Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
25 Temmuz 2013 Perşembe
"Amnesty İnternational": "İsrail Livan xalqına qarşı hərbi cinayətlər törədib"
təşkilatın son hesabatında qeyd olunur ki, Livanda həyata keçirilən əməliyyatlar zamanı İsrail hərbçiləri məqsədyönlü şəkildə bu ölkənin mülki əhalisinə zərər vurub, mülki obyektləri dağıdıblar. Hüquq müdafiəçilərinin fikrincə, İsrail ordusu ərzaq mağazalarını, elektrik stansiyalarını, su mənbələrini və xəstəxanaları qəsdən raket atəşinə tutub. "Bu zərbələr Livan əhalisini öz ev-eşiyindən getməyə məcbur etmək məqsədilə endirilib. "Hizbullah"ın İsrail əsgərlərini girov götürməsi bu dövlətin Livanda törətdiklərinə haqq qazandıra bilməz". "İsrail/Livan: məqsədyönlü dağıntılar və dolayı zərər" adlanan hesabatda İsrail ordusunun 5 həftəlik müharibə ərzində 7 mindən artıq obyektə 7 min raket, 2.500 artilleriya zərbəsi endirdiyi, zərbələr nəticəsində 1.100 nəfərin həlak olduğu faktı öz əksini tapıb. "Ölənlərin üçdə biri azyaşlı uşaqlardır, bombardmanlar zamanı 4 min livanlı yaralanıb, 970 min nəfər isə öz ev-eşiyini tərk etməli olub".
İsrail rejimi Livan və Qəzzanı bombaladı
Sionist İsrail rejiminin Hərbi Hava Qüvvələri Livanın cənubunda Vazzani rayonunda yerləşən hərbi bazaya raket zərbələri endirib. Livan hərbçiləri sionist cinayətkarlarına cavab atəşi açıblar. Livan sərhəddində baş vermiş hadisə zamanı bir livanlı hərbçinin yaralandığı bildirilir, - “İslamNyus” xəbər verir.
Baş vermiş hadisədən sonra Livan ordusu döyüş vəziyyətinə gətirilib. BMT isə sionist İsrail rejiminin bu hücumunu pisləyən bəyanatla çıxış edib.
Eyni zamanda İsrail rejiminin qırıcıları qəddar blokadada saxlanılan Qəzzaya da raket zərbələri endirib. Aviasiya zərbələri zamanı fələstinlilərin ərzaq gətirdikləri tunellər dağıdılıb.
Mingəçevirdə məcburi köçkünlərin həyatı təhlükədə
Hər an uça biləcək binada məskunlaşmış vətəndaşların harayına isə heç bir dövlət strukturu səs vermir
200 nəfər məcburi köçkün, eləcə də onlara sığınacaq vermiş sahibkarlar Mübariz Abbasov və Ramiz Məmmədov “Insan Hüquqları üzrə Maarifləndirmə” Ictimai Birliyinə müraciət edib. Onlar bildiriblər ki, məcburi köçkünlər 1990-cı ildən Mingəçevir şəhərində "Mingəçevir Təmir-Tikinti" MMC-nin “Qonaq evi”ndə və Idarə binasında məskunlaşıblar.
Onların sığındığı həmin binalarda uzun illərdir ki, heç bir təmir-tikinti işləri aparılmadığından kanalizasiya, su, işıq və elektrik xətləri yararsız vəziyyətə düşüb. Bu səbəbdən xətlərdə tez-tez qəzalar baş verir. 2011-ci ildən isə kommunal xətlər, hətta kanalizasiya xətti belə, sıradan çıxıb, binaların zirzəmisi çirkab sularla dolub. Bu suların aylarla təmizlənməməsi nəticəsində binanı bürümüş pis qoxu ağcaqanadların, cürbəcür həşəratların artmasına, nəticədə binada dözülməz vəziyyətin yaranmasına, infeksion xəstəliklərin sürətlə çoxalmasına səbəb olub. Binanın divarlarında, örtük panellərində böyük çatlar əmələ gəlib.
Bu da həmin binalara sığınmış məcburi köçkünlərin həyatı üçün ciddi, ölümcül təhlükə yaradır.
“Mingəçevir Təmir Tikinti” MMCÿbalansında olan həmin binalarda 200 məcburi köçkün ailəsini təmənnasız məskunlaşdırıb. Binaların cari təmirini də, kommunal xidmətlər və bu xidmətləri göstərən işçilərin əmək haqlarını, kirayə haqlarını 2000-ci ilədək müəssisə ödəyib. Lakin son illərdə müəssisədə vəsait olmadığından binanın təmir-tikinti işləri, kommunal xidmətlər göstərən işçilərin əmək haqlarının ödənilməsi dayandırılıb. Hazırda məcburi köçkünlər yaşayan binada ÿhər an çökməÿ təhlükəsi artır vəÿbuna görə ÿdövlət ÿməsuliyyət daşıyır.
Məcburi köçkünlər, eləcə də onlara sığınacaq vermiş sahibkarlarÿ deyir ki, “QaçqınKom”dan tutmuş, Prezident Administrasiyasına qədər ən müxtəlif dövlət strukturlarına dəfələrlə müraciət etsələr də, problemə əhəmiyyət verən olmayıb.
“Insan Hüquqları üzrə Maarifləndirmə” Ictimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Iradə Cavadova deyir ki, Qaçqınlar vəÿ Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 1-ci maddəsindəÿbu qurumun yaradılmasının məqsədi və vəzifələri öz əksini tapıb. Orada göstərilib ki, qurumun yaranma məqsədləri və ÿəsas vəzifələrindən biri qaçqın vəÿ məcburi köçkünlərin qarşılaşdıqları problemlərin, o cümlədən mənzil-məişət şəraitilə ÿbağlıÿ problemlərin həlli sahəsində dövlət siyasətini həyata keçirməkdir. Amma digər dövlət strukturları kimi bu komitə də üzərinə düşən vəzifəni yerinə yetirmək istəmir: “Iqtisadi Inkişaf Nazirliyi başda olmaqla, yerli vəÿmərkəzi icra hakimiyyəti orqanlarının da ümdəÿ vəzifələrindəndir ki, sahibkarlara problemlərinin həllində ÿdəstək olsunlar. Lakin binanın mülkiyyətçisi olan sahibkarlar Mübariz Abbasovÿvə Ramiz Məmmədova indiyəÿqədər heç bir kömək göstərilmir, məcburi köçkünləri hər gün daha da yaxınlaşan faciədən qorumaq üçün heç bir addım atılmır”.
Iradəÿ Cavadova özü də həyatı təhlükə altında olan məcburi köçkünlərlə bağlı zəruri tədbirlərin görülməsi üçün Qaçqınlar və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinə müraciət edib. Lakin nə onun, nə də məcburi köçkünlərin, sahibkarların müraciətlərinə heç bir cavab verilməyib.
“Konstitusiyanın 12-ci maddəsinə ÿgörə,ÿinsanların layiqli həyat şəraitinin vəÿrifah səviyyəsinin təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması,ÿhəmçinin 43-cü maddəyəÿ əsasən,ÿyaşayış binalarının və ÿevlərin tikintisinə ÿrəvac vermək,ÿinsanların mənzil hüququnu gerçəkləşdirmək,ÿyoxsulluğun azaldılması dövlətin vəzifəsidir. Bu mənada, cavabdeh orqanlardan ÿməcburi köçkünlərin məskunlaşdığı ”Mingəçevir Təmir-Tikinti" MMC-nin “Qonaq evi”ndə vəÿ Idarə ÿbinasında təmir-tikinti işlərinin aparılması üçün tədbirlərin görülməsini tələb etmək vətəndaşların hüququdur. Dövlət məmurunun borcu isə vətəndaşların qanuni tələblərini yerinə yetirməkdir.
Bundan əlavə, “Vətəndaşlarınÿ müraciətlərinəÿ baxılması haqqında” qanunvericilikdə bunun üçün qısa müddət müəyyənÿolunsa da, sahibkarlarÿMübariz Abbasov və Ramiz Məmmədovun, eləcə də məcburi köçkünlərin özlərinin şikayət və ÿərizələrinə heç bir cavab verilməməsi, bununla da açıq-aşkar laqeydlik nümayiş etdirilməsi yolverilməzdir", - deyə Iradə Cavadova vurğulayıb.

Dövlət müəssisələri Azərbaycan büdcəsinə niyə borclanırlar?
Vüqar Bayramov: “Bəzi hallarda borcların silinməsi iri müəssisələrin arxayınçılığına şərait yaradır”
Ölkədə vergilərin toplanması ilə bağlı
problemlər davam etməkdədir. İri vergi ödəyiciləri dövlət büdcəsinə
külli miqdarda borcludur. "Azərenerji" ASC, "Azərkimya" Dövlət Şirkəti,
"Azərsu" ASC, "AZAL", Xəzər Dəniz Gəmiçiliyi, "Azərbaycan Dəmir
Yolları", Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Neft
Şirkəti bu sıradandır. Hesablama Palatasının son rəqəmlərinə görə, təkcə
2008-ci ilin 1-ci yarısında vergi borclarının ümumi məbləği 3 milyard
manat təşkil edib. 2009-cu ildə bu rəqəm 4 milyard manat idisə, son bir
il yarımda rəqəm 1 milyard manat artıb. Hazırda bir sıra iqtisadi
qurumların, iri şirkətlərin dövlət büdcəsinə vergi borcu 5 milyard
manatı keçib. Sözü gedən problemlərlə bağlı FaktXeber.com-a açıqlama
verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, bu sahədə iri
borclanmalar daha çox dövlət müəssisələrində müşahidə edilir. Qarşılıqlı
və dövlət büdcəsinə olan borcların artmasının müşahidə edildiyini
bildirən ekspert, “Azərbaycanda dövlət büdcəsinə olan borcların
silinməsi bir neçə dəfə həyata keçirildi. Bu prosedur sözü gedən dövlət
müəssisələrinin borclanmasının azalmasına şərait yaratmadı. Təəssüf ki,
borclar yenidən artdı və yenidən həmin borcların silinməsi ilə bağlı
qərara qəbul edildi”, - deyə bildirdi: “Bu əslində onu göstərir ki,
borcların silinməsi mexanizmi hələlik praktiki olaraq effektiv deyil.
Bəzi hallarda borcların silinməsi iri müəssisələrin arxayınçılığına
şərait yaradır. Şirkətlərin bir qismi kommunal öhdəliklərini yerinə
yetirə bilmirlər. Bura xüsusilə qaz, su və elektrik borcları daxildir.
Vaxtlı-vaxtında borcların ödənməməsi iri borclara şərait yaradır.”
Müsahib onu da bildirdi ki, hazırda yeni
mexanizmin tətbiqinə ehtiyac var: ”İlk öncə borcların çoxalması ilə
bağlı məsuliyyət artırılmalıdır. Müəssisələrin borclarının artmasına
baxmayaraq onlar heç bir məsuliyyət daşımırlar. O, baxımdan məsuliyyətin
artırılmasına ehtiyac var. Məsuliyyətin artırılması eyni zamanda
gücləndirilmiş nəzarət mexanizmi ilə birgə həyata keçirilməlidir. Yeni
mexanizm praktiki olaraq standart xidmətlərə görə şirkətlərin
öhdəliklərinin artırılması və müəyyən edilməsi istiqamətində olmalıdır.
Ona görə də öhdəliklərin müəyyən edilməsi olduqca vacibdir. Öhdəliklər
müəyyən edilmədən və öhdəliklərə görə məsuliyyət artırmadan problemin
qarşısını almaq mümkün deyil.“
Azərbaycan hökuməti saxta narkotik ittihamları ilə siyasi fəalları susdurur
Human Rights Watch təşkilatının mayın 27-də yaydığı bəyanatda
bildirir ki, Azərbaycan hökuməti şübhəli narkotik saxlama
ittihamlarından istifadə etməklə onu tənqid edən siyasi fəalları
susdurur.
Qurum son vaxtlar dörd fəalın həbsiylə bağlı araşdırma apardığını, onlardan üçünün polisdə pis rəftarla üzləşdiyini bəyan edir.
Təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia deyib:
«Hökuməti tənqid edənlərin saxta narkotik ittihamları ilə üzləşməsi
əslində yeni hal deyil. Amma son vaxtlarda baş verən hallar, xüsusilə
seçkilər yaxınlaşdıqca hökumətin tənqidçilərə qarşı apardığı
kampaniyanın tərkib hissəsidir. Bu həbslər və döyülmə halları ciddi
fəaliyyətlə məşğul olmaq istəyən insanlara çox açıq xəbərdarlıq siqnalı
verir».
Human Rights Watch bildirir ki, Azərbaycan hökuməti saxlanma
yerlərində baş vermiş pis rəftar iddiaları ilə bağlı dərhal tərəfsiz və
səmərəli araşdırmaya başlamalı, qaldırılan ittihamların həqiqiliyinin
müstəqil şəkildə qiymətləndirilməsinə qədər fəallar azadlığa
buraxılmalıdır:
«Həbs olunan bu şəxslərin saxlandıqları təcridxanada açıq-aydın daha
pis rəftarla üzləşmək riski var. Hökumət, həbs olunan şəxslərin pis
rəftara məruz qalmalarıyla bağlı iddiaları dərhal araşdırmalı, onların
öz vəkilləri ilə və eləcədə də müstəqil həkimlər ilə maneəsiz
görüşlərinə imkan yaratmalıdır», deyə Gogia bildirib.
«ƏRƏB BAHARI»NDAN SONRA BAŞLAYAN HÜCUM...
Təşkilat hesab edir ki, dörd fəalın həbsi ölkədəki vətəndaş
cəmiyyətinə qarşı «Ərəb Baharı»ndan sonra başlayan hücumun bir
hissəsidir və prezident seçkiləri yaxınlaşdıqca daha da intensivləşir.
HRW yada salır ki, son iki ildə Azərbaycan hökuməti onlarla fəalı,
jurnalisti və hüquq müdafiəçisini şübhəli ittihamlarla və ya heç bir
dəlil olmadan həbs edib. Onlara qarşı narkotik, silah saxlama,
xuliqanlıq və ya ictimai asayişi pozmaq kimi müxtəlif ittihamlar irəli
sürüb. 2011-ci ilin avqustundan 2012-ci ilin mayı arasındakı dövrdə
polis ən azı 5 jurnalist və hüquq müdafiəçisinə qarşı saxta narkotik
saxlama ittihamları irəli sürərək həbs edib.
- 9 may tarixində həbs olunaraq və sonra pis rəftara məruz qalan 31
yaşlı tanınmış bloqqer, Facebook və digər sosial şəbəkələrdə Azərbaycan
hökumətini kəskin tənqid edən Rəşad Ramazanov (Rəşad Həqiqət Ağaəddin).
- Oxuduğu xütbədə Azərbaycan hökumətini və xüsusilə prezident İlham
Əliyevi kəskin tənqid edəndən az sonra, martın 31-də həbs olunan və
sonradan pis rəftara məruz qalan 29 yaşlı ilahiyyatçı və fəal Taleh
Bağırov;
- 26 mart tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyasının 22 yaşlı
fəalı Daşqın Məlikov Facebook və digər sosial şəbəkələrdə hökuməti
tənqid edən yazılarından sonra həbs olunub.
- NİDA gənclər hərəkatının 21 yaşlı fəalı Məhəmməd Əzizov mart ayının 7-də həbs olunmuş və sonradan pis rəftara məruz qalıb.
NARKOTİK SAXLAMA İLƏ TƏQSİRLƏNDİRİLƏNLƏR
Human Rights Watch bildirir ki, fəallar saxlanıldıqdan sonra polis
onların üzərində az miqdarda narkotik tapdığını iddia edərək narkotik
saxlama ittiham irəli sürüb:
«Polisin bildirdiyinə görə, həbs olunanların üzərində polis
idarəsində aparılan axtarışda narkotik vasitə onların ciblərində,
pulqabında və ya həbs olunan Əzizovun işində isə onun evində aparılan
axtarış zamanı aşkar edilib. Bu axtarışların heç birində həbs
olunanların vəkilləri orada olmayıb və hətta həbsdən bir neçə gün sonra
hüquqlarını müdafiə etdikləri şəxslərlə görüşə bilməyiblər».
Human Rights Watch yada salır ki, günahlandırılan şəxsin vəkillə
əlaqə qurmasına imkan yaradılmaması Mülki və Siyasi Hüquqlar üzrə
Beynəlxalq Paktın və İnsan Hüquq və Azadlıqları üzrə Avropa
Konvensiyasının müvafiq maddələrinin birbaşa pozulmasıdır. Azərbaycan
hər iki bu beynəlxalq müqavilələrin tərəfdaşıdır. Saxlanma yerlərində
pis rəftara məruz qalma həm bu iki beynəlxalq sənədə və həm də
beynəlxalq hüquqi qaydaya əsasən birmənalı şəkildə qadağan edilir.
20 Mayıs 2013 Pazartesi
Beynəlxalq təşkilatlardan hakimiyyətə etiraz
Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) mayın 14-də ölkə parlamentinin qanunvericiliyə repressiv düzəlişləri qəbul etməsini qəti şəkildə pisləyir. Düzəlişləri baş prokuror təqdim edib və bu, prezident seçkiləri ərəfəsində qəbul olunub. Bundan sonra böhtan və təhqirə görə ağır cərimələr onlayn-kontentə, o cümlədən sosial şəbəkələrə şamil ediləcək. Bundan əlavə, inzibati həbsin müddəti iki dəfə uzadılıb. “Düzəlişlər tənqidə qadağa qoyulmasına yönəlib. Düzəlişlər repressiv ab-havaya baxmayaraq, etirazını davam etdirənləri susmağa məcbur etmək məqsədi güdür”, - İGPA-nın birgə bəyanatında deyilir. “Diffamasiyaya görə cinayət təqibini cəmiyyətin daha geniş dairəsinə, o cümlədən onlayn ifadəyə şamil etməklə Azərbaycan hakimiyyəti İlham Əliyevin özünün də bəyan etdiyi islahatların keçirilməsi ilə bağlı öhdəliklərini pozur və beynəlxalq tendensiyaların əksinə hərəkət edir. Eyni zamanda polis icazəsiz mitinqin təşkilinə və ya tabe olmamağa görə istənilən şəxsi inzibati qaydada saxlamaqda tam sərbəstdir. Seçkilərə bir neçə ay qalmış hakimiyyət rejimi tənqid edənləri qorxutmaqda əvvəlkindən daha qətiyyətlidir. İfadə azadlığı üçün mühit gündən-günə pisləşir, jurnalistlər, blogerlər, müxalifət fəalları artmaqda olan təzyiqlərə məruz qalırlar. Bura repressiv qanunlar, həbslər, fiziki hücumlar, böhtan kampaniyaları daxildir.
Beynəlxalq birlik fikrin ifadə olunması azadlığı (o cümlədən İnternetdə) ilə bağlı öhdəliklərini Azərbaycana xatırlatmalıdır və hüquqi islahatları təmin etməlidir”, - bəyanatda bildirilir. Sənəddə konkret qanunverici dəyişikliklər sadalanır, təhlil edilir və səbəb ola biləcəyi nəticələr göstərilir. Bəyanatda jurnalistlərin, blogerlərin və fəalların hüquqlarının pozulması ilə bağlı konkret hallar qeyd olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İGPA Azərbaycan hakimiyyətini aşağıdakılara çağırır:
• söz azadlığına və dinc toplaşmaya, o cümlədən onlayn azadlığına hörmətlə yanaşmağa;
• böhtan və təhqirin dekriminallaşdırılması barədə öz vədlərinə hörmətlə yanaşma;
• icazəsiz toplaşmanın təşkilinə və ya keçirilməsinə görə cəza kimi inzibati saxlamanın ləğvi;
• narazıların cəzalandırılması üçün saxta cəza və ya inzibati işlərdən istifadə edilməsinə son qoyulması;
• KİV işçilərinin və blogerlərin təqib edilməsinə son qoyulması;
• Hilal Məmmədov, Əvəz Zeynallı, Zaur Qurbanlı və həbsdə olan digər jurnalistlərin, blogerlərin və fəalların azad edilməsi.
Bəyanatı Article 19; Freedom House; KİV-ə Beynəlxalq Dəstək, KİV Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, Beynəlxalq PEN-klub, Sərhədsiz Reportyorlar imzalayıblar.
Azərbaycanın Qərb bölgəsindən Mövsüm Səmədova 21 min imzalıq müraciət
Məlum
olduğu kimi ölkəmizdə bu ilin oktyabr ayında keçiriləcək prezident
seçkiləri ilə əlaqədar müxtəlif bölgələrdə və paytaxtda yaşayan
vətəndaşlar-ziyalı, dindar, mömin insanlar Azərbaycan İslam Partiyasının
sədri Mövsüm Səmədova müraciət ünvanlamaq barədə təşəbbüs qaldırıblar
və bu təşəbbüsə artıq ölkənin müxtəlif bölgələrindən minlərlə imza
toplanıb. Vətəndaşlar hazırda 11 saylı cəzaçəkmə müəssisəndə həbs
müddəti çəkən Səmədovdan prezidentliyə namizədliyini irəli sürülməsini
xahiş edirlər.
İndiyə kimi Hacıqabul, Saatlı, Astara, Lənkəran, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonundan ümumilikdə 20 minə yaxın imza atıblar.
Bu rayonların sırasına Ağstafa, Qazax, Gəncə, Yevlax, Tərtər, Bərdə və Ucardan olan 21700 nəfər də qoşulub. Vətəndaşlar keçiriləcək prezident seçkilərinə “Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda hərəkat” adı altında qoşulan Azərbaycan İslam Partiyasının çağırışına hamılıqla qoşulduqlarını bildirirlər: “Bu istək bizdə Azərbaycanın istiqlaliyyətinin möhkəmləndirilməsi, nikbin gələcəyinin və torpaqlarımızın bütövlüyünün təmin olunması, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanması, xarici qüvvələrin dövlətimizin daxili işlərinə qarışmaqdan kənarlaşdırılması, cəmiyyətin ədalətlə idarə edilməsi və qanunun aliliyinin icra edilməsi kimi vətəndaş maraqlarından irəli gəlir. Sizin malik olduğunuz xüsusiyyətlər və insani dəyərlər bizdə böyük ümidlər və inam yaradır. Sizə olan etimadımızı nəzərə alıb təklifimizi qəbul etməyinizi xahiş edirik.”

Jurnalist və AXCP fəalı mal-qara aksiyasına görə cərimələndi
Mayın 10-da Imişlinin Otuzikikənd kəndinin sakinləri örüş yerlərinin qanunsuz satılmasına etiraz olaraq, mal-qaraları ilə birlikdə rayon Icra Hakimiyyətinin qarşısına gəlib orada aksiya keçirməyə cəhd göstərmişdi. Lakin polislər Icra Hakimiyyətinin yaxınlığında etirazçıların qarşısını kəsərək, onların bir qismini tutub polis şöbəsinə aparmışdılar. Saxlanılanlar arasında AXCP-nin Imişli şöbəsinin fəalı Vüqar Qədirov, aksiyanı lentə alan “Azadlıq” radiosunun əməkdaşı Azər Əli də var idi.
Saxlanılan şəxslər həmin gün buraxılsa da, onlardan başqa yerə getməmək barədə iltizam alınmışdı. Dünən isə onların məhkəməsi keçirilib. Imişli Rayon Məhkəməsinin qərarı ilə onlar polisin qanuni tələblərinə əməl etməməkdə günahlandırılaraq, hər biri 200 manat cərimələniblər.
Jurnalistin hüquqlarını müdafiə edən vəkil Anar Qasımlı “Azadlıq” radiosuna açıqlamasından bildirib ki, məhkəmənin qərarından narazıdır: “Bu, qanunsuz və ədalətsiz bir qərar idi. Cərimə etməklə guya ədalət nümayiş etdirdiklərini göstərmək istəyiblər. Əslində, jurnalistin saxlanması ciddi səhv idi. Biz müdafiə tərəfi olaraq apelyasiya şikayəti verəcəyik”.
11 Mayıs 2013 Cumartesi
Azərbaycanda ilin əvvəlindən 40-a yaxın siyasi məhbus meydana çıxıb
Son vaxtlar Azərbaycanda siyasi, vətəndaş fəallarına, jurnalistlərə
və öz hüquqlarını müdafiə etmək üçün etiraz aksiyalarında iştirak edən
digər şəxslərə qarşı repressiyalar güclənib. Bu barədə Reportyorların
Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) bu gün keçirilən mətbuat
konfransında “Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının
koordinatoru Oqtay Gülalıyev bildirib.
Onun sözlərinə görə, ilin əvvəllərindən Azərbaycanda 40-a yaxın siyasi məhbus meydana çıxıb. Bu, “Binə” ticarət mərkəzinin sahibkarlarına qarşı etiraz aksiyasının iştirakçıları, İsmayıllı hadisələri ilə əlaqədar həbs edilənlər, o cümlədən ReAl hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu, NİDA hərəkatının fəalları, dindarlardır.
Bundan başqa, hakimiyyət mitinqlərdə iştiraka görə cəzanı 2 ayadək inzibati həbs olaraq sərtləşdirir, İnternetdə diffamasiyaya görə cinayət cəzası müəyyən edir.
Gülalıyev həmçinin hesab edir ki, mayın 7-də qəbul ediləcəyi gözlənilən amnistiya ümidləri doğrultmur. Bu akt siyasi məhbuslar problemini həll etmir. Bundan başqa, İsmayıllı hadisələri ilə bağlı həbs edilənlərin ittihamları ağırlaşdırılıb ki, onlar əfv altına düşməsin, Gülalıyev belə hesab edir.
Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılı qeyd edib ki, hakimiyyət repressiyaları gücləndirir və nüfuza, etibara malik və xalqı arxasınca apara biləcək hər kəsi təcrid etməyə çalışır. “Beləliklə onlar öz hakimiyyətini qorumaq istəyir. Bunun naminə millətin gen fondunu məhv edir. Bir çox istedadlı gənclər Azərbaycanda öz gələcəyini görmədiyi üçün ölkəni tərk edir”, deyə Hacılı bildirib.
Bununla belə, Hacılı hesab edir ki, fəalların həbsləri bütünlükdə cəmiyyəti qorxutmaq məqsədi daşıyır və buna görə cəmiyyət bu repressiyalara qarşı etiraz etməlidir.
Tədbirdə siyasi məhbusların doğmaları da iştirak ediblər.
Belə ki, “Səid Dadaşbəylinin qrupu” üzvlərinin anaları qeyd ediblər ki, onların övladları tamamilə uydurma ittihamla mühakimə edilib. Bu zaman onlar qrup üzvlərinin AŞPA məruzəçisi Kristof Ştrasser tərəfindən siyasi məhbus kimi tanınmasına baxmayaraq, AŞPA-nın bu qətnaməni qəbul etməməsindən təəssüflərini bildiriblər.
Görüş iştirakçılarından biri həyatını təhlükəyə ataraq, Xocalıda həlak olmuş sakinlərin cəsədlərini toplayanlardan biri olan müharibə veteranı Oruc Məmmədovun həbsinin ədalətsiz olduğunu qeyd ediblər. Məmmədov 2003-cü il prezident seçkilərindən sonra etiraz aksiyasında iştiraka görə həbs edilib. Lakin il yarım əvvəl o, yenidən saxta ittihamla həbs edilib və fırıldaqçılıq ittihamı ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
NİDA hərəkatının həbs edilmiş fəalı Zaur Qurbanlının anası Səkinə Qurbanlı bu iş üzrə həbs edilmiş 7 fəalın hamısına qarşı ittihamların əsassız olduğunu qeyd edib. O deyib ki, oğlu ilə qürur duyur və onun həbsindən sonra NİDA hərəkatına üzv olub. Onun fikrincə, hakimiyyət həbslərlə cəmiyyətin ədaləysizliyə və özbaşınalığa qarşı müqavimətini sındıra bilməyəcək.
Müzakirələrin yekunlarına görə, hakimiyyəti bütün siyasi məhbusları azad etməyə çağıran bəyanat qəbul edilib (contact.az).

"Nida" vətəndaş hərəkatına yaxın olan gənc qız
intihar edib. Bu barədə məlumatı Nilufər Məhərrəmovanın dostları facebook-da yazıblar. İntiharın təfərrüatlarına gəlincə, hər şey Nilufər Məhərrəmovanın bloq yazısından sonra başlayıb. O, öz bloqunda "Sivil demokratik ve hüquqi dövlet uğrunda" adlı məqaləsini (http://nilufermeherremovablog.wordpress.com/2013/04/06/sivil-demokratik-ve-huquqi-dovlet-ugrunda) paylaşıb. Bundan sonra gənc qıza təzyiqlər başlayıb. Hətta, onun polis əməkdaşları tərəfindən döyüldüyü barədə iddialar da var. Nəticədə, Nilufərin evdə anası ilə mübahisəsi yaranıb. Mübahisədən dərhal sonra isə qız özünü altıncı mərtəbədən atıb. Mingəçevir şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə mayın 7-dən 8-nə keçən gecə qeydə alınıb. Şəhər sakini, 20 yaşlı Nilufər Aqşin qızı Məhərrəmova özünü yaşadığı binanın 6-cı mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
20 yaşlı Nilufər Məhərrəmovanın ailədə problemi olub. Bu barədə Mingəçevir şəhər polis bölməsindən ANS PRESS-ə məlumat verilib. İlkin araşdırmalar zamanı onun özünü pəncərədən atmamışdan əvvəl evdə valideynləri ilə mübahisə etdiyi deyilir. Nilufərin anası qızını danlayıb. Sonradan isə qız intihar edib. “Yeni Müsavat” əməkdaşı N.Məhərrəmovanın bloqunda yer alan yazının ona məxsus olmadığını aydınlaşdırıb. Ümumiyyətlə N.Məhərrəmovanın bloqunda 2 yazı var.
"Sivil demokratik ve hüquqi dövlet uğrunda" adlı yazı 24 iyun 2009-cu ildə Günaz.tv saytında (http://www.gunaz.tv/index.php?id=4&;sID=539&lang=1&action=results&poll_ident=5) Hikmət İbrahimoğlu Allahverdiyev (Kəngərli) imzası ilə yer alıb.
N.Məhərrəmovanın bloqundakı 2-ci yazı isə “Azərbaycanda ictimai fikrin süni formalaşdırıması” adlanır. Həmin yazı bu bloqda yerləşdirilməzdən əvvəl - 24 noyabr 2012-ci ildə facebook sosial şəbəkəsində “Demokratiya TV” adlı istifadəçinin (https://www.facebook.com/pages/Demokratiya-TV/380319905311414) səhifəsində yer alıb. Hazırda həmin yazı istifadəçinin saytındadır. Bundan başqa bu yazını digər 2 facebook istifadəçisi də paylaşıb və sonradan sosial şəbəkədəki divarlarından naməlum səbəbdən siliblər.
Tamamilə mümkündür ki, yazını silən istifadəçilər bunu hansısa təzyiqlərin qarşılığında ediblər. Bu məlumatlar N.Məhərrəmovanın yazmadığı yazılara görə intihar etməsi haqda iddiaların heç də əsassız olmadığını deməyə əsas verir. Onun Mingəçevir şəhərindəki parkda polis zorakılığına məruz qalması haqda məlumatlar da yayılan iddianı bir qədər də gücləndirir.
N.Məhərrəmovanın təhsil aldığı Mingəçevir Politexnik İnstitunun tələbələrindən biri adının çəkilməməsi şərti ilə “Yeni Müsavat”a bunları deyib: “Nilufər institutun fəal tələbələrindən idi. O, institutun “Piratlar” adlanan komandasında çıxışlar edir, tədbirlərdə fəal iştirak edirdi.
Bu videoda N.Məhərrəmova “O olmasın bu olsun” tamaşasında ərə getmək istəyən qızın anası rolunu ifa edir
Bu günlərdə institutda baş tutacaq tədbirə qatılmaqdan demonstrativ imtina etdi. Bundan sonra onu rektorluğa çağırmışdılar. İnstitutda danışırlar ki, onu polisə də aparıblar, güclü təzyiq göstəriblər, hətta döyüblər də. Bundan sonra evə qayıdıb, evdə də onu danlayıblar. Bundan sonra Nilufər intihar edib”.
Digər bir tələbə isə N.Məhərrəmovanın intihardan əvvəl özünü öldürməyə cəhd etdiyini də söylədi: “Nilufər 3-cü kursda oxuyur. O institutdakı tədbirə getmək istəməmişdi. Buna görə Mingəçevir Təhsil Şöbəsində işləyən əmisi Leysana irad bildirilmişdi, Nilufərin ailəsində söz-söhbət olmuşdu. Bundan sonra Nilufər özünü Kür çayına atmaq istəmişdi. Onu tələbə yoldaşları fikrindən daşındırmışdılar. Özünü pəncərədən atmazdan əvvəl facebook səhifəsindəki bütün fotolarını da silib”.
Həmsöhbətimiz bildirdi ki, N.Məhərrəmova liberal baxışları ilə tələbələrin bir çoxundan fərqlənib: “Müəllimlərin bəziləri onu fikirlərinə, davranışlarına görə danlayırdılar. Nilufər deyirdi ki, mühit onu sıxır. Onu polisə aparanda da deyiblər ki, şəhərə yeni dəb gətirmə. Bloqundakı yazıları da irad tutublar. Yəni onu fikirlərinə görə çox sıxırdılar, hər addımda təzyiq göstərirdilər”.
Rayondakı mənbələrimizdən aldığımız məlumata görə N.Məhərrəmovanın atası Rusiyada işləyir. Mingəçevirdə olduğu vaxtlarda da şəxsi avtomobili ilə taksi xidməti göstərməklə ailəsini dolandırır: “Nilufərin bir qardaşı var. O, ötən il Mingəçevir Politexnik İnstituna daxil ola bilmədi. Hazırda hərbi xidmətdədir”.
Mənbəmiz deyib ki, N.Məhərrəmovanın intiharından sonra onların Mingəçevirin Moqamayev küçəsindəki evlərinin qarşısına polis postu qoyulub: “Yas məclisində iştirak edənlərin heç biri Nilufərin intiharının səbəbi haqda danışmaq istəmir. Deyilənə görə əmisi Leysan hər kəsə ölümün səbəbi haqda danışmamağı tapşırıb. Nilufərin polisdə döyülməsini gizlətmək istəyirlər. Buna görə də ona qara yaxmaqdan çəkinmirlər. Xəbər yayırlar ki, güya Nilufərin psixi problemləri olub”.
Nilufər Məhərrəmovanın dayısı Leysan Yusubov isə "Azadlıq" radiosuna qızın intihar etmədiyini deyib. Bildirib ki, hadisədən az əvvəl anası ilə mərhumun yüngül mübahisəsi olub. Buna görə balkonda ağlayan qız birdən huşunu itirib və balkondan yıxılıb.
Leysan Yusubov Nilufər Məhərrəmovanın bir il öncə evdən qaçması haqda deyilənləri də təsdiqləyib. Həmçinin onun dini sektalardan birinin üzvü olduğunu söyləyib.
Nilufər Məhərrəmovanın son bloq yazısından sonra təzyiqlərə məruz qalması və hətta polisə çağırılaraq döyülməsi haqda mətbuatın yazdıqları ilə bağlı sualı isə Leysan Usubov cavablandırmayıb. O, sualdan sonra telefonu söndürüb və bir daha zənglərə cavab verməyib.
Mingəçevir Polis İdarəsinin rəisi Ələsgər Bədəlov mərhumun polis tərəfindən təzyiqə məruz qalması haqda söylənənləri təkzib edib. O deyib ki, həmin qızın gənc fəal və ya bloqqer olmasından xəbərsizdirlər. Mərhumun ailəsi barədə bunları bildirib: «Atası xəstədir, anası tibb bacısı. Adi ailədir. Nə ailə, nə qız heç nəylə diqqət çəkməyiblər».
Mingəçevir şəhər Prokurorluğundan isə deyiblər ki, onlar qızın ölüm şəraitini araşdırırlar. Ona təzyiq edilməsi haqda deyilənlərdən xəbərsizdirlər. Şəhər Prokurorluğunun məlumatına görə, mayın 7-də gecə saatlarında şəhər sakini, 20 yaşlı Nilufər Aqşin qızı Məhərrəmova özünü yaşadığı binanın 6-cı mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
28 Nisan 2013 Pazar
23 Aprel hərakatının il dönümü
Artıq bir il dir ki,23 Aprel hərəkatı ölkəmiz də baş verən hadisələrdə və qanunsuzluk hakimiyyət tərəfində və həmçinin xalqımızın haqqını tələb edən gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları ölkədə nail olana qədər davam edəcək.
23Aprel hərəkatı öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları ölkədə nail olana qədər davam edəcək.
Neft Fondu 570 milyon dollar itirib
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 523,4 mln. manat, büdcə xərcləri isə 2 929,6 mln. manat təşkil edib.
ARDNF-in yaydığı məlumata görə, I rübdə Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 413 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 410,7 mln manat, tranzit gəlirləri 2,1 mln. manat, bonus ödənişləri 0,2 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,01 mln. manat təşkil edib.
«APA-Economics»in məlumatına görə, hesabat dövründə Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 110,4 mln. manata bərabər olub.
Fondun 2013-cü il büdcəsinin icrası çərçivəsində 2 840,4 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 49,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 27,2 mln. manat vəsait ayrılıb. «Bakı-Tbilisi-Qars yeni dəmir yolu» layihəsinin maliyyələşdirilməsinə ARDNF-dan 1,1 mln. manat vəsait ayrılıb, 3,8 mln. manat vəsait «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə yönəldilib. Bu ilin I rübündə Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 7,8 mln. manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri 446,8 mln. manat (təxminən 570 mln. dollar) təşkil edib.
Aprelin 1-nə Fondun aktivləri 2013-cü ilin əvvəlinə nisbətən 0,6% artaraq 34 325,7 mln. ABŞ dollarına çatıb. Ötən ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 aprel 2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 18 356 kq (590 146 troya unsiyası) təşkil edib.
Hökumət gələcək nəsillərin pulunu xərcləyir
Azərbaycan neft ixracatından 84 milyarddan çox gəlir əldə edib
İqtisadi Tədqiqatlar Mərkəzi ABŞ-ın Gəlirlərə Nəzarət Institutunun dəstəyi ilə “Azərbaycanda və Qazaxıstanda neft gəlirlərinin idarəedilməsi” mövzusunda apardığı tədqiqatların müzakirəsini davam etdirir. Akademik dairələrdə və universitetlərdə aparılan müzakirələrin budəfəki ünvanı Azərbaycan Universiteti olub.
Universitetin rektoru Eldar Qəhrəmanov bildirib ki, bu müzakiərlər “Neft-qaz gəlirlərinin uzunmüddətli dövrdə idarəolunması strategiyası”nın və “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının icrasına töhfə vermək məqsədi daşıyır.
Daha sonra layihənin rəhbəri, Iqtisadi Tədqiqatlar Mərkəzi Idarə Heyətinin üzvü Qubad Ibadoğlu araşdırmanın nəticələrini təqdim edib. O bildirib ki, bu ilə qədər Azərbaycan “Əsrin müqaviləsi” və digər müqavilələrin reallaşması nəticəsində 84 milyard dollar vəsait əldə edib ki, onun da 60 faizi - 50 milyard dolları artıq xərclənib. Cari ildə daha 14 milyard dolların xərclənəcəyini qeyd edən Q.Ibadoğlunun sözlərinə görə, rəsmi hesablamalar 2024-cü ilədək 1 barelin orta hesabla 80 dollar olacağı halda Azərbaycanın 145,3 milyard dollar neft və qaz gəlirləri əldə edəcəyini göstərir. Bu il ərzində bütün müqavilələr üzrə müxtəlif ssenarilər (1 barelin 80, 90 və 100 dollar) əsasında aparılmış rəsmi hesablamalara görə, ölkənin minimum 11 milyard, maksimum isə 15 milyard dollaradək gəlir əldə ediləcəyi gözlənilir.
Diqqəti neft gəlirlərinin xərclənməsi problemlərinə çəkən Q.Ibadoğlu bu istiqamətdə institutların yaradılmasını, qaydaların olmasını və onlara əməl edilməsini vacib hesab edib: “Neft-qaz gəlirlərinin uzunmüddətli dövrdə idarəolunması Strategiyası”nda pik dövründə gəlirlərin ən azı 25 faizinin gələcək nəsillər üçün yığıma göndərilməsi nəzərdə tutulsa da, ötən il əldə edilmiş gəlirlərin faktiki olaraq 78 faizi xərclənib".
Ekspertin fikrincə, çox xərclənmənin gələcəkdə daha çox borclanmaya gətirəcəyini nəzərə alaraq gəlirlərin idarə olunması və xərclənməsi qaydalarında neft gəlirlərinin xərclənməsinə limit tətbiq olunması məqsəduyğundur. Bu istiqamətdə ABŞ-ın Gəlirlərə Nəzarət Institutunun ekspertləri ilə birgə apardıqları hesablamalardan danışan Q.Ibadoğlu onun nəticələrinin yaxın zamanlarda açıqlanacağını elan edib. Müzakirələrdə Azərbaycan Universitetinin professor-müəllim heyəti fəal iştirak edərək səmərəli təkliflərlə çıxış ediblər.
Neft gəlirlərindən istifadənin səmərəliliyinin artırılması sahəsində müzakirələr bundan əvvəl Qafqaz və Xəzər universitetlərində aparılmışdı.
Naxçıvanda qətlə yetirilən zabitlə bağlı yeni məlumatlar
Naxçıvanda yerləşən N saylı hərbi hissədə əsgər Rəfail Şahverdiyev tərəfindən qətlə yetirilən zabit Elşən Məmmədovun aprelin 22-də 3 mərasimi olub. “Azadlıq”a daxil olan məlumatda o da bildirilir ki, Elşən Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Istintaq Idarəsinin sabiq rəisi Tahir Kazımovun bacısı oğludur.
Elşən Məmmədovun özünə gəlincə, məlumatlara görə, o 2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olunub.
2005-ci ildə hərbi listeyi əla qiymətlərlə bitirən Elşən Məmmədov ali hərbi məktəbə qəbul olunub. Kursant yoldaşları arasında böyük nüfuzu olan Elşən Məmmədov qısa müddətdə tağım komandirinin müavini təyin edilib. Tədris və təlimdə fərqləndiyinə görə 2007-ci ildə Izmirdə Türkiyə Silahlı Qüvvələrinin təlimlərində iştirak edib. Elşən Məmmədovun qardaşı da hərbi xidmətini zabit kimi ön cəbhədə Qazaxda keçib.
Xatırladaq ki, əsgər Rəfail Şahverdiyev Elşən Məmmədovu yatdığı yerdə güllələyib. Faktla bağlı Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Narazısan? Demək, narkomansan!!!
Azərbaycanda tanınmış demirəm, hər bir adi, sıravi insanın
vicdanını ağrıdacaq, onu bütün gecəni yatmağa qoymayacaq külli miqdarda
biabırçı hadisə baş verir. Özü də demək olar ki, hər gün…
Agentliklərin informasiya toplusundan siyasətlə heç bir əlaqəsi
olmayan və demək olar ki, təsadüfən seçdiyim bir xəbəri misal kimi gətirmək istəyirəm.
Yanvarın 14-də Lənkəranda övladının müəllim tərəfindən
döyülməsi ilə bağlı “Bizim Yol” qəzetinə müraciət edən və qəzetdə şikayəti
işıqlandırılan valideyn Şahin Ağayev fevralın 6-da həbs edilib. Bu barədə TURAN
informasiya agentliyi xəbər verir. Ailə üzvlərinin məlumatına görə, səhər tezdən
Lənkəran şəhərindəki evlərinə basqın edilib. Qapı və pəncərəsi sındırıldıqdan
sonra evə daxil olan üzü maskalılar Ş.Ağayevi övladlarının gözü önündəcə döyərək,
əl-qolunu bağlayıb aparıblar. Evdə axtarış aparılsa da, heç nə tapılmayıb.
Ailə üzvləri baş verənlərin mətbuatda və sosial şəbəkələrdə
yayılan videoçarxla bağlı olduğunu güman edirlər, çünki videoçarxda adı çəkilən
məktəbin direktoru ailəni əməlinə görə cəzalandıracağına söz verib. Onun yaxın
qohumunun isə Narkotiklərlə Mübarizə İdarəsinin cənub Regional Şöbəsində işlədiyi
bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Orxan
Mansurzadə Ş.Ağayevin barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət
işi açıldığını və onun 7,6 qram marixuananı satarkən həbs edildiyini bildirib.
Ş.Ağayevin marixuana satmaq istədiyi şəxsin də məsuliyyətə cəlb edilməsi üçün tədbirin
görüldüyünü deyib. O.Mansurzadə həmçinin Ş.Ağayevin yayılmış videoçarxla bağlı
həbs olunmadığını qeyd edib.
Qeyd edək ki, yanvarın 14-də Lənkəran şəhər 8 saylı orta məktəbdə
Vüsalə adlı müəllimənin 6-cı sinif şagirdi Arzu Ağayevanı döyməsi ilə bağlı
şagirdin özü və atası Şahin Ağayev “Bizim Yol” qəzetinə müsahibə veriblər.
Ş.Ağayev videoçıxışında bildirib ki, müəllimin şilləsi nəticəsində qızının
qulaq pərdəsi partlayib, sırğası itib. Məktəb direktoru isə bildirib ki, Vüsalə
müəllimə tənbeh edilib.
Özünün deyil, başqasının uşağını döyən, onun qulaq pərdəsini
partladan Vüsalə müəllimə üçün ən böyük cəza yalnız tənbeh ola bilər. Doğma
qızının müdafiəsinə qalxmış ata isə, sözsüz ki, həbsə girməlidir, çünki bizdə
kiçikdən böyüyə qədər bütün “narazılar” nəticədə “narkoman” çıxır. Özü də
narazılığın səbəbindən asılı olmayaraq…
20 Nisan 2013 Cumartesi
Salam və rüşvət
Camaat robota ev işlərini görməyi öyrədir, ayıya futbol
oynamağı başa salır, bizdə də xalqı rüşvətə öyrəşdirirlər
Rüşvətxor ölkələr siyahısı tərtib edilsə, birinci olmasaq
da, ön sıraları tutacağımıza şübhə yoxdur. Heç kimə sir deyil ki, bu gün adicə
bir inşaata fəhlə düzəlmək üçün də az qalırlar rüşvət alsınlar. O vaxt rəhmətlik
Füzuliyə ayrılan məvacibi vermədikləri üçün və onun işini bizim idarələrdəki kimi
get-gələ saldıqları üçün rəhmətlik dözməyib belə deyib: “Salam verdim, rüşvət
deyildir deyə, almadılar.”
Salam və rüşvət. Bir-birini zidd iki şey; biri salamatçılıq,
sülh, sağlamlıqdır, dinimizin təməlidir. Digəri isə bunun tam əksidir, xəstəlikdir,
ölümdür, əziyyətdir, bu dünyada həbs, o dünyada atəşdir.
Birinin (salamın) verilməsi bəyəniləndir, lakin alınması
vacibdir. Digərinin (rüşvətin) verilməsi də, alınması da haram və böyük
günahlardandır.
Bizim məmləkətdə salamdan çox rüşvətin dəyəri, hörməti,
yuxarı başda yeri var. Hətta, o həddə ki, bunu israrla çatdırmaq üçün bəzən el
arasında deyirlər, “əşşi, bu zamanda adama pulsuz salam da vermirlər”. Şəksizdir
ki, bu söz bizim xalqın içindən çıxıb. Təsəvvür edirsinizmi ki, salamı pulla
versinlər və alsınlar. Məsələn, on min verirsən, salam verirlər. İslam düşmənləri
çox tədbirlidir, İslamı hər fürsətdə aradan aparmağa çalışırlar. Şeytanın
qulağı kar olsun, birdən eşidər və İslamın təməli olan, bütün dünyada verilən və
duaya, xeyirə səbəb olan salamı ləğv etmək istəyər. Və yaxud da Milli Məclis qərar
qəbul edər ki, insanlar bir-birinə salam verməsin, kimi salam verən görsəniz, həbs
edin. Cərimə edin. Məsələn, 5000 AZN-dən 25000 AZN-ə qədər. Edərlər, bunu da edərlər.
Misal üçün kimin ağlına gələrdi ki, aksiyada iştirak edənləri cərimələyərlər və
yaxud da məscidlərdəki xütbələr QMİ ilə, müvafiq icra hakimiyyəti ilə
razılaşdırılandan sonra verilməsi haqqında cızmaqara imzalanar. Çox əcaib və qəraibdir.
Bu gün-sabah salam vermək də pulla olar, yəni rüşvətlə. Bir
zamanlar yatsaq yuxumuza da girməzdi ki, həkim, polis pulla olar, rüşvətə hörmət,
haqq, şirinlik deyilər. Lakin buna bizi öyrəşdirdilər. İndi bəlkə bu
yazdıqlarım qəribə görünür. Hər şey öyrəşdirməkdən asılıdır. Camaat dəmirə
(robota) ev işlərini görməyi öyrədir, ayıya futbol oynamağı başa salır, bizdə də,
xalqı rüşvətə öyrəşdirirlər.
Nə deyim vallah, ümid edirəm ki, gün gələr, Füzulinin
dediyinin əksini deyərik. Rüşvət verəndə almazlar ki, bu salamatçılıq yox, xəstəlikdir,
atəşdir. Onda bizdə iftixarla deyərik: Rüşvət verdim, salam deyildir deyə,
almadılar...
“Elə bil keçən əsrin 37-ci ilində yaşayırıq”
Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov
“Media forum” saytının suallarını cavablandırıb
- Saxlandığınız cəzaçəkmə müəssisəsinin şəraitindən
razısınızmı?
- Bu müəssisə sovet dövründə tikilmiş bir binadır. Təsisatları
da eynilə o dövrdən qalmadır, Avropa standartlarına heç bir uyğunluğu yoxdur.
- Oktyabr ayında prezident seçkisi keçiriləcək. Prosesləri
izləyə bilirsinizmi?
- Bura ancaq iqtidar qəzetlərini buraxırlar. Müxalifətə aid
heç nə yoxdur. Televiziya da, radio da bu tipdədir. Elə bil müasir Azərbaycanda,
21-ci əsrdə deyil, keçən əsrin 37-ci ilində yaşayırıq. Yalnız bugünlərdə öz istəyimlə
ailə üzvlərim mənə müxalifət qəzetləri gətirib. Bu 2 ildə birinci dəfədir həmin
qəzetləri görürəm.
- Oktyabrda keçiriləcək prezident seçkisində hansı namizədə
dəstək verəcəksiniz?
- Azərbaycanın həqiqi istiqlaliyyəti uğrunda öz səyini əsirgəməyənə.
Bu şəxs ilk növbədə Qarabağ probleminin həlli yolunda iradəsini göstərməlidir.
Belə keyfiyyətləri daşıyan şəxsin varlığını bilsək, onun bu mübarizə yolunda
axıra qədər davam gətirəcəyini görsək, müşahidə etsək, namizədliyimizi də geri
götürməyə hazırıq. Bu namizəd hazırkı iqtidar kimi zalım, ədalətsiz yox, insani
keyfiyyətləri olan, ədalətli, vicdanlı biri olmalıdır. Hər hansı cərəyana
qulluq etməməlidir. Azərbaycanın azadlığını Avropanın yanında axtarmamalıdır.
Milli-mənəvi məsələlərə diqqət yetirməlidir.
Belə şəxslər var, 20 ildə özlərini göstərib. İnanıram ki,
xalqımız məhz o adamlara etimad göstərəcək.
- Sizin namizədliyiniz necə, gözlənilirmi?
- Lazım gələrsə, namizədliyimi irəli sürməyə hazıram. Bir şərtlə
ki, dostlarımız və xalqımız bunu istəsin, mənə etimad göstərsin. Belə halda
bunu özümə borc, vəzifə hesab edərək seçkidə iştirak edərəm.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.