Əlaqə
23 Temmuz 2014 Çarşamba
Qəzzada insanlıq faciəsi davam edir: 162 uşaq və 78 qadın olmaqla 635 şəhid
İsrail rejiminin Qəzzada həyata
keçirdiyi insan qətliamı davam etməkdədir. Bu gün ABŞ dövlət katibi Con Kerri və
BMT baş katibi Pan Gi Munun İsrail rejiminin müdafiə haqqından istifadə etməsindən
danışmasına baxmayaraq, Qəzzada yaşanan insanlıq dramı bütün dünyanın
qarşısındadır. Artıq Qəzzada həyatını itirənlərin sayı 635 nəfərə çatıb. Xəsarət
alanların sayı isə, 4 mindən çoxdur.
Fələstinin Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf Əl-Kudranın
verdiyi məlumata görə, bu gün ərzində İsrail rejiminin havadan, dənizdən və
qurudan həyata keçirdiyi əməliyyatlar nəticəsində 72 fələstinli həyatını
itirib.
Onun sözlərinə görə, Qəzzada indiyə qədər həyatını itirən 625
nəfərin 162-si uşaq,...
78-i isə qadınlardır.
Sionist
İsrail rejiminin hücuma başladığı 7 iyuldan bəri 25 səhiyyə mərkəzinin
bombalandığı bildirilir. İsrail rejimi, dünən, yəni iyulun 21-də Şühəda əl-Əqsa
Xəstəxanasını da bombalayıb.
Fələstin
Əmək və İnfrastruktur Nazirliyinin məlumatlarına görə, sionist rejimin dünən təşkil
etdiyi hücumlar zamanı, Qəzzanın müxtəlif bölgələrində 90 ev tamamilə dağılıb,
yüzlərlə evə isə zərər dəyib. Yaşayış məntəqələrinin hədəfə alındığı zaman
indiyənə kimi1100 evin tamamilə dağıldığı, 18 300 evin isə zərər gördüyü
açıqlanıb.
İnsan
Hüquqları üzrə Avropa-Aralıq dənizi Təşkilatı, sionist İsrail rejiminin Qəzza
hücumları zamanı 10 səhiyyə mərkəzi və 45 məscidin də vurulduğu bildirilib.
Digər tərəfdən
sionist İsrail rejiminin hücumlar həyata keçirdiyi16 gün ərzində, 4 349-u hava,
4 367 dəniz və 6 325-i qurudan olmaqla Qəzzaya 15 041 dəfə hücum etdiyi qeyd
olunub.
Hücumlar
zamanı indiyənə qədər 10 səhiyyə mərkəzi ilə bərabər 6 su stansiyası və 45 məscidin
də vurulduğu bildirilir. Vurulan məscidlərin 7-si tamamilə dağılıb. Bu səhərki
vəhşiliklərə isə işğalçı qüvvələr Qəzzanın daha bir məscidi dağıtmaqla
başlayıblar. Səhər reallaşdırılan bombardmanda Əqsa Şəhidləri məscidi tamamilə
dağıdılıb. Hücum zamanı məscidin içərisində kimsənin olmaması insan itkisinin
qarşısını alıb.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder