Blog Arşivi

29 Haziran 2014 Pazar

Övladlarımı dövlət məktəbinə qoymaram

Bu gün bir neçə valideyn Çağ Öyrətim liseylərinin bağlanmasından sonra övladlarının harada oxuyacağını aydınlaşdırmaq üçün parlament binasının qarşısına toplaşıb. Onları deputat Fəzail Ağamalı qarşılayıb.

deputat valideynlərlə danışdıqdan sonra Hafta.az-a açıqlama verib.
F.Ağamalı deyib ki, həmin şəxslər etiraz etmirlər: “Sadəcə istəyirlər ki, Təhsil Nazirliyi və başqa müvafiq orqanlar onların səsini eşitsin. İstəyirlər ki, uşaqları ortalıqda qalmasın. Çünki o şagirdlər Azərbaycanın sərvətidir. Mən də birmənalı şəkildə onlarla birgə istəyirəm ki,...
o uşaqlar ortalıqda qalmasın”.
Deputat valideynlərə alternativ liseylərdən istifadə etməyi təklif edib: “Mən valideynlərə təklif etdim ki, Xəzər və Azərbaycan-Avropa kimi özəl məktəblərə müraciət etsinlər. Mən də yəqin ki, nəvələrim üçün bu iki məktəbdən birini seçəcəyəm. Onu da deyim ki, mənim də 4 nəvəm Çağ Öyrətim liseyində oxuyurdu. İndi ayrı seçimimiz yoxdur. Uşaqların qazandığı ilkin biliyi, təlim-tərbiyəni itirmək olmaz”.
Millət vəkili liseylərin bağlanmasının səbəbi haqda dəqiq məlumatı olmadığını deyib: “Mən bilmirəm liseylərin bağlanması Ərdoğanla, ya Gülənlə bağlıdır. Bu haqda dəqiq məlumatım yoxdur. Amma görünür hansısa bir problemim var ki, belə qərar verildi. Prezidentin yəqin ki, liseylərin bağlanmasından xəbəri var. Yenə deyirəm ki, görünür bağlanma haqda qərarın verilməsi zəruri olub”.
Fəzail Ağamalı dövlət məktəblərinin lisey səviyyəsində olmadığını deyib: “Mən birmənalı olaraq övladlarımı dövlət məktəbinə qoymayacağam. Dövlət məktəblərində o səviyyə yoxdur. Bu reallıqdır. Bunu etiraf etmək lazımdır. Təhsil naziri Mikayıl Cabbarov cəhd edir, islahatlar aparır. Ümidvaram ki, onun islahatları yaxın gələcəkdə öz bəhrəsini verəcək. Bu gün orta məktəb sistemində ciddi problemlər var. Bunun da ən başlıca səbəbi repetitor sistemidir”.
Deputat deyib ki, övladları hansısa dini və ya siyasi ideologiyanın təsiri altına düşməyib: “Mən liseylərdə oxuyan övladlarımın hansısa təsir altına düşdüyünü hiss etmədim. Böyüyü 9-cu sinifdə, kiçiyi 6-cı sinifdə oxuyurdu. Hər halda bu günə qədər belə bir şey görməmişəm. Nurçuluq, Gülən haqda evdə heç nə danışmayıblar. Onlarda daha çox Azərbaycana, dövlətə bağlılıq, vətənpərvərlik dövlət atributlarına bağlılıq, prezidentə sevgi hiss olunurdu”.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel