Əlaqə
Blog Arşivi
- 2014 (270)
- 2013 (363)
15 Ocak 2014 Çarşamba
Daha bir reytinq cədvəlindən Ermənistandan geri düşdük
Heritage Fondu 2014-cü il üçün iqtisadi
azadlıq indekslərini elan etdi. Fondun qiymətləndirməsinə görə,
Azərbaycanın iqtisadi azadlıq balı 61.3 olmaqla ölkə 81-ci yerdədir. Bu
ötən il ilə müqayisədə 1.6 bənd çoxdur. Ölkəmizin indeksinin yüksəlməsi
dövlət maliyyəsi və mülkiyyət hüquqları üzrə balının artması ilə
bağlıdır.
İndeksin hazırlanma metodologiyası
qanunun aliliyi (mülkiyyət haqları və korrupsiyadan azad olma
səviyyəsi), hökumətin ölçüsü (fiskal azadlıq, hökumət xərcləmələri),
tənzimləmənin səmərəliliyi (biznes azadlığı, əmək azadlığı, monetar
azadlıq) və açıq bazar (ticarətin azadlığı, sərmayənin azadlığı, maliyyə
azadlığı) üzrə qiymətləndirmələrin aparılmasından ibarətdir. Hər bir
istiqamət üzrə konkret hesablamalar aparılır.
MDB-dən heç bir ölkə azad və ya əsasən
azad ölkələr qrupuna daxil edilməyib. Qazaxıstan (67-ci yer) və
Ermənistan (41-ci yer) ilə yanaşı ölkəmiz də qismən azad ölkələr
qrupundadır. Təəssüüf ki, MDB-nin digər ölkələrinin aldıqları ballar
olduqca aşağıdır. Məsələn, Rusiya hesabatda 140-cı, Ukrayna 155-cidir.
Ümumiyyətlə, bu indeksın əsas məzmunu
hökumətin biznes fəaliyyəti üçün hansı səviyyədə şərait yaratması ilə
yanaşı həmçinin dövlətinin rolunun iqtisadiyyatda ölçülməsi ilə
bağlıdır. Hesabatda Fransa 70-ci yerdədir və Qazaxıstan sözügedən
ölkədən 3 pillə öndədir. Amma bu heç də o anlama gəlməməlidir ki,
Qazaxıstan Fransadan iqtisadi baxımdan daha azad ölkədir, sadəcə,
Parisdə dövlətin iqtisadiyyata müdaxiləsi yüksək olduğu üçün bu ölkə
qismən azad ölkələr qrupunda özünə yer alıb. Bu baxımdan, əslində
metodologiyanın yenidən işlənməsi də olduqca vacibdir.
Bütün bunlarla yanaşı, Azərbaycanın
yerinin 2013-cü ilə nisbətən 7 pillə irəliləməsi ölkə üçün müsbət
haldır. Eyni zamanda, indeksdə yerimizin daha da yaxşılaşdırılması üçün
metodologiyada əks olunan istiqamətlər üzrə islahatların davam
etdirilməsinə ehtiyac var.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder