Əlaqə
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
- Aralık(45)
- Kasım(5)
- Ekim(84)
- Eylül(81)
- Ağustos(7)
-
Temmuz(39)
-
Tem 31(23)
- fələstinin uşaqlarina israildən töhfə
- QÜDS GÜNÜ" NİYƏ BİZİM GÜNÜMÜZDÜR
- Sionizm və yəhudilik fərqli anlayışlar
- qüds günü
- qüds günü
- qüds günü
- quds günü
- israilə boykot
- qüds günü
- Livandakı daxili gərginlik
- İsrail rejiminin istehsalı olan bir sıra məhsullar...
- qüds günü
- İsrail rejimi məhsullarını boykot
- güds günü
- İNDONEZİYADA SİONİST VƏHŞİLİYİNƏ QARŞI ETİRAZ
- qüds günü
- Radikallıq və qarsıdurma
- “İsrail 2020-ci ilədək Qəzzanı xarabalığa çevirəcək”
- Qüdsdə yəhudi mühacirlərlə müsəlmanlar arasında qa...
- Yəhudilər İsrail rejiminə etiraz edib
- siyonizmin fələstini işğal etməsi (2)
- Seçilən zaman da təsadüfi olmayıb
- Münaqişə niyə həllini tapmır?
- Tem 28(9)
- Tem 25(3)
- Tem 24(4)
-
Tem 31(23)
- Mayıs(5)
- Nisan(15)
- Mart(12)
- Şubat(12)
- Ocak(58)
31 Temmuz 2013 Çarşamba
QÜDS GÜNÜ" NİYƏ BİZİM GÜNÜMÜZDÜR
Hər il Ramazan ayının sonuncu cüməsi yəni, “Qüds günü” müsəlmanlar bir
yerə yığışaraq dünyanın müxtəlif yerlərində yaşayan digər müsəlman qardaş və
bacılarının dərdlərini, yaralarını və müsəlman olmaları səbəbindən onlara qarşı
edilən zülm və sitəmləri yada salıb xatırlayırlar, bu problemləri gündəmə gətirərək,
dünyada duyulmasına səbəb olurlar.
Hətta onların səsini eşitməmək üçün qulaqlarını bağlayıb, görməmək üçün
gözlərini yumaraq bu zülmlərin davam etməsinə şərait yaradan beynəlxalq təşkilatlar
səssizlik nümayiş etdirsələr də, bu səs hər il dünya ictimaiyyətinə eşitdirilir.
Bu gün təsis ediləndən bu yana ötmüş zaman və hadisələr onu sübut etdi
ki, “Qüds günü”nün hər il qeyd edilməsi çox önəmli və vacib bir məsələdir.
Hər il, hər ay, bəzən də hər gün dünyanın müxtəlif yerlərində müsəlmanlara
qarşı yeni qırğınlar, yeni qətliamlar, yeni terrorlar törədilir.
Vətənimiz olan Azərbaycanımızda da Qarabağımızın işğal altında olması və
dağıdılması, əsirlikdə olan qardaş və bacılarımıza verilən işgəncələr və
tez-tez atəşkəsin pozulması nəticəsində dinc həmvətənlilərimizin azyaşlı
uşaqlarımızın öldürülməsi bizlər üçün edilən həmin antimüsəlman zülmlərinin müəyyən
bir hissəsidir. Çox yerində və dəqiq bir ibarədir “Qüds və Qarabağ - doğma qərib
qardaşdır”.
Dünya artıq öyrənib və ya öyrədilib tez-tez xəbər eşidə ki, İraqda
partlayış oldu və 60 nəfər həlak oldu, 20 nəfər yaralandı.
Sanki vərdiş edilib deyilməsinə ki, İsrail rejiminin hərbi-hava qüvvələri
Qəzza zolağında fələstinlilərin yaşayış məntəqəsini bombalaması nəticəsində
xeyli sayda dinc sakin həlak olmuşdur. Adiləşib artıq deyilsin ki, bu gün
Əfqanıstanda NATO qüvvələrinin raket zərbəsi nəticəsində içərisində terroristlərin
olduğu güman edilən bir avtobus partladılıb, amma sonradan məlum olub ki, ölən
və yaralananlar sivil insanlardan və körpə uşaqlardan ibarət olub. Ən yaxşı
halda NATO rəhbərliyi üzrxahlıq edir və məsələ bitir.
Bu xəbərlər artıq dünyanın gündəmində sanki silsiləvi verilən soyuq xəbər
statusuna keçib. Minlərlə insanın, müsəlmanların öldürülməsinə dünyanı öyrəşdirmək
və bunu adiləşdirmək heç də asan məsələ deyil. Belə qansız sionist rejimi kimi
rejimlərin qurucuları buna ömürlərini sərf edirlər.
Son bir il ərzində yeni oyanışların baş verdiyi ərəb inqilabları
dalğasının əhatə etdiyi ölkələrdə inqilabların formatını dəyişərək, müsəlmanların
qətliyamı formasına sala bilmək - onların bacarığından kənar bir şey deyil. Fərdləri
diktator edib öz xalqlarına qarşı ölüm alətinə çevirir, lazım olanda özləri də prosesin
iştirakçısı olub, guya insan haqq və azadlıqlarını müdafiə edirlərmiş kimi qətliamın
gedişini sürətləndirirlər.
Bütün bu zülmlər davam etsə də, artıq dünya dəyişir, vicdanı oyaq
olanlar fenomeninə sözün əsl mənasında uyğun gələn nümunələr, vicdanlı
toplumlar Reyçel Korrilər, “Mavi Mərmərə”lər yetişdirir zaman. Məzlum kimi görsənməyə
çalışan rejimlər tədricən ifşa edilir. Dünya onları tanımağa əlaqələrinə diqqət
etməyə başlayıb. Odur ki, ümid bəsləməyimiz, səbrimiz zalımların hədəflərinin
puç olub ümidsizliyə düçar olmalarına səbəb olur artıq. Bütün bunlar bizim
Qarabağımız, Qüdsümüz, Kəşmirimiz, Yəmənimiz, İraqımız, Bəhreynimiz və digər
zülm altında inləyən torpaqlarımız üçün aktualdır. Gərək bilək ki, hər bir
irqin nümayəndəsi bizlərlə qardaş və bacıdır və dərdləri də bizim dərdimizdir.
Şükürlər olsun ki, bu dərdləri paylaşıb, onlara məlhəm ola biləcək “Qüds günü”
kimi bir dərmanımız var. Allah müsəlmanlara bütün bəşəriyyəti xilas edə biləcək
vəhdəti nəsib etsin.
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.