Əlaqə
Blog Arşivi
- 2014 (270)
- 2013 (363)
14 Eylül 2013 Cumartesi
Diktatorların oxşar və fərqli cəhətləri
Ölkə boyu heykəlləri və portretləriylə Heydər Əliyev bəzi
diktatorları qabaqlayır
Tarix boyu bəzi dövlət rəhbərləri özlərinə xüsusi münasibət
tələb edirdi.Qədim dövrlərdə mütləq monarxiyalarda imperator, kral, sultanlar bəzən
ilahiləşdirilirdi.Müasir dövrdə də diktatorların şəxsiyyətinə pərəstiş ənənəsi
aradan qalxmayıb.Bəzi dövlətlərdə hakimiyyətin atadan oğula keçməsi bütöv bir
ailəyə pərəstişə gətirib çıxarır.
20 ildir Azərbaycanda mövcud quruluş da digər diktaturalardan
fərqlənmədiyi kimi Əliyevlərin şəxsiyyətinə pərəstiş də başqa diktatorlara
münasibətdən fərqlənmir.Heydər Əliyevin ad günlərinin təmtəraqla keçirilməsi, hər
addımda ata-oğul Əliyevlərin portretlərinin asılması, küçə, park, mərkəzlərə
Heydər Əliyevin adının verilməsi, onun şəninə şeirlər yazılması, mahnılar bəstələnməsi,
hər rayonda, kənddə muzeylərinin açılması, heykəllərinin qoyulması, ildə bir
neçə dəfə onun adı ilə bağlı bayramların təşkili Azərbaycanda diktatora pərəstişin
bariz nümunəsidir. Avtoritar rejimlərin hökm sürdüyü digər ölkələrə baxanda da
oxşar vəziyyəti görmək olur.
Müqayisə üçün bir neçə diktatoru göstərmək olar.
Stalin özü haqda yazılan kitablara şəxsən rəy verirdi
Ötən əsrin ortalarında SSRI-də Iosif Stalinin şəxsiyyətinə
olan pərəstiş dəhşətli həddə çatmışdı.Onun özü də bu münasibəti həvəsləndirirdi.1948-ci
ildə işıq üzü görən “Qısa tərcümeyi-hal” kitabı yaltaqlıq, rəhbərin ilahiləşdirilməsi
nümunəsi idi.Bu kitabdakı ürəkbulandırıcı təriflər Stalinin sağlığında yazılan
digər kitablarda da təkrarlanırdı.Sovet diktatoru haqqında yazılan kitablara şəxsən
özü müsbət rəy verirdi.Bütün ölkə boyu divarları bəzəyən onun şəkilləri, şəninə
yazılan mahnılar da öz yerində.
Ancaq sovet hakimiyyəti illərində şəxsiyyətə pərəstişdə
Stalin Lenindən sonrakı yerdə qərarlaşıb. 70 il müddətində Leninin şəxsiyyətinə
pərəstişin formalarını sadalamaqla qurtarmaq olmaz. Ancaq keçmiş sovet
respublikalarındakı diktatorlar da onlardan geri qalmır.Bu sırada Əliyev tək
deyil.
Türkmənistan nümunəsi
Türkmənistanın keçmiş prezidenti Saparmurad Türkmənbaşı
bütün dünyaya göstərdi ki, şəxsiyyətə pərəstiş keçmişdə qalmayıb.Hakimiyyəti
dövründə Türkmənistanda saysız-hesabsız heykəllərinin əksəriyyəti qızılla
örtülmüşdü.Onların içində ən böyük Aşqabaddakı 63 metrlik qızıl suyuna salınmış
fırlanan heykəldir.Türkmənistanın hazırkı prezidentinin göstərişi ilə
yığışdırılan bu heykəl elə hazırlanıb ki, o fırlanarkən Türkmənbaşının üzü günəşə
tərəf baxır.Heykəllərin ümumi sayı isə 14 mindən artıq idi.Ölkədə bir şəhər,
yüzlərlə küçə, kolxoz, məktəb hələ də Türkmənbaşının adını daşıyır.Öz adını
daşımayan küçələrə isə atası, anası, qardaşlarının və digər qohumlarının
adlarını verirdi.Maraqlıdır ki, xalqı qarşısında böyük xidmətlərinin olduğunu təkrarlamağı
xoşlayan və özünü “bütün türkmənlərin atası” elan edən Türkmənbaşı tərifə
ehtiyacının olmadığını deyirdi.Qəribə qərarları ilə yadda qalan bu şəxs özü ilə
yanaşı anasının da şəninə tərifləri dinləməyi sevirdi.Türkmənbaşı anasına qızıl
suyuna çəkilmiş heykəl ucaldıb, aylardan birinə anasının, birinə isə öz adını
vermişdi. Müəllifi olduğu və müqəddəs elan etdiyi “Ruhnamə” kitabı isə orta və
ali məktəblərdə dərslik kimi istifadə olunurdu. Hətta işə qəbul olunan şəxslər
də “Ruhnamə”dən imtahan verirdi.Türkmənbaşı iddia edirdi ki, bu kitabı üç dəfə
oxuyan şəxs cənnətə düşəcək. Brejnevsayağı özünə mükafatlar təqdim edən türkmən
lideri 5 dəfə Türkmənistan qəhrəmanı adına layiq görülüb. Anasına isə belə oğul
yetişdirdiyinə görə Milli Qəhrəman adı verib.
Türkmənistanda onun adı ilə konyak və araqla yanaşı “Türkmənbaşı”
ətri də istehsal olunurdu.Ölkədəki ən uca zirvə “Böyük Türkmənbaşı zirvəsi”
adlandırılıb.Pul əksinaslarında ancaq onun şəkilləri əks olunurdu. Bağça, orta
və ali məktəblərdə hər gün tədris Türkmənbaşına sədaqət andı ilə başlayırdı.
2004-cü ildə Türkmənbaşı özünü peyğəmbər elan etdi.Ölkənin Milli Bayraq günü
Türkmənbaşının doğum gününə təsadüf edib. Özünə beş dəfə Milli qəhrəman adını
verən Türkmənbaşı təvəzökarlıq edərək altıncı dəfə bu mükafatı almaqdan imtina
edib. Ömründə bir gün də olsun orduda xidmət etməyən diktator marşal hərbi rütbəsini
daşıyırdı.Bütün telekanallarda isə yuxarı küncdə Türkmənbaşının şəkli əks
olunurdu.Məmurlar isə onunla görüşəndə mütləq qaydada sağ əlindən öpməli
idi.Ədalət ilahəsi Femidanı isə Türkmənbaşının anasının siması və əlində
“Ruhnamə” ilə təsvir edirdilər.
İraqlılar Səddamın əlindən öpməyi özünə borc bilirdi
Acı sonluq yaşayan Iraq prezidenti Səddam Hüseynin də digər
diktatorlar kimi şəxsiyyətinə pərəstiş olunurdu.Onun hakimiyyəti dövründə
Bağdadda bütün divarlarda şəkilləri asılmışdı.Bütün dövlət idarələrində heykəlləri
qoyulmuşdu.1991-ci ildə ölkədə yeni bayraq qəbul olundu və onun üzərində Səddam
Hüseynin yazdığı “Allahu Əkbər” kəlməsi həkk olunmuşdu.Bağdaddakı qədim saray
sökülərək yenidən inşa edilib və hər bir kərpicin üzərində diktatorun adı
yazılıb.Bağdad küçələrində hər yüz metrdən bir S.Hüseynin şəkilləri
asılırdı.Namaz vaxtı bütün telekanallarda ekranlara məscid şəkli ilə yanaşı Səddamın
da şəkli gəlirdi.Iraq mətbuatı onu məktəb və xəstəxanaların memarı kimi təqdim
edirdi.Sadə iraqlılar isə onun əlindən öpməyi özünə borc bilirdi.
Əbədi prezident, dahi rəhbər - Kim Ir Sen
Hazırda qatı diktaturanın mövcud olduğu dünyanın ən qapalı
ölkəsi olan Şimali Koreyada bir yox, artıq üç şəxsə pərəstiş edilir.Bu
siyahının başında isə Koreyanın əbədi prezidenti və dahi rəhbəri elan edilmiş
Kim Ir Sendir.
Hakimiyyətə gəldiyi gündən Kim Ir Senin şəninə təriflər
görünməmiş həddə çatmışdı.Bütün divarları bəzəyən şəkillərin, hər tində qoyulan
heykəllərin, onun üçün yazılan mahnıların sayı hesabı yox idi.Titullarının
sayına görə isə istənilən diktatoru geridə qoya bilərdi. Kim Ir Sen Dahi Rəhbər,
Millətin Günəşi, Dəmir Məğlubedilməz Sərkərdə, Qüdrətli Respublikanın Marşalı,
Bəşəriyyətin Xilasının Təminatçısı kimi titullar daşıyırdı. Yetkinlik yaşına
çatan bütün koreyalılar onun şəklinin əsk olunduğu nişan taxmağa borclu idi.
Dövlət idarələri ilə yanaşı evlərdə də diktatorun şəkilləri asılmalı
idi.Dağların yamacında dahi rəhbərin şəninə iri hərflərlə təriflər
yazılardı.Sağlığında özü ilə yanaşı qohumlarına da heykəl qoyduran Kim Ir Senin
ad günündə ölkənin bütün vətəndaşları əllərində güllərlə onun heykəlini ziyarət
etməyə borcu idi. Kim Ir Senin tərcümeyi-halı uşaq bağçasından tutmuş ali məktəblərə
qədər bütün tədris müəssisələrində öyrənilirdi. Onun yazdığı əsərləri hər kəs əzbər
bilməli idi.Uşaq bağçasındakı uşaqlar hər gün xoşbəxt uşaqlıq illərinə görə
diktatora təşəkkür etməli idi.Onun ayaq basdığı bütün yerlərdə memoreal lövhələr
vurulub və həmin yerlər müqəddəs elan edilirdi.Bütün mahnıılarda Kim Ir Senin
adı çəkilməli idi.Filmlərin qəhrəmanları isə Kim Ir Sen uğrunda bütün
ağlasığmaz fədakarlıqlar edirdi.Onun müdrikliyyi barədə dastanlar qoşulurdu.Kim
Ir Senin ad günü Koreyada Günəş bayramı kimi qeyd olunur.Ölümündən sonra isə
ölkədə üç illik matəm elan olundu.
Şimali Koreyalılar üçüncü nəsil diktatora sitayiş edir
Onun yerini oğlu Kim Çen Ir tutdu və atası ilə yanaşı onun
da şəxsiyyətinə pərəstiş geniş vüsət aldı. Rəsmi təbliğat oğul diktatorun Şimali
Koreyada müqəddəs hesab edilən Pektusan dağının zirvəsində doğulduğunu və həmin
an göydə ikili göy qurşağının və parlaq ulduzun peyda olduğunu iddia edir. Öləndə
göldə buz çatlayıb.Rəsmi mətbuat onun bacarıqlarından da yazmağı doymurdu. Məsələn,
Kim Çen Irini boulinq oyunu zamanı 300 mümkün xaldan 300 toplaması və qolf
oyununda dünya rekordunu qırmasından böyük sevinclə söz açılırdı. Atası kimi
Kim Çen Irin də portretləri hər bir koreyalının evinin divarlarını bəzəyir.Qəzetlərin
istənilən məqaləsində diktatordan sitat gətirilir.Onun adı xüsusi şriftlə
yazılmalıdır.Orta məktəblərdə isə diktatorun şəninə tərif ifadələri qurmaq üçün
xüsusi dərc tədris olunur.Atası kimi Kim Çen Ir də Koreya xalqının qəhrəmanı
hesab olunur və özünü bir çox dövlət mükafatına layiq görüb.Kim Çen Ir dahi rəhbər
olmağı ilə yanaşı görkəmli bəstəkar və memar sayılır.Onun adı çıxarılan altı
opera cəmi iki ilə yazılıb. Dünyanın üç ən qəddar diktatoru sıyahısında yer
alan Kim Çen Iri Koreyanın “Dahi” rəhbəri və “Dahi rəhbəri Kim Ir Senin oğlu”
titullarını daşıyıb. Atası ilə yanaşı onun da tərcümeyi-halı dərsliklərə
salınıb.Bütün kitablar onun sitatları ilə başlayır.Kim Çen Irin ad günü isə
Koreyada ikinci dövlət bayramı hesab olunur.Birinci yer atasına məxsusdur.2011-ci
ildə vəfa edən Kim Çen Irin yerini oğlu Kim Çen In tutub və o gündən Şimali
Koreyada üçüncü nəsil diktatora pərəstiş başlayıb.
Rəqiblərini yeyən dictator
Diktatorlar öz qəribə davranışları ilə də tarixə düşüb. Məsələn,
1970-ci illərdə Uqandaya rəhbərlik edən və adam yeyən diktator kimi tanınan Idi
Amin də özünü müxtəlif titullarla təltif etməyi sevirdi. Bunlar arasında
“Britaniya Imperiyasının istilaçısı” və “Şotlandiya kralı” titulları da var
idi. O həmçinin özünü Britaniya və Fransanın hərbi mükafatları ilə təltif
etmişdi. 5 həyat yoldaşı və onlarla uşağı olan Amin özünün “böyük ata”
adlandırılmasını tələb edirdi.Ən maraqlı addımı kimi isə ABŞ-a müharibə elan
edib səhəri günü özünü qalib kimi qələm verməsi olub.Uqanda diktatorunun
müxalifətə münasibəti də orijinal olub. O, siyasi rəqiblərinin ətini yeyir,
başını isə soyuducuda saxlayırdı. Afrika dövlətlərindən bəzilərində siyasi rəqibləri
yemək ənənə halına çevrilmişdi.Mərkəzi Afrika Respublikasının diktatoru Can-Bədəl
Bokassa da müxalifətlə eyni cür rəftar edib.
Haiti diktatoru Fransual Düvalye isə Vudu ayinlərini yerinə
yetirməyi ilə seçilir. O hər ayın 22-də Vudu ruhunun onu qoruduğunu elan
etmişdi. Hakimiyyətinin son illərində isə yalnız bu tarixdə öz sarayından
çıxırdı.Düvalye ABŞ prezidenti Kennedini lənətlədiyini və buna görə də onun qətlə
yetirildiyini iddia edirdi.Onun əmri ilə Haitidə bütün qara itlər güllələnmişdi.
Diktator adına gülə xərclənən milyonlar
Müasir dövrün diktatorlarının siyahısı bununla bitmir.Ancaq
adlarını çəkdiyimiz və çəkmədiyimiz bütün diktatorları eyni xüsusiyyətlər birləşdirir.Azərbaycanda
Heydər Əliyevin şəxsiyyətinə pərəstişə nəzər salanda Şimali Koreya, Türkmənistan,
Iraq diktatorlarına olan münasibətdə xeyli oxşarlıqlar görmək olur.Əgər Kim Ir
Senin doğum gününü koreyalılar Günəş bayramı kimi qeyd edirsə, Azərbaycanda
Əliyevin doğum günündə bütün ölkə boyu Gül bayramı keçirilir.Diktatorlar
oxşadığı kimi onların rəhbərlik etdikləri xalqların aqibəti də bənzərdir.Heykəllərə,
bayramlara böyük pullar xərcləyən avtoritar rejim rəhbərləri həmin vəsaiti
xalqına qıymır.Insafən bu məsələdə Türkmənbaşını istisna saymaq olar.Hər halda
azərbaycanlılardan fərqli olaraq tükmən xalqı ölkənin sərvətlərinin xeyrini
görüb və bir çox imtiyazlardan yararlanıb.
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.