Blog Arşivi

28 Nisan 2013 Pazar

Hökumət gələcək nəsillərin pulunu xərcləyir



Azərbaycan neft ixracatından 84 milyarddan çox gəlir əldə edib

İqtisadi Tədqiqatlar Mərkəzi ABŞ-ın Gəlirlərə Nəzarət Institutunun dəstəyi ilə “Azərbaycanda və Qazaxıstanda neft gəlirlərinin idarəedilməsi” mövzusunda apardığı tədqiqatların müzakirəsini davam etdirir. Akademik dairələrdə və universitetlərdə aparılan müzakirələrin budəfəki ünvanı Azərbaycan Universiteti olub.
Universitetin rektoru Eldar Qəhrəmanov bildirib ki, bu müzakiərlər “Neft-qaz gəlirlərinin uzunmüddətli dövrdə idarəolunması strategiyası”nın və “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının icrasına töhfə vermək məqsədi daşıyır.
Daha sonra layihənin rəhbəri, Iqtisadi Tədqiqatlar Mərkəzi Idarə Heyətinin üzvü Qubad Ibadoğlu araşdırmanın nəticələrini təqdim edib. O bildirib ki, bu ilə qədər Azərbaycan “Əsrin müqaviləsi” və digər müqavilələrin reallaşması nəticəsində 84 milyard dollar vəsait əldə edib ki, onun da 60 faizi - 50 milyard dolları artıq xərclənib. Cari ildə daha 14 milyard dolların xərclənəcəyini qeyd edən Q.Ibadoğlunun sözlərinə görə, rəsmi hesablamalar 2024-cü ilədək 1 barelin orta hesabla 80 dollar olacağı halda Azərbaycanın 145,3 milyard dollar neft və qaz gəlirləri əldə edəcəyini göstərir. Bu il ərzində bütün müqavilələr üzrə müxtəlif ssenarilər (1 barelin 80, 90 və 100 dollar) əsasında aparılmış rəsmi hesablamalara görə, ölkənin minimum 11 milyard, maksimum isə 15 milyard dollaradək gəlir əldə ediləcəyi gözlənilir.
Diqqəti neft gəlirlərinin xərclənməsi problemlərinə çəkən Q.Ibadoğlu bu istiqamətdə institutların yaradılmasını, qaydaların olmasını və onlara əməl edilməsini vacib hesab edib: “Neft-qaz gəlirlərinin uzunmüddətli dövrdə idarəolunması Strategiyası”nda pik dövründə gəlirlərin ən azı 25 faizinin gələcək nəsillər üçün yığıma göndərilməsi nəzərdə tutulsa da, ötən il əldə edilmiş gəlirlərin faktiki olaraq 78 faizi xərclənib".
Ekspertin fikrincə, çox xərclənmənin gələcəkdə daha çox borclanmaya gətirəcəyini nəzərə alaraq gəlirlərin idarə olunması və xərclənməsi qaydalarında neft gəlirlərinin xərclənməsinə limit tətbiq olunması məqsəduyğundur. Bu istiqamətdə ABŞ-ın Gəlirlərə Nəzarət Institutunun ekspertləri ilə birgə apardıqları hesablamalardan danışan Q.Ibadoğlu onun nəticələrinin yaxın zamanlarda açıqlanacağını elan edib. Müzakirələrdə Azərbaycan Universitetinin professor-müəllim heyəti fəal iştirak edərək səmərəli təkliflərlə çıxış ediblər.
Neft gəlirlərindən istifadənin səmərəliliyinin artırılması sahəsində müzakirələr bundan əvvəl Qafqaz və Xəzər universitetlərində aparılmışdı.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel