Əlaqə
7 Ocak 2014 Salı
29 dekabr məhbuslarının işindən şikayət verilib
Qarabağ
döyüşçüsü Zaur Həsənovun ölümü ilə əlaqədar ötən il dekabrın 29-da
Bakının Fəvvarələr meydanında keçirilən aksiyada tutulan 6 gəncin
işindən apellyasiya şikayətləri verilib.
Səbail
Rayon Məhkəməsi dekabrın 29-da bitərəf Samir Poladovu 15 sutkalığa həbs
edib. Digər həbs qərarları dekabrın 30-da çıxarılıb. Bitərəf Orxan
Eyyubzadə 18 sutka, Müsavat Partiyasının üzvləri Tural Sadıxlı 17 sutka,
Cavid Hacıbəyli 16 sutka, AXCP üzvləri Orxan Carçı 16 sutka, Türkel
Əlisoy 15 sutka həbs cəzası alıb.
Yanvarın
7-də “Media forum” saytına danışan vəkil Nemət Kərimli deyib ki, 6
gəncin işindən şikayətlər Səbail Rayon Məhkəməsinə təqdim olunub.
Şikayətlərə Bakı Apellyasiya Məhkəməsi baxacaq. Vəkillər həbs
qərarlarının ləğvini istəyirlər.
Nemət
Kərimli əlavə edib ki, inzibati cəzanı Bakı polisinin Binəqədidəki
məntəqəsində çəkən gənclərin saxlanma şəraitindən müəyyən narazılıqları
var, onlar əsasən yeməyin keyfiyyətindən şikayətlənirlər.
Qarabağ
müharibəsinin əlili Zaur Həsənov Həmkarlar İttifaqları
Konfederasiyasına etiraz əlaməti olaraq dekabrın 25-də Bakıda özünü
yandırıb və üç gün sonra vəfat edib. Dekabrın 29-da aksiya keçirən
fəallar onun ölümündə günahkar olanların məsuliyyətə cəlb olunmasını
tələb ediblər.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder