Əlaqə
Blog Arşivi
- 2014 (270)
- 2013 (363)
17 Ocak 2014 Cuma
Azərbaycanda dərman bazarı bərbad vəziyyətdə dir
Dövrü mətbuatda mütəmadi olaraq
ölkəyə gətirilən və satışa buraxılan saxta dərmanlarla bağlı məlumatlar
yayılır. İnsanların sağlamlığını pul qazanmaq üçün vasitə etmiş bu
şəxslər bəzən ifşa olunsalar da, bəzən gizlin fəaliyyətlərini davam
etdirlər. Bu günlərdə BMT ekspertinin açıqladığı fakt vəziyyətin nə
dərəcədə nəzarətdən çıxdığını və təsir dairəsinin nə qədər böyük
olduğunu göstərir. ABŞ-ın Boston Universitetinin Molekulyar və Hüceyrə
Dinamikaları Laboratoriyasının direktoru, BMT eksperti Muhammed Zaman öz
məqaləsində bildirib ki, saxta dərman məhsulları Azərbaycandan
Zambiyanın əczaçılıq şəbəkəsinə daxil olaraq bu ölkədə ölümcül
xəstəliklərlə mübarizə, belə xəstəliklərin nəzarət altında
saxlanılmasına yönələn ən perspektivli proqramları darmadağın edib.
Əgər ölkə ilə bağlı belə bir siqnal varsa, səhiyyə məsul qurumları bundan nəticə çıxartmalıdırlar: “Azərbaycanın dərman bazarı çox bərbad bir vəziyyətdədir. Ölkədə dövlət farmakopeyyası, dərman maddələrinin dövlət reyestri yoxdur. Bu da dərmanlar üzərində dövlət nəzarətini tamamilə itirmiş olur. Heç kəsə sirr deyil ki, dərman bazarı ölkədə bir-iki şirkətin əlindədir. Bu baxımdan Azərbaycanda acınacaqlı bir durum hökm sürür. Məncə bütün məslələr elə bundan qaynaqlanır.
20 illik müstəqilliyə sahib dövlətin hələ də dövlət farmakopeyyası yoxdur. Əhali bilmir ki, ölkədə hansı dərmanların tətbiqinə icazə var və ya hansı dərmanlara qadağalar mövcuddur. Bu məsələlər həll olunmamış digər problemlər də olduğu kimi qalacaq.
Hər halda bu cür bir məlumatın yayılması Azərbaycan üçün bir siqnal olmalıdır. Dərman təhlükəsizliyi konsepsiyası, Milli Təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Əgər ölkə ilə bağlı belə bir siqnal varsa, səhiyyəyə məsul qurumlar bundan nəticə çıxartmalıdırlar”.

Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder