Blog Arşivi

7 Eylül 2013 Cumartesi

Yenədə 23 Aprel hərəkatına qoşuldular


http://naxcivan23aprel.wordpress.com/
23 aprel hərəkatı öz təşəkurunu bildirir

Prezidentimiz Obamadan varlidir...


23 Aprel hərəkatının və Qarabağ azadlıq təşkilatının hamiləri də bizə qoşuldular


http://qarabag23aprel.wordpress.com
23 aprel hərəkatı öz təşəkurunu bildirir

Vallax düz deyir...


3 Eylül 2013 Salı

azərbaycan xalqına müraciət


23 aprel hərəlatý, ölkədə bütün həvəsli gənclərdə təklif edir ki , bu hərəkatýnýn xəbərləri və faktlarý açýqlanmasý yayýlmaq üçün wordpress.com da hami adýna weblog açsýnlar və həqiqəti nəþr etmək üçün bizə qoþulsunlar.
Bizimlə əlaqədar öz fəaliyyətinizi və xəbərləri 23aprel.herekati@gmail.com -a göndərin.
1 Eylül 2013 Pazar

Seçki ərəfəsi bahalaşma başlayıb


Dövlət Statistika Komitəsinin məlumatları da bütün sektorlar üzrə qiymət artımlarının olmasını təsdiqləyir; hökumət üçün narahat seçki olanda monopolistlər aktivləşir və süni bahalaşma yaradırlar
Prezident seçkisi yaxınlaşdıqca bazarlarda qiymətlər artmağa başlayıb. Düzdür, qiymət artımları təkcə prezident seçkisi ilə bağlı deyil. Ölkə üzrə bahalaşma ilboyu müşahidə edilir. Ancaq 2 amil seçki ərəfəsi qiymətlərin artımın xüsusilə təsir edir. Birincisi, seçki ilə bağlı məvacib və təqaüdlərin artırılması, ikincisi siyasi proseslərin canlanmasından istifadə edən monopolistlərin aktivləşməsi.
Öncə seçkidən asılı olmayan amillər barədə. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlindən ölkədə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 4,1 faiz artıb. Bu dövrdə mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 2,5 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı 0,3 faiz ucuzlaşsa da, xam neft və təbii qaz hasilatı 4,8 faiz bahalaşıb. Eyni zamanda kimya sənayesi 2,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı və metallurgiya sənayesi 2,2 faiz, toxuculuq sənayesi 1,6 faiz, kağız və karton istehsalı 1,2 faiz, geyim istehsalı 0,9 faiz, neft məhsullarının istehsalı 0,8 faiz, mebel istehsalı 0,3 faiz, kompyuter və digər elektron avadanlıqların istehsalı, həmçinin avtomobil və qoşquların istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb. 
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb. İyul ayı ərzində unun, qarabaşaq yarmasının, qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, sterilizə olunan üzlü südün, günəbaxan yağının və s. məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub. 
İyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı və ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub. 
Azərbaycanda tikinti işlərində də qiymətlər bahalaşıb. Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,2 faiz bahalaşıb.
Rüb ərzində yerüstü tikililər bölməsində 0,3 faiz bahalaşma, yol və körpü tikintisində isə 0,3 faiz ucuzlaşma müşahidə edilmişdir. Cari ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşmış, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,5 faiz ucuzlaşıb.
Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin və 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası və ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb, istehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə isə qiymətlər 0,5 faiz ucuzlaşıb. 
Mənzil satışı bazarında da ciddi bahalaşma qeydə alınıb. Paytaxtda davam edən kütləvi söküntü işləri bazarda yeni alıcı qruplarının ortaya çıxmasına səbəb olub. Bu isə bazarda tələbin artmasına və qiymətin bahalaşmasına rəvac verib.
Bazarda davamlı monitorinqlər aparan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin məlumatına görə, iyul ayında paytaxtın ilkin mənzil bazarında qiymətlər artıma meylli olub. Bakıda bazara təklif edilən yeni tikililərdə bir kvadratmetr üzrə orta qiymət göstəricisi iyun ayındakı 884,1 manata qarşı 0,3 faiz artaraq 886,5 manat təşkil edib.
Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,6 faiz, ötən ilə nisbətdə isə 11,3 faiz artımla yadda qalıb. Bu ilin əvvəli ilə müqayisədə qiymət 5,6 faiz artıb.
Göründüyü kimi, ilin əvvəlindən başlayaraq bahalaşma tendensiyası cüzi istisnalarla iqtisadiyyatın demək olar ki, bütün qollarını əhatə edir. Özü də sadalanan rəsmi göstəricilərdir. Müstəqil ekspertlər isə real artımların rəsmi göstəricilərdən ən azı 2 dəfə çox olduğunu bildirirlər. Seçki ərəfəsində isə bahalaşmaya rəvac verəcək bəzi qərarlar qəbul edilib. Söhbət büdcə təşkilatında işləyənlərin məvaciblərinin və pensiyaçıların təqaüdlərinin artırılmasından gedir - dövriyyədə pul kütləsinin artımı inflyasiya riski yaradır. Düzdür, məvaciblər cəmi 10 faiz artırılıb və normalda qiymət artımlarına elə də ciddi təsir etməməlidir. Ancaq artımdan istifadə edən monopolistlər dərhal qiymət artımlarına qərar verirlər ki, yeri gələndə bunu artımlarla bağlı olduğunu arqumentləşdirə bilsinlər.
Seçki dövründə qiymət artımına təsir edən ikinci amil monopolistlərin aktivləşməsi ilə bağlıdır. Siyasi elitanın diqqəti seçki prosesinə yönəldiyindən monopolistlərə nəzarət zəifləyir və ikincilər bundan faydalanaraq bazarda qiymətləri bahalaşdırırlar. Xüsusilə hökumət üçün narahat seçki olanda monopolistlər daha aktiv olurlar. 1998 və 2003-cü ilin prezident seçkisi, 2000 və 2005-ci ilin parlament seçkisi dövründə də belə olmuşdu. Bu gün də eyni tendensiya özünü büruzə verir. Böyük ehtimalla seçki bitənə və hökumət yenidən formalaşana qədər proses (seçkinin nəticəsindən asılı olmadan Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının qərarını təsdiqlədikdən sonra hökumət avtomatik olaraq buraxılır və yenidən formalaşır) davam edəcək.

Azərbaycan prezidenti təhsil işçilərinin maaşını 10 faiz artırıb

 
Azərbaycan prezidenti İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.

Özəl iş yerlərində də maaşlar qalxacaq


İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb
 Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. FaktXəbər-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edildiyi qeyd olunub. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bununla da “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 dekabr tarixli 1866 nömrəli Sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilir.

Qeyd edək ki, ölkədə heç bir özəl iş yerinin işçini minimum əmək haqqından aşağı maaşla işlətməyə icazəsi yoxdur. Buna görə də bir sıra yerlərdə, xüsusilə də regionlardakı özəl iş yerlərində maaşların qalxacağı gözlənilir.

meşə gardaşları…


Zabratdakı kütləvi söküntülər 2 mindən çox ailəni evsiz qoyacaq



Ev və obyetləri sökülənlər onlara verilən kompensasiyadan narazıdırlar: “Verilən kompensasiya ilə Bakının ucqar yerindən belə ev almaq mümkün deyil”

Artıq bir neçə gündür ki, Sabunçu rayonu Zabrat qəsəbəsində kütləvi söküntü işləri gedir. Yol kənarındakı obyektlər  və fərdi yaşayış evləri sökülür. Zabrat sakinlərindən “Yeni Müsavat”a verilən məlumata görə, ev və obyektlərin sökülməsi Zabrat magistralının genişləndirilməsi məqsədi ilədir. Onların sözlərinə görə, bir neçə ay öncə yenidən qurulan magistralla bağlı dövlət başçısının göstərişi var. Sakinlərin sözlərinə görə, yolun körpü tərəfə olan hissəsi həddindən artıq ensizdir və bu da günün müxtəlif saatlarında tıxacların yaranmasına səbəb olur.

Sakinlərin bildirilər ki, yolun genişləndirilməsi 2 mindən çox ailəni evsiz qoyub. Evlərinin kvadratına 1000 manat kompensasiya verildiyini söyləyən sakinlər  məbləğin az olduğunu vuğuladılar. Onlarım sözlərinə görə, evlərin dəyərləndirməsini aparan audit şirkətlərdən biri, həyətyanı sahələri və yardımçı tikililəri qeydə almır. Sakinlər həmçinin bildirdilər ki, verilən kompensasiya ilə Bakının ucqar yerindən belə ev almaq mümkün deyil.

Qeyd edək ki, söküntü işləri Bakı  Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Evləri və obyektləri sökülən sakinlərin hər birinin adına “Kapital Bank”da xüsusi hesab açılıb və onlara veriləcək kompensaiya o hesaba köçürülüb.

Söküntü işləri ilə bərabər yolun genişləndirilməsinə də başlanılıb. Magistral yolun genişləndirilmsəi işlərini  “Azeryolservis” ASC həyata keçirir.

Ötən ilin sentyabrında prezident İlham Əliyevin iştirakı ilə Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarının əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Yol dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”, eləcə də “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində yenidən qurulub.

Sabunçu yol qovşağından Zabrat dairəsinə  qədər olan avtomobil yolunun yenidən qurulması Bakı şəhərinin Sabunçu, Balaxanı, Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı və Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gediş-gəlişinə şərait yaradılmasına hesbalanıb.

2012-ci ilin martında yolda kommunikasiya, su, kanalizasiya və digər xətlərin çəkilişinə başlanıldığından yol nəqliyyatın hərəkəti üçün yararsız vəziyyətə düşmüş və əsaslı təmirə zərurət yaranmışdı. Uzunluğu 7 kilometrə yaxın olan yolun hərəkət hissəsinin eni 23 metr, hərəkət zolaqlarının sayı 6-dır.

Gələcəkdə Bilgəh, Buzovna, Maştağa, Nardaran, Kürdəxanı və Abşeron yarımadasının şimal hissəsində yerləşən digər kənd və qəsəbələrin Bakı şəhəri və respublikanın digər rayonları ilə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması, həmçinin Buzovna-Mərdəkan-Hava Limanı-Bakı istiqamətindəki mövcud yola alternativ yol kimi 15 kilometrlik və 6 cərgəlik Buzovna-Zabrat yolunun yenidən qurulması da nəzərdə tutulur.

Şəhid anasına qoyulan hörmət...


“Onlar xalqı xaosa, iğtişaşa, çevrilişə səsləyirlər”



 Əfran İbrahimov: “Sabitliyi pozmaq ölkədə iğtişaşlar törədiləcək deməkdir”
“Eldar Namazov verdiyi açıqlamalarda dövləti hədələyir. Deyir ki, Azərbaycanda demokratik islahatlar aparılmasa, sabitlik pozula bilər. Mən deyəndə ki bunlar xaos yaratmaq istəyir, çevriliş etmək istəyir, bəzi adamlar mənə inanmırdı. Axı bu “sabitlik pozulacaq” nə deməkdir?”

Bunu virtualaz.org-a açıqlamasında Eldar Namazovun rəhbərlik etdiyi EL Hərəkatının sabiq sədr müavini, yeni yaradılan alternativ EL-in sədri Əflan İbrahimov deyib.

O, Eldar Namazovun bu fikrlərinə münasibət bildirərkən qeyd etdi ki, sabitliyi pozmaq ölkədə iğtişaşlar törədiləcək deməkdir: “Eldar Namazov bu sözləri ilə mənim dediklərimi təsdiqləyir. Ölkəmizdə bu qədər islahatlar aparılır. Siz bunu necə olur ki, görmürsünüz? Eldar kimilərinin islahat deyəndə nəyi nəzərdə tutduğunu bilmirəm. Bunlar xalqı xaosa, iğtişaşa, çevrilişə səsləyirlər. Xalqı kitab cümlələri ilə aldatmaq lazım deyil”.

Ə.İbrahimov EL-in E.Namazovun olması fikirlərinə isə sərt şəkildə cavab verdi: “Zəfər Quliyev deyir ki, bu təşkilat Eldar Namazovundur və onun adından götürülərək “EL” adlandırılıb. Zəfər Quliyev kimdir axı çıxıb təşkilat adından, xalq adından danışır? O, etikasız, mədəniyyətsiz adamdır. Bir saatlıq iclasda siqaret çəkmədən otura bilmir. Əgər Zəfər Quliyevin dediyi kimidirsə, bu təşkilatın adı Eldarın adı ilə bağlıdırsa, onda bu təşkilatda eldən, obadan, xalqdan söhbət gedə bilməz. Bu, elə Eldarın hərəkatıdır. Özləri sübut edirlər ki, bu qurum xalq üçün, el üçün yaradılan təşkilat deyil. Amma Əflan İbrahimovun yaratdığı EL xalqın, elin təşkilatıdır”.

Əflan İbrahimov ittihamlarından sonra Eldar Namazovun, Köçəri Nağıbəylinin Baş Prokurorluğa çağırılmasını da şərh etdi. Bildirdi ki, EL üzvü Eldəniz Quliyev və AXCP sədri Əli Kərimli də prokurorluğa çağırılacaq və izahatları alınacaq: “Bu işlərin başında Əli Kərimli durur. Əli Kərimli Milli Şuranı öz əlinə alıb. İsa Qəmbər düz eləyib öz namizədliyini irəli sürmüşdü. Amma Əli Kərimli istədiyini etdi. 20 ilə yaxın Cəbhədə olmuş Cəmil Həsənlinin namizəd olmasına nail oldu. Bununla da ana müxalifət adlandırılan Müsavatın önünə keçdi. Əlimdə əsasım olmasaydı, Baş Prokurorluğa bu məsələ ilə bağlı məlumat verməzdim. Əlimdə kifayət qədər əsaslı sübutlarım var. Əgər kifayət qədər sübutlarım olmasaydı, danışmazdım. Çünki sonra adamın özünə qarşı cinayət işi açarlar ki, sən yalan danışırsan. Köçəri Nağıbəylinin mitinqdə camaata pul paylaması ilə bağlı sənədlərim var. Plakatlara, rayonlardan gələn insanlara paylanan pullar hardan gəlirdi? Mənim özümə də pul veriblər. Bu barədə prokurorluğa məlumat vermişəm. Eldar Namazov açıqlamasında deyir ki, onlar haqqında yalan məlumat verən şəxsi, yəni məni 3 ildən 8 ilədək həbs gözləyir. Mən razıyam, günahım varsa, 10 il də yatmağa hazıram. Mən hər şeyi xalqımın yolunda etmişəm. Amma Eldar Namazov və Əli Kərimli kimilər vətən xaini kimi ömürlük həbs olunmalıdırlar”.

Sonda Ə.İbrahimov EL-i təmizləməyə nail olduğunu vurğuladı: “Mən bu hərəkatı Eldar və Eldəniz kimilərdən təmizlədim. Yaratdığım hərəkat dünyəvi hərəkatdır. Xalqın hərəkatıdır. Bu hərəkatla dövlətimizin quruculuğunda, inkişafına prezidentimizə əlimdən gəldiyi qədər dəstək olacağam”.

Time Dərgisinə QAPAQ olan Prezident...



"VƏTƏN" Siyasi Bloku genişlənir

 

İslam Partiyası da "VƏTƏN" Siyasi Blokuna girməyə hazırlaşır
 

Son günlər Ədalət Partiyası, Yaşıllar Partiyası və İslam Partiyası arasında "VƏTƏN" Siyasi Blokunun genişlənməsi haqqında ciddi danışıqlar gedir. "VƏTƏN" Siyasi Blokunun icra katibi Mayis Güləliyevin yaxa.org saytına verdiyi məlumata görə bu partiyalar arasında gedən müzakirələr hələlik seçki prosesində əməkdaşlığı əhatə edir. Amma perspektivdə əməkdaşlıq daha geniş formatda və daha əhatəli olacaq. Belə ki, Ədalət partiyasından prezidentliyə namizədliyi irəli sürülən İlyas İsmayılovu "VƏTƏN" Bloku özünün vahid namizədi elan edib. İslam Partiyasının da seçkilərdə İlyas İsmayılovu dəstəkləyəcəyi gözlənilir. Seçkilərdən sonra isə İslam partiyasının "VƏTƏN" Blokunda tam hüquqlu üzv kimi fəaliyyəti gözlənilir. M. Güləliyevin sözlərinə görə bu partiyaların bir siyasi blokda birləşməsi çox vacibdir. Belə ki,  bu partiyaların hər üçünün proqramı, hədəfi və siyasi mübarizə motivi demək olar ki, üst-üstə düşür. "Bu partiyaları birləşdirən məqamlar, onları fərqləndirən məqamlardan xeyli çoxdur" deyən Mayis Güləliyev  bu partiyaların "VƏTƏN" Siyasi Blokunda ciddi müvəffəqiyyətlər əldə edəcəyinə əmin olduğunu gizlətməyib.






27 Ağustos 2013 Salı

Myanmada müsəlmanlara qarşı zülm davam edir


Myanma hökumətinin qərarı ilə, ölkənin qərbində yerləşən Ruhingiya məntəqəsində yaşayan və ifratçı buddistlərin hücumlarında öz ev-eşiklərini itirmiş yüzlərlə müsəlmanlar başqa yaşayış məntəqələrinə köçməyə məcbur olub.

"Associated Press"-in yaydığı məlumata görə, Myanma dövləti, məntəqələrdə mövcud olan qeyri-münasib şəraitdən uzaqlaşdırmaq üçün müsəlmanları Raxin əyalətinin ən böyük şəhəri olan Sitve şəhərindən kənarda yerləşən bir düşərgədə yaşamağa məcbur etdiyini iddia edir.

Halbuki, Myanmada tanınmış müsəlman fəallardan biri deyib ki, bir çox müsəlman ailə bu icbari köçdən narazı qalıb.

Qeyd edək ki, müsəlmanlar bu ölkənin altmış milyon nəfərlik əhalisinin təqribən dörd faizini təşkil edirlər və uzun illər ərzində bu ölkədə yaşayıblar. Lakin Myanma dövləti hələ də onlara vətəndaşlıq hüququ verməkdən boyun qaçırır və müsəlmanları Banqladeş kimi ölkələrdən qanunsuz olaraq mühacirət etmiş əhali kimi qələmə verir.

Onu da bildirək ki, Myanmanın 1948-ci ildə istiqlaliyyət əldə edikdən sonra Ruhingiya müsəlmanları buddistlər tərəfindən işgəncə, ayrı-seçkilik və bərabərsizliklərlə üzləşiblər.

Roland Kobia seçkilərlə bağlı bəyanat yayıb


Avropa birliyinin Azərbaycandakı səfirti cənab Roland Kobia bəyanat yayıb

Avropa ittifaqının səfirti R.Kobia Azərbaycan höküməti və ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları ofisinin gələcək prezident seçkilərini izləmək və müşahidə etmək barədə əldə etdiyi razılaşmanı sevinclə qarşıladı. Müşahidə missiyasının adekvat ölçüsü professional və balanslı formalaşması, yerlərdə heç bir maneə olmadan işlərini yerinə yetirmək üçün yaradılan şərait Demokratik İnstitutlar və insan haqları ofisinin mandatının uğurla həyata keçirilməsinə gətirib çıxaracaq. Digər yerli və beynləxalq müşahidəçilərlə yanaşı seçkinin beynəlxalq legitimliyini artıracaq.

İnanırıq ki, müşahidə missiyasının son hesabatı Azərbaycan hökümətinin seçki prosesi ilə bağlı qəbul etdiyi beynəlxalq normalarda irəliyə doğru addım olacaq. Biz Demokratik İnstitutlar və İnsan Haqları ofisini tam dəstəkləyirik və onlara öz təşəkkürlüyümüzü bildiririk.

Naxçıvanda internet-klublar bağlanır


Naxçıvanda internet-klubların fəaliyyətinə qadağa qoyulduğu bildirilir.

Bu haqda AzadlıqRadiosuna muxtar respublika sakinləri məlumat verib.

AXCP MR şöbəsinin sədri Yaşar Bağırsoy da deyir ki, Naxçıvan şəhərində fəaliyyət göstərən internet-klubların hamısı, bölgələrdəki klubların isə əksəriyyəti artıq işləmirlər:

«10 günə yaxındır ki, belə bir qadağa tətbiq ediblər. Naxçıvan şəhərində bir dənə də olsun açıq internet klub tapmaq mümkün deyil. Rayonlarda da, demək olar ki, eyni vəziyyətdir. Bu, onsuz da informasiya blokadasında olan naxçıvanlıları daha da pis vəziyyətdə qoyur. Naxçıvana müxalif qəzetlər ya buraxılmır, ya da çox məhdud sayda gətirilir. Ümid qalırdı internetə, onu da belə etdilər. Düzdür, evlərə çəkilən internetə toxunmurlar. Bu da çox az saydadır. Camaatın imkanı yoxdur ki, evinə kompyuter alıb qoysun, üstəlik internet tarifləri bahadır. Ona görə də məlumat almaq üçün insanlar internet-klublara üz tuturdu».

Yaşar Bağırsoy internet-klubların bağlanmasının qarşıdan gələn prezident seçkisi ilə əlaqəli olduğunu bildirir:

«Yerli hakimiyyət seçkiöncəsi insanların aktivləşə biləcəyindən qorxur. Son dövrlər naxçıvanlı gənclər sosial şəbəkələrdə aktivləşmişdilər. Onlar baş verən haqsızlıqlara qarşı məlumatlar paylaşır, seçkinin ədalətli keçirilməsini tələb edirlər. Məndə məlumat var ki, həmin gənclərə naməlum şəxslər bilinməyən nömrədən zəng vurub təhdid ediblər ki, bu cür tənqidi statusları dayandırsınlar. Görünür, bu metod effekt vermədiyindən, çıxış yolunu internet -klubları bağlamaqda görüblər».

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən isə internet klubların bağlanılması ilə bağlı deyilən məlumatların həqiqətəuyğun olmadığını bildirdilər. Nazirlikdən bildirildiyini görə, Naxçıvandakı internet-klublar fəaliyyətlərini əvvəllər olduğu kimi davam etdirirlər.

Pirallahı susuzluq və işsizlik probleminin ağuşunda


Yeni icra başçısı sökür, kompensasiya isə verilmir; buranın mağazalarında “nisyə dəftər”ləri çoxdan dolub...
Xəzər dənizində yerləşən sahilə ən yaxın adaya - Pirallahıya üz tutmağımız səbəbsiz deyil. Bakı buxtasının gözü hesab edilən Pirallahı 21 dekabr 2012-ci ildə Bakının 12-ci rayonuna çevrildi. Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil olundu. Bu gün 2 təbii, 1 süni adada 18 min nəfər yaşayır. Pirralahıya rayon statusu veriləndən sonra Qala qəsəbəsindən başlayaraq adaya yeni çoxzolaqlı yolun çəkilişinə başlanıb. Pirallahıya metronun “Koroğlu” stansiyasından marşrut avtobusu ilə getmək olar. “Koroğlu”-Pirallahı arasında 52 kilometrlik yolu “Transgeyt” avtobusları 1 saata qət edir. Gediş haqqı 80 qəpikdir. Sakinlər yarızarafat, yarıciddi deyirlər ki, verdikləri 80 qəpikdən 50 qəpik gediş haqqı üçün, 30 qəpik isə avtobusda yatmaq üçün alınır. 30 dəqiqədən bir yola çıxan avtobuslarda zatən yatmamaq da mümkün deyil.
Pirallahı sakinlərinin köhnə problemlərindən biri də içməli su ilə bağlıdır. Ada sakinləri sovet dövründən bu problemin həll olunacağı günü gözləyirlər. Hüseyn Məmmədqulu oğlu deyir ki, Pirallahıya suyun veriləcəyi haqda sovet dövründən çoxlu vədlər eşidib. Amma suyu bu gün də pulla alırlar: “Bura 50-ci ildə gəlmişəm. O vaxtdan su problemimizin həll olunacağını deyirlər. Suyun vedrəsini 70-80 qəpiyə alırıq. ”Texniçeskiy" suyla qab-qaşıq, paltar yuyuruq, çimirik. İçmək üçün də alırıq. Başqa çarəmiz yoxdur. Burada yaşayanların çoxu neft sənayesində işləyən adamlardır. Kişilər 15 gün dənizdə, 15 gün evdə olur. Qadınlar əllərində vedrə su almaqdan, su daşımaqdan əldən düşürlər". 
Sakinlər deyir ki, rayona “Azərsu” ASC-nin 2 su maşını alaraq bağışlaması haqda eşidiblər. Amma həmin su maşınlarını kimsə görməyib: “Kimsə qəzetdə oxumuşdu ki, ”Azərsu" Pirallahıya 2 su maşını bağışlayıb. Bu maşınlar haradadır, kimin ixtiyarındadır, bilmirik. Təzə icra başçısı camaat üçün işləyir, gecə gündüz küçələrdədir. Yollarımız bərbad gündədir. “Abşeronneft”in ağır tonnajlı maşınlarının təkərləri altında yol dözər? Buradan asfaltlayırlar, oradan dağılıb sökülür. Zirədə 3 böyük su anbarı tikiblər. İcra başçısı camaatın yanında deyib ki, su məsələsini həll edəcək. Görək də..." 
Qəsəbədə hər addımda qapısında “nisyə mal verilmir” sözləri yazılan kiçik mağazalar diqqətimizi çəkir. Onlardan birinin satıcısı deyir ki, adada yaşayanların əksəriyyəti sovet dövründə təyinatla ora göndərilənlər olub: “48-49-cu illərdən başlayaraq adada neft çıxarılması sürətlənib. Həmin vaxtdan da institut bitirən neftçiləri bura göndəriblər. İndi həmin adamların yaşı 70-i haqlayıb. Nəvə-nəticələri var. Neftçiləri təqaüdə göndərirlər, əvəzlərinə onların uşaqlarını işə götürmürlər. Təsəvvür elə ki, həmin neftçilər 200-300 manat pensiya alır, ondan qaz, işıq, su pulu verir. Su da bilirsən də burada qəhətə çıxıb, neftdən alınan benzindən də bahadır. Təqaüddə olan neftçilərin çoxunun uşaqları səhərdən-axşamacan işsiz-gücsüz gəzirlər. Bu adamların bütün ümidi təqaüdçü ata-analarının aldığı pensiyayadır. Şəhərə işə gedib-gələ bilmirlər. Yol uzaqdır, gedişhaqqı da ki baha. Bu səbəbdən də balaca mağazalarda ”nisyə dəftər"ləri çoxdan dolub. Nisyə verirsən özün ac qalırsan, vermirsən camaat narazı qalır. Yazın ki, Rövnəq Abdullayev, niyə görə ömürlərini dənizdə çürüdən neftçilərin uşaqlarını işə götürmürsən? Məgər onların yerinə gəlib işləyənlər bu yerli camaatdan daha səriştəlidir?" 
Pirallahı 12 kilometr uzunluğu, ən enli hissəsi 4 kilometr  olan adadır. Burada neft sənayesinin inkişafına qədər 
əkinçilik və balıqçılıq əsas məşğuliyyət növü olub. Hazırda isə çox az sayda ada sakini balıqçılıq və əkinçiliklə məşğuldur. Adada kiçik mağazalarla yanaşı diqqəti cəlb edən iaşə obyektləri sırasında lombardlar da az deyil. Hər yerdən əli üzülən Pirallahı sakinlərinin üz tutduğu məkanlar da məhz lombardlardır. Camaat danışır ki, işsiz-gücsüz Pirallahı sakinlərinin qiymətli əşyaları bu məkanlarda talan olunur. Varlılar daha da varlanır, kasıblar son qiymətli əşyalarından da olurlar. 
Həmsöhbətlərimdən biri Nizami Qədimov Pirallahıya 47-ci ildə köçüb. Deyir ki, o dövrdə təyinatla bura göndərilib: “Biz institutda oxuyanda belə qayda vardı ki, yaxşı oxuyanlara diplomu 3-cü kursda verirdilər. Mən diplomu 3-cü kursda alıb bura gəldim. O vaxt bura Artyom adası idi. Neft Daşlarında işlədim, günlərimi, illərimi burada qoydum. İndi də pensiyadayam. Məni yaşıma görə işdən çıxaranda dedim ki, heç olmasa 2 oğlumdan birini işə götürün, işləsin, məni də dolandırsın. Dedilər ki, olmaz, işçiyə ehtiyac yoxdur. Necə yoxdur ki, işçilərin 90 faizi yeni işə götürülənlərdir? 3 övladım var. Qızımı köçürmüşəm, oğlanlarım isə işsiz-gücsüzdür. Kimə gedim deyim ki, mənə kömək elə? 247 manat pensiya ilə birtəhər dolanıram. Qaz, işıq, su pulu da ceyran belində”. 
Hazırda Pirallahıda böyük tikinti işləri gedir. Adanı ən yaxın kənd olan Dübəndi ilə birləşdirən yol yenidən qurulur.  Hər iki kənarında sahil-bərkitmə işləri aparılır. Yolun üzərindən uzunluğu yarım kilometr olan körpü salınması üçün əsas işlər demək olar ki, yekunlaşdırılıb.  
Pirallahı rayona çevriləndən sonra burada söküntü işləri başlayıb.
“Bu ilin martında Vasif İmanov adaya icra başçısı təyin olundu. Bundan sonra bir çox yerləri qanunsuz tikinti elan edib sökməyə başladılar. Görürsən də Polis İdarəsinin qabağından başlayıb köhnə qəbiristanlığa kimi evləri, qarajları söküb yerlə-yeksan edir. Qaraj sahiblərinə kompensasiya vermir. Deyir ki, həmin qarajların sənədləri vaxtilə burada yaşayan ermənilərin adınadır. Axı erməni buradan gedəndə həmin qarajı camaata satıb gedib. Qarajları, evləri sökülənlər qorxularından səslərini çıxara bilmirlər. Hərə bir yerdə iş tapıb işləyir, işini itirməkdən qorxub danışmırlar”.
Bakının 12-ci rayonunda gördüklərimizi bu yazıda cəm etdik. Allahdan ümidlərini üzməyən sakinlərin iş və su problemlərinin də tezliklə həll olunacağı ümidi ilə yarıuçuq yollarla adanı tərk edirik.

Milli Şuranın ilk mitinqi





Meydanın ətrafında və girişində polis qüvvələri, eləcə də xüsusi xidmət orqanlarının mülki geyimliləri cəmləşib. Polis zabitləri mülki geyimlilərə hansısa təlimat və göstərişlər verir.
Meydana gedən yolda 2 yerdə polis postu qurulub. Postlardan biri 20-ci Sahə dairəsində, o biri isə meydana aparan yolun girişindədir. Əməkdaşımız xəbər verir ki, mitinqə gələn maşınları artıq 20-ci Sahə dairəsindən irəli buraxmırlar. İnsanlar oradan meydana qədər piyada getməyə məcbur olur. İkinci postda isə mitinqə gələnlər yoxlamadan keçir.

Polislər 18 yaşdan aşağı şəxslərin meydana girməsinə imkan vermir.
Ərazidə Yol Patrul Xidmətinin əməkdaşları da var. Onlar mitinqə gələn maşınların nömrələrini hansısa məqsədlə qeydə alırlar. Ehtimal olunur ki, bu, sonradan həmin avtomobillərin xüsusi nəzarətə götrülməsi üçündür.
 

Bundan başqa, 20-ci Sahə istiqamətində marşrut avtobusların hərəkəti məhdudlaşdırılıb, avtobusların sayı azaldılıb.
Mitinqə övladları hərbi xidmət zamanı ölən valideynlər də gəlib. Onlar əllərində övladlarının portretlərini tutub. Polis onları zorakılıqla ərazidən uzaqlaşdırmaq istəyir.
3 Ağustos 2013 Cumartesi

Dindarlar Bakıda aksiya keçirdilər


Azərbaycan İslam Partiyası Beynəlxalq Qüds Günü ilə əlaqədar İsrail səfirliyi qarşısında aksiya keçirib. Nümayişdə AİP-in sədr əvəzi Elçin Manafov da iştirak edib. Aksiyaya 100-ə yaxın dindar qatılıb.
Dindar kəsimin aksiya keçirmək istəyindən əvvəlcədən xəbər tutan hüquq mühafizə orqanları İsrail səfirliyinin yerləşdiyi "Hyatt Regency" otelini nəzartə götürmüşdü. Ərazini xeyli sayda mülki və polis geyimində olan şəxslər mühafizə ediblər. Qüds günü ilə əlaqədar aksiyada iştirak edənlərin əksəriyyəti polis əməkdaşları tərəfindən saxlanılıb (faxtxeber.com).

İçərişəhər “Cümə” məscidi dini icması və DEVAMM “Qarabağ və Qüdsü Unutma!” adlı konfrans keçirdi



Mübarək Ramazan ayının son cümə günü dünyada “Beynəlxalq Qüds Günü” kimi geniş qeyd edilməkdədir. Bu münasibətlə 
İçərişəhər “Cümə” məscidi dini icmasının və DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin) təşkilatçılığı, “Deyerler.org”un informasiya dəstəyi ilə BMM-də (Beynəlxalq Mətbuat Mərkəzində) Beynəlxalq Qüds Gününə həsr edilmiş “Qarabağı və Qüdsü Unutma!” adlı konfrans keçirilib. Konfrans Qurani-Kərimin tilavəti ilə və Azərbaycan Dövlət Himninin ifası ilə açıq elan edilib.

Konfransı giriş sözü açan İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu qonaqları salamladı. Hacı İlqar Qüds gününün meydana gəlməsindən danışaraq, ötən əsrin əvvəllərində gedən ideoloji mübarizədən söz açdı. Hacı İlqar qeyd etdi ki, əsrin 70-ci illərində isə bütün mövcud ideoloji düşüncələrin tam əksinə olaraq İslami paradiqmaya söykənən yeni bir gündəm – Beynəlxalq Qüds Günü təsis olundu.
“Təəssüflər olsun ki, Qüds gününü toplumda hələ kifayət qədər tanıtmaq mümkün olmayıb. Ona görə də, hər dəfə bu günün müxtəlif çalarlarına toxunmaq zərurəti yaranır. Qüds günü – İslam günüdür. Qüds günü - Allahı insan həyatının mərkəzinə gətirməkdir. 
Bir namaz, bir oruc ki, onda Qüds yanğısı, Qarabağ yanğısı yoxdur, o namazın, orucun nə mənası? 
Qüds bir coğrafi anlamda deyil. Qüds həm Qarabağ, həm Kəşmir, həm İraqdır. Harda ki, müsəlmanlar zülmə məruz qalır, Qüds oradır.
Qüds – İslami kimlikli insanın əhyasıdır. İslam dünyasının ictimai müstəvidə Əhyası – Qüds günüdür. Mübarək Ramazan ayının son cümə günündə müsəlmanlarda bir İslami oyanış baş verir.
Vətənimizdə illərdir ki, bu gün keçirilir. Görünür, indiki mərhələdə maarifçiliyə, Qüds gününü tanıtdırmağa da ehtiyac var. Sevindirici haldır ki, ailələr bu günü yaşamağa başlayıb. Bir zamanlar əyha gecələri də toplumda daha az tanınır və yaşadılırdı. O gün uzaqda deyil ki, insanlar ictimai-siyasi əyhasını da daha geniş anlayacaq və yaşadacaq”.

Hacı İlqarın çıxışından sonra Fələstin dərdlərinə həsr olunmuş “Yadigar” filmindən bir sıra fraqmentlər nümayiş olunub. Qeyd edək ki, filmdə sionistlərin Fələstin xalqına qarşı törətdiyi cinayətlər canlandırılır. Film parçasına baxıldıqdan sonra Hacı İlqar bildirdi ki, bu səhnələr yalnız Fələstin üçün xarakterik deyil. “Bu səhnələr yalnız Fələstin üçün xarakterik deyil. Yəgin ki, bu oxşar səhnələr Xocalıda da, Zəngəzurda da yaşanıb. İslam toplumu gərək hər zaman ayaq üstə olsun. Oyaq olsun ki, hər zaman bu kimi hadisələrə hazır olsun.
“33 günlük” Livan müharibəsi və “22 günlük” Qəzza müharibəsi göstərdi ki, insanlar oyaq olan zaman İslam düşmənlərini zəlil edə bilər. Dinimiz bunu öyrədir ki, müsəlman oyaq olsun və İslami kimlikli olsun”.

Daha sonra çıxış üçün söz araşdırmaçı-yazar Günel Hüseynliyı verildi. Natiq Qüds gününün vəhdət günü olduğunu, mövqeyi müəyyən etmək günü olduğunu bildirdi. “Qüds günü – vəhdət günüdür. Bu gün İslam dünyasının vəhdəti günüdür. Qüds günü artıq yalnız müsəlmanların deyil, bütün dünya vicdanlılarının vəhdəti günüdür.
Eyni zamanda bu gün ayrılma günüdür. İki yerə ayrılma günüdür. Zülmə məruz qalanların və ya insanlara zülm edib, işgıəncə edib, torpaqlarından didərgin salınanların yanında olma günüdür. Bu gün bitərəf qalma günü deyil. Bu gün öz mövqeyini izhar etmək günüdür”.

Günel Hüseynlinin çıxışından sonra Əhli-beyt (ə) aşiqləri qrupunun ifasında hazırlanmış “Qarabağ-Qüds – doğma qərib qardaşlar” video çarxı nümayiş olunmuşdur.
Daha sonra çıxış üçün söz araşdırmaçı-yazar Tural Ağamirzəzadəyə verildi. Natiq Beynəlxalq Qüds gününün önəminə vurğu etdi. “Qüds günü təsis ediləndən bu yana yaşanan hadisələr göstərir ki, bu günün önəmi nə qədər çoxdur. Vətənimiz Azərbaycanda Dağlıq Qarabağda yaşananlar bizi Qüds gününə daha da yaxın edir. Qüds günü bütün dünya müsəlmanlarının müsibətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün olduqca önəmlidir”.

Çıxışdan sonra Fələstinli uşaqlara həsr olunmuş video-çarx izlənildi. Tədbir cəmlə duaların edilməsi və “Fərəc” duasının oxunması ilə yekunlaşdı.
31 Temmuz 2013 Çarşamba

fələstinin uşaqlarina israildən töhfə


QÜDS GÜNÜ" NİYƏ BİZİM GÜNÜMÜZDÜR



 
Hər il Ramazan ayının sonuncu cüməsi yəni, “Qüds günü” müsəlmanlar bir yerə yığışaraq dünyanın müxtəlif yerlərində yaşayan digər müsəlman qardaş və bacılarının dərdlərini, yaralarını və müsəlman olmaları səbəbindən onlara qarşı edilən zülm və sitəmləri yada salıb xatırlayırlar, bu problemləri gündəmə gətirərək, dünyada duyulmasına səbəb olurlar.

Hətta onların səsini eşitməmək üçün qulaqlarını bağlayıb, görməmək üçün gözlərini yumaraq bu zülmlərin davam etməsinə şərait yaradan beynəlxalq təşkilatlar səssizlik nümayiş etdirsələr də, bu səs hər il dünya ictimaiyyətinə eşitdirilir.

Bu gün təsis ediləndən bu yana ötmüş zaman və hadisələr onu sübut etdi ki, “Qüds günü”nün hər il qeyd edilməsi çox önəmli və vacib bir məsələdir.

Hər il, hər ay, bəzən də hər gün dünyanın müxtəlif yerlərində müsəlmanlara qarşı yeni qırğınlar, yeni qətliamlar, yeni terrorlar törədilir.

Vətənimiz olan Azərbaycanımızda da Qarabağımızın işğal altında olması və dağıdılması, əsirlikdə olan qardaş və bacılarımıza verilən işgəncələr və tez-tez atəşkəsin pozulması nəticəsində dinc həmvətənlilərimizin azyaşlı uşaqlarımızın öldürülməsi bizlər üçün edilən həmin antimüsəlman zülmlərinin müəyyən bir hissəsidir. Çox yerində və dəqiq bir ibarədir “Qüds və Qarabağ - doğma qərib qardaşdır”.

Dünya artıq öyrənib və ya öyrədilib tez-tez xəbər eşidə ki, İraqda partlayış oldu və 60 nəfər həlak oldu, 20 nəfər yaralandı.

Sanki vərdiş edilib deyilməsinə ki, İsrail rejiminin hərbi-hava qüvvələri Qəzza zolağında fələstinlilərin yaşayış məntəqəsini bombalaması nəticəsində xeyli sayda dinc sakin həlak olmuşdur. Adiləşib artıq deyilsin ki, bu gün Əfqanıstanda NATO qüvvələrinin raket zərbəsi nəticəsində içərisində terroristlərin olduğu güman edilən bir avtobus partladılıb, amma sonradan məlum olub ki, ölən və yaralananlar sivil insanlardan və körpə uşaqlardan ibarət olub. Ən yaxşı halda NATO rəhbərliyi üzrxahlıq edir və məsələ bitir.



Bu xəbərlər artıq dünyanın gündəmində sanki silsiləvi verilən soyuq xəbər statusuna keçib. Minlərlə insanın, müsəlmanların öldürülməsinə dünyanı öyrəşdirmək və bunu adiləşdirmək heç də asan məsələ deyil. Belə qansız sionist rejimi kimi rejimlərin qurucuları buna ömürlərini sərf edirlər.

Son bir il ərzində yeni oyanışların baş verdiyi ərəb inqilabları dalğasının əhatə etdiyi ölkələrdə inqilabların formatını dəyişərək, müsəlmanların qətliyamı formasına sala bilmək - onların bacarığından kənar bir şey deyil. Fərdləri diktator edib öz xalqlarına qarşı ölüm alətinə çevirir, lazım olanda özləri də prosesin iştirakçısı olub, guya insan haqq və azadlıqlarını müdafiə edirlərmiş kimi qətliamın gedişini sürətləndirirlər.

Bütün bu zülmlər davam etsə də, artıq dünya dəyişir, vicdanı oyaq olanlar fenomeninə sözün əsl mənasında uyğun gələn nümunələr, vicdanlı toplumlar Reyçel Korrilər, “Mavi Mərmərə”lər yetişdirir zaman. Məzlum kimi görsənməyə çalışan rejimlər tədricən ifşa edilir. Dünya onları tanımağa əlaqələrinə diqqət etməyə başlayıb. Odur ki, ümid bəsləməyimiz, səbrimiz zalımların hədəflərinin puç olub ümidsizliyə düçar olmalarına səbəb olur artıq. Bütün bunlar bizim Qarabağımız, Qüdsümüz, Kəşmirimiz, Yəmənimiz, İraqımız, Bəhreynimiz və digər zülm altında inləyən torpaqlarımız üçün aktualdır. Gərək bilək ki, hər bir irqin nümayəndəsi bizlərlə qardaş və bacıdır və dərdləri də bizim dərdimizdir. Şükürlər olsun ki, bu dərdləri paylaşıb, onlara məlhəm ola biləcək “Qüds günü” kimi bir dərmanımız var. Allah müsəlmanlara bütün bəşəriyyəti xilas edə biləcək vəhdəti nəsib etsin.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel