Əlaqə
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
- Aralık(45)
- Kasım(5)
- Ekim(84)
-
Eylül(81)
- Eyl 30(7)
- Eyl 29(10)
- Eyl 28(8)
- Eyl 26(3)
- Eyl 25(7)
- Eyl 24(8)
- Eyl 23(3)
- Eyl 21(1)
- Eyl 17(2)
- Eyl 16(3)
- Eyl 14(5)
- Eyl 11(3)
- Eyl 10(1)
- Eyl 09(6)
- Eyl 07(4)
- Eyl 03(1)
-
Eyl 01(9)
- Seçki ərəfəsi bahalaşma başlayıb
- Azərbaycan prezidenti təhsil işçilərinin maaşını 1...
- Özəl iş yerlərində də maaşlar qalxacaq
- meşə gardaşları…
- Zabratdakı kütləvi söküntülər 2 mindən çox ailəni ...
- Şəhid anasına qoyulan hörmət...
- “Onlar xalqı xaosa, iğtişaşa, çevrilişə səsləyirlər”
- Time Dərgisinə QAPAQ olan Prezident...
- "VƏTƏN" Siyasi Bloku genişlənir
- Ağustos(7)
- Temmuz(39)
- Mayıs(5)
- Nisan(15)
- Mart(12)
- Şubat(12)
- Ocak(58)
1 Eylül 2013 Pazar
Zabratdakı kütləvi söküntülər 2 mindən çox ailəni evsiz qoyacaq
Ev və obyetləri sökülənlər onlara verilən kompensasiyadan narazıdırlar: “Verilən kompensasiya ilə Bakının ucqar yerindən belə ev almaq mümkün deyil”
Artıq bir neçə gündür ki, Sabunçu rayonu Zabrat qəsəbəsində kütləvi söküntü işləri gedir. Yol kənarındakı obyektlər və fərdi yaşayış evləri sökülür. Zabrat sakinlərindən “Yeni Müsavat”a verilən məlumata görə, ev və obyektlərin sökülməsi Zabrat magistralının genişləndirilməsi məqsədi ilədir. Onların sözlərinə görə, bir neçə ay öncə yenidən qurulan magistralla bağlı dövlət başçısının göstərişi var. Sakinlərin sözlərinə görə, yolun körpü tərəfə olan hissəsi həddindən artıq ensizdir və bu da günün müxtəlif saatlarında tıxacların yaranmasına səbəb olur.
Sakinlərin bildirilər ki, yolun genişləndirilməsi 2 mindən çox ailəni evsiz qoyub. Evlərinin kvadratına 1000 manat kompensasiya verildiyini söyləyən sakinlər məbləğin az olduğunu vuğuladılar. Onlarım sözlərinə görə, evlərin dəyərləndirməsini aparan audit şirkətlərdən biri, həyətyanı sahələri və yardımçı tikililəri qeydə almır. Sakinlər həmçinin bildirdilər ki, verilən kompensasiya ilə Bakının ucqar yerindən belə ev almaq mümkün deyil.
Qeyd edək ki, söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Evləri və obyektləri sökülən sakinlərin hər birinin adına “Kapital Bank”da xüsusi hesab açılıb və onlara veriləcək kompensaiya o hesaba köçürülüb.
Söküntü işləri ilə bərabər yolun genişləndirilməsinə də başlanılıb. Magistral yolun genişləndirilmsəi işlərini “Azeryolservis” ASC həyata keçirir.
Ötən ilin sentyabrında prezident İlham Əliyevin iştirakı ilə Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarının əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Yol dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”, eləcə də “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində yenidən qurulub.
Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan avtomobil yolunun yenidən qurulması Bakı şəhərinin Sabunçu, Balaxanı, Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı və Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gediş-gəlişinə şərait yaradılmasına hesbalanıb.
2012-ci ilin martında yolda kommunikasiya, su, kanalizasiya və digər xətlərin çəkilişinə başlanıldığından yol nəqliyyatın hərəkəti üçün yararsız vəziyyətə düşmüş və əsaslı təmirə zərurət yaranmışdı. Uzunluğu 7 kilometrə yaxın olan yolun hərəkət hissəsinin eni 23 metr, hərəkət zolaqlarının sayı 6-dır.
Gələcəkdə Bilgəh, Buzovna, Maştağa, Nardaran, Kürdəxanı və Abşeron yarımadasının şimal hissəsində yerləşən digər kənd və qəsəbələrin Bakı şəhəri və respublikanın digər rayonları ilə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması, həmçinin Buzovna-Mərdəkan-Hava Limanı-Bakı istiqamətindəki mövcud yola alternativ yol kimi 15 kilometrlik və 6 cərgəlik Buzovna-Zabrat yolunun yenidən qurulması da nəzərdə tutulur.
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.