Blog Arşivi

16 Temmuz 2014 Çarşamba

Copy-Past ölkəsi Azərbaycanda kasıbçılıqdır?!

Ölkədə olan supermarketlər və orda çalışanların sayı, ölkədə olan zavodların və orda çalışanların sayından çoxdur. Burada təəccüblü heç nə yoxdur, çünki analoqu olmayan bir ölkədə yaşayırıq. Supermarketlərlə yanaşı, son vaxtlar otel biznesi də sürətlə inkişaf edir. Bakı kimi kiçik şəhərdə bu qədər bahalı supermarket və bu qədər bahalı otel kimlər üçün nəzərdə tutulur görəsən?!
Supermarket şəbəkələri əsasən copy-past marketinq strategiyasına üstünlük verir. Rusiya və Türkiyə bazarının üzdə görsənən marketinq addımlarını çox uğursuz səviyyədə özlərində tətbiq etməyə çalışırlar. Amma bir məsələ unudulur – onlar hər bir detalı incəliyinə qədər düşünüb müştərini soymaq yox,...

müştəriyə qazandırmaq naminə edir və bu strategiyanın üzərində illərlə işlədikdən və sınadıqdan sonra tətbiq edirlər.
Supermarketlərdə çeşid sayından qiymətə qədər uzanan zincirdə hər bir detal “sahibkara nə qədər daha çox qazandıra bilərik” strategiyası üzərində qurulub.
bax-logo-bazarstore
Ramazanın ən gözəl şirniyatı olan güllaçı “Bazarstore” elə cür copy-past etmişdi ki, Türkiyədə yaşamasaydım, deyəcəkdim ki, yəqin elə güllaç budur. İlk qaşıqdan sonra şirniyatı atdım. “Bazarstore”-a təəccüblənmədim, çünki loqosundan “copy-past” olduğu məlumdur.

“Neptun” isə baxmayaraq ki, nəhəng “Soliton” qrupunundur, amma tətbiq etdiyi “copy-past” gülməlidir, bəlkə də ağlamalıdır. http://www.azbukavkusa.ru/ — http://neptun.az/
Digər bir məsələ odur ki, adıçəkilənlər ən azı “copy-past” edir, digərləri buna heç cəhd də göstərmir. Son aylar yeni supermarketlər açılmağa davam edir. Açılış günləri ucuzluq və kompaniyaların çox olmasına və hədiyyələrin verilməsinə öyrəşmişdik, amma bu adət-ənənə yavaş-yavaş gömrük və vergi rüsumlarının artması ilə yavaş-yavaş sıradan çıxır.
“Grandmart”-ın açdığı yeni supermarket özünü bahalı alış-verişin tək ünvanı adına layiq görür. “Altes Plaza”-nın 1-ci mərtəbəsində yerləşən mağazada ancaq orada yaşayan 100 varlı, yerli və xarici vətəndaş nəzərə alınır, amma həmin ərazidə yaşayan minlərlə aşağı və orta təbəqədən insan nəzərə alınmır.
“Səbət” market isə heç özü də bilmir hansı strategiya ilə gedir. Amma son vaxtlar deyəsən rəqabətin gücünü anlayaraq özündə silkələnmə edir. Çünki 9 mkr ərazisində yerləşən filial rəqabətin gücünə dözməyərək iflasa uğradı.
“Rahat” market yox, Narahat market. Məhz işçiləri və alıcılar buranı belə adlandırırlar. Heç də təəccüblü deyil ki, yalnış aparılan strategiya nəticəsində Ak. H.Əliyev küçəsində açılan 3 mərtəbəli supermarket iflasa uğradı.
Bu da “Rahat” marketin şikayətlərlə dolu səhifəsi.

Çox zaman şikayətlər görünməsin deyə səhifədən silinir.http://www.facebook.com/pages/Rahat-market/113457288675696
“Bizim” market isə adını ucuz çıxarıb, amma heç də elə deyil.

“Favorit” və “Bolmart” – “Tom and Jerry” cizgi filmini xatırladır. Favoritin yeni şüarı məhz belədir: “Pul bizim gələcəyimizdir!”. “Favorit” market 5000 kvadrat metr yerdə uşaqlar üçün ayırdığı 5 kvadrat metr yeri onlara çox gördü.
“Makro” , “Araz”, “Life”, “Lider – as” və s. – bu supermarketlər isə necə açılıblarsa, elə də davam edirlər, yəni istehlakçıya faydaları sıfırdır.
Supermarketlər müştəri məmnuniyətinin sıfıra bərabər olduğunu çox gözəl anlayır, ona görə də çoxlarının internet səhifələrinin olmaması bir kənara, adicə sosial şəbəkələrdə rəsmi səhifələri belə yoxdur. Əksər insanlar gün boyu sosial şəbəkələrdə olur və burada rəy, fikir bildirmək onlara daha asandır, nəinki mağazaların içərisində olan qələmsiz və kağızsız tələb, təklif və şikayət qutusunun qabağında durub nəsə yazıb ora atmaq.
Yeni yaranan trend otel biznesi də qiymət bahalı,...

xidmətsə keyfiyətsiz kontekstinə uyğun aparılır. Bu da təəccüblü deyil ki, Bakı şəhəri 50 ən bahalı şəhər siyahısındadır. Əhali hiss etməsə də günü-gündən qida sektorunda bahalaşma baş verir. Bunun ən bariz nümunəsi “Coco-cola” şirkəti tərəfindən edilən qiymət dəyişikliyi oldu. Yəni qiymətləri 0.10 Azn artırdı. Lakin əhali hələ də bu qiymət artımının fərqində deyil, çünki qiymətlər çox cüzi faizlərlə artırılır. Qiymətini artırmayan şirkət, marka və brendlərsə ya keyfiyyətdən azaldır, ya da təmiz qazancının azalmasına göz yumur. Burada ikincisinə nadir rastlandığı üçün birinci vəziyyətdə gömrük və vergi rüsumlarının artması istehlakçının həm cibini, həm də mədəsini yandırır.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel