Blog Arşivi

17 Ocak 2014 Cuma

Azərbaycanda dərman bazarı bərbad vəziyyətdə dir

Dövrü mətbuatda mütəmadi olaraq ölkəyə gətirilən və satışa buraxılan saxta dərmanlarla bağlı məlumatlar yayılır. İnsanların sağlamlığını pul qazanmaq üçün vasitə etmiş bu şəxslər bəzən ifşa olunsalar da, bəzən gizlin fəaliyyətlərini davam etdirlər. Bu günlərdə BMT ekspertinin açıqladığı fakt vəziyyətin nə dərəcədə nəzarətdən çıxdığını və təsir dairəsinin nə qədər böyük olduğunu göstərir. ABŞ-ın Boston Universitetinin Molekulyar və Hüceyrə Dinamikaları Laboratoriyasının direktoru, BMT eksperti Muhammed Zaman öz məqaləsində bildirib ki, saxta dərman məhsulları Azərbaycandan Zambiyanın əczaçılıq şəbəkəsinə daxil olaraq bu ölkədə ölümcül xəstəliklərlə mübarizə, belə xəstəliklərin nəzarət altında saxlanılmasına yönələn ən perspektivli proqramları darmadağın edib.
Əgər ölkə ilə bağlı belə bir siqnal varsa, səhiyyə məsul qurumları bundan nəticə çıxartmalıdırlar: “Azərbaycanın dərman bazarı çox bərbad bir vəziyyətdədir. Ölkədə dövlət farmakopeyyası, dərman maddələrinin dövlət reyestri yoxdur. Bu da dərmanlar üzərində dövlət nəzarətini tamamilə itirmiş olur. Heç kəsə sirr deyil ki, dərman bazarı ölkədə bir-iki şirkətin əlindədir. Bu baxımdan Azərbaycanda acınacaqlı bir durum hökm sürür. Məncə bütün məslələr elə bundan qaynaqlanır.
20 illik müstəqilliyə sahib dövlətin hələ də dövlət farmakopeyyası yoxdur. Əhali bilmir ki, ölkədə hansı dərmanların tətbiqinə icazə var və ya hansı dərmanlara qadağalar mövcuddur. Bu məsələlər həll olunmamış digər problemlər də olduğu kimi qalacaq.
Hər halda bu cür bir məlumatın yayılması Azərbaycan üçün bir siqnal olmalıdır. Dərman təhlükəsizliyi konsepsiyası, Milli Təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Əgər ölkə ilə bağlı belə bir siqnal varsa, səhiyyəyə məsul qurumlar bundan nəticə çıxartmalıdırlar”.
15 Ocak 2014 Çarşamba

Qarabağ qazisinin anası özünü yandıracağını bəyan etdi


Kəlbəcər rayonundan məcbur köçkün olan Şamama Babayeva ölkə başçısı Ilham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də “Azadlıq”a yollayıb. Şamama Babayeva Qarabağ qazisi Natiq Əşrəfovun anasıdır. Natiq Əşrəfov ötən ilin avqustunda qətlə yetirilib. Qarabağ qazisinin xanımı Ilhamə Hüseynova dəfələrlə ölkə başçısına müraciət edərək yoldaşının qətlinin obyektiv araşdırılmadığından şikayətlənib. Natiq Əşrəfovun anası da oğlunun qətlilə bağlı istintaqın birtərəfli aparıldığını deyir.
Şamama Babayeva bildirir ki, oğlu Babək Əsgərov tərəfindən qətlə yetirilib. Hadisə zamanı orada Cavid, Şamil, Elvin və başqa bir şəxs olub: “Sonuncu şəxsin adı bizə bəlli deyil. Istintaq zamanı bu adamlar dindirilməyib. Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun icraatındadır. Hakim işi elə aparır ki, sanki Babək Əsgərovun vəkilidir. Oğlumun həyat yoldaşı şahidlərin çağırılıb dindirilməsini tələb edir, hakim isə deyir ki, özünüz çağırın.
Cənab prezident, oğlum əvvəlcədən planlaşdırılmış şəkildə bir neçə nəfər tərəfindən qətlə yetirilib. Sizə, ocağı sönmüş bir ana kimi müraciət edirəm. Oğlumun ölüm işinə ədalətli baxılmayıb və baxılmır. Əgər siz məsələyə müdaxilə etməsəniz, özümü oğlumun iki azyaşlı uşağı ilə birgə Prezident Aparatının qarşısında yandıracam".

Müsavat Partiyası AXCP ilə bağlı moratoriumu ləğv edə bilər

Müsavat Partiyası müxalifət qüvvələri arasında ittihamlara birtərəfli qaydada moratorium qoyulması haqqında qərarını ləğv edə bilər.
Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı bildirib.

R.Əmiraslanlı Müsavat funksionerləri tərəfindən moratoriumun pozulmasına münasibət bildirərək, bu kimi hallarla rastlaşmayıb, partiyanın hazırkı qərarına hörmətlə yanaşıldığını qeyd edib. Onun sözlərinə görə, Müsavat Partiyası qarşı tərəfi ittiham etməsə də, AXCP rəhbərliyinə daxil olan şəxslərin Müsavata qarşı hücumları göz qabağındadır: “Buna görə də AXCP fəallarının aramsız ittihamları ilə əlaqədar biz öz qərarımıza yenidən baxa bilərik. Müsavat Partiyasının fəalları ittihamlara cavab vermək üçün moratoriumun aradan qaldırılması təklifi ilə çıxış ediblər. Əgər qarşı tərəfin ittihamları dayanmasa, biz moratoriumu ləğv etməyə məcbur olacağıq”.

Xatırladaq ki, Müsavat Partiyasının Milli Şuradan çıxması ilə əlaqədar AXCP ilə münasibətləri gərginləşib.

Daha bir reytinq cədvəlindən Ermənistandan geri düşdük

Heritage Fondu 2014-cü il üçün iqtisadi azadlıq indekslərini elan etdi. Fondun qiymətləndirməsinə görə, Azərbaycanın iqtisadi azadlıq balı 61.3 olmaqla ölkə 81-ci yerdədir. Bu ötən il ilə müqayisədə 1.6 bənd çoxdur. Ölkəmizin indeksinin yüksəlməsi dövlət maliyyəsi və mülkiyyət hüquqları üzrə balının artması ilə bağlıdır.
 
İndeksin hazırlanma metodologiyası qanunun aliliyi (mülkiyyət haqları və korrupsiyadan azad olma səviyyəsi), hökumətin ölçüsü (fiskal azadlıq, hökumət xərcləmələri), tənzimləmənin səmərəliliyi (biznes azadlığı, əmək azadlığı, monetar azadlıq) və açıq bazar (ticarətin azadlığı, sərmayənin azadlığı, maliyyə azadlığı) üzrə qiymətləndirmələrin aparılmasından ibarətdir. Hər bir istiqamət üzrə konkret hesablamalar aparılır. 
 
MDB-dən heç bir ölkə azad və ya əsasən azad ölkələr qrupuna daxil edilməyib. Qazaxıstan (67-ci yer) və Ermənistan (41-ci yer) ilə yanaşı ölkəmiz də qismən azad ölkələr qrupundadır. Təəssüüf ki, MDB-nin digər ölkələrinin aldıqları ballar olduqca aşağıdır. Məsələn, Rusiya hesabatda 140-cı, Ukrayna 155-cidir. 
 
Ümumiyyətlə, bu indeksın əsas məzmunu hökumətin biznes fəaliyyəti üçün hansı səviyyədə şərait yaratması ilə yanaşı həmçinin dövlətinin rolunun iqtisadiyyatda ölçülməsi ilə bağlıdır. Hesabatda Fransa 70-ci yerdədir və Qazaxıstan sözügedən ölkədən 3 pillə öndədir. Amma bu heç də o anlama gəlməməlidir ki, Qazaxıstan Fransadan iqtisadi baxımdan daha azad ölkədir, sadəcə, Parisdə dövlətin iqtisadiyyata müdaxiləsi yüksək olduğu üçün bu ölkə qismən azad ölkələr qrupunda özünə yer alıb. Bu baxımdan, əslində metodologiyanın yenidən işlənməsi də olduqca vacibdir.
 
Bütün bunlarla yanaşı, Azərbaycanın yerinin 2013-cü ilə nisbətən 7 pillə irəliləməsi ölkə üçün müsbət haldır. Eyni zamanda, indeksdə yerimizin daha da yaxşılaşdırılması üçün metodologiyada əks olunan istiqamətlər üzrə islahatların davam etdirilməsinə ehtiyac var.

Tovuz sakini minaya düşüb

Tovuzda mülki şəxs minaya düşüb.Kəpəz TV-yə istinadən, rayonun Ermənistanla həmsərhəd olan Qaralar kəndinin 40 yaşlı sakini Hidayət Müseyibov düşmənlə sərhəddə yerləşən ərazilərə keçən heyvanlarının ardınca gedərkən minaya düşüb. Hadisə dünən axşam saatlarında baş verib.

H.Müseyibov yaxınlarının köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, o, sağ ayağının pəncəsi və barmaqlarından ciddi xəsarət alıb və ayağının baş barmağının amputasiya ediləcəyi gözlənilir.

Intihar edən əsgərin qardaşı: “Qardaşıma işgəncə verilib”


“Qardaşımın xidmət etdiyi hərbi hissəyə sonuncu dəfə yanvarın 6-da getmişdim. Qardaşım vəziyyətindən şikayətlənirdi. Məndən xahiş edirdi ki, onun yerini dəyişdirək. Bu isə mümkün deyildi. Emin yeniyetmə olduğu zaman bağırsaqlarından əməliyyat olunmuşdu. Ona soyuq olmazdı. Əsgərlikdən təxris oluna bilərdi, lakin imtina etdi. O, çox şikayətlənirdi, qardaşımı incidirdilər. Qardaşımı xilas edə bilmədim. Onu kimlərin incitdiyini bilmirəm. Yanvar ayının 9-da qardaşımı hərbi hissənin daxilindəki tibbi məntəqəyə apardılar. 
Ancaq düşünürəm ki, onun özünü öldürməsinə səbəb səhhətindəki problem deyildi. Qardaşıma hərbi hissədə işgəncə verilirdi. Hazırda hərbi hissədən bir neçə çavuş və əsgəri dindirmək üçün istintaqa cəlb ediblər. 
Mən çox istəyirəm ki, Müdafiə Nazirliyi qardaşıma qarşı olanlarla bağlı açıqlama versin. Mətbuat nümayəndələrindən xahiş edirəm, hüquqlarımızı müdafiə etmək üçün bizə kömək etsinlər. Qardaşımı həkim tibbi ekspertiza yarıb. Bizə ilkin məlumat verilməyib.”
11 Ocak 2014 Cumartesi

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib

Bakının Nərimanov rayonunda, Heydər Əliyev prospekti 81 ünvanında yerləşən yaşayış binasında yanğın artıq söndürülüb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, yanğın Nərimanov rayonu ərazisində yerləşən, hazırda məcburi köçkünlərin məskunlaşdığı 3 saylı texniki-peşə məktəbində baş verib. Yanğın binanın 3-cü mərtəbəsində yerləşən, hazırda yaşayış olmayan mənzildə baş verib.

Qeyd edək ki, yanğın nəticəsində bir neçə sakində tüstüdən zəhərlənmə halı qeydə alınıb.

Zərərçəkmiş şəxslərə hadisə yerinə çağırılmış “təcili yardım” həkimləri tərəfindən tibbi yardım göstərilib.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafızə Xidmətinin 6 yanğınsöndürən briqadası cəlb olunub.

Yanğının səbəbləri araşdırılır.

Bakının Nərimanov rayonunda, Heydər Əliyev prospekti 81 ünvanında yerləşən yaşayış binasında yanğın baş verib. Məlumata görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafızə Xidmətinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

«The Washington Post» Azərbaycan hakimiyyətini vurdu

«Hakimiyyətdə qalması üçün avtoritar rejim xeyli sayda insanı siyasətdən kənarda tutmalıdır»

«Azərbaycan hakimiyyəti siyasi iqtidarı əldən verməmək üçün medianı nəzarətdə  saxlayır»
«The Washington Post» qəzeti Azərbaycan hakimiyyətini tənqid edən növbəti məqalə ilə çıxış edib. Məqalədə postsovet məkanındakı avtoritar rejimlərin mahiyyəti təhlil edilərək, onların ömürlərini uzatmaq üçün atdığı addımlara toxunulub. Qəzetdə dərc olunan məqaləyə görə, belə addımlardan biri avtoritar rejimlərin media strategiyasıdır. Beləliklə tanınmış yazarlar Robert Orttunq və Kristofer Uolkerin «avtoritar rejimlər media strategiyalarını gücləndirirlər» başlıqlı birgə araşdırmasını diqqətinizə çatdırırıq: 

Putinin sərt media siyasəti
«Dekabrın 9-da Rusiyanın dövlət başçısı Vladimir Putin «RİA  Novosti» İnformasiya Agentliyini ləğv edərək, bu istiqamətdəki siyasətinə ciddi korrektələr etdi. Kreml son dəyişikliyi Rusiyanın daxili siyasəti, cəmiyyəti barədə məlumatları xaricə daha effektiv çatdırmaq niyyəti ilə izah edir. Amma bu «silkələnmə» daha çox Rusiya hakimiyyətinin daxili informasiya resursları üzərində nəzarəti gücləndirməsi kimi qəbul olunmalıdır. Çünki ötən müddət ərzində «RİA Novosti» analitik və müstəqil hesabatları ilə cəmiyyətdə böyük rəğbət qazanmışdı. Bütün bunlara Putinin səbri artıq dözmürdü. Putin Rusiyası elə avtoritar dövlətlərdəndir ki, media üzərində nəzarətə xüsusi önəm verir. 


Avtoritar medianın 4 əsas təsir istiqaməti
Birinci istiqamət hakim elitadır. Avtoritar rejimlər gərək həmişə öz siyasi elitaları barəsində düşünsünlər, onların qayğılarına qalsınlar. Çünki siyasi elitadakı istənilən parçalanma siyasi rejimin çöküşünə səbəb ola bilər. Rejimin dayaqlarının qorunması missiyasını dövlət KİV-ləri həyata keçirir. 
Məsələn, Çində iqtidar mediadakı dominantlığını hakim partiyada mövqelərini nəzarətdə saxlamaq, möhkəmləndirmək üçün istifadə edir. Putin isə media üzərindəki nəzarətindən gücünü nümayiş etdirmək üçün istifadə edir. Rusiyadakı  idarəetmənin başlıca hissəsi hüquq-mühafizə orqanları, hərbçilərdir.
İkinci mühüm istiqamət əhalidir. Dövlət mətbuatı əhaliyə hakim rejimə hörmət və qorxunu aşılamağa çalışır. Eyni zamanda cəmiyyətdə passivliyin dərinləşməsinə çalışılır. Çünki hakimiyyətdə qalması üçün avtoritar rejimlər xeyli sayda insanı siyasətdən kənarda tutmalıdır. Hakimiyyətin nəzarətində olan dövlət televiziyası bu istiqamətdə başlıca alətdir. Çünki avtoritar rejimlərdə alternativ informasiya mənbəyləri sıxışdırıldığından əhalinin böyük əksəriyyəti informasiyanı məhz telekanallardan alır. 

Siyasi alternativsizlik görüntüsü yaratmaq
Hakimiyyətin nəzarətində olan KİV-lərin üçüncü istiqaməti müxalifət və vətəndaş cəmiyyətinin təmsilçiləridir. Demokratik ölkələrdə açıq media siyasətin həyatverici qüvvəsidir. Avtoritar ölkələrdə isə media vətəndaş cəmiyyətinin fəallarını izolyasiya etməyə çalışır. Burada məqsəd vətəndaş cəmiyyətinin biraraya gəlməsinə, təşkilatlanmasına mane olmaqdır. Ona görə də dövlət mətbuatı ictimai fikirdə «siyasi alternativ» anlayışının möhkəmlənməməsi üçün əlindən gələni edir. Hakimiyyətin müstəqil mediayaya hücumu, müxalifət və vətəndaş cəmiyyətinin təmsilçilərinə qarşı repressiv addımları adi hal alır. İqtidar digər represiv tədbirlərin görünməsinə yol açmaq üçün müxalifəti ölkədə siyasi sabitliyi pozmağa cəhd etməkdə, xaos yaratmaq istəyində suçlayır. 

İnternet üzərində nəzarət
Nəhayət sonuncu istiqamət internet istifadəçilərinə yönəlib. İnternet istifadəçilərinin sayının sürətlə artması avtoritar hakimiyyətləri bu barədə düşünməyə vadar edir. Hakimiyyət ona görə internet resurslara da nəzarət etməyə çalışır. Amma bu elə də asan deyil. Buna rəğmən avtoritar rejimlər bu hədəfə çatmaq üçün əzm nümayiş etdirirlər. Çində internet üzərində yayımlanan informasiyalara müəyyən senzura tətbiq olunmaqdadır. Ötən ilin sentybr ayından Pekin ölkədə ictimai fikri formalaşdıran bloggerlərə qarşı hücuma keçib. Azərbaycan hakimiyyəti nəzarətində olan gənclər təşkilatlarının vasitəsilə internetdə müxalifətə qarşı sərt şəkildə nüfuzdan salma kampaniyası aparır. Avtoritar rəhbərlər bilirlər onlara iqtidarın nəzarətində olan media gərəkdir. Çünki açıq informasiya avtoritar rejimin sonu deməkdir. SSRİ-nin prezidenti Mixail Qorbaçov etiraf etmişdi ki, həyata keçirdiyi islahatlarla dövləti xilas etdiyini düşünürmüş. Amma aparılan islahatlar idarəçiliyi əksinə məhv etdi».

Qatar bələdçiləri etiraz aksiyası keçiriblər


“Azərbaycan Dəmir Yolları” QSC nin kişi bələdçiləri etiraz aksiyası keçiriblər. Musavat.com-un əməkdaşının məlumata görə, 30-a yaxın narazı bələdçi idarənin qarşısına toplaşıb. Qatar bələdçilərinin etirazına səbəb onların MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılaraq beynəlxalq xətlərə qadın bələdçilərinin yerləşdirilməsidir. Beynəlxalq qatarlardan çıxarılan kişi bələdçilər isə yerli rayonlar arası qatarlara yerləşdirilib. Bələdçilər isə bu işdə işləməkdən imtina edirlər. Onların sözlərinə görə burada əmək haqqı çox aşağıdır.

Şikayətçiləri Depo rəisinin müavini Hikmət Məmmədov qəbul edib. Bələdçilər bildiriblər ki, dəyişiklikdən sonra onlar ayda cəmi 5 dəfə işə çıxa bilirlər və bu, aylıq əmək haqqının 200-220 manat olması deməkdir. Bu yol ilə onları ixtisara salmaq istəyirlər.
Rəhbərliyin qanunsuz əməllərindən boğaza yığıldıqlarını bildirən bələdçilər aclıq aksiyası keçirməyə hazırlaşırlar.

Ariel Şaronu fermada basdırılacaq

Vəsiyyətinə və uşaqlarının istəyinə görə o, arvadı ilə yanaşı basdırılacaq

İsrail rejiminin keçmiş baş naziri Ariel Şaron öz ailəsinə məxsus "Şikmim" fermasında arvadı ilə yanaşı basdırılacaq.

"O, fermada arvadının yanında dəfn ediləcək, onun yeri ordadır. "Şikmim" fermasında. Mən rəsmən təsdiq edirəm ki, …vəsiyyətinə və uşaqlarının istəyinə görə. Qertsl dağında basdırılmayacaq", - deyə səfir bildirib. 
Səkkiz ildir ki, komada olan 85 yaşlı Ariel Şaron dünən ölüb.
10 Ocak 2014 Cuma

ARDNŞ bəzi müəssisələrinin bağlanması nəticəsində işsiz qalan işçilərlə bağlı açıqlama yayıb

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bəzi müəssisələrinin bağlanılması nəticəsində işsiz qalan işçilərlə bağlı açıqlama yayıb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, şirkətin İnsan resursları Departamentinin struktur təkmilləşdirilməsi ilə əlaqədar yaydığı məlumatda bildirilir ki, ARDNŞ-də aparılan struktur təkmilləşdirilməsi tədbirləri çərçivəsində sərbəstləşən işçilərin şirkətin müəssisə və təşkilatlarında mövcud vakansiyalara müsabiqə yolu ilə yerləşdirilməsi prosesinə başlanılıb.

Bu gün Departamentdə «Energetik» və «Kadrların hazırlığı üzrə mühəndis» vakansiyaları üzrə ixtisas və iş təcrübəsi uyğun gələn sərbəstləşən işçilər üçün test imtahanı keçirilib.

Test imtahanı kompüter proqramları vasitəsilə elektron qaydada aparılır və sərbəstləşən işçilərə yalnız ixtisas üzrə vakansiyaya uyğun 40 sual təqdim olunur. Test tapşırıqlarını cavablandırmaq üçün iddiaçıya 60 dəqiqə vaxt verilir, hər bir test tapşırığı 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavablara təsir etmir, ixtisas üzrə təqdim olunan test tapşırıqlarından minimum 50%-nə düzgün cavab verənlər keçid balını toplamış hesab olunur, onların arasından ən yüksək bal toplayan şəxs imtahan verdiyi ixtisas üzrə işlə təmin olunur.

Keçid balını toplayanların qalanları isə Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilir və imtahan verdiyi ixtisas üzrə növbəti vakansiya yarandıqda topladığı bal nəzərə alınaraq, həmin vakansiya üzrə imtahansız işlə təmin olunur. İxtisas üzrə keçid balını toplaya bilməyənlər isə ARDNŞ-də digər vakansiyalar elan edilərkən biliyi və ixtisası uyğun gələn vakansiyaya müraciət etmək hüququna malik olur.

Məlumatda deyilir ki, sərbəstləşmiş işçilər arasında xüsusi peşəkarlıq tələb olunmayan əməkdaşlar da var: «Onların işlə təmin olunması müsabiqə prosedurası tətbiq edilmədən aparılır. Belələri tələbata uyğun olaraq sərbəstləşənə qədər işləmiş olduqları sahələrə uyğun şəkildə yerləşdiriləcəklər. Bununla yanaşı sərbəstləşməsi gözlənilən fəhlələrdən uyğun peşələrdə işləmişləri peşə sınağından keçirməklə, digərlərini isə ikinci peşəyə yiyələnməklə ARDNŞ-in müvafiq strukturlarında mövcud vakansiyalara yerləşdirilməsi ilə bağlı siyahılar hazırlanır ki, bu kateqoriyadan olanlar da Təlim, tədris və sertifikatlaşdırma İdarəsinin kadr hazırlığı mərkəzlərində təhsillərini başa vurub müvafiq sertifikatlar aldıqdan sonra tələbata uyğun olaraq təyinatı üzrə işlə təmin ediləcəklər».

«Yuxarıda qeyd edilən işlər mərhələlərlə, vakansiyalar yarandıqca, kənardan işçi qəbuluna məhdudiyyətlər qoyulmaqla və şəffaflıq prinsipinə əməl edilməklə həyata keçiriləcək», - deyə məlumatda deyilir.

Etirazçı insanların özünü yandırmasının acı statistikası


Self immolation - “etiraz forması kimi özünü yandırma” termininə ilk dəfə 1817-ci ildə Ledi Morqanın (Fransa, 1817-ci il) araşdırmalarında rast gəlinsə də, çinli rahiblərin özlərini yandırma ənənəsinin kökləri 1600 il əvvələ dayanır və bu ənənə əsasən dini ayin olaraq həyata keçirilirdi. Yaxın keçmişdən bu günə qədər isə bu intihar forması siyasi və iqtisadi böhran dövrünün etiraz forması kimi daha geniş yayılıb.

1963-cü il. Cənubi Vyetnam. Buddist rahib Thick Quang Duc tərpənmədən və heç bir səs çıxarmadan yüzlərlə insanın gözü önündə özünü yandırır. Rejimin din adamlarına göstərdiyi təzyiqə etiraz olaraq qeyri-adi təmkinlə, soyuqqanlılıqla özünü yandıran rahibdən sonra Vyetnam müharibəsinin ən qızğın dövründə Yaponiya, ABŞ, Cənubi Vyetnamda 6 nəfərin daha özünü yandırma dalğası rejimin geri addım atmasına, müəyyən güzəştlər etməsinə səbəb oldu. Yanan rahibin Pulitzer mükafatı alan fotoşəkli 1992-ci ildə “Rage against the Machine”-in uz qabığı olmuş, tarixə ən güclü dirəniş görüntülərindən biri kimi keçmişdir.

1968-ci ilin yanvarında Çexoslovakiya Kommunist Partiyasının (ÇKP) rəhbərliyinə keçən Aleksandr Dubçek həyata keçirdiyi liberal islahatlarla faktiki olaraq SSRİ-dən asılı olmadığını sərgiləyirdi. Varşava Müqaviləsi Təşkilatı (Polşa, Macarıstan, Rumıniya, Albaniya, ADR, Bolqarıstan, Çexoslovakiya) müdafiə xəttinin mərkəzində yer alan Çexoslovakiya SSRİ üçün xüsusi əhəmiyyət kəsb etdiyindən, 1968-ci ilin avqustunda VMT qoşunları Çexoslovakiyaya yeridilir və bu 84 nəfərin ölümü, 700-dən çox insanın yaralanması ilə nəticələnir.

8 aprel 1968-ci il. Polşa. 59 yaşlı mühasib Ryszard Siwiec ənənəvi məhsul festivalı şənliyinə yığışmış minlərlə insanın gözləri önündə özünü yandırır. Daxili Qoşunların tərkibində Polşa Müqavimət Hərəkatında iştirak etmiş veteran, minlərlə insanın, jurnalistlərin və siyasi liderlərin toplandığı stadionda SSRİ-nin Çexoslovakiya qətliamına etiraz edərək, canına qəsd edir. Ondan geriyə qalan səs yazısında deyilir: “Varşava müqaviləsi ordularının Çexoslovakiyadakı qətliamının və bu qətliamda Polşa ordusunun da payının olması utancı ilə yaşaya bilmərəm”. 1991-ci ildə polyak rejissor Maciej Drygas Ryszard Siwiecin faciəsini “Faryadımı duyun” filmində ekranlaşdırır.

16 yanvar 1969-cu il. Praqa, Aziz Venceslas heykəlinin önü. 29 yaşlı Jan Palach üzərinə benzin tökərək özünü yandırır. Praqa Universiteti, fəlsəfə fakültəsi tələbəsi Jan Palach “Praqa baharı” liberallaşma hərəkatını dəstəkləyənlərdən idi. SSRİ-nin ölkəsini işğalına etiraz olaraq özünü yandırır. Ölümündən sonra keçirilən Jan Palach həftəsi ilə Çexoslovakiyada işğalçılara etiraz dalğası daha da güclənir, tətillər geniş vüsət alır.

1 ay sonra eyni yer - Aziz Venceslas heykəlinin önü, Jan Palachın anım mərasimi. Bu dəfə bir başqa gənc Jan Zajic qələbəlik arasından önə çıxaraq özünü yandırır. Texniki universitetin tələbəsi olan Jan Zajic Palach tətillərinin aktiv iştirakçılarından idi. Kommunist rejimi gəncin Praqada dəfn edilməsinə və anım mərasiminə icazə vermir. Jan doğulduğu Viktov şəhərində dəfn edilir. Rejimin süqutundan sonra Aziz Venceslas heykəlinin önündə hər iki gəncin anım mərasimi təşkil edilir.

14 may 1972-ci il. Litva. 19 yaşlı Romas Kalanta özünü yandırır. Qızıl Ordunun vətənini işğalından sonra dil və mədəniyyətini məhdudlaşırmasına etiraz edərək, Romas Kalanta Kaunas əyalətində bələdiyyə sarayının qarşısında özünə od vurur.

1978-ci il. Krım. 47 yaşlı Musa Mahmud evindəcə özünü yandırır. 1944-cü ildə Krım tatarları almanlarla əməkdaşlıq ittihamı ilə Orta Asiyaya kütləvi deportasiya edilərkən 13 yaşında olan Musa Mahmud bu dövrdə 2 bacı və 2 qardaşını aclıq üzündən itirir. Deportasiya prosesində 46%-nin məhv olduğu deyilən tatarların sağ qalanlarına 1975-ci ildə Krıma dönməyə icazə verirlir. Ailəsi ilə birlikdə vətəninə dönən Musa bu dəfə də 3 aprel 1975-ci ildə pasport qanununu pozduğu və yaşadığı evdə məskunlaşma icazəsinin olmaması səbəbi ilə həyat yoldaşı ilə birlikdə 2 il həbsə məhkum edilir. 3 övladı olduğundan həyat yoldaşı sərbəst buraxılır. Azadlığa çıxıb ailəsinin yanına qayıtdıqda Musa 16 yaşlı qızının pasport qanunu səbəbindən təqib edilərək ölkədən sürgün edildiyini, oğlunun maddi sıxıntilar üzündən Daşkənddəki qohumlarının yanına göndərildiyini görür. Daha sonra məskunlaşma icazəsi üçün müraciətinə “Krımı tərk etməsəniz, həbsdə çürüməniz üçün hər şeyi edəcəyik” cavabını aldıqda “Krım - mənim vətənimdir. Mən Krımda yaşamaq və burada ölmək üçün geri gəldim” deyərək bu dəfə onu həbs etməyə gələnlərə canlı təslim olmayacağını bildirir. 3 gün sonra evinə həbs etmək üçün gələn milisin üstünə yeriyərək, oğlunun fəryadlarına məhəl qoymadan özünə od vurur. 5 gün sonra vəfat edərkən son sözləri bu olur: “Mən Vətəni Krıma dönməsinə icazə verilməyən hər bir tatarın ağrısını hiss edirəm”. 1986-cı ildə “Canlı məşəl - Musa Mahmudun özünü yandırması” adlı kitab yayımlandı və bu günə qədər də Musa Mahmud tatarların canlı məşəli kimi anılır.

10 avqust 1982-ci il. Türkiyə, Taksim meydanı. Erməni əsilli Artin Penik üzərinə benzin tökərək özünü yandırır. Avqustun 8-də ASALA növbəti terror aktı təşkil edir. Bu hadisə nəticəsində Əsənboğa hava limanında 8 nəfər ölür, 72 nəfər yaralanır. Ayın 10-da erməni əsilli türk vətəndaşı ArtinPenik, ASALA terrorlarına etiraz olaraq özünü yandırır.

2006-cı il. Çikaqo. Malakay Riçer özünü yandırır. Amerikalı hüquq müdafiəçisi və eyni zamanda musiqiçi olan Malakay Riçer Çikaqonun mərkəzində ABŞ-ın İraqa müdaxilasinə etiraz olaraq özünü yandırır.

13 yanvar 2009-cu il. Türkiyə, Taksim meydanı. İbrahim Ulusal adlı bir türk vətəndaşı özünə od vurur. Qəzza qətliamına təsadüf edəb bu dövrdə Türkiyədə insanların İsrail rejiminə olan qəzəb sərgilərinə tez-tez rast gəlinirdi. Sionist rejimin Qəzzada vəhşiliklərinə səssiz qala bilməyən İbrahim Ulusal da “Fələstin yandı, mən də yanım” deyərək özünə özünü yandırır.

17 dekabr 2010-cu il.Tunis, şəhər meriyasının qarşısındakı meydan. Tərəvəz satıcısı Məhəmməd Buazizi özünü yandırır. Meriya işçisinin təhqirinə dözməyən universitet tələbəsi Buazizi meriyaya müraciət edir. Onu dinləmədiklərini gördükdə meriya qarşısındakı meydanda özünü yandırır və 18 gün sonra dünyasını dəyişir. Bununla da ölkəni inqilabla nəticələnən etirazlar bürüyür.

2011-ci il. Misir etirazları dövrü. 25 yaşlı Əhməd Haşim Əl Səid özünü yandıraraq ölkəni bürümüş işsizliyə etiraz edir. Həmin dövrdə daha 2 nəfər etirazçı özünü yandırır.

Daha sonra ixtisasca vəkil olan 40 yaşlı Məhəmməd Faruq Həsən özünü yandırmağa cəhd etmiş, amma polisin dərhal müdaxilasi ilə xilas edilə bilmişdi.
12 dekabr 2011. Türkiyə, Mardin. 15 yaşlı Fırat İzgin özünü yandırır. Bu azyaşlı son 1 ildə PKK lideri Öcalan üçün özünü yandıran 8 nəfərdən biridir. Yeniyetmənin ölümündən sonra PKK özünüyandırmanı dəstəkləmədiyini açıqlayaraq “özünüzü yandırmayın, professional mübarizə aparın” dedi.
2012-ci ilin yanvarı. Fasda 5 işsiz gənc özünü yandırır. “İşsiz Unuversitet məzunları” hərəkatının 160-a yaxın üzvü 2 həftə boyunca Təhsil Nazirliyinə bağlı bir binanı ələ keçirirlər. Hərəkat dəstəkçiləririn içəriyə ərzaq və su ötürməyinə mane olamağa çalışan təhlükasizlik qüvvələrinə etiraz olaraq, 5 hərəkat üzvü gənc özünü yandırır.

2009-cu ildən bu günə qədər 200-ə yaxın tibetli Çin zülmünə etiraz olaraq özünü yandırmışdır.

2012-ci il. Hindistan. Jamya Yeşi adlı tibetli 600-ə yaxın insanın gözü önündə özünü yandırır. Həftə ərzində Çin dövlət başçısının Hindistana səfəri gözlənilirdi. 600-ə yaxın tibetli Yeni Dehlidə bu səfərə qarşı etiraz aksiyası üçün yığışmışdı. Aralarında bir gənc - Jamya Yeşi irəli çıxaraq özünü yandırır.
20 iyul 2012-ci il. İsrail erjimi hərbçisi 57 yaşlı Moşe Silman maddi sıxıntılar üzündən bir etiraz aksiyasında özünü yandırır.

2 gün sonra daha bir nəfər - 45 yaşlı əlil hərbçi - borcları üzündən evini itirmiş Akiva Mefii hökuməti “yoxsuldan alıb zənginə vermək”lə ittiham edən bir məktub yazaraq maddi sıxıntlar üzündən özünü yandırır.

6 oktyabr 2013-cü il. Vaşinqton, National Mall parkı. Qaradərili bir amerikalı özünü alova verir. Bir gün öncə çevik polisin Miriam Carey adlı qadın sürücünün Ağ Evə daxil olmaq istəməsindən şübhələnərək 1 yaşlı körpəsinin də olduğu avtomabilini təqib edərək öldürməsi cəmiyyətin ölkədəki “təhlükəsizlik paraniyası”na qəzəbini artırmışdı. Bununla da, qaradərili bu ABŞ vətəndaşı ABŞ Konqresinin yaxınlığındakı parkda özünü yandırır.

Avropa Birliyində ən aşağı əmək haqqı alan bolqarlar ölkədə qiymətlərin qalxması, işsizliyin artması səbəbilə küçələrə axışır və 2013-cü ilin 22 fevralında hökumət istefaya getməli olur. 2013-ci ildə 6 Bolqarıstan vətəndaşı iqtisadi böhran üzündən özünü yandırır.

Onlardan biri olan Vechislav Arsenov işsiz qalınca kömək üçün bələdiyyəyə müraciət etmək qərarına gəlir. Ölmədən öncə 5 övladına zəng edərək, bələdiyyə başçısı onunla görüşməyəcəyi təqdirdə özünü yandıracağını bildirmiş və bu hərəkətinə görə onlardan üzr istəmişdi. Daha sonra bələdiyyə qarşısında özünə od vuraraq yandırmışdı.

25 dekabr 2013-cü il. Azərbaycan, Bakı. Respublika Həmkarlar İttifaqları Konfederasiyasının binasının önü. 2-ci qrup Qarabağ əlili Zaur Həsənov məmur harınlığına qarşı etiraz olaraq övladlarının gözü qarşısında özünü yandırır.

Göründüyü kimi özünü yandıran Qarabağ qazimiz zülmdən çıxış yolu kimi özünü yandıran ilk insan deyil. Amma bu faktların heç biri zülmü aradan qaldırmamış, problemi həll etməmişdir. Əgər zülmə qarşı canına qəsd edərək etiraz edənləri qəhrəman elan edib fenomenə çevirmək cəmiyyəti xilasa aparsaydı, qeydə alınan və alınmayan bu qədər aktlarla dünya cənnətə dönməli idi. Sağlam cəmiyyət sağlam insanlardan ibarət olur. Hələ körpə yaşında atasının gözləri önündə külə dönməsinin travmasını yaşamış insanlardan ibarət cəmiyyət isə ən ideal sosial, iqtisadi və siyasi şəraitdə belə, islah ola bilməz.
7 Ocak 2014 Salı

Mövsüm Səmədovla bağlı ölkə başçısına müraciət


AİP-in Baş Məclisi adından dövlət başçısı İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətdə bildirilir ki, Baş Məclis üzvləri partiya sədri Hacı Mövsün Səmədovun qanunsuz həbsinin siyasi sifariş olması, ona qarşı qərəzli və böhtan xarakterli ittihamın irəli sürülərək həbs edilməsini əsas gətirərək onun azadlığa buraxılması üçün dövlət başçısına müraciət qəbul etməyi lazım bilib.
 
Müraciətdə Azərbaycan İslam Partiyasının yarandığı gündən müsəlman xalqımızın, bütün vətəndaşlarımızın xoşbəxt gələcəyi uğrunda əzmlə mübarizə apardığını, siyasi fəaliyyəti dövründə Vətən, xalq, dövlət qarşısında öhdəsinə düşən vəzifələrin ləyaqətlə yerinə yetirdiyi vurğulanır. Başda Hacı Mövsüm Səmədov olmaqla din alimlərinin həbsxanalarda günahsız yerə əzab çəkmələri, ailələrindən uzaq düşmələri, çoxminli sosial bazaya malik partiya üzvlərinin, xüsusən ölkədə dini cameənin ciddi narahatlığına səbəb olduğu da söylənilir. 
Müraciətdə bildirilir ki, Hacı Mövsümə qarşı irəli sürülən ittihamlara, onun və digər islamçıların cinayət tərkibli əməl törədə biləcəklərinə onları tanıyan yüz minlərlə insan inanmır və onları günahsız hesab edir və dindarlar günahsız insanların, dinimizin müqəddəs dəyərlərinin daşıyıcılarının məhkum olunduqları 12 illik həbs müddətindən əvvəl azad edilməsini ədalətin təntənəsi kimi dəyərləndirərdi.

29 dekabr məhbuslarının işindən şikayət verilib


Qarabağ döyüşçüsü Zaur Həsənovun ölümü ilə əlaqədar ötən il dekabrın 29-da Bakının Fəvvarələr meydanında keçirilən aksiyada tutulan 6 gəncin işindən apellyasiya şikayətləri verilib.
Səbail Rayon Məhkəməsi dekabrın 29-da bitərəf Samir Poladovu 15 sutkalığa həbs edib. Digər həbs qərarları dekabrın 30-da çıxarılıb. Bitərəf Orxan Eyyubzadə 18 sutka, Müsavat Partiyasının üzvləri Tural Sadıxlı 17 sutka, Cavid Hacıbəyli 16 sutka, AXCP üzvləri Orxan Carçı 16 sutka, Türkel Əlisoy 15 sutka həbs cəzası alıb.
Yanvarın 7-də “Media forum” saytına danışan vəkil Nemət Kərimli deyib ki, 6 gəncin işindən şikayətlər Səbail Rayon Məhkəməsinə təqdim olunub. Şikayətlərə Bakı Apellyasiya Məhkəməsi baxacaq. Vəkillər həbs qərarlarının ləğvini istəyirlər.
Nemət Kərimli əlavə edib ki, inzibati cəzanı Bakı polisinin Binəqədidəki məntəqəsində çəkən gənclərin saxlanma şəraitindən müəyyən narazılıqları var, onlar əsasən yeməyin keyfiyyətindən şikayətlənirlər.
Qarabağ müharibəsinin əlili Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasına etiraz əlaməti olaraq dekabrın 25-də Bakıda özünü yandırıb və üç gün sonra vəfat edib. Dekabrın 29-da aksiya keçirən fəallar onun ölümündə günahkar olanların məsuliyyətə cəlb olunmasını tələb ediblər.

ABŞ-ın keçmiş səfiri: “Azəbaycanda heç bir dəyişiklik olmayacaq”


Riçard Kozlariç: “Azərbaycanın sərvətindən mənfəəti kiçik qruplar götürürlər”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Azadliq” radiosuna müsahibə verib.

- Əliyev-Sərkisyan görüşündən nə gözləyirsiniz?

- Keçmiş təcrübəyə əsasən deyə bilərəm ki, çox az şey gözləyirəm. Kaş ki, yanılmış olaydım. Ümid etmək istərdim ki, əsl ciddi danışıqlar səhnə arxasında gedir. Minsk Qrupunun yeni amerikalı vasitəçisi təcrübəli, yaradıcı diplomatdır. Buna baxmayaraq, açıq olan informasiyadan görünmür ki, Bakı və ya İrəvan bu münaqişənin Minsk Qrupu prosesi çərçivəsində həllinə doğru ciddi addımlara hazırdırlar.

- Azərbaycanda insan haqlarının vəziyyəti onun ABŞ-la münasibətlərini nə dərəcədə təsirləndirir?

- Yaxın perspektivdə mən bunun münasibətləri təsirləndirəcəyini gözləmirəm. Lakin uzaq perspektivdə, əgər Azərbaycan insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırmasa, ABŞ-la şərikli dəyərlərə əsaslanan strateji partnyorluq mümkün olmayacaq.

- Seçki müşahidəçisi Anar Məmmədli Yeni il ərəfəsində həbs edilib. 140 siyasi məhbus hələ də həbsxanadadır. ABŞ Anarın azadlığa buraxılması üçün müraciət edib. Bu məsələlərdə Bakıya təsir göstərmək üçün daha nələri etmək olar?

- ABŞ və bir sıra başqa ölkələr Anar Məmmədlinin azad olunmasına çağırıblar. Bakı rejimi bu çağırışları, ən azı ictimaiyyət qarşısında, qulaqardına vurub. Bunun özü göstərir ki, hazırkı rejim öz vətəndaşlarının təməl insan haqlarına hörmət barədə öhdəliklərinə əməl etmir. 10 gün bundan əvvəl Əli Həsənov demişdi ki, hökumət Anar Məmmədlinin həbsi ilə bağlı bəyanatları “öyrənir”. Mən ümid edirdim ki, bu, hakimiyyətin beynəlxalq diqqətdən narahatlığını əks etdirir. Lakin heç nə baş vermədi.

- Azərbaycan tezliklə böyük qaz ixracatçısına çevriləcək. Bu, Bakının beynəlxalq mövqeyini necə möhkəmləndirə bilər?

- Biz hamımız “Şahdəniz-2” müqaviləsinin əhəmiyyətini dəyərləndirərkən ehtiyatlı olmalıyıq. Bu, 3 hissədən ibarət layihənin yalnız birinci hissəsidir. Ən nikbin proqnozlara görə də bu qaz Türkiyə və Avropaya qarşıdan gələn 4-5 ildə hələ axmayacaq. Bunun üçün həm də TAP və TANAP boru kəmərlərinin maliyyələşdirilməsi və tikintisinə vəsait qoyulmalıdır. Bu isə layihənin dəstəkçilərinin istədiyi sürətlə baş verməyə bilər.

Bu miqyasda kəmərlər üçün gecikmələr təbiidir. Burada həmçinin Türkiyə daxili siyasətində baş verənlərin bu ölkənin belə böyük layihələr üçün kreditlər alma qabiliyyətini qeyri-müəyyən şəkildə təsirləndirə biləcəyi nəzərə alınmalıdır.

Bütün bunlar TANAP layihəsi üçün lazım olan xərcləri indi olduğundan daha yüksək səviyyəyə qaldıra bilər və nəticədə tikinti ləngiyər. Bu layihənin Azərbaycanın beynəlxalq mövqeyinə təsirini qiymətləndirmək də hələ tezdir, çünki beynəlxalq enerji bazarlarındakı dəyişikliklər Azərbaycanın enerji ehtiyatlarının mühümlüyünü azaldıb.

- Bakı korrupsiyanın cilovlanması üçün nə edə bilər və ABŞ-ın bu məsələdə köməyi ola bilərmi?

- Türkiyə, Çin və Rusiya həll olunmayıb qalan korrupsiya probleminin zərərini görürlər. Qanunun aliliyinin gücləndirilməsi və Azərbaycanın enerji ehtiyatlarından gələn gəlirlərin necə istifadə edilməsi sahəsində şəffaflığın təmin olunması istiqamətində addımların atılması gecikdirildikcə, sosial təzyiqin artması gözləniləndir, çünki yalnız yaxşı əlaqələrə malik kiçik qruplar Azərbaycanın sərvətindən mənfəət götürürlər.

ABŞ və başqaları (Dünya Bankı da daxil olmaqla) texniki yardım təklifi veriblər, lakin hakimiyyət korrupsiya problemini azaltmağa yönəlmiş zəruri islahatların keçirlməsi üçün həmin köməkdən istifadə etmək istəmir.

Mən inanıram ki, Azərbaycanın Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaq istəməməsinin bir səbəbi də bu saziş üçün tələb olunan islahatlar qarşısındakı qorxudur.
6 Ocak 2014 Pazartesi

"Avroviziya-2014" boykot da dır


Danimarkada təşkil olunacaq "Eurovision" mahnı yarışmasında iştirakdan 12 ölkə imtina edib. Buna səbəb mahnı yarışmasının öz nüfuzunu itirməsi və maliyyə xərclərinin həddən artıq olmasıdır.

"Avroviziya-2014"dən ilk dəfə Xorvatiya imtina etsə də, ardınca Slovakiya, Andorra, Lüksemburq, Bolqarıstan, Bosniya və Herseqovina, Çexiya, Serbiya və Kipr də bu boykota qoşulub. Kütləvi İnformasiya Vasitələri isə hazırda "Eurovision" mahnı yarışmasında iştirak etməyəcək ölkələrin sayının 12-ə çatdığını açıqlayıb.

"Müxalifət qüvvələrinin müttəfiqliyini Milli Şuranın tərkibində daha məqbul sayırıq"

AXCP Ali Məclisi Rəyasət Heyəti Müsavat Partiyasının iki təşkilat arasında müttəfiqlik sazişinin bağlanması ilə bağlı təklifini müzakirə etdikdən sonra qərar qəbul edib. Qərarda deyilir:

"AXCP hər zaman müxalifətin böyük birliyinə tərəfdar olub. Biz müxalifətin böyük koalisiyası olaraq Milli Şuranın formalaşması üçün ciddi səylər göstərmişik. Əminik ki, Milli Şura bundan sonra da 2013-cü ilin prezident seçkiləri zamanı olduğu kimi səmərəli fəaliyyət göstərə bilər. Biz artıq xeyli müddətdir ki, Müsavat partiyası ilə, eləcə də Milli Şurada təmsil olunan digər qüvvələrlə bu birlik daxilində müttəfiqlik münasibətlərindəyik. Biz real müxalifət qüvvələrinin müttəfiqliyini Milli Şuranın tərkibində daha məqbul sayırıq. Əgər Müsavat partiyası daha da sıx birlik arayışındadırsa, xatırladırıq: 2010-cu ildə AXCP-nin qurultayı qərar qəbul etdi ki, Müsavatla qeyd-şərtsiz birləşməyə hazırıq. Bu qərarımız indi də qüvvədə qalır".

“İşğalçı dövlətə hərbi yardım göstərmək onun cinayətinə şərik olmaq deməkdir”


Qarabağ Azadlıq Təşkilatı Ermənistana göstərdikləri hərbi yardıma etiraz olaraq Çin Xalq Respublikasının sədri Si Tszinpiyə məktub ünvanlayıb. QAT mətbuat xidmətindən məlumata görə, Pekinə çatdırmaq üçün Çinin Azərbaycandakı səfirliyinə təqdim olunmuş məktubda deyilir: “Ölkənizin müdafiə naziri cənab Çan Vantsuyan işğalçı Ermənistanın müdafiə naziri Seyran Ohanyanla Pekin şəhərində görüşüb, hərbi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb, həmçinin İşğalçı Ermənistana ildə 5 milyon yuan həcmində hərbi yardım göstərilməsi ilə bağlı saziş imzalanıb. Bizim Sizin dövlətin daxili işlərinə qarışmaq fikrimiz yoxdur. Lakin Sizin dövlətiniz BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olduğuna, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsinə dair 4 qətnaməsinə səs verdiyinə, həmçinin dünyanın güc mərkəzlərindən biri olduğuna görə əlavə beynəlxalq öhdəliklərin daşıyıcısıdır. Ona görə də dövlətinizin işğalçı Ermənistana bu cür münasibəti ciddi narahatlıq doğurur. İşğalçı dövlətə hərbi yardım göstərmək onun cinayətinə şərik olmaq deməkdir. İşğalçı bir ölkəyə hərbi yardımın göstərilməsi beynəlxalq hüquq normaları ilə bir araya sığmır. İşğalçı Ermənistana hərbi yardım Çinin min illiklərlə formalaşmış qədim və ədalətli dövlət imicinə mənfi təsir göstərir.

Xahiş edirik bu məsələyə diqqətlə yanaşasınız və yanlışlığın aradan qaldırlması üçün siyasi iradə nümayiş etdirəsiniz. Müraciətimizi bir çinli müdrikliyi ilə düzgün dəyərləndirəcəyinizə inanır və əvvəlcədən təşəkkürümüzü bildiririk.”

ACP-nin adını dəyişdi



ADP-dən yeni ADP-nin yaranmasına münasibət bildirildi
Sülhəddin Əkbərin sədri olduğu Açıq Cəmiyyət Partiyasının yeni adı məlum olub. Növbəti qurultayda ACP-nin adı dəyişdirilərək Azad Demokratlar Partiyası rəsmən elan ediləcək. Yanvarın 5-də Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin toplantısı keçirilib. İclasda qurultaya hazırlıq məsələləri müzakirə edilib. İclasda yeni təsis olunacaq partiyanın adının Azad Demokratlar Partiyası olması haqqında qərar qəbul edilib. Qurultaya 5 nəfərdən bir olmaqla nümayəndəlik norması qəbul edilib, rayon, şəhər təşkilatlarının təsis konfranslarının keçirilməsinə başlamaq haqqında qərar verilib. Bundan başqa, təşkilat komitəsi üzvləri arasında iş bölgüsü aparılıb, regionlarla da qurultaya hazırlıq üzrə işin aparılması üçün konkret məsuliyyət daşıyan şəxslər müəyyən olunub.

Toplantıda partiyanın nizamnamə layihəsi haqqında məlumat verilib, siyasi-ideoloji xətti barədə ilkin müzakirələr aparılıb. Qeyd edək ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Sülhəddin Əkbərdir.

Məlumdur ki, Azərbaycanda dövlət qeydiyyatından keçmiş Azərbaycan Demokrat Partiyası var. Bu partiyanın qısaldılmış-abreviatura variantında adı ADP-dir. Azad Demokratlar Partiyasının da abreviatura variantında adının ADP olduğunu nəzərə alsaq, Azərbaycan Demokrat Partiyasının məsələyə münasibətinin necə olacağı sualı ortaya çıxır. ADP sədri Sərdar Cəlaloğlu ilə bu barədə söhbətimizdə məlum oldu ki, yeni ADP-nin yaranmasından narahat deyil: “Azərbaycanda ”Siyasi partiyalar haqqında" Qanun var. Həmin qanun Azərbaycanda eyni adla, eyni abreviatura ilə iki partiyanın olmasını qadağan edir. Ona görə də Ədliyyə Nazirliyi yəqin ki, ona baxacaq. Əgər Azad Demokratlar Partiyasının abreviatura olunmuş adı ADP olacaqsa, hər halda, qeydə almayacaq".

S.Cəlaloğlu məsələ ilə bağlı Sülhəddin Əkbərlə danışmağa ehtiyac duymadığını dedi: “Mən Sülhəddin Əkbərin hansısa adla yeni partiya yaratmasından narahat deyiləm. Ona görə də heç maraqlanmıram ki, o nə yaradır, niyə yaradır, hansı adla yaradır. Mənim nəyimə lazımdır. Lap adını Azərbaycan Demokrat Partiyası qoysunlar, nə olacaq onda. ACP-nin adını niyə dəyişirlər? Siyasətdə belə qeyri-ciddi davranış olmaz. Əvvəlcədən fikirləşmək lazımdır ki, ad necə olsun. İndi ad dəyişməklə təzə partiya meydana çıxacaq?”
“ACP-ni Rəsul Quliyev yaratmışdı. Bəlkə Sülhəddin Əkbər partiyanın adını Rəsul Quliyevlə artıq bir bağlılığın qalmadığını göstərmək üçün dəyişir” sualına isə ADP sədri belə cavab verdi: “Bunlar qeyri-ciddi məsələlərdir. Ona görə də şərh vermək fikrim yoxdur. Bunlar hamısı boş-boş şeylərdir”.

Sülhəddin Əkbər isə bildirdi ki, Azad Demokratlar Partiyasının Azərbaycan Demokrat Partiyası ilə heç bir yaxınlığı yoxdur: “Qısaldılmış adına gəldikdə isə iki variant nəzərdə tutulur. Ya Müsavat Partiyası kimi nizamnaməsində yazıla bilər ki, qısaldılmış formada adı yoxdur, yaxud da qısaldılmış variantda AzDP adlandırıla bilər”.

S.Əkbər partiyanın qurultaya hazırlıqla bağlı təşkilat komitəsinə üç aylıq müddət verildiyini bildirdi: “Üç aydan sonra biz qurultayın vaxtını və keçirilmə yerini müyyən etməyi nəzərdə tuturuq. Bu da təxminən martın 22-dən sonra dəqiqləşəcək”.
4 Ocak 2014 Cumartesi

İslamçılar Şəhidlər Xiyabanını ziyarət edib


 
Bu gün Azərbaycan İslam Partiyasının bir qrup üzvü 31 dekabr İslam Peyğəmbərinin vəfatının ildönümü, İmam Həsən və İmam Rzanın şəhadətləri ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. 
Əvvəlcə şəhidlərin məzarını ziyarət edib gül dəstələri qoyan islamçılar əbədi məşəlin önündə əzadarlıq ediblər. Çıxış edən AİP-in sədr əvəzi Elçin Manafov bildirib ki, islamçılar hər zaman vətəni, milləti uğrunda canlarını şəhidlər kimi fəda ediblər və bundan sonra da hər zaman Vətən yolunda, torpaqların azadlığı uğrunda hazırdırlar: "Bu yolu bizə İmam Hüseyn öyrədib. Mübariz İbrahimov kimi qardaşlarımız da bu məktəbin yetirməsi kimi canını Vətən uğrunda verdi. İstərdik ki, günahsız yerə, qondrama ittihamlarla həbs olunmuş 


Azərbaycan islamçılarının rəhbəri Mövsüm Səmədov qardaşımız, ruhanilərimiz Hacı Fəramiz, Hacı Abgül, 
Tale Bağırov da bizim sıralarımızda olsunlar. İnşallah bir gün onlar da bizim önümüzdə addımlayacaqlar. "

Zaur Həsənovu əslində bu məmləkətdəki haqsızlıq və ədalətsizlik yandırdı



Akif Nağı: “Zaur Həsənov əslində özünü yandırmayıb onu yandırıblar“
 
Rövşən Əhmədli: “Hazırda ölkədə bu cür ədalətsizliklərdən yananlar, özünə qəsd edənlər kifayət qədərdir”
 
“Səttar Mehbalıyevin indidən cəzalandırılacağını demək çətindir. Millət vəkili, dünən Zaur Həsənovun yasına gələrək, özünə bəraət qazandırmağa çalışırdı. S. Mehbalıyev günahı vəkillərin üzərinə atmaq istəyir və Zaur Həsənovu kompromisə vəkillərin getməyə qoymadığını söyləyirdi.” 
 
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı özünü yandıran Qarabağ əlili Zaur Həsənovla bağlı baş verən olayın əsas səbəbkarlarından olan Səttar Mehbalıyevin cəzalandırılıb- cəzalandırılmayacağına dair açıqlama verərkən qeyd edib. Akif bəyin sözlərinə görə, Səttar Mehbalıyevin günahı başqa yerdə axtarması doğru deyil: “Zaur Həsənovun ölümü ilə bağlı məsuliyyət birbaşa Səttar Mehbalıyevin üzərinə düşür. Digər tərəfdən millət vəkilinin dünən yas yerinə gələrək orada iştirak etməsi bir növ günahının etiraf idi. O, ilk dəfə kompensasiyasını ödəməklə günahını etiraf etmiş oldu. Lakin bütün qazilərin və ümumilikdə cəmiyyətin mövqeyi budur ki, Səttar Mehbalıyev cəzalandırılmalıdır. Bununla bağlı cəmiyyətdə ciddi şəkildə narazılıq mövcuddur. Yas mərasimində Zaur Həsənovun atası xahiş elədi ki, heç kəs Səttar Mehbalıyevə bir söz deməsin. Əgər Səttar Mehbalıyev cəzalandırılmasa, düşünürəm ki, hökumətə qarşı mənfi fikir xeyli sayda güclənəcək.” 
 
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli isə bildirdi ki, Zaur Həsənovla bağlı baş verən olay bir məmurun özbaşınalığı kimi ortalığa çıxıb. 
 
Əslində Azərbaycanda ən sadə insandan Qarabağ qazisinə qədər bütün insanların haqsızlıqdan əziyyət çəkdiyini bildirən Rövşən bəy, “vətəndaşlar istənilən məmurun qapısına gedəndə eyni münasibətlə üzləşirlər. Baş verənlər onu göstərir ki, hər kəs öz haqqını tələb edirsə, orada qanun yox, yalnız kimin güclü olması mühüm rol oynayır” , -deyə qeyd etdi: “Zaur Həsənov əslində özünü yandırmayıb onu yandırıblar. Onu ölkədəki haqsızlıq, ədalətsizlik və zülm yandırıb. Hazırda ölkədə bu cür ədalətsizliklərdən yananlar, özünə qəsd edənlər kifayət qədərdir.”   
 
Rövşən bəy onu da bildirdi ki, ortalıqda qanundan əlavə insanlıq faktoru da mövcuddur: “Əgər ədalət bizim “qanuni” məhkəmələr tərəfindən verilən qərarlardısa, onda görəsən ədalətin özü nədir? Qanunsuz, korrupsiya və rüşvətlə milyonlara sahib çıxanlar insanların sonuncu tikəsini əlindən alaraq onların yaşamaq haqqını tanımırlarsa, Zaur kimi şəxslrə özlərinə çox qəsd etməli olacaqlar.”
29 Aralık 2013 Pazar

İslam Partiyası Şəhidlər Xiyabanını ziyarət edəcək



Dekabrın 31-də İslam Peyğəmbərinin vəfatı və İmam Həsən Müctəbanın şəhadəti günü ilə əlaqədar Azərbaycan İslam Partiyası da tədbir keçirəcək.
Partiyanın mətbuat xidmətin verilən məlumatda bildirilir ki, Allah-təalanın aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbərin vəfatı və onun Əhli-beytindən olan İmam Həsənin şəhadəti günündə anmaqla əza saxlamaq dünyanın 50 milyonluq  müsəlman azərbaycanlılarının da üzərinə düşən müqəddəs vəzifədir.

Azərbaycan İslam Partiyası dekabrın 31-i saat 11.00-da şəhidlər diyarı Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü və dinimizin qorunması uğrunda  canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət etmək üçün bütün inanclı insanları, din, Vətən, torpaq təəssübkeşlərini bölgələrdə və paytaxtdakı  “Şəhidlər xiyabanı”nda ziyarət  etməyə çağırıb.

İki ayın əsgəri dünyasını dəyişdi


Daxili Qoşunların əsgəri dünyasını dəyişib. Hadisə Daxili Qoşunların Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 18 yaşlı Rəhman Tacik oğlu Mirməmmədov xidmətdə olarkən qəflətən yıxılıb. Təcilli yardım ilə xəstəxanaya aparılan əsgər yolda dünyasını dəyişib.

Əsgərin ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü ekspertiza təyin edilib.

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R. Mirməmmədov bu ilin oktyabrında Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

AXCP və Müsavatdan bugünki aksiyada həbs edilənlər


Dünən Fəvvarələr meydanında keçirilmiş etiraz aksiyası zamanı saxlanılanlarla bağlı məlumatlar yayılıb. Tural Abbaslı Müsavat gənclərindən 5 nəfərin saxlandığını bildirib: "Mənə verlən məlumata əsasən Fəvvarələr meydanında keçirilən aksiya zamanı Rüfət Hacıbəyli, Cavid Hacıbəyli, Tural Sadıxlı, Samir Poladov, Orxan Eyyubzadə və Cavanşir Abbaslı mülkü geyimlilər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıblar. Məlumatı dəqiqləşdirməyə çalışırıq".

EYni zamanda AXCP-nin mətbuat katibi Natiq Ədliov da saxlanılanlarla bağlı məlumat yayıb: "AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli və Məclis üzvü Sultan Murad həbs olunaraq Lökbatan polisində saxlanırlar. Bu barədə polisdəki adının çəkilməsin istəməyən mənbə xəbər verib. Onun sözlərinə görə saxlanılanlara qarşı zorakılıq tətbiq edilir.
Sultan Murad indicə yazdığı smsdə "polisdəyik" yazıb. Heç biri telefona cavab vermir. Təxmini məlumatlara görə onları yas mərasimində etdikləri çıxışa görə tutblar".

Bakı-Şamaxı yolu iflic olub: kilometrlərlə tıxac yaranıb



Bakıda yaxın dörd  saat ərzində kilometrlərlə tıxac yaranıb.Bakı-Şamaxı yolu demək olar ki, hər istiqamətdə hərəkət üzrə tamamilə iflic olub. Saat 17:30-dan Sulutəpə istiqamətindən də şəhərə doğru hərəkət dayanıb, lakin, saat 21:00 radələrində isə şəhər istiqamətində yol açılsa da, əks istiqamətdə yol bağlanıb. Hazırda Bakıdan həmin istiqamətdə hərəkət demək olar ki, mümkünsüzləşib.

Bakının əsas küçə və prospektlərində tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, paytaxtın Afiyəddin Cəlilov, Niyazi küçələrində, həmçinin Tiflis, Neftçilər, Bülbül prospektlərində, 3-cü mikrorayon dairəsində, 20 Yanvardan Xırdalan istiqamətində böyük tıxac yaranıb.

NİİM-dən həmçinin bildiriblər ki, 20 Yanvardan Xırdalan istiqamətində tıxacın yaranmasına səbəb şəhərdən çıxan avtomobillərin sayının çox olması ilə bağlıdır.

 

Xankəndinin işğalından 22 il ötür


Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 21 il ötür.
1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.
İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.
Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.
İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.
Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər azyaşlı uşaq olub
.

Qarabağ qaziləri aksiya keçirir


50-yə yaxın Qarabağ qazisi bu dəqiqələrdə Bakının 5 saylı klinik xəstəxanasının qarşısında aksiya keçirir. Qazilər ötən gün özünü yandıran ikinci qrup Qarabağ əlili Zaur Həsənova dəstəklərini ifadə edirlər.
Xəstəxananın həyətinə yüzlərlə Qarabağ qazisi və əlilliyi olan vətəndaşlar toplaşıblar. Qarabağ Qazilər Birliyinin rəhbərliyi və üzvləri, həmçinin Qarabağ Azadlıq Təşkilatının üzvləri də buradadır. Onlar Z.Həsənovun özünü intihar həddinə çatdırmasına səbəb olan şəxslərin cəzalandırılmasını tələb edirlər.
Qeyd edək ki, Zaur Həsənovu 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsində müalicə olunur. O, qanuni obyektinin deputat Səttar Mehbalıyev tərəfindən yağmalanmasına etiraz olaraq özünü yandırıb.
Həmçinin Qarabağ qaziləri tərəfindən baş verənlərə etiraz olaraq aksiya da təyin olunub. Aksiya ilə bağlı artıq sosial şəbəkələrdə dekabrın 28-də saat 15:00-da Fəvvarələr meydanında “Qaziləri yandırma!” şüarı ilə aksiya keçirilməsi barədə elan yerləşdirilib. Aksiyanın “event”ində bildirilir:
“Əziz qardaşlar, bacılar, dostlar, yoldaşlar! Bu gün hamımızın qanın donduran hadisə baş verdi. Həmkarlar İttifaqı Konfedrasiyasının sədri, deputat Səttar Mehbalıyevin haqsızlığıdan təngə gələn Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı. Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi yağı işgalda olan bir ölkədə Qarabağ qazisinin özünü odlaması bizim hamımızın vicdanını silkələməlidir. Bu, rəzalətdir! Mən özüm Qarabağ qazisiyəm. Baş verənlərə laqeyd qalmamağı bütün qazi dostlarımdan, döyüşçülərdən, bu xalqın, bu ölkənin təəssübünü çəkən hər kəsdən rica edirəm. Bunun üçün hətənin altıncı günü saat 3-ə aksiya elan edirəm. O vaxta qədər tələbimiz bu olmalıdır: deputat Mehbalıyav qazini, 5 uşaq atasını və elə o uşaqları da bədbəxt etdiyinə görə ictimai qaydada üzr istəməli, Qazimizə edilən haqsızlıq dərhal aradan qaldırılmalıdır. Sabah və biri gün üçü isə görəcəyimiz iş: qazi qardaşımızı tək qoymamaq, xəstəxanaya baş çəkib onun ziyarətində olmaq!”.

Prezident Administrasiyasının qarşısında aksiya keçirilir

Şəhid ailələrinin üzvləri və Qarabağ əlilləri bu dəqiqələrdə Prezident Administrasiyasının (PA) binası qarşısında aksiya keçirir.
Etiraz aksiyasının keçirilməsinə səbəb Konstitusiya Məhkəməsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun bəzi müddəalarının şərh olunması üçün bu il oktyabrın 25-də növbəti, xüsusi konstitusiya icraatı qaydasında keçirilən iclasın qərarının hələ də elan olunmamasıdır. Yada salaq ki, həmin iclas Fərhad Abdullayevin sədrliyi ilə və Ali Məhkəmənin sorğusu əsasında keçirilib. Üstündən iki ay keçməsinə baxmayaraq onun nəticəsindən hələ də bir xəbər yoxdur.
Şikayətçilər iki aydan artıq vaxt keçməsinə baxmayaraq onlara bu barədə heç bir məlumatın verilməməsinə, adıçəkilən qanunun bəzi müddəalarının şərh olunması üçün növbəti xüsusi konstitusiya icraatı qaydasında keçirilən iclasın qərarının elan olunmamasına etiraz edirlər.
Xatırladaq ki, Qarabağ əlilləri və şəhid ailələri dekabrın 5-də Konstitusiya Məhkəməsinin binasının qarşısında piket keçirmişdilər. Onlara yaxın 10 gün ərzində qərarın təqdim olunacağı sözü verilmişdi.
Hazırda PA-nın binası qarşısında 50-60 insan var. Adamların axını davam edir.
Aksiyaçıların bir qrupu PA-nın qəbul otağına dəvət olunub. PA əməkdaşları ilə onların arasında söhbət gedir.
Bu arada onu da deyək ki, aksiya iştirakçılarına və hadisəni işıqlandıran jurnalistlərə təzyiq var. Qəhrəmanov soyadlı mayor xüsusilə “fərqlənir”…

25 Aralık 2013 Çarşamba

İlham Əliyev yenidən məmurlara xəbərdarlıq etdi

"Azərbaycan sosial dövlətdir. Əsaslı iqtisadi islahatların aparılması ilə bərabər, güclü sosial siyasətin həyata keçirilməsi bugünkü reallıqları müəyyən edir. Əlbəttə ki, gələcəkdə də bu sahəyə diqqət daha da böyük olacaq".

Bunu Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimində iştirak edən prezident İlham Əliyev deyib.

Prezident İlham Əliyev ölkədə həyata keçirilən sosial islahatların davamlı olacağını vurğulayaraq ədalət prinsipinin cəmiyyətdə mühüm meyarlardan biri olduğunu qeyd edib.
"Bəzi hallarda ədalət pozulur. Ədalət pozulduqda insanların inamı itir. Çünki ən böyük problem odur ki, beynəlxalq əlaqələrdə, ölkələr arasındakı münasibətlərdə və istənilən sahədə ədalət pozulur. Ona görə hər yerdə ədalət olmalıdır.

Mən bilirəm, yəqin ki, siz də, ictimaiyyət də bilir, ünvanlı sosial yardım ilə bağlı problemlər var idi. Onlar aradan qaldırılacaq. Ədalətsizliyə yol verilirdi. Yardıma ehtiyacı olanlar yardım ala bilmirdilər. Ehtiyacı olmayanlara müəyyən şərtlərlə yardımlar verilirdi. Mən dəfələrlə vətəndaşlara müraciət etmişəm ki, xoşagəlməz hallar haqqında, ədalət pozulduqda məlumat versinlər.

Mən əminəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün xoşagəlməz halları yaxın zamanda aradan götürəcək. Ciddi təmizlik işləri aparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mən bunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eyni münasibət hamıya olmalıdır və olacaq. Bilirsiniz, beynəlxalq əlaqələrdə də, beynəlxalq məsələlərdə də ədalət pozulur. Bizim Qarabağ kimi problemimiz ona görə həll edilmir ki, ədalət yoxdur. Beynəlxalq hüquq, ədalət, tarixi ədalət pozulur. Ancaq bəzi ermənipərəst qüvvələr bunu görmək istəmirlər. Ədaləti bərpa edəcəyik, həm ölkə daxilində, həm beynəlxalq müstəvidə.

Ona görə istəyirəm ki,bu gün məni bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaq".

AİP Ərbəin günü ilə bağlı regionlarda tədbirlər keçirib

Salyan, Masallı, Lənkəran və digər regionlarda keçirilən tədbirlər böyük izdihamla baş tutub 
Azərbayca İslam Partiyası Kərbəla şəhidlərini yad ediblər. Salyan, Masallı, Lənkəran və digər regionlarda keçirilən Ərbəin məclisləri izdihamlı olub. Quran tilavəti ilə açılan dini xütbələr və mərsiyələr oxunub. 
 
Məclislərdə AİP funksionerləri – sədr əvəzi Elçin Manafov, sədrin birinci müavini İnqilab Əhədli, siyasi məsələlər üzrə müavin Akif Heydərli,  Qadınlar Şurasının sədri Növrəstə İbrahimova  və digərləri iştirak ediblər.. 
 
Çıxış edənər İmam Hüseynin (ə) həyat yolundan, onun mübarizə məktəbinin fəlsəfəsindən danışıblar 
 

24 Aralık 2013 Salı

Vəzifəli şəxslərin avtokolleksiya xəstəliyi


Psixoloq Azad İsazadə: “Bu, təkcə rüşvətxorluq deyil, həm də görməmişlikdi”
Azərbaycanda yüksək vəzifəli şəxslərin dəbdəli həyat tərzi keçirmələri heç kimə sirr deyil. Bizim ölkənin məmurları korrupsiya və rüşvət hesabına həddən artıq varlanıblar. Bəzən onların övladları o dərəcədə harınlayırlar ki, atalarının dövlətdən və xalqdan oğurladıqları pullar hesabına topladıqları haram varidatı sosial şəbəkələrdə nümayiş etdirirlər.
Məmurlar oğurladıqları xalq və dövlət pulundan özlərinə daşınar və daşınmaz əmlaklar alırlar. Hazırda Azərbaycanda əksər məmurların onlarla maşını var. Vəzifəli şəxslər bir çox şeylərin kolleksiyasını toplayır, onlardan biri də avtomobil kolleksiyasıdır.
Məmurların retro və ən son model maşınlardan ibarət əməlli-başlı avtomobil karvanları var. Nəinki Azərbaycanda, ayrı-ayrı rayonlarda, hətta yazın-uzaq xarici ölkələrdə də mal-mülkü, bahalı maşınları olan məmurlarımız kifayət qədərdir.
Vəzifəli şəxslərin xidməti maşınları da həddən artıq bahalı markalar olur. Amma qonşu ölkələrdə bu məsələ ilə bağlı ciddi prosedurlar həyata keçirilir. Məsələn, Rusiyada xidməti avtomobillər yalnız yerli istehsal olmalıdır. Yaxud qonşu Gürcüstanda hər bir xidməti avtomobil üçün ayrılan məbləğ 16 min dollardan yuxarı ola bilməz. Azərbaycanda isə hətta hakim partiyanın funksionerləri 100 minlik xidməti maşınlarda gəzirlər…
Statistikaya görə, son 5 ildə ölkəmizdə xidməti maşınlara yarım milyard xərclənib. Azərbaycanda vəzifəli şəxslərin xidməti maşınlarının dəyəri 80-200 min avro məbləğində dəyişir.
“Bu, acgözlük və rüşvətxorluqdur”
Məmurların bu cür var-dövlət, maşın və s. həvəskarı olmalarının səbəbini tanınmış psixoloq Azad İsazadədən xəbər aldıq. A.İsazadə bunları Azərbaycanda günü-gündən artan acgözlüklə, rüşvətxorluqla əlaqələndirdi: “Hamımıza bəllidir ki, bu məsələ ilə bağlı dövlət nəzdində xüsusi idarə (Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini nəzərdə tutur – red.) yaradılıb. Lakin o idarənin bu işlə necə məşğul olduğu ortadadır. Mən bir psixoloq, ölkə vətəndaşı kimi bunları acgözlük, rüşvətxorluq kimi qiymətləndirirəm. O da bəllidir ki, hər kəs özünə məxsus həyatını nümayiş etdirir. Bizim həyat tərzimizlə, o məmurların həyat tərzi göz qabağındadır. Sözsüz ki, hər bir insanda paxıllıq hissi var. Amma mən bunları paxıllıq hissi kimi qəbul etmirəm. Sadəcə ürəkağrısı ilə baxıb düşünürük ki, axı bunlar bizim pullarımızdır”.
Digər psixoloq Azər Qaraçənli bu məsələyə çox qısa cavab verəcəyini bildirdi: “Bu, hər zaman gündəmdə olan aktual bir mövzudur. Hər kəsə də bəllidir. Burada hər hansı bir fikir bildirməyi mənasız hesab edirəm. Bildirəcəyim hər bir fikir oxucuya bəllidir. Çünki Azərbaycan oxucusu, vətəndaşı hər bir məsələni hamımızdan yaxşı bilir, qiymətləndirir”.


Əliyevin “metro qiyamı” yatırıldı

Tağı Əhmədova sözünü keçirə bilməsə, «yumurta inqilabı» ilə tarixə düşəcək
Metroda qəzetlərin satışına qadağa qoyuldu. Belə xəbər yayıldı ki, bu tapşırığı verən Ilham Əliyevin yaxınlarından biridir. Daha doğrusu, onun məsləhətçilərindən biri. Özü də o qədər kobud adamdır ki, Tağı Əhmədov belə, onun əlindən “dad” deyir. Yəni, Tağı Əhmədovluq bir şey yoxdur. Hətta dedilər ki, Tağı Əhmədovla “Azadlıq” arasındakı “məhkəmə cəriməsini hissə-hissə ödəmək” razılaşmasını da həmin adam pozdurub.
Sonra Ilham Əliyev “Jurnalistlərin dostu” mükafatını alanda, orada bizdəki söz azadlığından danışdı. Dedi ki, qəzet köşklərində qəzet satılmalıdır…
Ilham Əliyev bu çıxışı edəndə metrodakı qəzet dükanlarında iç geyimləri satırdılar. Bütün bunların paralelində hamı gözləyirdi ki, Tağı Əhmədov cəzalandırılacaq, metroda qəzet satışı bərpa ediləcək. Bu olmadı. Olacağı da gözlənilmir. Niyəsi də çox aydındır. Ilham Əliyev üçün bu məsələnin çox aydın riyazi səbəbi var. O istəyir ki, daha dar dairədə ifşa olunsun, əməllərindən daha az adam xəbər tutsun. Tağı Əhmədovun da gördüyü iş son nəticədə buna xidmət edir.
Tağı Əhmədov Ilham Əliyevə qulaq asmır. Ona görə ki, o, Ilham Əliyevin dediklərinin, xüsusilə televizorda dediklərinin məmurlara aid olmadığını bilir. Elə olmasaydı, Ilham Əliyev bu günə kimi neçə hökumət dəyişməli idi…
Işin ən maraqlı nöqtəsi budur ki, onu heç kim eşitmir, ona heç kim qulaq asmır. Ilham Əliyev qəzet oxuyursa, bilsin ki, ölkədə heç kim onu prezident kimi görmür. Bunun günahı isə ona səs verməyən xalqda deyil. Bunun əsl səbəbkarı onun efirdə dediklərini vecinə almayanlardır.
Amma məsələ başqadır. Ilham Əliyev özü-özünü belə görmək istəyirmi? Bir nəfər çıxıb deyəcəkmi ki, “kral lütdür”? Ona izah edən olubmu ki, metroda, taksidə, avtobusda hər kəs onu bir tikə çörəyinin şəriki sayır?
Tağı Əhmədov qəzet satışına qoyduğu qadağanı götürməyib. Bu məsələ Avropa Məhkəməsinə kimi uzanıb gedəcək. Ilham Əliyevin sözünü biz Tağı Əhmədova necə icra elətdirək? Hər halda, bu, onların biləcəyi işdir.
Ilham Əliyev metroda qəzet satmağa icazə almayan prezidentdirsə, o, tarixə “Yumurta inqilabı”nın lideri kimi düşəcək. Biz onun özü ilə bağlı planlarını da müzakirə etmirik. Amma Ilham Əliyevi “Qərbpərəst” adlandıranlar gərək ona sirr gəlsinlər ki, Qərbdə mətbuat hər yerdə azad satışda ola bilir. Ona görə də heç olmasa, qəzetlərin satışda olmasına maneəni aradan qaldırmaq lazımdır. “Azadlıq”ı istəyənlər onsuz da onu əldə edəcəklər, qəzet kimi də, dəyər kimi də. Lakin bu istəyə qarşı olmağın elə də uğurlu nümunələri yoxdur. Çox misal çəkib heç kimi qorxutmaq istəmirəm, ətrafımızda belə nümunələr kifayət qədərdir. Öyrənmək lazımdır.
Ilham Əliyev ola bilsin ki, bizi saymır. Amma camaat başqa cür düşünür, deyir ki, məmurları onu saymır. Biz özümüzü saydırmağın yolunu bilirik, bəs Ilham Əliyev necə, Tağı Əhmədova sözünü keçirə biləcəkmi?

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel