Əlaqə
Popüler Yayınlar
20 Nisan 2013 Cumartesi
Salam və rüşvət
Camaat robota ev işlərini görməyi öyrədir, ayıya futbol
oynamağı başa salır, bizdə də xalqı rüşvətə öyrəşdirirlər
Rüşvətxor ölkələr siyahısı tərtib edilsə, birinci olmasaq
da, ön sıraları tutacağımıza şübhə yoxdur. Heç kimə sir deyil ki, bu gün adicə
bir inşaata fəhlə düzəlmək üçün də az qalırlar rüşvət alsınlar. O vaxt rəhmətlik
Füzuliyə ayrılan məvacibi vermədikləri üçün və onun işini bizim idarələrdəki kimi
get-gələ saldıqları üçün rəhmətlik dözməyib belə deyib: “Salam verdim, rüşvət
deyildir deyə, almadılar.”
Salam və rüşvət. Bir-birini zidd iki şey; biri salamatçılıq,
sülh, sağlamlıqdır, dinimizin təməlidir. Digəri isə bunun tam əksidir, xəstəlikdir,
ölümdür, əziyyətdir, bu dünyada həbs, o dünyada atəşdir.
Birinin (salamın) verilməsi bəyəniləndir, lakin alınması
vacibdir. Digərinin (rüşvətin) verilməsi də, alınması da haram və böyük
günahlardandır.
Bizim məmləkətdə salamdan çox rüşvətin dəyəri, hörməti,
yuxarı başda yeri var. Hətta, o həddə ki, bunu israrla çatdırmaq üçün bəzən el
arasında deyirlər, “əşşi, bu zamanda adama pulsuz salam da vermirlər”. Şəksizdir
ki, bu söz bizim xalqın içindən çıxıb. Təsəvvür edirsinizmi ki, salamı pulla
versinlər və alsınlar. Məsələn, on min verirsən, salam verirlər. İslam düşmənləri
çox tədbirlidir, İslamı hər fürsətdə aradan aparmağa çalışırlar. Şeytanın
qulağı kar olsun, birdən eşidər və İslamın təməli olan, bütün dünyada verilən və
duaya, xeyirə səbəb olan salamı ləğv etmək istəyər. Və yaxud da Milli Məclis qərar
qəbul edər ki, insanlar bir-birinə salam verməsin, kimi salam verən görsəniz, həbs
edin. Cərimə edin. Məsələn, 5000 AZN-dən 25000 AZN-ə qədər. Edərlər, bunu da edərlər.
Misal üçün kimin ağlına gələrdi ki, aksiyada iştirak edənləri cərimələyərlər və
yaxud da məscidlərdəki xütbələr QMİ ilə, müvafiq icra hakimiyyəti ilə
razılaşdırılandan sonra verilməsi haqqında cızmaqara imzalanar. Çox əcaib və qəraibdir.
Bu gün-sabah salam vermək də pulla olar, yəni rüşvətlə. Bir
zamanlar yatsaq yuxumuza da girməzdi ki, həkim, polis pulla olar, rüşvətə hörmət,
haqq, şirinlik deyilər. Lakin buna bizi öyrəşdirdilər. İndi bəlkə bu
yazdıqlarım qəribə görünür. Hər şey öyrəşdirməkdən asılıdır. Camaat dəmirə
(robota) ev işlərini görməyi öyrədir, ayıya futbol oynamağı başa salır, bizdə də,
xalqı rüşvətə öyrəşdirirlər.
Nə deyim vallah, ümid edirəm ki, gün gələr, Füzulinin
dediyinin əksini deyərik. Rüşvət verəndə almazlar ki, bu salamatçılıq yox, xəstəlikdir,
atəşdir. Onda bizdə iftixarla deyərik: Rüşvət verdim, salam deyildir deyə,
almadılar...
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.