Blog Arşivi

16 Temmuz 2014 Çarşamba

İŞİD-in cinayət STATİSTİKASI

İŞİD son bir ildə İraq ərazisində 10 minə yaxın terror əməliyyatının müəllifidir.

Bu gün dünya mediasının gündəmində olan İŞİD (İraq Şam İslam Dövləti) haqda məlumatlar yerli medianında manşet yazıları sırasındadır. Bəli bu başadüşüləndir, çünki oxucu ölkədaxili xəbərlərlə yanaşı, dünyada ələlxus yaxın ətrafımızda cəryan edən hadisələrə biganə qalmır, maraqlanır, necə deyərlər öz məlumat qidasını alır.
Amma gəlin görək son zamanlar İŞİD haqda, onun törətdiyi zorakılıq haqda mediamızda nələrə rast gəlirik?…
Bugun.az piar.az-a istinadən bildirir ki, çox zaman mənbəyi məlum olmayan dəhşətli video kadrlar, zorakılıq və digər epizodlar, yarımfabrikat, təxxəyül məhsulu olan məlumatlar İŞİD-in törətdiyi əməllər kimi oxucuya sıranır. Nəticə etibarı ilə gurultulu başlıqla amma məlumatın məğzi yalan və çox zaman şişirdilmış faktlarla oxucuya çatdırılır.
Təbii ki, oxucular (beş barmağın beşidə bir deyil prinsipini əsas tutaraq) hisslərə qapılır sosial şəbəkələrin “komment cəbhəsində” atəşkəs pozulur,... çox zaman biri-birini həttda təhqirlərədək “güllələyirlər”. Sonda isə, “Ayının min oyunu var, bir armudun başında” məsəli olaraq, bunu yayımlayan mediyanın bu məlumata olan baxış reytinqi yüksək olur. Və əgər elə deyilsə, siz amansızlığı ilə digər terrorçu qrupları geridə qoyan İŞİD-ni kor-koranə anti-reklam edərək sonda reklam obyektinə çevirirsiniz?..
Sizə təqdim etdiyimiz terror dosyesi, məhz İŞİD-i qruplaşmasının bilavasitə öz üzərinə götürdüyü və cavabdehlik daşıdığı cinayət faktlarıdır.

- 6 may 2007 -ci il, Baakuba şəhəri yaxınlığında fuqas partladılır. Partlayış nəticəsində rusiyalı foto müxbir və 6 amerikalı hərbiçi həlak olur.
- 25 oktyabr 2009- cu il, içi partlayıcılarla dolu olan 2 avtomobil Bağdadın mərkəzində (Ədliyyə nazirliyi və Qubernatorluq admnistrasiyası binaları qarşısında) partladılır. Nəticədə 155 nəfər həlak olur.
- 25 yanvar 2010 -cu il, Bağdad şəhəri “Şeraton-İştar”, “Vavilon” və “Xamra” mehmanxanalarının qarşısında “canlı bomba” vasitəsilə partlayış törədilir. Nəticədə 40-a yaxın insan həlak olur və onlarla insan yaralanır.
- 26 yanvar 2010 – cu il, Bağdadın Əl-Karrada rayonunda yerləşən DİN-nin kriminalistik labarotoriyası partladılaraq məhv edilir. Nəticədə 22 nəfər həlak olur, 88 nəfərsə yaralanır.
- 7 mart 2010 – cu il, İraqda parlamentə seçkilər günündə minaatanlardan və raketlərdən açılan atəş nəticəsində 39 nəfər öldürülmüş və yüzlərlə insan xəsarət almışdır.
- 17 avqust 2010 – cu il, Bağdadın mərkəzində, orduya çağırış məntəqəsində partlayış törədilir. Partlayışda 60 çağrışçı həlak olur, 120-si isə yaralanır.
- 31 oktyabr 2010 – cu il, terroristlər Bağdadda katolik kilsəni ələ keçirir, xüsusi təyinatlıların səyinə baxmayaraq 2 terrorçu özünü partladaraq 65 nəfəri öldürür və 75 nəfərisə yaralayır.
- 22 dekabr 2011 -ci il, Bağdadın ayrı-ayrı kvartalında 14 partlayış törədilir. Nəticədə 69 nəfər həlak olur, 185 nəfərsə yaralanır.
- 19 aprel 2012 -ci il, Bağdad şəhəri, Samirə, Kərkük, Baakuba, Dibis və Tacidə 20-yə yaxın partlayış törədilib. Nəticədə 40 nəfər həlak olmuş və 100-dən çox insan yaralanmışdır.
- 31 iyul 2012 -ci il, teroristlər Xüsusi xidmət orqanının antiterror qərərgahına basqın etmişlər ki, nəticədə 70 nəfəri qətlə yetirmişlər.
- 9 sentyabr 2012 – ci il, İŞİD İraqın 13 şəhərində partlayışlar törətmış, nəticədə 100-dən çox insan həlak olmuş və 400 nəfərsə yaralanmışdır. Terroristlər etdikləri bu əməli həmfikirlərinin şiə zindanlarında məruz qaldığı işgəncələrə cavabı olaraq adlandırmış və özlərinə aid xəbər saytlarında bu barədə bəyan etmişlər.
- 14 mart 2013 -cü il, Bağdadda Ədliyyə, Mədəniyyət və Daxili İşlər Nazirliklərinin qarşısında partlayış törədilmişdir. Nəticədə 25 ölü, 50 yaralı.
- 31 iyul 2013 – cü il, terroristlər Suriya ilə həmsərhəd Aleppoda 200 kürd kəndlisini girov götürürlər.
- 4 avqust 2013-cü il Suriyanın şimalında Latakiya bölgəsində yerli sakinlər olan ələvilərin 190 nəfərini öldürüb, 200 nəfərini isə girov götürüblər.
- 6 avqust 2013 -cü il, Suriyanın Tell-Abyad şəhərində girov götürdükləri 450 kürdü qətlə yetirmişlər.
- 2013 -cü ilin sonlarında İŞİD İraqın Ramadi və Əl-Fəlucca şəhərlərini tam nəzarətə götürürlər.
- 13 yanvar 2014- cü il, Suriya-İraq sərhəddində onlara müxalif olan digər qruplaşmanın 100 üzvünü qətlə yetirirlər.
- 14 yanvar 2014-cü il, İŞİD Rakka və Əfrat şəhərlərini ələ keçirib orada öz qərərgahlarını yaradırlar.
- 16 yanvar 2014-cü il, BMT-nin ali komissarlığı İŞİD-in Suriyanın şimalında, Aleppo, İdlib və Rakkada kütləvi qətllər törətməsi barəsində məlumat yayır. Məlumatda deyilir ki, terrorçular əsirləri, jurnalistləri və yerli sakinləri qətlə yetirib.
- 11 mart 2014 – cü il, Suriya-Türkiyə nəzarət-buraxılış məntəqəsini ələ keçirib, Suriyanın “İslam Cəbhəsi” qruplaşmasının 22 üzvünü öldürüb.
- 17 aprel 2014 -cü il, Mosulun 40 km-də yerləşən hərbi bazaya hücum olunur. Nəticədə 13 nəfər öldürülmüş, 17 nəfər yaralanmışdır.
- 25 aprel 2014 -cü il, Bağdadda törədilən partlayışda 28 nəfər ölmüş, 40 nəfərsə yaralanmışdır.
- 10 iyun 2014-ü il, İŞİD Mosulu tam nəzarətə götürüb və Bağdada doğru yürüşə çıxıb.
Ümumiyətlə, İŞİD son bir ildə İraq ərazisində 10 minə yaxın terror əməliyyatının, minlərlə insanın qətlə yetirilməsinin və girov götürülməsinin, 4 mindən çox partlayışın, zindanlardan yüzlərlə öz həmfikirlərinin azad edilməsinin müəllifidir.
Və bildiyimiz kimi bu hələ son deyil. Hal-hazırda zəbt etdiyi torpaqlarda özünə “xilafət” yaratmış bir qruplaşma yeni ərazilər sevdasıyla bütün dünyaya savaş elan edib.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel