyatın hərəkəti üçün yararsız vəziyyətə düşmüş və əsaslı təmirə zərurət yaranmışdı. Uzunluğu 7 kilometrə yaxın olan yolun hərəkət hissəsinin eni 23 metr, hərəkət zolaqlarının sayı 6-dır.
Gələcəkdə Bilgəh, Buzovna, Maştağa, Nardaran, Kürdəxanı və Abşeron yarımadasının şimal hissəsində yerləşən digər kənd və qəsəbələrin Bakı şəhəri və respublikanın digər rayonları ilə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması, həmçinin Buzovna-Mərdəkan-Hava Limanı-Bakı istiqamətindəki mövcud yola alternativ yol kimi 15 kilometrlik və 6 cərgəlik Buzovna-Zabrat yolunun yenidən qurulması da nəzərdə tutulur.
“Onlar xalqı xaosa, iğtişaşa, çevrilişə səsləyirlər”
Əfran İbrahimov: “Sabitliyi pozmaq ölkədə iğtişaşlar törədiləcək deməkdir”
“Eldar Namazov verdiyi açıqlamalarda dövləti hədələyir. Deyir ki, Azərbaycanda demokratik islahatlar aparılmasa, sabitlik pozula bilər. Mən deyəndə ki bunlar xaos yaratmaq istəyir, çevriliş etmək istəyir, bəzi adamlar mənə inanmırdı. Axı bu “sabitlik pozulacaq” nə deməkdir?”
Bunu virtualaz.org-a açıqlamasında Eldar Namazovun rəhbərlik etdiyi EL Hərəkatının sabiq sədr müavini, yeni yaradılan alternativ EL-in sədri Əflan İbrahimov deyib.
O, Eldar Namazovun bu fikrlərinə münasibət bildirərkən qeyd etdi ki, sabitliyi pozmaq ölkədə iğtişaşlar törədiləcək deməkdir: “Eldar Namazov bu sözləri ilə mənim dediklərimi təsdiqləyir. Ölkəmizdə bu qədər islahatlar aparılır. Siz bunu necə olur ki, görmürsünüz? Eldar kimilərinin islahat deyəndə nəyi nəzərdə tutduğunu bilmirəm. Bunlar xalqı xaosa, iğtişaşa, çevrilişə səsləyirlər. Xalqı kitab cümlələri ilə aldatmaq lazım deyil”.
Ə.İbrahimov EL-in E.Namazovun olması fikirlərinə isə sərt şəkildə cavab verdi: “Zəfər Quliyev deyir ki, bu təşkilat Eldar Namazovundur və onun adından götürülərək “EL” adlandırılıb. Zəfər Quliyev kimdir axı çıxıb təşkilat adından, xalq adından danışır? O, etikasız, mədəniyyətsiz adamdır. Bir saatlıq iclasda siqaret çəkmədən otura bilmir. Əgər Zəfər Quliyevin dediyi kimidirsə, bu təşkilatın adı Eldarın adı ilə bağlıdırsa, onda bu təşkilatda eldən, obadan, xalqdan söhbət gedə bilməz. Bu, elə Eldarın hərəkatıdır. Özləri sübut edirlər ki, bu qurum xalq üçün, el üçün yaradılan təşkilat deyil. Amma Əflan İbrahimovun yaratdığı EL xalqın, elin təşkilatıdır”.
Əflan İbrahimov ittihamlarından sonra Eldar Namazovun, Köçəri Nağıbəylinin Baş Prokurorluğa çağırılmasını da şərh etdi. Bildirdi ki, EL üzvü Eldəniz Quliyev və AXCP sədri Əli Kərimli də prokurorluğa çağırılacaq və izahatları alınacaq: “Bu işlərin başında Əli Kərimli durur. Əli Kərimli Milli Şuranı öz əlinə alıb. İsa Qəmbər düz eləyib öz namizədliyini irəli sürmüşdü. Amma Əli Kərimli istədiyini etdi. 20 ilə yaxın Cəbhədə olmuş Cəmil Həsənlinin namizəd olmasına nail oldu. Bununla da ana müxalifət adlandırılan Müsavatın önünə keçdi. Əlimdə əsasım olmasaydı, Baş Prokurorluğa bu məsələ ilə bağlı məlumat verməzdim. Əlimdə kifayət qədər əsaslı sübutlarım var. Əgər kifayət qədər sübutlarım olmasaydı, danışmazdım. Çünki sonra adamın özünə qarşı cinayət işi açarlar ki, sən yalan danışırsan. Köçəri Nağıbəylinin mitinqdə camaata pul paylaması ilə bağlı sənədlərim var. Plakatlara, rayonlardan gələn insanlara paylanan pullar hardan gəlirdi? Mənim özümə də pul veriblər. Bu barədə prokurorluğa məlumat vermişəm. Eldar Namazov açıqlamasında deyir ki, onlar haqqında yalan məlumat verən şəxsi, yəni məni 3 ildən 8 ilədək həbs gözləyir. Mən razıyam, günahım varsa, 10 il də yatmağa hazıram. Mən hər şeyi xalqımın yolunda etmişəm. Amma Eldar Namazov və Əli Kərimli kimilər vətən xaini kimi ömürlük həbs olunmalıdırlar”.
Sonda Ə.İbrahimov EL-i təmizləməyə nail olduğunu vurğuladı: “Mən bu hərəkatı Eldar və Eldəniz kimilərdən təmizlədim. Yaratdığım hərəkat dünyəvi hərəkatdır. Xalqın hərəkatıdır. Bu hərəkatla dövlətimizin quruculuğunda, inkişafına prezidentimizə əlimdən gəldiyi qədər dəstək olacağam”.
"VƏTƏN" Siyasi Bloku genişlənir
|
|||||||||
27 Ağustos 2013 Salı
Myanmada müsəlmanlara qarşı zülm davam edir
Myanma hökumətinin qərarı ilə, ölkənin qərbində yerləşən Ruhingiya məntəqəsində yaşayan və ifratçı buddistlərin hücumlarında öz ev-eşiklərini itirmiş yüzlərlə müsəlmanlar başqa yaşayış məntəqələrinə köçməyə məcbur olub.
"Associated Press"-in yaydığı məlumata görə, Myanma dövləti, məntəqələrdə mövcud olan qeyri-münasib şəraitdən uzaqlaşdırmaq üçün müsəlmanları Raxin əyalətinin ən böyük şəhəri olan Sitve şəhərindən kənarda yerləşən bir düşərgədə yaşamağa məcbur etdiyini iddia edir.
Halbuki, Myanmada tanınmış müsəlman fəallardan biri deyib ki, bir çox müsəlman ailə bu icbari köçdən narazı qalıb.
Qeyd edək ki, müsəlmanlar bu ölkənin altmış milyon nəfərlik əhalisinin təqribən dörd faizini təşkil edirlər və uzun illər ərzində bu ölkədə yaşayıblar. Lakin Myanma dövləti hələ də onlara vətəndaşlıq hüququ verməkdən boyun qaçırır və müsəlmanları Banqladeş kimi ölkələrdən qanunsuz olaraq mühacirət etmiş əhali kimi qələmə verir.
Onu da bildirək ki, Myanmanın 1948-ci ildə istiqlaliyyət əldə edikdən sonra Ruhingiya müsəlmanları buddistlər tərəfindən işgəncə, ayrı-seçkilik və bərabərsizliklərlə üzləşiblər.
Roland Kobia seçkilərlə bağlı bəyanat yayıb
Avropa birliyinin Azərbaycandakı səfirti cənab Roland Kobia bəyanat yayıb
Avropa ittifaqının səfirti R.Kobia Azərbaycan höküməti və ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları ofisinin gələcək prezident seçkilərini izləmək və müşahidə etmək barədə əldə etdiyi razılaşmanı sevinclə qarşıladı. Müşahidə missiyasının adekvat ölçüsü professional və balanslı formalaşması, yerlərdə heç bir maneə olmadan işlərini yerinə yetirmək üçün yaradılan şərait Demokratik İnstitutlar və insan haqları ofisinin mandatının uğurla həyata keçirilməsinə gətirib çıxaracaq. Digər yerli və beynləxalq müşahidəçilərlə yanaşı seçkinin beynəlxalq legitimliyini artıracaq.
İnanırıq ki, müşahidə missiyasının son hesabatı Azərbaycan hökümətinin seçki prosesi ilə bağlı qəbul etdiyi beynəlxalq normalarda irəliyə doğru addım olacaq. Biz Demokratik İnstitutlar və İnsan Haqları ofisini tam dəstəkləyirik və onlara öz təşəkkürlüyümüzü bildiririk.
Naxçıvanda internet-klublar bağlanır
Naxçıvanda internet-klubların fəaliyyətinə qadağa qoyulduğu bildirilir.
Bu haqda AzadlıqRadiosuna muxtar respublika sakinləri məlumat verib.
AXCP MR şöbəsinin sədri Yaşar Bağırsoy da deyir ki, Naxçıvan şəhərində fəaliyyət göstərən internet-klubların hamısı, bölgələrdəki klubların isə əksəriyyəti artıq işləmirlər:
«10 günə yaxındır ki, belə bir qadağa tətbiq ediblər. Naxçıvan şəhərində bir dənə də olsun açıq internet klub tapmaq mümkün deyil. Rayonlarda da, demək olar ki, eyni vəziyyətdir. Bu, onsuz da informasiya blokadasında olan naxçıvanlıları daha da pis vəziyyətdə qoyur. Naxçıvana müxalif qəzetlər ya buraxılmır, ya da çox məhdud sayda gətirilir. Ümid qalırdı internetə, onu da belə etdilər. Düzdür, evlərə çəkilən internetə toxunmurlar. Bu da çox az saydadır. Camaatın imkanı yoxdur ki, evinə kompyuter alıb qoysun, üstəlik internet tarifləri bahadır. Ona görə də məlumat almaq üçün insanlar internet-klublara üz tuturdu».
Yaşar Bağırsoy internet-klubların bağlanmasının qarşıdan gələn prezident seçkisi ilə əlaqəli olduğunu bildirir:
«Yerli hakimiyyət seçkiöncəsi insanların aktivləşə biləcəyindən qorxur. Son dövrlər naxçıvanlı gənclər sosial şəbəkələrdə aktivləşmişdilər. Onlar baş verən haqsızlıqlara qarşı məlumatlar paylaşır, seçkinin ədalətli keçirilməsini tələb edirlər. Məndə məlumat var ki, həmin gənclərə naməlum şəxslər bilinməyən nömrədən zəng vurub təhdid ediblər ki, bu cür tənqidi statusları dayandırsınlar. Görünür, bu metod effekt vermədiyindən, çıxış yolunu internet -klubları bağlamaqda görüblər».
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən isə internet klubların bağlanılması ilə bağlı deyilən məlumatların həqiqətəuyğun olmadığını bildirdilər. Nazirlikdən bildirildiyini görə, Naxçıvandakı internet-klublar fəaliyyətlərini əvvəllər olduğu kimi davam etdirirlər.
Pirallahı susuzluq və işsizlik probleminin ağuşunda
Yeni icra başçısı sökür, kompensasiya isə verilmir; buranın mağazalarında “nisyə dəftər”ləri çoxdan dolub...
Xəzər
dənizində yerləşən sahilə ən yaxın adaya - Pirallahıya üz tutmağımız
səbəbsiz deyil. Bakı buxtasının gözü hesab edilən Pirallahı 21 dekabr
2012-ci ildə Bakının 12-ci rayonuna çevrildi. Pirallahı, Çilov və Neft
Daşları qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil olundu. Bu gün 2
təbii, 1 süni adada 18 min nəfər yaşayır. Pirralahıya rayon statusu
veriləndən sonra Qala qəsəbəsindən başlayaraq adaya yeni çoxzolaqlı
yolun çəkilişinə başlanıb. Pirallahıya metronun “Koroğlu” stansiyasından
marşrut avtobusu ilə getmək olar. “Koroğlu”-Pirallahı arasında 52
kilometrlik yolu “Transgeyt” avtobusları 1 saata qət edir. Gediş haqqı
80 qəpikdir. Sakinlər yarızarafat, yarıciddi deyirlər ki, verdikləri 80
qəpikdən 50 qəpik gediş haqqı üçün, 30 qəpik isə avtobusda yatmaq üçün
alınır. 30 dəqiqədən bir yola çıxan avtobuslarda zatən yatmamaq da
mümkün deyil.
Pirallahı sakinlərinin köhnə
problemlərindən biri də içməli su ilə bağlıdır. Ada sakinləri sovet
dövründən bu problemin həll olunacağı günü gözləyirlər. Hüseyn
Məmmədqulu oğlu deyir ki, Pirallahıya suyun veriləcəyi haqda sovet
dövründən çoxlu vədlər eşidib. Amma suyu bu gün də pulla alırlar: “Bura
50-ci ildə gəlmişəm. O vaxtdan su problemimizin həll olunacağını
deyirlər. Suyun vedrəsini 70-80 qəpiyə alırıq. ”Texniçeskiy" suyla
qab-qaşıq, paltar yuyuruq, çimirik. İçmək üçün də alırıq. Başqa çarəmiz
yoxdur. Burada yaşayanların çoxu neft sənayesində işləyən adamlardır.
Kişilər 15 gün dənizdə, 15 gün evdə olur. Qadınlar əllərində vedrə su
almaqdan, su daşımaqdan əldən düşürlər".
Sakinlər deyir ki, rayona “Azərsu” ASC-nin 2 su maşını alaraq
bağışlaması haqda eşidiblər. Amma həmin su maşınlarını kimsə görməyib:
“Kimsə qəzetdə oxumuşdu ki, ”Azərsu" Pirallahıya 2 su maşını bağışlayıb.
Bu maşınlar haradadır, kimin ixtiyarındadır, bilmirik. Təzə icra
başçısı camaat üçün işləyir, gecə gündüz küçələrdədir. Yollarımız bərbad
gündədir. “Abşeronneft”in ağır tonnajlı maşınlarının təkərləri altında
yol dözər? Buradan asfaltlayırlar, oradan dağılıb sökülür. Zirədə 3
böyük su anbarı tikiblər. İcra başçısı camaatın yanında deyib ki, su
məsələsini həll edəcək. Görək də..."
Qəsəbədə hər addımda qapısında “nisyə mal verilmir” sözləri yazılan
kiçik mağazalar diqqətimizi çəkir. Onlardan birinin satıcısı deyir ki,
adada yaşayanların əksəriyyəti sovet dövründə təyinatla ora
göndərilənlər olub: “48-49-cu illərdən başlayaraq adada neft çıxarılması
sürətlənib. Həmin vaxtdan da institut bitirən neftçiləri bura
göndəriblər. İndi həmin adamların yaşı 70-i haqlayıb. Nəvə-nəticələri
var. Neftçiləri təqaüdə göndərirlər, əvəzlərinə onların uşaqlarını işə
götürmürlər. Təsəvvür elə ki, həmin neftçilər 200-300 manat pensiya
alır, ondan qaz, işıq, su pulu verir. Su da bilirsən də burada qəhətə
çıxıb, neftdən alınan benzindən də bahadır. Təqaüddə olan neftçilərin
çoxunun uşaqları səhərdən-axşamacan işsiz-gücsüz gəzirlər. Bu adamların
bütün ümidi təqaüdçü ata-analarının aldığı pensiyayadır. Şəhərə işə
gedib-gələ bilmirlər. Yol uzaqdır, gedişhaqqı da ki baha. Bu səbəbdən də
balaca mağazalarda ”nisyə dəftər"ləri çoxdan dolub. Nisyə verirsən özün
ac qalırsan, vermirsən camaat narazı qalır. Yazın ki, Rövnəq
Abdullayev, niyə görə ömürlərini dənizdə çürüdən neftçilərin uşaqlarını
işə götürmürsən? Məgər onların yerinə gəlib işləyənlər bu yerli
camaatdan daha səriştəlidir?"
Pirallahı 12 kilometr uzunluğu, ən enli hissəsi 4 kilometr olan
adadır. Burada neft sənayesinin inkişafına qədər
əkinçilik və balıqçılıq
əsas məşğuliyyət növü olub. Hazırda isə çox az sayda ada sakini
balıqçılıq və əkinçiliklə məşğuldur. Adada kiçik mağazalarla yanaşı
diqqəti cəlb edən iaşə obyektləri sırasında lombardlar da az deyil. Hər
yerdən əli üzülən Pirallahı sakinlərinin üz tutduğu məkanlar da məhz
lombardlardır. Camaat danışır ki, işsiz-gücsüz Pirallahı sakinlərinin
qiymətli əşyaları bu məkanlarda talan olunur. Varlılar daha da varlanır,
kasıblar son qiymətli əşyalarından da olurlar.
Həmsöhbətlərimdən biri Nizami Qədimov Pirallahıya 47-ci ildə köçüb.
Deyir ki, o dövrdə təyinatla bura göndərilib: “Biz institutda oxuyanda
belə qayda vardı ki, yaxşı oxuyanlara diplomu 3-cü kursda verirdilər.
Mən diplomu 3-cü kursda alıb bura gəldim. O vaxt bura Artyom adası idi.
Neft Daşlarında işlədim, günlərimi, illərimi burada qoydum. İndi də
pensiyadayam. Məni yaşıma görə işdən çıxaranda dedim ki, heç olmasa 2
oğlumdan birini işə götürün, işləsin, məni də dolandırsın. Dedilər ki,
olmaz, işçiyə ehtiyac yoxdur. Necə yoxdur ki, işçilərin 90 faizi yeni
işə götürülənlərdir? 3 övladım var. Qızımı köçürmüşəm, oğlanlarım isə
işsiz-gücsüzdür. Kimə gedim deyim ki, mənə kömək elə? 247 manat pensiya
ilə birtəhər dolanıram. Qaz, işıq, su pulu da ceyran belində”.
Hazırda Pirallahıda böyük tikinti işləri gedir. Adanı ən yaxın kənd
olan Dübəndi ilə birləşdirən yol yenidən qurulur. Hər iki kənarında
sahil-bərkitmə işləri aparılır. Yolun üzərindən uzunluğu yarım kilometr
olan körpü salınması üçün əsas işlər demək olar ki, yekunlaşdırılıb.
Pirallahı rayona çevriləndən sonra burada söküntü işləri başlayıb.
“Bu ilin martında Vasif İmanov adaya icra başçısı təyin olundu.
Bundan sonra bir çox yerləri qanunsuz tikinti elan edib sökməyə
başladılar. Görürsən də Polis İdarəsinin qabağından başlayıb köhnə
qəbiristanlığa kimi evləri, qarajları söküb yerlə-yeksan edir. Qaraj
sahiblərinə kompensasiya vermir. Deyir ki, həmin qarajların sənədləri
vaxtilə burada yaşayan ermənilərin adınadır. Axı erməni buradan gedəndə
həmin qarajı camaata satıb gedib. Qarajları, evləri sökülənlər
qorxularından səslərini çıxara bilmirlər. Hərə bir yerdə iş tapıb
işləyir, işini itirməkdən qorxub danışmırlar”.
Bakının 12-ci rayonunda gördüklərimizi bu yazıda cəm etdik.
Allahdan ümidlərini üzməyən sakinlərin iş və su problemlərinin də
tezliklə həll olunacağı ümidi ilə yarıuçuq yollarla adanı tərk edirik.
Milli Şuranın ilk mitinqi
Meydanın ətrafında və
girişində polis qüvvələri, eləcə də xüsusi xidmət orqanlarının mülki
geyimliləri cəmləşib. Polis zabitləri mülki geyimlilərə hansısa təlimat və
göstərişlər verir.
Meydana gedən yolda 2 yerdə polis postu qurulub. Postlardan biri 20-ci Sahə dairəsində, o biri isə meydana aparan yolun girişindədir. Əməkdaşımız xəbər verir ki, mitinqə gələn maşınları artıq 20-ci Sahə dairəsindən irəli buraxmırlar. İnsanlar oradan meydana qədər piyada getməyə məcbur olur. İkinci postda isə mitinqə gələnlər yoxlamadan keçir.
Meydana gedən yolda 2 yerdə polis postu qurulub. Postlardan biri 20-ci Sahə dairəsində, o biri isə meydana aparan yolun girişindədir. Əməkdaşımız xəbər verir ki, mitinqə gələn maşınları artıq 20-ci Sahə dairəsindən irəli buraxmırlar. İnsanlar oradan meydana qədər piyada getməyə məcbur olur. İkinci postda isə mitinqə gələnlər yoxlamadan keçir.
Polislər 18 yaşdan
aşağı şəxslərin meydana girməsinə imkan vermir.
Ərazidə Yol Patrul Xidmətinin əməkdaşları da var. Onlar mitinqə gələn maşınların nömrələrini hansısa məqsədlə qeydə alırlar. Ehtimal olunur ki, bu, sonradan həmin avtomobillərin xüsusi nəzarətə götrülməsi üçündür.
Ərazidə Yol Patrul Xidmətinin əməkdaşları da var. Onlar mitinqə gələn maşınların nömrələrini hansısa məqsədlə qeydə alırlar. Ehtimal olunur ki, bu, sonradan həmin avtomobillərin xüsusi nəzarətə götrülməsi üçündür.
Bundan başqa, 20-ci
Sahə istiqamətində marşrut avtobusların hərəkəti məhdudlaşdırılıb, avtobusların
sayı azaldılıb.
Mitinqə övladları hərbi xidmət zamanı ölən valideynlər də gəlib. Onlar əllərində övladlarının portretlərini tutub. Polis onları zorakılıqla ərazidən uzaqlaşdırmaq istəyir.
Mitinqə övladları hərbi xidmət zamanı ölən valideynlər də gəlib. Onlar əllərində övladlarının portretlərini tutub. Polis onları zorakılıqla ərazidən uzaqlaşdırmaq istəyir.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

































