Blog Arşivi

28 Nisan 2013 Pazar

Neft Fondu 570 milyon dollar itirib



Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 523,4 mln. manat, büdcə xərcləri isə 2 929,6 mln. manat təşkil edib.

ARDNF-in yaydığı məlumata görə, I rübdə Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 413 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 410,7 mln manat, tranzit gəlirləri 2,1 mln. manat, bonus ödənişləri 0,2 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,01 mln. manat təşkil edib.

«APA-Economics»in məlumatına görə, hesabat dövründə Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 110,4 mln. manata bərabər olub.

Fondun 2013-cü il büdcəsinin icrası çərçivəsində 2 840,4 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 49,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 27,2 mln. manat vəsait ayrılıb. «Bakı-Tbilisi-Qars yeni dəmir yolu» layihəsinin maliyyələşdirilməsinə ARDNF-dan 1,1 mln. manat vəsait ayrılıb, 3,8 mln. manat vəsait «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə yönəldilib. Bu ilin I rübündə Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 7,8 mln. manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri 446,8 mln. manat (təxminən 570 mln. dollar) təşkil edib.

Aprelin 1-nə Fondun aktivləri 2013-cü ilin əvvəlinə nisbətən 0,6% artaraq 34 325,7 mln. ABŞ dollarına çatıb. Ötən ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 aprel 2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 18 356 kq (590 146 troya unsiyası) təşkil edib.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel