Blog Arşivi

24 Temmuz 2014 Perşembe

şəhidlərin sayı 712-ə yüksəldi, daha 5 sionist hərbçisi öldürüldü, BMT İsrail rejiminin cinayətlərini araşdıracaq



Qəzzada şəhidlərinin sayı 712-ə, yaralıların sayı isə 4550-ə yüksəlib. Bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.



İsrail rejiminin ordusu öldürülən əsgərlərinin sayının 33-ə yüksəldiyini rəsmən etiraf edib. Bundan əvvəl isə bu rəqəm 28 olaraq açıqlanmışdı. HƏMAS isə 65 sionist əsgərinin məhv edildiyini bildirir. 


Daha bir sionist əsgəri HƏMAS tərəfindən ötən gecə əsir götürülüb.

BMT isə İsrail rejiminin Qəzzada həyata keçirdiyi əməliyyatları araşdırmaq üçün xüsusi komissiya yaratmaq barədə qərara gəlib. BMT-də qəbul edilmiş bu qərar İsrail rejimi tərəfindən çox ciddi narahatlıqla qarşılanıb.

ABŞ Dövlət Departamentinin sözcüsü Marie Harf isə ötən gecə verdiyi açıqlamasında deyib: "Beynəlxalq arenada yalnız qalsaq belə, yenə də İsraili müdafiə edəcəyik"

Onlarla hərbçisinin öldürüldüyünü, yüzlərlə hərbçisinin yaralandığını, ən azı 2 hərbçisinin əsir götürüldüyünü görən İsrail rejimi HƏMAS-a atəşkəs çağırışı edib. HƏMAS isə cavabında deyib ki, Qəzzaya tətbiq olunan embarqo aradan qaldırılmayana qədər atəşkəs olmayacaq.




Qüds və Ramallahda əliyalın gənclər sionist rejimlə mübarizə aparır



İsrail rejiminin Qəzzaya qarşı işğalçı əməliyyatları 16-cı gününə daxil olub. Artıq Qəzza ilə yanaşı Ramallahda da fələstinli gənclərin işğalçı qüvvələrə etirazları yüksələn xətlə davam edir. Təpədən dırnağa qədər silahlanmış sionist işğalçıları ilə əliyalın gənclərin mübarizəsini aşağıdakı video materiallardan izləyə bilərsiniz.
Bu video görüntülərdə isə gənclər İsrail rejiminin işğalı altındakı Qüdsün şərqində yerləşən Əbu Diş şəhərində işğalçı hərbi hissələrə etiraz edirlər.

Britaniyalı deputatdan Qəzza ilə bağlı cəsarətli addım



Böyük Britaniyanın Demokrat Partiyasının deputatı Devid Vardu bəyan edib ki, Qəzzada yaşasaydı o da İsrail rejiminə raket zərbələri endirərdi. Bu Vardunu rəsmi "Twitter" bloqunda yazıb, - "RİA Novosti".
Vardunun partiyasının deputatları onun bu açıqlamasını sərt şəkildə tənqid ediblər. Eyni partiyadan olan Qrant Şepps bildirib ki, Vardu bu sözlərinə görə, intizam tənbehi alacaq. Qeyd edək ki, Vardu bundan öncəki illərdə də İsrail rejimini tənqid edib.
23 Temmuz 2014 Çarşamba




Fələstin od işində



Yaxın Şərqdə sülh yaranacağına əminlik yoxdur
İnsan hüquqları müdafiəçisi Ramsey Klark qeyd edirdi ki, Amerikalılar necə cəsarət edərək öz hökumətlərinə dünyada insanlara qarşı belə əzabları törətməyə imkan verirlər. Bəli, təkzib edilməz faktdır ki, İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ Almaniyanın müharibəyə qədərki mövqeyini ələ keçirərək dünyada imperialist fəaliyyəti həyata keçirən əsas qüvvəyə çevrilmişdir. ...Hitlerin tiraniya vasitəsilə qurduğu monopolist kapitalizmin diktaturasını ABŞ demokratik qanuni metodlar vasitəsilə qurmağa müvəffəq oldu. Demokratiya adlandırılan bu metod Hitlerin həyata keçirmək istədiyi hər şeyi həyata keçirə bildi.

Xarici siyasətinin əsas mahiyyəti “dünya ağalığı” olan ABŞ-ın öz müstəmləkəçilik ambisiyasını həyata keçirmək üçün dağıdıcı müharibələrdən, hərbi və siyasi təzyiqlərdən, iqtisadi sanksiyalardan və sair metodlardan istifadə etməsi ABŞ-ın imperialist xarakterindən irəli gəlir. Təsadüfi deyil ki, Norvec politoloqu və filosofu Harald Ofstad ABŞ-ı beynəlxalq faşizm sistemi kimi xarakterizə edirdi.  ABŞ iqtisadiyyatının getdikcə daha çox neftdən asılılığını nəzərə alsaq, bu faşizm sisteminin dünya üzərində öz hökmranlığını möhkəmləndirmək üçün Yaxın Şərqdəki enerji ehtiyatlarına nə dərəcədə möhtac olduğu aydınlaşar. Bu halda ABŞ-İsrail alyansında ikincidən Yaxın Şərq regionunun müsəlman ölkələrinə qarşı istifadə edilməsinin məntiqini də başa düşmək çətin deyil. Lakin qəbul etmək lazımdır ki, belə zorakılıqların davam etməsi təkcə Yaxın Şərqin müsəlman əhalisi üçün deyil, eləcə də yəhudi əhalisi üçün ciddi təhlükələr vəd edir. Doğrudanmı ABŞ siyasiləri və onları dəstəkləyən «yaltaq və satqın» siyasətçilər və politoloqlar əmindirlər ki, Ərəb-İsrail münasibətləri çoxlu sayda dinc əhalinin qırılması ilə həll edilə bilər? Məgər tarixin dərsləri sübut etmirmi ki, hər bir zorakılıq yeni zorakılıqlarla müşaət olunur?

Yaxın Şərqdə baş verən hadisələrə,...

Qəzzada insanlıq faciəsi davam edir: 162 uşaq və 78 qadın olmaqla 635 şəhid



İsrail rejiminin Qəzzada həyata keçirdiyi insan qətliamı davam etməkdədir. Bu gün ABŞ dövlət katibi Con Kerri və BMT baş katibi Pan Gi Munun İsrail rejiminin müdafiə haqqından istifadə etməsindən danışmasına baxmayaraq, Qəzzada yaşanan insanlıq dramı bütün dünyanın qarşısındadır. Artıq Qəzzada həyatını itirənlərin sayı 635 nəfərə çatıb. Xəsarət alanların sayı isə, 4 mindən çoxdur.

Fələstinin Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf Əl-Kudranın verdiyi məlumata görə, bu gün ərzində İsrail rejiminin havadan, dənizdən və qurudan həyata keçirdiyi əməliyyatlar nəticəsində 72 fələstinli həyatını itirib.

Onun sözlərinə görə, Qəzzada indiyə qədər həyatını itirən 625 nəfərin 162-si uşaq,...

Bu fotolar BMT-ni susdurdu!



Fələstinli səfir BMT-də İsrail tərəfin öldürülən uşaqların sayını açıqladı
BMT Təhlükəsizlik Şurasının toplantısına qatılan Fələstinin BMT daimi nümayəndəsi Riyad Mənsur çıxışında İsrailin insan həyatına heç dəyər vermədən vətəndaşların yaşadığı evlərə hücum edərək, bəzi ərazilərdə bütün bir ailəni öldürdüyünü söyləyib.

 Qəzzada xəstəxanaların bombalandığını və günahsız vətəndaşların xəstəxana dəhlizlərində həyatını itirdiyini vurğulayan Mənsur,...
20 Temmuz 2014 Pazar

“Biz İsrailin tərəfindəyik”

Almaniya işğalçı İsrail rejiminə haqq qazandırdıişğalçı İsrail rejiminin Qəzza zolağına hərbi əməliyyatları davam etdiyi bir vaxtda Almaniya Federal Respublikası işğalçı rejimə açıq şəkildə dəstək verdi.

10 minlərlə berlinli Sionist rejimin cinayətlərini pislədilər

Almaniyanın Berlin şəhəri əhalisindən 10 minlərlə nəfər geniş aksiya təşkil edərək Sionist rejimin Qəzzənin müdafiəsiz əhalisini qırğın etmək üzrə cinayətlərini pislədilər.
Həmçinin berlinli aksiya iştirakçıları Qəzzə şəhərinin bombardman edilməsinin dərhal dayandırılmasını istəyiblər.

Fələstin Müqaviməti və Qəzzənin məzlum xalqını himayədə habelə Sionist rejimin cinayətlərinin pislənilməsi məzmunlu olan plakatlar və fotoşəkillər daşıyan Berlin sakinləri Sionist rejimin fələstinlilərə qarşı cinayətləri haqda dünyadakı insan haqları iddiaçılarının passivliyini kəskin şəkildə pisləyiblər.

Berlinin mərkəzində keçirilən və Almaniya paytaxtında keçirilmiş Fələstin xalqını himayə üzər ən böyük yürüş və aksiyalardan olan bu yürüşdə iştirak edənlər Sionist rejimin baş naziri və Almaniya konsleri Angella Merkel əleyhinə şüarlar səsləndirib, Almaniya dövlətindən istəyiblər ki, qəsbkar Sionist rejimi himayəyə son versin.

Qəzza haqqında deputatımızdan şok açıqlama: “İsrail bizim qardaş dövlətimizdir”

“Qəzzada uşaqların , dinc insanların ölümü İsraildən asılı olan məsələ deyil. İsrail bizim dostumuz, qardaş dövlətimizdir. İsraili uşaq öldürən kimi təqdim etmək nəyə lazım?”.

“Qəzzada uşaqların , dinc insanların ölümü İsraildən asılı olan məsələ deyil. İsrail bizim dostumuz, qardaş dövlətimizdir. İsraili uşaq öldürən kimi təqdim etmək nəyə lazım?”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov son günlər Qəzzada yaşananlara münasibət bildirərkən deyib.
Millət vəkili Qəzzada günahsız insanların öldürülməsində HƏMAS-ın günahkar olduğunu qeyd edib:
“Mən də Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəriyəm. Mən elə deməliyəm ki, həqiqəti deyim, amma Azərbaycan mediasında özünüz görürsünüz ki, müxtəlif versiyalar var,...

16 Temmuz 2014 Çarşamba

Copy-Past ölkəsi Azərbaycanda kasıbçılıqdır?!

Ölkədə olan supermarketlər və orda çalışanların sayı, ölkədə olan zavodların və orda çalışanların sayından çoxdur. Burada təəccüblü heç nə yoxdur, çünki analoqu olmayan bir ölkədə yaşayırıq. Supermarketlərlə yanaşı, son vaxtlar otel biznesi də sürətlə inkişaf edir. Bakı kimi kiçik şəhərdə bu qədər bahalı supermarket və bu qədər bahalı otel kimlər üçün nəzərdə tutulur görəsən?!
Supermarket şəbəkələri əsasən copy-past marketinq strategiyasına üstünlük verir. Rusiya və Türkiyə bazarının üzdə görsənən marketinq addımlarını çox uğursuz səviyyədə özlərində tətbiq etməyə çalışırlar. Amma bir məsələ unudulur – onlar hər bir detalı incəliyinə qədər düşünüb müştərini soymaq yox,...

İlhamın Hakimləri


İŞİD-in cinayət STATİSTİKASI

İŞİD son bir ildə İraq ərazisində 10 minə yaxın terror əməliyyatının müəllifidir.

Bu gün dünya mediasının gündəmində olan İŞİD (İraq Şam İslam Dövləti) haqda məlumatlar yerli medianında manşet yazıları sırasındadır. Bəli bu başadüşüləndir, çünki oxucu ölkədaxili xəbərlərlə yanaşı, dünyada ələlxus yaxın ətrafımızda cəryan edən hadisələrə biganə qalmır, maraqlanır, necə deyərlər öz məlumat qidasını alır.
Amma gəlin görək son zamanlar İŞİD haqda, onun törətdiyi zorakılıq haqda mediamızda nələrə rast gəlirik?…
Bugun.az piar.az-a istinadən bildirir ki, çox zaman mənbəyi məlum olmayan dəhşətli video kadrlar, zorakılıq və digər epizodlar, yarımfabrikat, təxxəyül məhsulu olan məlumatlar İŞİD-in törətdiyi əməllər kimi oxucuya sıranır. Nəticə etibarı ilə gurultulu başlıqla amma məlumatın məğzi yalan və çox zaman şişirdilmış faktlarla oxucuya çatdırılır.
Təbii ki, oxucular (beş barmağın beşidə bir deyil prinsipini əsas tutaraq) hisslərə qapılır sosial şəbəkələrin “komment cəbhəsində” atəşkəs pozulur,...

Yüz Mmilyonluq Heroin Azərbaycandan Necə Keçib?

Azərbaycan dövləti narkomafiyanın qarşısında niyə acizdir?
3 ehtimal – Bu generallardan xəbərsiz mümkündürmü?!
Xəbər verildiyi kimi, bir neçə gün öncə Gürcüstan polisi yük maşınında üç ton maye heroin aparan iki nəfəri saxlayıb. Bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
DİN bu qədər böyük miqdarda narkotikin tutulmasını “presedentsiz hadisə” adlandırıb.
Müəyyən edilib ki, iki Gürcüstan vətəndaşı Azərbaycandan Türkiyəyə gedirmiş. Avtomobilə baxış zamanı 30 litrlik 93 qabda maye narkotik aşkarlanıb.
Kriminalistlərin ilkin məlumatına görə, narkotik maddənin 80 faizi xalis heroindən ibarətdir.
Onun bazar qiyməti 100 milyonlarla dollar təşkil edir.
Maraqlıdır ki, Azərbaycan Dövlət Sərhəd Xidməti Gürcüstan ərazisilə Azərbaycandan Türkiyəyə gedən yük avtomobilində 2 790 kiloqram “maye heroin”in aşkar edilməsi ilə bağlı məlumatı təsdiq etməyib. DSX mətbuat xidmətinn rəhbəri Elxan Nağıyev Amerikanın Səsinə bildirib ki, “bizdə belə bir məlumat yoxdur”. “Eyni zamanda Gürcüstan hüquq-mühafizə orqanları bizə müraciət etməyiblər”,...

29 Haziran 2014 Pazar

Azərbaycanda satılan bu dərmanlar bəla ola bilər

Narkotik, psixotrop və sedativ maddələr insanın mərkəzi sinir sisteminə təsir edən, uzun müddət istifadə olunduqda isə asılılıq yaradan vasitələrə deyilir. Cəmiyyətdə belə preparatlara təlabat günü-gündən artmaqdadır. Bu vasitələrin nəinki onu istifadə edən şəxsə, həmçinin ailəyə və bütün cəmiyyətə mənfi təsiri, belə maddələrin qanuni olaraq məhdudlaşdırılması zərurətini yaradıb.

Problemlərə “çarə”

Həkim-narkoloq Namiq Süleymanovun Milli.Az dediyi sözlərə görə,...

Bakıda vəhhabi əməliyyatı

İyunun 20-də Bakının “Ləzgi məscidi”ndə (“Aşurbəy”) keçirilən əməliyyatla bağlı sensasiyalı xəbər yayılıb.

əməliyyat zamanı saxlanan sələfilər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu barəsində də sorğu-sual olunublar. Onlardan sələfilərin Bakıda əsas himayəçilərindən sayılan İsrafil Abutalıbov haqda ifadə alınıb, əlaqələrin hansı istiqamətdə olması aydınlaşdırılıb. Bildirilir ki, xüsusi xidmət orqanları İsrafil Abutalıbovun “İraq və Şam İslam Dövləti” (İSİD) terror qruplaşmasına dəstək verməsi, Suriyaya döyüşməyə gedən xəvariclərə şərait yaratması barədə informasiyaları incələnir.
Xatırladaq ki,...

Övladlarımı dövlət məktəbinə qoymaram

Bu gün bir neçə valideyn Çağ Öyrətim liseylərinin bağlanmasından sonra övladlarının harada oxuyacağını aydınlaşdırmaq üçün parlament binasının qarşısına toplaşıb. Onları deputat Fəzail Ağamalı qarşılayıb.

deputat valideynlərlə danışdıqdan sonra Hafta.az-a açıqlama verib.
F.Ağamalı deyib ki, həmin şəxslər etiraz etmirlər: “Sadəcə istəyirlər ki, Təhsil Nazirliyi və başqa müvafiq orqanlar onların səsini eşitsin. İstəyirlər ki, uşaqları ortalıqda qalmasın. Çünki o şagirdlər Azərbaycanın sərvətidir. Mən də birmənalı şəkildə onlarla birgə istəyirəm ki,...

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel