Blog Arşivi

11 Mayıs 2013 Cumartesi

Azərbaycanda ilin əvvəlindən 40-a yaxın siyasi məhbus meydana çıxıb

Son vaxtlar Azərbaycanda siyasi, vətəndaş fəallarına, jurnalistlərə və öz hüquqlarını müdafiə etmək üçün etiraz aksiyalarında iştirak edən digər şəxslərə qarşı repressiyalar güclənib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) bu gün keçirilən mətbuat konfransında “Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının koordinatoru Oqtay Gülalıyev bildirib.
Onun sözlərinə görə, ilin əvvəllərindən Azərbaycanda 40-a yaxın siyasi məhbus meydana çıxıb. Bu, “Binə” ticarət mərkəzinin sahibkarlarına qarşı etiraz aksiyasının iştirakçıları, İsmayıllı hadisələri ilə əlaqədar həbs edilənlər, o cümlədən ReAl hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu, NİDA hərəkatının fəalları, dindarlardır.
Bundan başqa, hakimiyyət mitinqlərdə iştiraka görə cəzanı 2 ayadək inzibati həbs olaraq sərtləşdirir, İnternetdə diffamasiyaya görə cinayət cəzası müəyyən edir.
Gülalıyev həmçinin hesab edir ki, mayın 7-də qəbul ediləcəyi gözlənilən amnistiya ümidləri doğrultmur. Bu akt siyasi məhbuslar problemini həll etmir. Bundan başqa, İsmayıllı hadisələri ilə bağlı həbs edilənlərin ittihamları ağırlaşdırılıb ki, onlar əfv altına düşməsin, Gülalıyev belə hesab edir.
Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılı qeyd edib ki, hakimiyyət repressiyaları gücləndirir və nüfuza, etibara malik və xalqı arxasınca apara biləcək hər kəsi təcrid etməyə çalışır. “Beləliklə onlar öz hakimiyyətini qorumaq istəyir. Bunun naminə millətin gen fondunu məhv edir. Bir çox istedadlı gənclər Azərbaycanda öz gələcəyini görmədiyi üçün ölkəni tərk edir”, deyə Hacılı bildirib.
Bununla belə, Hacılı hesab edir ki, fəalların həbsləri bütünlükdə cəmiyyəti qorxutmaq məqsədi daşıyır və buna görə cəmiyyət bu repressiyalara qarşı etiraz etməlidir.
Tədbirdə siyasi məhbusların doğmaları da iştirak ediblər.
Belə ki, “Səid Dadaşbəylinin qrupu” üzvlərinin anaları qeyd ediblər ki, onların övladları tamamilə uydurma ittihamla mühakimə edilib. Bu zaman onlar qrup üzvlərinin AŞPA məruzəçisi Kristof Ştrasser tərəfindən siyasi məhbus kimi tanınmasına baxmayaraq, AŞPA-nın bu qətnaməni qəbul etməməsindən təəssüflərini bildiriblər.
Görüş iştirakçılarından biri həyatını təhlükəyə ataraq, Xocalıda həlak olmuş sakinlərin cəsədlərini toplayanlardan biri olan müharibə veteranı Oruc Məmmədovun həbsinin ədalətsiz olduğunu qeyd ediblər. Məmmədov 2003-cü il prezident seçkilərindən sonra etiraz aksiyasında iştiraka görə həbs edilib. Lakin il yarım əvvəl o, yenidən saxta ittihamla həbs edilib və fırıldaqçılıq ittihamı ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
NİDA hərəkatının həbs edilmiş fəalı Zaur Qurbanlının anası Səkinə Qurbanlı bu iş üzrə həbs edilmiş 7 fəalın hamısına qarşı ittihamların əsassız olduğunu qeyd edib. O deyib ki, oğlu ilə qürur duyur və onun həbsindən sonra NİDA hərəkatına üzv olub. Onun fikrincə, hakimiyyət həbslərlə cəmiyyətin ədaləysizliyə və özbaşınalığa qarşı müqavimətini sındıra bilməyəcək.
Müzakirələrin yekunlarına görə, hakimiyyəti bütün siyasi məhbusları azad etməyə çağıran bəyanat qəbul edilib (contact.az).

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel