Blog Arşivi

1 Eylül 2013 Pazar

“Onlar xalqı xaosa, iğtişaşa, çevrilişə səsləyirlər”



 Əfran İbrahimov: “Sabitliyi pozmaq ölkədə iğtişaşlar törədiləcək deməkdir”
“Eldar Namazov verdiyi açıqlamalarda dövləti hədələyir. Deyir ki, Azərbaycanda demokratik islahatlar aparılmasa, sabitlik pozula bilər. Mən deyəndə ki bunlar xaos yaratmaq istəyir, çevriliş etmək istəyir, bəzi adamlar mənə inanmırdı. Axı bu “sabitlik pozulacaq” nə deməkdir?”

Bunu virtualaz.org-a açıqlamasında Eldar Namazovun rəhbərlik etdiyi EL Hərəkatının sabiq sədr müavini, yeni yaradılan alternativ EL-in sədri Əflan İbrahimov deyib.

O, Eldar Namazovun bu fikrlərinə münasibət bildirərkən qeyd etdi ki, sabitliyi pozmaq ölkədə iğtişaşlar törədiləcək deməkdir: “Eldar Namazov bu sözləri ilə mənim dediklərimi təsdiqləyir. Ölkəmizdə bu qədər islahatlar aparılır. Siz bunu necə olur ki, görmürsünüz? Eldar kimilərinin islahat deyəndə nəyi nəzərdə tutduğunu bilmirəm. Bunlar xalqı xaosa, iğtişaşa, çevrilişə səsləyirlər. Xalqı kitab cümlələri ilə aldatmaq lazım deyil”.

Ə.İbrahimov EL-in E.Namazovun olması fikirlərinə isə sərt şəkildə cavab verdi: “Zəfər Quliyev deyir ki, bu təşkilat Eldar Namazovundur və onun adından götürülərək “EL” adlandırılıb. Zəfər Quliyev kimdir axı çıxıb təşkilat adından, xalq adından danışır? O, etikasız, mədəniyyətsiz adamdır. Bir saatlıq iclasda siqaret çəkmədən otura bilmir. Əgər Zəfər Quliyevin dediyi kimidirsə, bu təşkilatın adı Eldarın adı ilə bağlıdırsa, onda bu təşkilatda eldən, obadan, xalqdan söhbət gedə bilməz. Bu, elə Eldarın hərəkatıdır. Özləri sübut edirlər ki, bu qurum xalq üçün, el üçün yaradılan təşkilat deyil. Amma Əflan İbrahimovun yaratdığı EL xalqın, elin təşkilatıdır”.

Əflan İbrahimov ittihamlarından sonra Eldar Namazovun, Köçəri Nağıbəylinin Baş Prokurorluğa çağırılmasını da şərh etdi. Bildirdi ki, EL üzvü Eldəniz Quliyev və AXCP sədri Əli Kərimli də prokurorluğa çağırılacaq və izahatları alınacaq: “Bu işlərin başında Əli Kərimli durur. Əli Kərimli Milli Şuranı öz əlinə alıb. İsa Qəmbər düz eləyib öz namizədliyini irəli sürmüşdü. Amma Əli Kərimli istədiyini etdi. 20 ilə yaxın Cəbhədə olmuş Cəmil Həsənlinin namizəd olmasına nail oldu. Bununla da ana müxalifət adlandırılan Müsavatın önünə keçdi. Əlimdə əsasım olmasaydı, Baş Prokurorluğa bu məsələ ilə bağlı məlumat verməzdim. Əlimdə kifayət qədər əsaslı sübutlarım var. Əgər kifayət qədər sübutlarım olmasaydı, danışmazdım. Çünki sonra adamın özünə qarşı cinayət işi açarlar ki, sən yalan danışırsan. Köçəri Nağıbəylinin mitinqdə camaata pul paylaması ilə bağlı sənədlərim var. Plakatlara, rayonlardan gələn insanlara paylanan pullar hardan gəlirdi? Mənim özümə də pul veriblər. Bu barədə prokurorluğa məlumat vermişəm. Eldar Namazov açıqlamasında deyir ki, onlar haqqında yalan məlumat verən şəxsi, yəni məni 3 ildən 8 ilədək həbs gözləyir. Mən razıyam, günahım varsa, 10 il də yatmağa hazıram. Mən hər şeyi xalqımın yolunda etmişəm. Amma Eldar Namazov və Əli Kərimli kimilər vətən xaini kimi ömürlük həbs olunmalıdırlar”.

Sonda Ə.İbrahimov EL-i təmizləməyə nail olduğunu vurğuladı: “Mən bu hərəkatı Eldar və Eldəniz kimilərdən təmizlədim. Yaratdığım hərəkat dünyəvi hərəkatdır. Xalqın hərəkatıdır. Bu hərəkatla dövlətimizin quruculuğunda, inkişafına prezidentimizə əlimdən gəldiyi qədər dəstək olacağam”.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel