Əlaqə
23 Temmuz 2014 Çarşamba
Fələstin od işində
Yaxın Şərqdə sülh
yaranacağına əminlik yoxdur
İnsan hüquqları müdafiəçisi
Ramsey Klark qeyd edirdi ki, Amerikalılar necə cəsarət edərək öz hökumətlərinə
dünyada insanlara qarşı belə əzabları törətməyə imkan verirlər. Bəli, təkzib
edilməz faktdır ki, İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ Almaniyanın
müharibəyə qədərki mövqeyini ələ keçirərək dünyada imperialist fəaliyyəti həyata
keçirən əsas qüvvəyə çevrilmişdir. ...Hitlerin tiraniya vasitəsilə qurduğu
monopolist kapitalizmin diktaturasını ABŞ demokratik qanuni metodlar vasitəsilə
qurmağa müvəffəq oldu. Demokratiya adlandırılan bu metod Hitlerin həyata keçirmək
istədiyi hər şeyi həyata keçirə bildi.
Xarici siyasətinin əsas mahiyyəti
“dünya ağalığı” olan ABŞ-ın öz müstəmləkəçilik ambisiyasını həyata keçirmək
üçün dağıdıcı müharibələrdən, hərbi və siyasi təzyiqlərdən, iqtisadi
sanksiyalardan və sair metodlardan istifadə etməsi ABŞ-ın imperialist xarakterindən
irəli gəlir. Təsadüfi deyil ki, Norvec politoloqu və filosofu Harald Ofstad
ABŞ-ı beynəlxalq faşizm sistemi kimi xarakterizə edirdi. ABŞ
iqtisadiyyatının getdikcə daha çox neftdən asılılığını nəzərə alsaq, bu faşizm
sisteminin dünya üzərində öz hökmranlığını möhkəmləndirmək üçün Yaxın Şərqdəki
enerji ehtiyatlarına nə dərəcədə möhtac olduğu aydınlaşar. Bu halda ABŞ-İsrail
alyansında ikincidən Yaxın Şərq regionunun müsəlman ölkələrinə qarşı istifadə
edilməsinin məntiqini də başa düşmək çətin deyil. Lakin qəbul etmək lazımdır
ki, belə zorakılıqların davam etməsi təkcə Yaxın Şərqin müsəlman əhalisi üçün
deyil, eləcə də yəhudi əhalisi üçün ciddi təhlükələr vəd edir. Doğrudanmı ABŞ
siyasiləri və onları dəstəkləyən «yaltaq və satqın» siyasətçilər və politoloqlar
əmindirlər ki, Ərəb-İsrail münasibətləri çoxlu sayda dinc əhalinin qırılması ilə
həll edilə bilər? Məgər tarixin dərsləri sübut etmirmi ki, hər bir zorakılıq
yeni zorakılıqlarla müşaət olunur?
Yaxın Şərqdə baş verən hadisələrə,...
o cümlədən İsrail-Fələstin münaqişəsinə və hətta İraq və Suriyada son zamanlar
baş verən hadisələrə ABŞ-ın Yaxın Şərq siyasətinin tərkib hissəsi kimi baxmaq
lazımdır. Regiondakı münaqişələr İsrail dövləti yaranandan sonra daha ciddi
xarakter alsa da, əslində etnik və ya dini münaqişə deyil. Bu münaqişələrin əsasının
XIX əsrin sonu XX əsrin əvvəllərində Böyük Britaniya tərəfindən qızışdırılması
və Ikinci Dünya müharibəsindən sonra məhz ABŞ tərəfindən idarə edilərək ABŞ-ın
Yaxın Şərqdəki siyasətinin həlli üçün istifadə edilməsi faktını da görmək heç də
çətin deyil.
Yaxın Şərqdə baş verən münaqişələrin,
o cümlədən İsrail-Fələstin münaqişələrinin, İraq və Suriyada baş verən hadisələrin
tarixi belə bir sualı ortaya qoyur: ABŞ Yaxın Şərqdə dayanıqlı sülhün və
inkişafın əldə edilməsində maraqlıdırmı? Yaxın Şərqdəki münaqişələr tarixən ABŞ
tərəfindən yaradılmasa da bu xalqlar arasındakı tarixi çəkişmələrdən və
toqquşmalardan ABŞ və Böyük Britaniya sonrakı dövrlərdə öz məqsədləri üçün məharətlə
istifadə etmişlər. Belə bir siyasət Sovet İttifaqı zəifləyən dövrlərdə Azərbaycan-Ermənistan,
Gürcüstan-Abxaz, Rusiya-Çeçen, həmçinin Balkan xalqları arasında
qarşıdurmaların qızışdırılmasında da istifadə edilmişdir. İkinci Dünya müharibəsindən
qalib çıxmış və dünyanın yenidən bölüşdürülməsində öz təsir gücünü durmadan
genişləndirən ABŞ öz iqtisadiyyatında enerjiyə artan tələbatı nəzərə alaraq
Yaxın Şərqə xüsusi önəm vermişdir. Yaxın Şərq regionunda böyük neft
yataqlarının nəzarətə alınması məqsədilə regionda yerləşən ölkələrin daxilində
hər hansı konfliktlərin və münaqişələrin yaradılması ABŞ-ın xarici siyasəti
üçün kifayət etmirdi. Yaxın Şərqdə dayanıqlı müttəfiqin əldə edilməsinə və onun
ərazisindən hərbi məqsədlər üçün istənilən vaxt istifadə etmək imkanının
olmasına böyük ehtiyac var idi. Bu ölkə nəinki ABŞ-ın faktiki olaraq hərbi
bazası rolunu oynamalı, həmçinin ondan region ölkələrinə qarşı zor vasitəsi
kimi istifadə etmək mümkün olmalı idi. Bu ölkə hər an ABŞ-ın hərtərəfli dəstəyinə
arxalanaraq ABŞ-ın Yaxın Şərqdə müstəmləkəçilik siyasətini həyata keçirməli,
mümkün hərbi qarşıdurmaları öz üzərinə götürməklə belə təhlükələləri ABŞ-ın sərhədlərindən
xeyli uzaqlaşdırmalı və ABŞ-ın arasıkəsilməz “kiçik müharibələrlə” bağlı bəşəriyyət
qarşısındakı tarixi məsuliyyətini bölüşdürməli idi. Belə ölkə Yaxın Şərqdə
İsrail oldu. Belə missiyanı yerinə yetirmək üçün İsrailin seçilməsi heç də təsadüfi
deyildi. ABŞ siyasi həyatında, iqtisadi və maliyyə bazarında güclü nüfuza malik
olan Sionist lobbi yalnız İsrail kimi ölkəyə tam arxalana bilərdi.
Məhz bu səbəbdən 1947-48-ci illərdə
Fələstin ərazisində İsrail dövlətinin yaradılması ABŞ tərəfindən dəstəklənmiş və
sonrakı dövrlərdə ABŞ-İsrail alyansı ən yüksək səviyyədə inkişaf edib. Bu
alyansın əsasında təkcə ABŞ-ın İsrail lobbisinin siyasi və iqtisadi maraqları
yox, həmçinin ABŞ-ın neft maraqlarının dayandığı şübhə doğurmur. 2004-cü ilin məlumatlarına
görə yalnız Fars körfəzi ölkələri ABŞ-ın idxal etdiyi neftin təqribən 24
faizini təmin edir. Bu, ABŞ-ın istehlakının 10%-dən çoxdur. Hələ 1990-cı ildə Fələstin
Azadlıq Təşkilatının lideri Yasir Ərəfat deyirdi ki, “Şimal dənizində neft tükənəndə
Birləşmiş Ştatlar Ərəb neftini almaq istəyəcək. Amerikanın öz nefti tükənməyə
başlayanda və ABŞ-ın istehlakı artanda isə Amerika Ərəblərə daha çox ehtiyac
duyacaqdır”. Dünyada neftə olan ehtiyacın ildən ilə artmasını və alternativ
enerji daşıyıcılarının hələ yaxın zamanlarda nefti əvəz edə bilməyəcəyini nəzərə
alsaq, ABŞ-ın neft uğurunda mübarizəsinin kəskinləşəcəyini və Yaxın Şərqdə
geosiyasi vəziyyətin getdikcə gərginləşəcəyi söyləmək olar.
İsrail-Ərəb, o cümlədən
İsrail-Livan münaqişəsindən bəhs edən siyasilər və politoloqların əksəriyyəti
unudur ki, İkinci Dünya müharibəsindən sonra Fələstin ərazisində bir deyil, iki
müstəqil dövlətin yaradılması nəzərdə tutulmuşdur və bu haqda BMT-nin qətnaməsi
bu günə qədər həyata keçirilməyib. Müstəqil Fələstin dövlətinin yaradılmasına
mane olmaqla və bu işdə İsrailə hər cür dəstək verməklə ABŞ əslində uzun müddətli
münaqişələrin əsasını qoymuş oldu. Belə münaqişələr ABŞ-a regiona istənilən
vaxt müdaxilə etmək və İsrailə zəruri dəstəyi göstərmək üçün bəhanələr verir.
1956-cı ildə Suez böhranı zamanı, 1967-ci ildə Küveyt və İraqın, 1973-cü ildə
isə digər Ərəb ölkələrinin ABŞ-a neft ixracatını azaltmaq haqqında qərarına
cavab olaraq ABŞ İsrail-Ərəb münaqişələrdən Yaxın Şərq ölkələrinə təzyiq vasitəsi
kimi müvəffəqiyyətlə istifadə etmişdir. Bu siyasət sonrakı dövrlərdə də tətbiq
edilmiş, hazırda isə ABŞ-ın Yaxın Şərq siyasətinin “ana xəttini” təşkil edir.
İkinci Dünya müharibəsindən sonra ABŞ Yaxın Şərqdə üstünlük təşkil edən güc
olub. ABŞ-ın siyasətindəki hər hansı bir dəyişiklik, hər hansı bir hərbi təcavüz,
Mərkəzi Kəşfiyyat İdarəsinin təşkil etdiyi hər hansı bir sui-qəsd bir əsas məqsədin,
yəni dünyanın çox vacib enerji mənbəyi olan neftin ucuz və çox miqdarda təminatını
həyata keçirməkdən ibarət olub.
Tarixi faktlar sübut edir ki,
İsrail-Ərəb münaqişəsinin həllinin mümkün olduğu dövrlərdə də Yaxın Şərq
regionunda ciddi iqtisadi və siyasi maraqları olan ABŞ münaqişələrin
dondurulması və ya gərginliyin daim saxlanması yolunu tutub. Israel dövləti
yaradıldıqdan sonra, onun açıq-aşkar dəstəklənməsi və ona hər cür, o cümlədən hərbi,
maliyyə və siyasi yardımların göstərilməsi, İsrailin Yaxın Şərqdə istənilən an
zor tətbiq etməsinə «yaşıl işığın» yandırılması, əslində bu konfliktlərin
sonrakı dövrlərdə daha da dərinləşməsinə səbəb olub. 1966-cı ildə ABŞ tərəfindən
İsrailin müasir hərbi texnika ilə silahlandırılması və BMT-nin 1956-cı ildə
İsrailin silahlandırılmaması ilə bağlı qəbul etdiyi qətnamənin kobud şəkildə
pozulması sonrakı dövrlərdə, o cümlədən 1982-ci və 2006-cı illərdəki
İsrail-Livan qanlı qarşıdurmasının başlanğıcını qoymuşdur. Fələstinin müstəqilliyini
nəzərdə tutan BMT qətnamələrinin yerinə yetirilməsi üçün Isralin siyasi dairələrinə
heç bir təzyiq göstərməyən ABŞ, əksinə dünya neftinin üçdən ikisinə malik olan
Yaxın Şərqdə konfliktlərin mövcudluğunda çox maraqlıdır. Odur ki, İsrailin
regionda “zorakılıq vasitəsi” kimi istifadə edilməsi üçün onun
silahlandırılmasına durmadan yardım göstərilir.
Heç şöbhəsiz ki, son illərdə Yaxın
Şərqdə baş verən qarşıdurmalar, hətta İraq və Suriyada baş verən hadısələr, o
cümlədən İŞID adlı terror qruplarının “geniş qələbələri” ABŞ-ın Yaxın Şərq
siyasəti ilə sıx bağlıdır. ABŞ keçən əsrin 50-ci illərindən başlayaraq Yaxın Şərq
ölkələrindəki neft və qaz yataqlarını tam şəkildə ələ keçirməkdə israrlıdır.
1953-cü ildə İran baş naziri
Mossadeq tərəfindən neft hasilatının milliləşdirilməsi, sonralar isə onun
ABŞ-ın xüsusi Kəşviyyat Idarəsi tərəfindən devrilməsi ABŞ-ın İrana və İran
neftinə girişinə imkan yaratsa da, neftin dayanıqlı idxalı üçün Yaxın Şərq ölkələrinin
daim nəzarətdə saxlanmasına və dayanıqlı neft təhlükəsizliyinin təmin edilməsinə
ciddi eytiyac hiss edilirdi. 1960-cı ildə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı
və Venesuella tərəfindən Neft İxrac edən ölkələrin birliyinin (OPEK)
yaradılması da ABŞ və Böyük Britaniyanın Yaxın Şərq nefti üzərində tam nəzarətə
təhlükə yaradırdı. 1973-cü ildə Ərəb ölkələrinin ABŞ-a neft ixracatını
dayandırması, 1979-cu ildə isə ABŞ-ın «müştəri ölkəsi» olan İranda şah
rejiminin devrilməsi və neft hasilatının dövlət nəzarətinə alınması ABŞ-ın gələcəkdə
neft təhlükəsizliyində ciddi problemlərin ola biləcəyindən xəbər verirdi.
İranda, Liviya və Pakistanda 1979-cu ildə ABŞ əleyhinə davam edən nümayişlər
ABŞ-ın neft təhlükəsizliyini tamamilə sual altında qoymuşdur. Məhz həmin dövrdə
ABŞ İsrail-Ərəb münaqişəsi kartından istifadə edərək, Yaxın Şərq ölkələrinin
onun nəzarətinə qaytarılmasına ciddi surətdə səy göstərmişdir. 1981-ci ildə
İsrailin İraq ərazisini bombalaması və Misirdə İsraillə bağlanmış sülh
sazişinin əleyhinə mübarizələrin alovlanması ABŞ-ın Yaxın Şərq siyasətinin əsas
mahiyyətinin nədən ibarət olduğunu aydın göstərir. Beləliklə ABŞ öz enerji təhlükəsizliyini
təmin etmək üçün növbəti dəfə İsrail-Ərəb konfliktini qızışdırmağa müvəffəq
olur.
Fələstin Azadlıq Təşkilatını zərərsizləşdirmək
bəhanəsi ilə İsrailin 1982-ci ildə Livana hücumu və ABŞ-ın bu müharibədə İsrailə
hər cür yardım göstərməsi, əslində ABŞ-ın sonrakı dövrlər üçün Yaxın Şərqdə nəzərdə
tutduğu əməliyyatlara, o cümlədən İraqın zəiflədilməsinə və onun neft sənayesinin
ələ keçirilməyinə hesablanmışdır. ABŞ-ın 1986-cı ildə Liviyanı bombalaması da
ABŞ-ın İraqa 1991-ci ildə planlaşdırılan hücumu üçün hazırlıq mərhələsindən
ibarət idi. 1994-cü ildə Iordaniya və İsrail arasında sülh sazişinin
imzalanması ilk baxışda müsbət addım kimi qiymətləndirilsə də, əslində Ərəb
dünyasında İraqın “təklənməsinə” və sonrakı dövrlərdə onun neft ehtiyatlarının
ABŞ-ın tam nəzarətinə keçməsinə şərait yaratdı.
Yaxın Şərqdə ABŞ-ın təcavüzkar fəaliyyətini
və regionda baş verən digər hadisələri obyektiv qiymətləndirmək üçün qeyd etmək
lazımdır ki, 70-ci illərə nisbətən 90-cı illərdə ABŞ iqtisadiyyatının neftdən
asılılığı təqribən iki dəfə artmışdır. Bu dövrlərdə öz iqtisadiyyatını davamlı
və ucuz neftlə təmin etmək üçün ABŞ nəinki İraq nefti, həmçinin Fars körfəzi və
Xəzər dənizi regionunda olan neft yataqları, o cümlədən İran və Azərbaycan
nefti ətrafında da mübarizəsini genişləndirmiş, regionu nəzarətdə saxlamaq üçün
ciddi geosiyasi problemlər və həlli çətin olan konfliktlər yaratmışdır. Müqayisə
üçün deyək ki, əgər 2002-ci ildə ABŞ İraqdan gündə yalnız 459 barel xam neft
ala bilirdisə, İraqın 2003-cü ildə işğalından sonra təqribən 115 milyard barel
İraq nefti tamamilə ABŞ hərbi qüvvələrinin nəzarətindədir. Hazırda ABŞ
dövlətinin yaxın dövrlər üçün əsas məqsədi həm İraqda, həm də Yaxın Şərqin digər
dövlətlərində əldə edilmiş bu ehtiyatın təhlükəsizliyinin nəyin bahasına olursa
olsun qorunmasından və imkan daxilində artırılmasından ibarətdir. Qeyd edək ki,
regionda ABŞ tərəfindən yaradılan və həll edilməsi müşkülə çevrilən regional
konfliktlərin idarə edilməsi ABŞ Mərkəzi Kəşfiyyat Idarəsinin ümdə vəzifələrindəndir.
ABŞ-ın Yaxın Şərqdə əldə etdiyi
neft ehtiyatlarının təhlükəsiz istismar edilməsi üçün müvafiq təhlükəsizlik
zonalarının yaradılması, yeni neft ehtiyatlarının nəzarətə alınması üçün hərbi-
siyasi və iqtisadi zəminin hazırlanması və ABŞ-ın yaxın gələcəkdə yeni
işğalçılıq planlarına hazırlıq məqsədi daşıyan 2006-cı il İsrail-Livan müharibəsi
Yaxın Şərqin daha ciddi sınaqlar qarşısında olduğundan xəbər verdi. Təəssüf
ki, ABŞ iqtisadiyyatının neftdən asılılığının yaxın illərdə 1973-cü ilə nisbətən
təqribən 3 dəfə artacağını nəzərə alsaq, yaxın gələcəkdə İsrail-Fələstin
münaqişəsinin soyuyacağına və Yaxın Şərqdə sülh yaranacağına əminlik yoxdur.
İraq və Suriyada dini zəmində münaqişələrin qızışdırılması, müxtəlif adla yeni
terror qruplarının yaradılması da Yaxın Şərq xalqlarının diqqətini ABŞ-ın təcavüzkar
siyasətindən yayındırmaq, regionu parşalamaq və yerli istehlakı azaltmaq məqsədi
güdür. Təəssüf ki, belə münaqişələr zamanı münaqişələri yaradan və onlardan bəhrələnən
qruplar, o cümlədən ABŞ hökuməti və onlara təsir imkanı olan İsrail lobbisi,
yox, həm İsrailin, həm də Ərəb dünyasının dinc əhalisi əziyyət çəkir.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder