Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
9 Ekim 2013 Çarşamba
Cəmil Həsənlinin Seçki Qərargahı: “Milli Şura elan olunacaq nəticələri etimad göstərə bilməz”
Milli Şuranın prezidentliyə vahid
namizədi Cəmil Həsənlinin Seçki Qərargahı ilk bəyanatını yayıb. Musavat.com-a
daxil olan bəyanatda deyilir: “9 oktyabr 2013-cü il seçkilərinin başladığı
andan bütün ölkə ərazisində seçki məntəqələrindən səsvermənin nəticələrinə
ciddi təsir edəcək qanun pozuntuları və saxtalaşdırma halları barədə məlumatlar
almaqdayıq. Qanun pozuntuları barədə xəbərlər təkcə Cəmil Həsənlini təmsil edən
müşahidəçilərdən, məşvərətçi səs hüquqlu seçki komissiyası üzvlərindən, onun
vəkillərindən və səlahiyyətli nümayəndələrindən deyil, səs verən tərəfsiz
seçicilərdən və tərəfsiz müşahidəçilərdən də daxil olur, eyni zamanda, mediada
bu haqda əsaslı məlumatlar, foto və videogörüntülər yayılır”.
Saxtakarlıq olmasa Cəmil həsənli qalıb olacaq
mənim ölkəm verdiyi xəbərə görə :
“BBC”news verdiyi xəərə istinadən ,Azərbaycanda keçirilən prezident seçkilərindən iştirakçıların əksəriyyəti İlham əliyevin muxaliflri dir.
Milli şuranın sədri Cəmil həsənlinin tərfdaralrı ciddi şəkildə seçki məntəqələrinə hazir olub səs veriblər.
Amma əqər saxtakarlıq baş verməsə Cəmil həsənlinin qələbəsi ihtimalı yüksək dərəcədə dir.
“BBC”news verdiyi xəərə istinadən ,Azərbaycanda keçirilən prezident seçkilərindən iştirakçıların əksəriyyəti İlham əliyevin muxaliflri dir.
Milli şuranın sədri Cəmil həsənlinin tərfdaralrı ciddi şəkildə seçki məntəqələrinə hazir olub səs veriblər.
Amma əqər saxtakarlıq baş verməsə Cəmil həsənlinin qələbəsi ihtimalı yüksək dərəcədə dir.
Cəmil Həsənlinin Seçki Qərargahı seçki qanunsuzluqları ilə bağlı yenə onlarla fakt açıqladı
22 saylı Nəsimi seçki dairəsinin
9 saylı məntəqəsindən verilən məlumata görə, bu məntəqə ərazisində qeydiyyatda
olan çoxsaylı seçicilərin adı seçici siyahılarına daxil edilməyib.
121 saylı Laçın seçki dairəsinin
16 saylı məntəqəsindən verilən məlumata görə, bu məntəqədə 1 nəfərə ailə üzvlərinin səsvermə hüququ olan bütün seçicilərin
əvəzinə səsvermə imkanı yaradılır. Bu
qanunsuzluğa etiraz edən müşahidəçilərə isə “Hara istəyirsiniz, ora şikayət
edin”, deyə cavabı verilir.
İnsan Hüquqları Klubu 2013-cü ildə həbs olunmuş və azadlıqdan məhrum edilmiş fəalların siyahısını təqdim edib.
Həbs olunmuş şəxslər
Bağırov Taleh - ilahiyyatçı
Məlikov Anar - Taleh
Bağırovun sürücüsü
Əsgərov Röyal - dini fəal
Qurbanov Bəxtiyar - dini fəal
Nə qədər ki, rejimi tənqid edən şəxslər həbsdədir, ifadə azadlığı təmin olunmayıb prezident seçkisi ədalətli sayılmayacaq
Arannews- mətbuat azadlığı sahəsində aparıcı QHT-lər və jurnalistlərdən ibarət Beynəlxalq Tərəfdaşlıq
Qrupu Azərbaycanla bağlı bəyanat verib. Sənəddə Azərbaycanda hüquq və
azadlıqlar sahəsində ciddi problemlər olduğu qeyd edilir, prezident seçkisinin
azad və ədalətli keçirilməsi üçün həbsdə olan jurnalist və bloqçuların, hüquq
müdafiəçilərinin azad olunması çağırışı yer alır.
oxucuların nəzərinə çatdırır ki, seçki pozuntuları ilə bağlı ən son məlumatlar bu bölmədən dəyərli oxuculara çatdırılacaq
Milli Şuranın prezidentliyə namizədi Cəmil
Həsənlinin Seçki Qərargahı seçki pozuntuları ilə bağlı növbəti pres-relizi təqdim
edib:
16 saylı Yasamal ikinci seçki dairəsinin 1
saylı məntəqəsindən verilən məlumata görə, həmin məntəqədə Torpaq Komitəsinin
işçiləri dəfələrlə təkrar səsverməyə cəlb olunur. Seçicilərin barmaqlarına mürəkkəb
vurulmur.
18 saylı Nərimanov-Nizami seçki dairəsinin
35 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Mütalib
Novruzovun verdiyi məlumata görə, bu məntəqədə seçki qutusuna külli miqdarda
seçki bülleteninin topa halında atıldığı aşkar edilib.
Saxta bülletenlər. Küncü kəsilməmiş seçki bülletenləri
Sosial şəbəkələrdə seçki məntəqələrində saxtakarlıq faktlarını əks etdirən
bir sıra foto və video görüntülər yayılıb. "Meydan.tv" belə saxtakarlıqlardan
birini - küncləri kəsilmiş, öncədən işarələnmiş bülletenlərin şəklini foto-fakt
olaraq təqdim edib.
125 yaşlı nənə səs verdi
Ən yaşlı seçici 92 saylı Zərdab-Ucar seçki dairəsində olan Zərdab
rayonunun Məlikli kənd sakini 125 yaşlı Bayramova Süfü Mikayıl qızı bu gün səsvermə
hüququndan istifadə edib. 125 yaşlı nənə daşınan seçki qutusunda səs verib.
Hazırda 3 övlad, 9 nəvə və altı nəticə sahibi olan Süfü Bayramova keçmişdə
kolxoz, barama və müxtəlif əkin təsərrüfatlarında işləyib.
Budəfəki seçkidə 10 namizəd mübarizə aparır.
AXCP sədri Əli Kərimli də səsvermədə iştirak edib
İsa Qəmbər səs verdi
Müsavat Partiyasının başqanı İsa Qəmbər həyat yoldaşı Aida Bağırova ilə
birlikdə bu gün saat 10 radələrində Nərimanov II Seçki Dairəsinin 23 saylı məntəqəsində
səs verib
Bu gün səhər saat 8.00-dan etibarən Azərbaycan Respublikasında növbəti
prezident seçkisinin səsverməsi başlayıb.
MSK-dan mobil seçki saxtakarlığı
Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar IOS və Android
telefonlar üçün tətbiqetmələr düzəldib. Tətbiqetmələri oktyabrın 8-də mobil
telefonuna yükləyən istifadəçilər bu gün olacaq seçkilərin nəticələri ilə
qarşılaşıblar. Belə ki, səsvermədə İlham Əliyevin 72.76%, Cəmil Həsənlinin
7.4%, Qüdrət Həsənquliyevin 5.24% olduğu görünür. Hətta seçici fəallığı, seçki
məntəqəsinin adı, saatlara görə nə qədər seçicinin səs verdiyi də qeyd olunub.
Hazırda isə həmin bölmə telefonlarda bağlıdır və daxil olarkən "Bu bölmə
seçki günü aktiv olacaq" yazılıb. Böyük ehtimalla tətbiqetməni
hazırlayanlar həmin bölməni "bağlı" etməyi unudublar (meydan.tV).
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev
"Azadlıq" radiosuna bildirib ki, baş verənlərin MSK-ya aidiyyatı
yoxdur:
8 Ekim 2013 Salı
İlhamla Mehriban arasında küsmək
Azad yaşa
verdiyi xəbərlərə istinadən,hakimiyyətin
yaxınları yayılmış xəbərlərə görə ,İlham əliyev və Mehriban əliyeva arasında
prezident namizədliyinə xatır ailə münaqişəsi baş verib.Son zamanlarda belə bir
mübahisələr artıb və tanışlar vasitəsi ilə yayılıb.
23 Aprel hərəkatı beynəlxalq təşkillatlara müraciət etdi.
23 aprel hərəkatı polislə qarşılaşma istəmır
ancaq ədalətsizlik əleyhinə münarizə aparır və məhbusların azadlığını istəyir.
ölkənin büdcəsindən bir firqə və cinahın mənafeləri üçün bir manat xərcləmək haramdır
Biz sədaqətli,
qayğıkeş, dəyərlərə sayğılı, xalqı sevən bir dövlət istəyirik. Bizim
arzuladığımız hökumət xalqın əqidə və istəklərinə təhlükə yox, fürsət kimi
baxmalıdır. Biz insanların şəxsi həyatına müdaxilə, əqidələrin təftişi,
casusluq, mətbuat üzərində nəzarət, azad sözün boğulması kimi halları məmləkət
və xalqın zərərinə sayırıq. Bizim mövqeyimiz budur ki, ölkənin büdcəsindən bir
firqə və cinahın mənafeləri üçün bir manat xərcləmək haramdır.
Çıxış yolları
- Dövlətin xalq
qarşısında birbaşa öz məsuliyyətini qəbul etməsi, hökumətin yaranmış
problemlərlə bağlı sualları cavablandırması.
- Seçkilər üçün
nəzərdə tutulmuş qanun və qərarların tam şəkildə icrası; xalqda azad və
ədalətli rəqabətə etimad yaradılması.
- Siyasi
məhbusların azad edilməsi, onların şəxsiyyətinin qorunması.
- Mətbuat
azadlığı, tənqidçi qəzetlərin nəşrinə icazə verilməsi.
- Azad toplaşma və
partiyaların yaradılması sahəsində xalqın hüquqlarının tanınması.
- Qeyri-dövlət
təyinatlı, ictimai kanalların azad fəaliyyəti, vətəndaşlar arasında
ayrıseçkiliyə son qoyulması.
Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası yayılan şayiələrə 23Aprel hərəkatı bəyanat verir.
Sosial şəbəkələrdə yayılmış şayiələrə istinadən bəyanat verir ki, 23Aprel hərəkatı
prezident seçkilərində heç bir namizədlərdən müdafiə və himayə etmir.
Amma Azərbaycan xalqını 9 oktyaberdə
seçki məntəqələrində dəvət edir və xalqın seçdiyi namizədi ilə hörmətlə
yanaşır.
23 Aprel hərəkatının üzvləri və fəal iştirakçıları yalnız həbsdə olan məhbusları
xüsusi ilə dindarların tezli ilə
azadlığa buraxılması,ölkədə islahat və bərabər hüquqları tələb edir.
"Qələcək xalqın əllərinin vasitəsi
ilə abad olacaq"
Cəmil həsənli-nin şansi daha çoxdur
"GALLUP
World" beynəl xalq statistik təşkilatı Azərbaycan rerspublıkasının 2013-cü il prezident
seçkilərinə namizədlər arsında səsvermə göyü.
Azad yaşa
verdiyi məlumatına görə Cəmil həsənli
birinci yerini qazanıb və İlham
əliyev də ikinci yerdə dir Araz əlizadə ,İqbal ağazadə və Sərdar məmədov da
növbəti yerləri tutublar.
Yeri
gəlmişkən bütün dünya Azərbaycan seçkiləri izləyir.
Qeyd etmək
lazım dırki, " GALLUP World " müəssisəsi dünyada ən etibarli
istatistik təşkilatlarının biri sayılır.
Prezident namizədliyin nəticəsi Azadlıq radiosunun sorğusunda məlum olub
Azadlıq radiosu saytına
verdiyi sorğuya Cəmil həsənli irəllidir və özünə artıq rəy toplayıb,İlham əliyev
isə ikinci yeri qazanıb.bu sorğu da Cəmil həsənlinin fanatları İlham əliyevin tərəfdarlarına
iştirakı ılə artıq daha çoxdur.
23 aprel hərəkatı zorakılıqdan uzaqlığı, dinc mübarizə çərçivəsində işləyir.
23 aprel hərəkatı zorakılıqdan
uzaqlığı, dinc mübarizə çərçivəsini özünə şüar etmiş bir hərəkatdır. Bu hərəkat
hər bir zaman məhz xalqın amansızlığa qurban olduğuna inanır. Hərəkata görə
dialoq, dinc aksiya, zorakılıqdan uzaqlıq əsas prinsiplərdir. 23 aprel hərəkatı
zaman və şəraiti nəzərə alaraq dinc aksiyanın bütün imkanlarından istifadə
edəcək.
Hələ də xalqın etimadını qazanmaq olar
Nə qədər ki,
gec deyil, bu yoldan qayıtmaq lazımdır. Hələ də xalqın etimadını qazanmaq olar.
Ölkəmizin təhlükəsizliyi bundan asılıdır. İnqilab övladlarını həbsxanalardan
azad edin. Vətəndaşlar onların dostlarını, iş yoldaşlarını və övladlarını
hansısa şübhələrlə və qondarma ittihamlarla həbs edən bir hökumətə necə inana
bilər?! Cəmiyyətdə məxfilik rejimi yaratmaq xalqın hökumətə qarşı hisslərini
zədələməkdən başqa bir şey deyil. Azad mətbuat sağlam cəmiyyətin tənəffüs
yoludur. Xalqın etimadını bərpa etmək istəyirsinizsə, bu yolu bağlamayın.
siyasi məhbusların həbsinə etirazlar haqda ölkənin hər bir yerindən bu hərəkata çoxlu xəbərlər çatır
Qarşıdakı seçkilərin vəziyyətinə,
eləcə də siyasi məhbusların həbsinə etirazlar haqda ölkənin hər bir yerindən bu
hərəkata çoxlu xəbərlər çatır. Əminik ki, bu reaksiyalar şəxsi maraqlardan ötrü
deyil, ölkəmizə sırınan yeni siyasi duruma qarşı nigaranlıqdan irəli gəlir. Son
bir neçə ayda ölkəmizdə müşahidə etdiyimiz işlərin indiyədək analoqu görünməmişdi.
Xalqımız ölkəsinin gələcəyinin və müstəqilliyinin təhlükə altına düşməsindən
çox nigaran olduğuna görə baş verən hadisələri təşvişlə izləyir.
23 Aprel hərəkatı ölkəmizin qeyrətli
xalqının və gənclərinin nümayəndəsi kimi, dövlət rəsmilərinin ağılsız və
zülmkar hərəkətlərinə qarşı kəskin etirazını dünyanın bütün haqsevər
insanlarına elan edir.
7 Ekim 2013 Pazartesi
Statistikada Cəmil həsənli prezident olması ihtimali çox dur.
"CNN politics"
beynəl xalq statistik təşkilatı
Azərbaycan rerspublıkasının 2013-cü il
prezident seçkilərinə iki namizəd arsında sorğu göyü və iştirakçılarından seçki
atmosferi də qiymətləndirib.
Azad yaşa verdiyi məlumatına
görə Cəmil həsənli 49% və İlham əliyev də 46% vota alınıb.
Qeyd etmək lazım dırki, "CNN
politics" müəssisəsi dünyada ən etibarli və mühüm istatistik təşkilatlarının
biri sayılır.
23 Aprel hərəkatı beynəlxalq təşkillatlara müraciət etdi.
Bu məktubda Azərbaycan
ıqtısadyatı , İctimai azadlıqlara və məhbusların azadlıq mövzularına
xatırlayıb.
Həmçinin Azərbaycan
xalqının istəklərini onlara çatdırıb.
Əliyevlər dünyanın gündəmində
1. Azərbaycanın dövlət başçısı Ilham Əliyev və ailəsinə məxsus, ofşor zonalarda
qeyddiyatdan keçmiş şirkət lər barədə ICIC (Beynəlxalq Araşdırmaçı Jurnalistlər
Konsorsiumu) təşkilatının son
araşdırmaları haqda məlumat vermişdik. Bu xəbər dünya mətbuatının gündəminizə bt
etməkdədir. Qardaş Türkiyə mediasında da bu xəbər böyük müzakirə mövzusuna çevrilib.
Azərbaycanda son illər boşananlar iki dəfə artıb
Azərbaycanda ötən il nikaha girənlərin 10 faizi boşanıb. Bu da son yeddi ildə boşanma hallarının iki dəfə artdığını göstərir.2002-ci ildə isə bu göstərici 5 faiz təşkil edib.
Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, ötən il ölkədə 78,9 min nikah qeydə alınıb. Boşanmaların sayı isə 7,8 min olub.
Azərbaycanda son illər boşanmaların artması narahatlıq yaradıb.Ekspertlər boşanmaların sayının artmasını müxtəlif səbəblərlə əlaqələndirirlər.
Təqaüdçüləri ən az pul alan ölkə – Azərbaycan
«Yalnız burada minimal pensiya yaşayış minimumundan aşağıdır»
Yaşayış minimumu 95 manat olan ölkədə pensiyaçılar 85 manata necə yaşayır?
Azərbaycan hökuməti mütəmadi olaraq əhalinin sosial rifahına yönəlmiş addımlar atdığını bəyan etsə də, bunun həqiqət olmadığı heç kəsə sirr deyil. Neftdən gələn milyonları bəzən əhəmiyyətsiz layihələrə sərf edən hökumət əhalinin aztəminatlı hissəsini tamam yaddan çıxarıb. Stadionlara, körpülərə, əyləncə mərkəzlərinə milyardlarla dollar xərclənən ölkədə təqaüdçülərin aldığı vəsait nəinki bir aylıq dolanışığa, heç kommunal xərclərin ödənilməsinə bəs etmir.
Yaşayış minimumu 95 manat olan ölkədə pensiyaçılar 85 manata necə yaşayır?
Azərbaycan hökuməti mütəmadi olaraq əhalinin sosial rifahına yönəlmiş addımlar atdığını bəyan etsə də, bunun həqiqət olmadığı heç kəsə sirr deyil. Neftdən gələn milyonları bəzən əhəmiyyətsiz layihələrə sərf edən hökumət əhalinin aztəminatlı hissəsini tamam yaddan çıxarıb. Stadionlara, körpülərə, əyləncə mərkəzlərinə milyardlarla dollar xərclənən ölkədə təqaüdçülərin aldığı vəsait nəinki bir aylıq dolanışığa, heç kommunal xərclərin ödənilməsinə bəs etmir.
Ölkəni silkələyən əsgər ölümü
«Bu, sizin də başınıza gələ bilər»
2013-cü ilin ilk yarısında 41 hərbçi dünyasını dəyişib, 50-yə yaxını isə yaralanıb.
Əsgər ölümü ilə bağlı cinayət işi başladı
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun ölümü ilə bağl ıcinayət işi başlanıb.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırışüzrə Dövlət Xidmətinin Gəncə şəhərinin Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Eminİlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində ölüb.
Əliyev Britaniyanın sənət jurnalında da "diktator" adlandırıldı
"Bakı ya uçuş" layihəsi diqqəti repressiyalardan yayındırmaq üçün incəsənətdən istifadə deyilmi?"
"Bəlkədə bu rəssamların çardaxlarında repressiya və dikatorluğu, hakim ailənin ölkənin pullarını xaricdə şöhrət pərəst layihələrə sovurmasın faşedən radikal rəsməsərləri gizlin saxlanır"
BAKININ FLORASI VƏ FƏRDİ ALLAHLARI
Josh Spero yazırki, «de Pury Azərbaycanın diktator prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə söhbət edib».
Sonra onlar birlikdə nüfuzlu LVMH-in incəsənət üzrə məsləhətçisi Hervé Mikaeloff-u kuratortəyine diblər.
"Bəlkədə bu rəssamların çardaxlarında repressiya və dikatorluğu, hakim ailənin ölkənin pullarını xaricdə şöhrət pərəst layihələrə sovurmasın faşedən radikal rəsməsərləri gizlin saxlanır"
BAKININ FLORASI VƏ FƏRDİ ALLAHLARI
Josh Spero yazırki, «de Pury Azərbaycanın diktator prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə söhbət edib».
Sonra onlar birlikdə nüfuzlu LVMH-in incəsənət üzrə məsləhətçisi Hervé Mikaeloff-u kuratortəyine diblər.
Azərbaycanda intihar statistikası
Son illər hamımızın az qala adi qarşıladığımız özünə qəsdin bu şəkildə artmasına səbəb nədir?
Deyək ki, özünəqəsdin artımı təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur.Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, son 45 ildə intiharların sayı 60 faiz artıb. Təşkilatın yaydığı hesabatda deyilir ki, 2000-ci ildən bəri dünyada baş verən intiharların sayı 1 milyona çatıb və bunun da müxtəlif səbəbləri var.
Deyək ki, özünəqəsdin artımı təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur.Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, son 45 ildə intiharların sayı 60 faiz artıb. Təşkilatın yaydığı hesabatda deyilir ki, 2000-ci ildən bəri dünyada baş verən intiharların sayı 1 milyona çatıb və bunun da müxtəlif səbəbləri var.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.



































