Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
10 Ocak 2014 Cuma
Etirazçı insanların özünü yandırmasının acı statistikası
Self immolation - “etiraz forması kimi özünü yandırma” termininə ilk dəfə 1817-ci ildə Ledi Morqanın (Fransa, 1817-ci il) araşdırmalarında rast gəlinsə də, çinli rahiblərin özlərini yandırma ənənəsinin kökləri 1600 il əvvələ dayanır və bu ənənə əsasən dini ayin olaraq həyata keçirilirdi. Yaxın keçmişdən bu günə qədər isə bu intihar forması siyasi və iqtisadi böhran dövrünün etiraz forması kimi daha geniş yayılıb.
1963-cü il. Cənubi Vyetnam. Buddist rahib Thick Quang Duc tərpənmədən və heç bir səs çıxarmadan yüzlərlə insanın gözü önündə özünü yandırır. Rejimin din adamlarına göstərdiyi təzyiqə etiraz olaraq qeyri-adi təmkinlə, soyuqqanlılıqla özünü yandıran rahibdən sonra Vyetnam müharibəsinin ən qızğın dövründə Yaponiya, ABŞ, Cənubi Vyetnamda 6 nəfərin daha özünü yandırma dalğası rejimin geri addım atmasına, müəyyən güzəştlər etməsinə səbəb oldu. Yanan rahibin Pulitzer mükafatı alan fotoşəkli 1992-ci ildə “Rage against the Machine”-in uz qabığı olmuş, tarixə ən güclü dirəniş görüntülərindən biri kimi keçmişdir.
1968-ci ilin yanvarında Çexoslovakiya Kommunist Partiyasının (ÇKP) rəhbərliyinə keçən Aleksandr Dubçek həyata keçirdiyi liberal islahatlarla faktiki olaraq SSRİ-dən asılı olmadığını sərgiləyirdi. Varşava Müqaviləsi Təşkilatı (Polşa, Macarıstan, Rumıniya, Albaniya, ADR, Bolqarıstan, Çexoslovakiya) müdafiə xəttinin mərkəzində yer alan Çexoslovakiya SSRİ üçün xüsusi əhəmiyyət kəsb etdiyindən, 1968-ci ilin avqustunda VMT qoşunları Çexoslovakiyaya yeridilir və bu 84 nəfərin ölümü, 700-dən çox insanın yaralanması ilə nəticələnir.
8 aprel 1968-ci il. Polşa. 59 yaşlı mühasib Ryszard Siwiec ənənəvi məhsul festivalı şənliyinə yığışmış minlərlə insanın gözləri önündə özünü yandırır. Daxili Qoşunların tərkibində Polşa Müqavimət Hərəkatında iştirak etmiş veteran, minlərlə insanın, jurnalistlərin və siyasi liderlərin toplandığı stadionda SSRİ-nin Çexoslovakiya qətliamına etiraz edərək, canına qəsd edir. Ondan geriyə qalan səs yazısında deyilir: “Varşava müqaviləsi ordularının Çexoslovakiyadakı qətliamının və bu qətliamda Polşa ordusunun da payının olması utancı ilə yaşaya bilmərəm”. 1991-ci ildə polyak rejissor Maciej Drygas Ryszard Siwiecin faciəsini “Faryadımı duyun” filmində ekranlaşdırır.
16 yanvar 1969-cu il. Praqa, Aziz Venceslas heykəlinin önü. 29 yaşlı Jan Palach üzərinə benzin tökərək özünü yandırır. Praqa Universiteti, fəlsəfə fakültəsi tələbəsi Jan Palach “Praqa baharı” liberallaşma hərəkatını dəstəkləyənlərdən idi. SSRİ-nin ölkəsini işğalına etiraz olaraq özünü yandırır. Ölümündən sonra keçirilən Jan Palach həftəsi ilə Çexoslovakiyada işğalçılara etiraz dalğası daha da güclənir, tətillər geniş vüsət alır.
1 ay sonra eyni yer - Aziz Venceslas heykəlinin önü, Jan Palachın anım mərasimi. Bu dəfə bir başqa gənc Jan Zajic qələbəlik arasından önə çıxaraq özünü yandırır. Texniki universitetin tələbəsi olan Jan Zajic Palach tətillərinin aktiv iştirakçılarından idi. Kommunist rejimi gəncin Praqada dəfn edilməsinə və anım mərasiminə icazə vermir. Jan doğulduğu Viktov şəhərində dəfn edilir. Rejimin süqutundan sonra Aziz Venceslas heykəlinin önündə hər iki gəncin anım mərasimi təşkil edilir.
14 may 1972-ci il. Litva. 19 yaşlı Romas Kalanta özünü yandırır. Qızıl Ordunun vətənini işğalından sonra dil və mədəniyyətini məhdudlaşırmasına etiraz edərək, Romas Kalanta Kaunas əyalətində bələdiyyə sarayının qarşısında özünə od vurur.
1978-ci il. Krım. 47 yaşlı Musa Mahmud evindəcə özünü yandırır. 1944-cü ildə Krım tatarları almanlarla əməkdaşlıq ittihamı ilə Orta Asiyaya kütləvi deportasiya edilərkən 13 yaşında olan Musa Mahmud bu dövrdə 2 bacı və 2 qardaşını aclıq üzündən itirir. Deportasiya prosesində 46%-nin məhv olduğu deyilən tatarların sağ qalanlarına 1975-ci ildə Krıma dönməyə icazə verirlir. Ailəsi ilə birlikdə vətəninə dönən Musa bu dəfə də 3 aprel 1975-ci ildə pasport qanununu pozduğu və yaşadığı evdə məskunlaşma icazəsinin olmaması səbəbi ilə həyat yoldaşı ilə birlikdə 2 il həbsə məhkum edilir. 3 övladı olduğundan həyat yoldaşı sərbəst buraxılır. Azadlığa çıxıb ailəsinin yanına qayıtdıqda Musa 16 yaşlı qızının pasport qanunu səbəbindən təqib edilərək ölkədən sürgün edildiyini, oğlunun maddi sıxıntilar üzündən Daşkənddəki qohumlarının yanına göndərildiyini görür. Daha sonra məskunlaşma icazəsi üçün müraciətinə “Krımı tərk etməsəniz, həbsdə çürüməniz üçün hər şeyi edəcəyik” cavabını aldıqda “Krım - mənim vətənimdir. Mən Krımda yaşamaq və burada ölmək üçün geri gəldim” deyərək bu dəfə onu həbs etməyə gələnlərə canlı təslim olmayacağını bildirir. 3 gün sonra evinə həbs etmək üçün gələn milisin üstünə yeriyərək, oğlunun fəryadlarına məhəl qoymadan özünə od vurur. 5 gün sonra vəfat edərkən son sözləri bu olur: “Mən Vətəni Krıma dönməsinə icazə verilməyən hər bir tatarın ağrısını hiss edirəm”. 1986-cı ildə “Canlı məşəl - Musa Mahmudun özünü yandırması” adlı kitab yayımlandı və bu günə qədər də Musa Mahmud tatarların canlı məşəli kimi anılır.
10 avqust 1982-ci il. Türkiyə, Taksim meydanı. Erməni əsilli Artin Penik üzərinə benzin tökərək özünü yandırır. Avqustun 8-də ASALA növbəti terror aktı təşkil edir. Bu hadisə nəticəsində Əsənboğa hava limanında 8 nəfər ölür, 72 nəfər yaralanır. Ayın 10-da erməni əsilli türk vətəndaşı ArtinPenik, ASALA terrorlarına etiraz olaraq özünü yandırır.
2006-cı il. Çikaqo. Malakay Riçer özünü yandırır. Amerikalı hüquq müdafiəçisi və eyni zamanda musiqiçi olan Malakay Riçer Çikaqonun mərkəzində ABŞ-ın İraqa müdaxilasinə etiraz olaraq özünü yandırır.
13 yanvar 2009-cu il. Türkiyə, Taksim meydanı. İbrahim Ulusal adlı bir türk vətəndaşı özünə od vurur. Qəzza qətliamına təsadüf edəb bu dövrdə Türkiyədə insanların İsrail rejiminə olan qəzəb sərgilərinə tez-tez rast gəlinirdi. Sionist rejimin Qəzzada vəhşiliklərinə səssiz qala bilməyən İbrahim Ulusal da “Fələstin yandı, mən də yanım” deyərək özünə özünü yandırır.
17 dekabr 2010-cu il.Tunis, şəhər meriyasının qarşısındakı meydan. Tərəvəz satıcısı Məhəmməd Buazizi özünü yandırır. Meriya işçisinin təhqirinə dözməyən universitet tələbəsi Buazizi meriyaya müraciət edir. Onu dinləmədiklərini gördükdə meriya qarşısındakı meydanda özünü yandırır və 18 gün sonra dünyasını dəyişir. Bununla da ölkəni inqilabla nəticələnən etirazlar bürüyür.
2011-ci il. Misir etirazları dövrü. 25 yaşlı Əhməd Haşim Əl Səid özünü yandıraraq ölkəni bürümüş işsizliyə etiraz edir. Həmin dövrdə daha 2 nəfər etirazçı özünü yandırır.
Daha sonra ixtisasca vəkil olan 40 yaşlı Məhəmməd Faruq Həsən özünü yandırmağa cəhd etmiş, amma polisin dərhal müdaxilasi ilə xilas edilə bilmişdi.
12 dekabr 2011. Türkiyə, Mardin. 15 yaşlı Fırat İzgin özünü yandırır. Bu azyaşlı son 1 ildə PKK lideri Öcalan üçün özünü yandıran 8 nəfərdən biridir. Yeniyetmənin ölümündən sonra PKK özünüyandırmanı dəstəkləmədiyini açıqlayaraq “özünüzü yandırmayın, professional mübarizə aparın” dedi.
2012-ci ilin yanvarı. Fasda 5 işsiz gənc özünü yandırır. “İşsiz Unuversitet məzunları” hərəkatının 160-a yaxın üzvü 2 həftə boyunca Təhsil Nazirliyinə bağlı bir binanı ələ keçirirlər. Hərəkat dəstəkçiləririn içəriyə ərzaq və su ötürməyinə mane olamağa çalışan təhlükasizlik qüvvələrinə etiraz olaraq, 5 hərəkat üzvü gənc özünü yandırır.
2009-cu ildən bu günə qədər 200-ə yaxın tibetli Çin zülmünə etiraz olaraq özünü yandırmışdır.
2012-ci il. Hindistan. Jamya Yeşi adlı tibetli 600-ə yaxın insanın gözü önündə özünü yandırır. Həftə ərzində Çin dövlət başçısının Hindistana səfəri gözlənilirdi. 600-ə yaxın tibetli Yeni Dehlidə bu səfərə qarşı etiraz aksiyası üçün yığışmışdı. Aralarında bir gənc - Jamya Yeşi irəli çıxaraq özünü yandırır.
20 iyul 2012-ci il. İsrail erjimi hərbçisi 57 yaşlı Moşe Silman maddi sıxıntılar üzündən bir etiraz aksiyasında özünü yandırır.
2 gün sonra daha bir nəfər - 45 yaşlı əlil hərbçi - borcları üzündən evini itirmiş Akiva Mefii hökuməti “yoxsuldan alıb zənginə vermək”lə ittiham edən bir məktub yazaraq maddi sıxıntlar üzündən özünü yandırır.
6 oktyabr 2013-cü il. Vaşinqton, National Mall parkı. Qaradərili bir amerikalı özünü alova verir. Bir gün öncə çevik polisin Miriam Carey adlı qadın sürücünün Ağ Evə daxil olmaq istəməsindən şübhələnərək 1 yaşlı körpəsinin də olduğu avtomabilini təqib edərək öldürməsi cəmiyyətin ölkədəki “təhlükəsizlik paraniyası”na qəzəbini artırmışdı. Bununla da, qaradərili bu ABŞ vətəndaşı ABŞ Konqresinin yaxınlığındakı parkda özünü yandırır.
Avropa Birliyində ən aşağı əmək haqqı alan bolqarlar ölkədə qiymətlərin qalxması, işsizliyin artması səbəbilə küçələrə axışır və 2013-cü ilin 22 fevralında hökumət istefaya getməli olur. 2013-ci ildə 6 Bolqarıstan vətəndaşı iqtisadi böhran üzündən özünü yandırır.
Onlardan biri olan Vechislav Arsenov işsiz qalınca kömək üçün bələdiyyəyə müraciət etmək qərarına gəlir. Ölmədən öncə 5 övladına zəng edərək, bələdiyyə başçısı onunla görüşməyəcəyi təqdirdə özünü yandıracağını bildirmiş və bu hərəkətinə görə onlardan üzr istəmişdi. Daha sonra bələdiyyə qarşısında özünə od vuraraq yandırmışdı.
25 dekabr 2013-cü il. Azərbaycan, Bakı. Respublika Həmkarlar İttifaqları Konfederasiyasının binasının önü. 2-ci qrup Qarabağ əlili Zaur Həsənov məmur harınlığına qarşı etiraz olaraq övladlarının gözü qarşısında özünü yandırır.
Göründüyü kimi özünü yandıran Qarabağ qazimiz zülmdən çıxış yolu kimi özünü yandıran ilk insan deyil. Amma bu faktların heç biri zülmü aradan qaldırmamış, problemi həll etməmişdir. Əgər zülmə qarşı canına qəsd edərək etiraz edənləri qəhrəman elan edib fenomenə çevirmək cəmiyyəti xilasa aparsaydı, qeydə alınan və alınmayan bu qədər aktlarla dünya cənnətə dönməli idi. Sağlam cəmiyyət sağlam insanlardan ibarət olur. Hələ körpə yaşında atasının gözləri önündə külə dönməsinin travmasını yaşamış insanlardan ibarət cəmiyyət isə ən ideal sosial, iqtisadi və siyasi şəraitdə belə, islah ola bilməz.
7 Ocak 2014 Salı
Mövsüm Səmədovla bağlı ölkə başçısına müraciət
AİP-in Baş Məclisi adından dövlət başçısı
İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətdə bildirilir ki, Baş
Məclis üzvləri partiya sədri Hacı Mövsün Səmədovun qanunsuz həbsinin
siyasi sifariş olması, ona qarşı qərəzli və böhtan xarakterli ittihamın
irəli sürülərək həbs edilməsini əsas gətirərək onun azadlığa buraxılması
üçün dövlət başçısına müraciət qəbul etməyi lazım bilib.
Müraciətdə Azərbaycan İslam Partiyasının
yarandığı gündən müsəlman xalqımızın, bütün vətəndaşlarımızın xoşbəxt
gələcəyi uğrunda əzmlə mübarizə apardığını, siyasi fəaliyyəti dövründə
Vətən, xalq, dövlət qarşısında öhdəsinə düşən vəzifələrin ləyaqətlə
yerinə yetirdiyi vurğulanır. Başda Hacı Mövsüm Səmədov olmaqla din
alimlərinin həbsxanalarda günahsız yerə əzab çəkmələri, ailələrindən
uzaq düşmələri, çoxminli sosial bazaya malik partiya üzvlərinin, xüsusən
ölkədə dini cameənin ciddi narahatlığına səbəb olduğu da söylənilir.
Müraciətdə bildirilir ki, Hacı Mövsümə
qarşı irəli sürülən ittihamlara, onun və digər islamçıların cinayət
tərkibli əməl törədə biləcəklərinə onları tanıyan yüz minlərlə insan
inanmır və onları günahsız hesab edir və dindarlar günahsız insanların,
dinimizin müqəddəs dəyərlərinin daşıyıcılarının məhkum olunduqları 12
illik həbs müddətindən əvvəl azad edilməsini ədalətin təntənəsi kimi
dəyərləndirərdi.
29 dekabr məhbuslarının işindən şikayət verilib
Qarabağ
döyüşçüsü Zaur Həsənovun ölümü ilə əlaqədar ötən il dekabrın 29-da
Bakının Fəvvarələr meydanında keçirilən aksiyada tutulan 6 gəncin
işindən apellyasiya şikayətləri verilib.
Səbail
Rayon Məhkəməsi dekabrın 29-da bitərəf Samir Poladovu 15 sutkalığa həbs
edib. Digər həbs qərarları dekabrın 30-da çıxarılıb. Bitərəf Orxan
Eyyubzadə 18 sutka, Müsavat Partiyasının üzvləri Tural Sadıxlı 17 sutka,
Cavid Hacıbəyli 16 sutka, AXCP üzvləri Orxan Carçı 16 sutka, Türkel
Əlisoy 15 sutka həbs cəzası alıb.
Yanvarın
7-də “Media forum” saytına danışan vəkil Nemət Kərimli deyib ki, 6
gəncin işindən şikayətlər Səbail Rayon Məhkəməsinə təqdim olunub.
Şikayətlərə Bakı Apellyasiya Məhkəməsi baxacaq. Vəkillər həbs
qərarlarının ləğvini istəyirlər.
Nemət
Kərimli əlavə edib ki, inzibati cəzanı Bakı polisinin Binəqədidəki
məntəqəsində çəkən gənclərin saxlanma şəraitindən müəyyən narazılıqları
var, onlar əsasən yeməyin keyfiyyətindən şikayətlənirlər.
Qarabağ
müharibəsinin əlili Zaur Həsənov Həmkarlar İttifaqları
Konfederasiyasına etiraz əlaməti olaraq dekabrın 25-də Bakıda özünü
yandırıb və üç gün sonra vəfat edib. Dekabrın 29-da aksiya keçirən
fəallar onun ölümündə günahkar olanların məsuliyyətə cəlb olunmasını
tələb ediblər.
ABŞ-ın keçmiş səfiri: “Azəbaycanda heç bir dəyişiklik olmayacaq”
Riçard Kozlariç: “Azərbaycanın sərvətindən mənfəəti kiçik qruplar götürürlər”
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Azadliq” radiosuna müsahibə verib.
- Əliyev-Sərkisyan görüşündən nə gözləyirsiniz?
- Keçmiş təcrübəyə əsasən deyə bilərəm ki, çox az şey gözləyirəm. Kaş ki, yanılmış olaydım. Ümid etmək istərdim ki, əsl ciddi danışıqlar səhnə arxasında gedir. Minsk Qrupunun yeni amerikalı vasitəçisi təcrübəli, yaradıcı diplomatdır. Buna baxmayaraq, açıq olan informasiyadan görünmür ki, Bakı və ya İrəvan bu münaqişənin Minsk Qrupu prosesi çərçivəsində həllinə doğru ciddi addımlara hazırdırlar.
- Azərbaycanda insan haqlarının vəziyyəti onun ABŞ-la münasibətlərini nə dərəcədə təsirləndirir?
- Yaxın perspektivdə mən bunun münasibətləri təsirləndirəcəyini gözləmirəm. Lakin uzaq perspektivdə, əgər Azərbaycan insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırmasa, ABŞ-la şərikli dəyərlərə əsaslanan strateji partnyorluq mümkün olmayacaq.
- Seçki müşahidəçisi Anar Məmmədli Yeni il ərəfəsində həbs edilib. 140 siyasi məhbus hələ də həbsxanadadır. ABŞ Anarın azadlığa buraxılması üçün müraciət edib. Bu məsələlərdə Bakıya təsir göstərmək üçün daha nələri etmək olar?
- ABŞ və bir sıra başqa ölkələr Anar Məmmədlinin azad olunmasına çağırıblar. Bakı rejimi bu çağırışları, ən azı ictimaiyyət qarşısında, qulaqardına vurub. Bunun özü göstərir ki, hazırkı rejim öz vətəndaşlarının təməl insan haqlarına hörmət barədə öhdəliklərinə əməl etmir. 10 gün bundan əvvəl Əli Həsənov demişdi ki, hökumət Anar Məmmədlinin həbsi ilə bağlı bəyanatları “öyrənir”. Mən ümid edirdim ki, bu, hakimiyyətin beynəlxalq diqqətdən narahatlığını əks etdirir. Lakin heç nə baş vermədi.
- Azərbaycan tezliklə böyük qaz ixracatçısına çevriləcək. Bu, Bakının beynəlxalq mövqeyini necə möhkəmləndirə bilər?
- Biz hamımız “Şahdəniz-2” müqaviləsinin əhəmiyyətini dəyərləndirərkən ehtiyatlı olmalıyıq. Bu, 3 hissədən ibarət layihənin yalnız birinci hissəsidir. Ən nikbin proqnozlara görə də bu qaz Türkiyə və Avropaya qarşıdan gələn 4-5 ildə hələ axmayacaq. Bunun üçün həm də TAP və TANAP boru kəmərlərinin maliyyələşdirilməsi və tikintisinə vəsait qoyulmalıdır. Bu isə layihənin dəstəkçilərinin istədiyi sürətlə baş verməyə bilər.
Bu miqyasda kəmərlər üçün gecikmələr təbiidir. Burada həmçinin Türkiyə daxili siyasətində baş verənlərin bu ölkənin belə böyük layihələr üçün kreditlər alma qabiliyyətini qeyri-müəyyən şəkildə təsirləndirə biləcəyi nəzərə alınmalıdır.
Bütün bunlar TANAP layihəsi üçün lazım olan xərcləri indi olduğundan daha yüksək səviyyəyə qaldıra bilər və nəticədə tikinti ləngiyər. Bu layihənin Azərbaycanın beynəlxalq mövqeyinə təsirini qiymətləndirmək də hələ tezdir, çünki beynəlxalq enerji bazarlarındakı dəyişikliklər Azərbaycanın enerji ehtiyatlarının mühümlüyünü azaldıb.
- Bakı korrupsiyanın cilovlanması üçün nə edə bilər və ABŞ-ın bu məsələdə köməyi ola bilərmi?
- Türkiyə, Çin və Rusiya həll olunmayıb qalan korrupsiya probleminin zərərini görürlər. Qanunun aliliyinin gücləndirilməsi və Azərbaycanın enerji ehtiyatlarından gələn gəlirlərin necə istifadə edilməsi sahəsində şəffaflığın təmin olunması istiqamətində addımların atılması gecikdirildikcə, sosial təzyiqin artması gözləniləndir, çünki yalnız yaxşı əlaqələrə malik kiçik qruplar Azərbaycanın sərvətindən mənfəət götürürlər.
ABŞ və başqaları (Dünya Bankı da daxil olmaqla) texniki yardım təklifi veriblər, lakin hakimiyyət korrupsiya problemini azaltmağa yönəlmiş zəruri islahatların keçirlməsi üçün həmin köməkdən istifadə etmək istəmir.
Mən inanıram ki, Azərbaycanın Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaq istəməməsinin bir səbəbi də bu saziş üçün tələb olunan islahatlar qarşısındakı qorxudur.

6 Ocak 2014 Pazartesi
"Avroviziya-2014" boykot da dır
Danimarkada
təşkil olunacaq "Eurovision" mahnı yarışmasında iştirakdan 12 ölkə
imtina edib. Buna səbəb mahnı yarışmasının öz nüfuzunu itirməsi və
maliyyə xərclərinin həddən artıq olmasıdır.
"Avroviziya-2014"dən ilk dəfə Xorvatiya imtina etsə də, ardınca Slovakiya, Andorra, Lüksemburq, Bolqarıstan, Bosniya və Herseqovina, Çexiya, Serbiya və Kipr də bu boykota qoşulub. Kütləvi İnformasiya Vasitələri isə hazırda "Eurovision" mahnı yarışmasında iştirak etməyəcək ölkələrin sayının 12-ə çatdığını açıqlayıb.

"Müxalifət qüvvələrinin müttəfiqliyini Milli Şuranın tərkibində daha məqbul sayırıq"
AXCP
Ali Məclisi Rəyasət Heyəti Müsavat Partiyasının iki təşkilat arasında
müttəfiqlik sazişinin bağlanması ilə bağlı təklifini müzakirə etdikdən
sonra qərar qəbul edib. Qərarda deyilir:
"AXCP hər zaman müxalifətin böyük birliyinə tərəfdar olub. Biz müxalifətin böyük koalisiyası olaraq Milli Şuranın formalaşması üçün ciddi səylər göstərmişik. Əminik ki, Milli Şura bundan sonra da 2013-cü ilin prezident seçkiləri zamanı olduğu kimi səmərəli fəaliyyət göstərə bilər. Biz artıq xeyli müddətdir ki, Müsavat partiyası ilə, eləcə də Milli Şurada təmsil olunan digər qüvvələrlə bu birlik daxilində müttəfiqlik münasibətlərindəyik. Biz real müxalifət qüvvələrinin müttəfiqliyini Milli Şuranın tərkibində daha məqbul sayırıq. Əgər Müsavat partiyası daha da sıx birlik arayışındadırsa, xatırladırıq: 2010-cu ildə AXCP-nin qurultayı qərar qəbul etdi ki, Müsavatla qeyd-şərtsiz birləşməyə hazırıq. Bu qərarımız indi də qüvvədə qalır".

“İşğalçı dövlətə hərbi yardım göstərmək onun cinayətinə şərik olmaq deməkdir”
Qarabağ Azadlıq Təşkilatı Ermənistana göstərdikləri hərbi yardıma etiraz olaraq Çin Xalq Respublikasının sədri Si Tszinpiyə məktub ünvanlayıb. QAT mətbuat xidmətindən məlumata görə, Pekinə çatdırmaq üçün Çinin Azərbaycandakı səfirliyinə təqdim olunmuş məktubda deyilir: “Ölkənizin müdafiə naziri cənab Çan Vantsuyan işğalçı Ermənistanın müdafiə naziri Seyran Ohanyanla Pekin şəhərində görüşüb, hərbi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb, həmçinin İşğalçı Ermənistana ildə 5 milyon yuan həcmində hərbi yardım göstərilməsi ilə bağlı saziş imzalanıb. Bizim Sizin dövlətin daxili işlərinə qarışmaq fikrimiz yoxdur. Lakin Sizin dövlətiniz BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olduğuna, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsinə dair 4 qətnaməsinə səs verdiyinə, həmçinin dünyanın güc mərkəzlərindən biri olduğuna görə əlavə beynəlxalq öhdəliklərin daşıyıcısıdır. Ona görə də dövlətinizin işğalçı Ermənistana bu cür münasibəti ciddi narahatlıq doğurur. İşğalçı dövlətə hərbi yardım göstərmək onun cinayətinə şərik olmaq deməkdir. İşğalçı bir ölkəyə hərbi yardımın göstərilməsi beynəlxalq hüquq normaları ilə bir araya sığmır. İşğalçı Ermənistana hərbi yardım Çinin min illiklərlə formalaşmış qədim və ədalətli dövlət imicinə mənfi təsir göstərir.
Xahiş edirik bu məsələyə diqqətlə yanaşasınız və yanlışlığın aradan qaldırlması üçün siyasi iradə nümayiş etdirəsiniz. Müraciətimizi bir çinli müdrikliyi ilə düzgün dəyərləndirəcəyinizə inanır və əvvəlcədən təşəkkürümüzü bildiririk.”
ACP-nin adını dəyişdi
ADP-dən yeni ADP-nin yaranmasına münasibət bildirildi
Sülhəddin Əkbərin sədri olduğu Açıq Cəmiyyət Partiyasının yeni adı məlum olub. Növbəti qurultayda ACP-nin adı dəyişdirilərək Azad Demokratlar Partiyası rəsmən elan ediləcək. Yanvarın 5-də Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin toplantısı keçirilib. İclasda qurultaya hazırlıq məsələləri müzakirə edilib. İclasda yeni təsis olunacaq partiyanın adının Azad Demokratlar Partiyası olması haqqında qərar qəbul edilib. Qurultaya 5 nəfərdən bir olmaqla nümayəndəlik norması qəbul edilib, rayon, şəhər təşkilatlarının təsis konfranslarının keçirilməsinə başlamaq haqqında qərar verilib. Bundan başqa, təşkilat komitəsi üzvləri arasında iş bölgüsü aparılıb, regionlarla da qurultaya hazırlıq üzrə işin aparılması üçün konkret məsuliyyət daşıyan şəxslər müəyyən olunub.
Toplantıda partiyanın nizamnamə layihəsi haqqında məlumat verilib, siyasi-ideoloji xətti barədə ilkin müzakirələr aparılıb. Qeyd edək ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Sülhəddin Əkbərdir.
Məlumdur ki, Azərbaycanda dövlət qeydiyyatından keçmiş Azərbaycan Demokrat Partiyası var. Bu partiyanın qısaldılmış-abreviatura variantında adı ADP-dir. Azad Demokratlar Partiyasının da abreviatura variantında adının ADP olduğunu nəzərə alsaq, Azərbaycan Demokrat Partiyasının məsələyə münasibətinin necə olacağı sualı ortaya çıxır. ADP sədri Sərdar Cəlaloğlu ilə bu barədə söhbətimizdə məlum oldu ki, yeni ADP-nin yaranmasından narahat deyil: “Azərbaycanda ”Siyasi partiyalar haqqında" Qanun var. Həmin qanun Azərbaycanda eyni adla, eyni abreviatura ilə iki partiyanın olmasını qadağan edir. Ona görə də Ədliyyə Nazirliyi yəqin ki, ona baxacaq. Əgər Azad Demokratlar Partiyasının abreviatura olunmuş adı ADP olacaqsa, hər halda, qeydə almayacaq".
S.Cəlaloğlu məsələ ilə bağlı Sülhəddin Əkbərlə danışmağa ehtiyac duymadığını dedi: “Mən Sülhəddin Əkbərin hansısa adla yeni partiya yaratmasından narahat deyiləm. Ona görə də heç maraqlanmıram ki, o nə yaradır, niyə yaradır, hansı adla yaradır. Mənim nəyimə lazımdır. Lap adını Azərbaycan Demokrat Partiyası qoysunlar, nə olacaq onda. ACP-nin adını niyə dəyişirlər? Siyasətdə belə qeyri-ciddi davranış olmaz. Əvvəlcədən fikirləşmək lazımdır ki, ad necə olsun. İndi ad dəyişməklə təzə partiya meydana çıxacaq?”
“ACP-ni Rəsul Quliyev yaratmışdı. Bəlkə Sülhəddin Əkbər partiyanın adını Rəsul Quliyevlə artıq bir bağlılığın qalmadığını göstərmək üçün dəyişir” sualına isə ADP sədri belə cavab verdi: “Bunlar qeyri-ciddi məsələlərdir. Ona görə də şərh vermək fikrim yoxdur. Bunlar hamısı boş-boş şeylərdir”.
Sülhəddin Əkbər isə bildirdi ki, Azad Demokratlar Partiyasının Azərbaycan Demokrat Partiyası ilə heç bir yaxınlığı yoxdur: “Qısaldılmış adına gəldikdə isə iki variant nəzərdə tutulur. Ya Müsavat Partiyası kimi nizamnaməsində yazıla bilər ki, qısaldılmış formada adı yoxdur, yaxud da qısaldılmış variantda AzDP adlandırıla bilər”.
S.Əkbər partiyanın qurultaya hazırlıqla bağlı təşkilat komitəsinə üç aylıq müddət verildiyini bildirdi: “Üç aydan sonra biz qurultayın vaxtını və keçirilmə yerini müyyən etməyi nəzərdə tuturuq. Bu da təxminən martın 22-dən sonra dəqiqləşəcək”.
4 Ocak 2014 Cumartesi
İslamçılar Şəhidlər Xiyabanını ziyarət edib
Bu gün Azərbaycan İslam Partiyasının bir qrup üzvü 31 dekabr İslam Peyğəmbərinin vəfatının ildönümü, İmam Həsən və İmam Rzanın şəhadətləri ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.
Əvvəlcə şəhidlərin məzarını ziyarət edib gül dəstələri qoyan islamçılar əbədi məşəlin önündə əzadarlıq ediblər. Çıxış edən AİP-in sədr əvəzi Elçin Manafov bildirib ki, islamçılar hər zaman vətəni, milləti uğrunda canlarını şəhidlər kimi fəda ediblər və bundan sonra da hər zaman Vətən yolunda, torpaqların azadlığı uğrunda hazırdırlar: "Bu yolu bizə İmam Hüseyn öyrədib. Mübariz İbrahimov kimi qardaşlarımız da bu məktəbin yetirməsi kimi canını Vətən uğrunda verdi. İstərdik ki, günahsız yerə, qondrama ittihamlarla həbs olunmuş
Azərbaycan islamçılarının rəhbəri Mövsüm Səmədov qardaşımız, ruhanilərimiz Hacı Fəramiz, Hacı Abgül,
Tale Bağırov da bizim sıralarımızda olsunlar. İnşallah bir gün onlar da bizim önümüzdə addımlayacaqlar. "
Zaur Həsənovu əslində bu məmləkətdəki haqsızlıq və ədalətsizlik yandırdı
Akif Nağı: “Zaur Həsənov əslində özünü yandırmayıb onu yandırıblar“
Rövşən Əhmədli: “Hazırda ölkədə bu cür ədalətsizliklərdən yananlar, özünə qəsd edənlər kifayət qədərdir”
“Səttar Mehbalıyevin indidən
cəzalandırılacağını demək çətindir. Millət vəkili, dünən Zaur Həsənovun
yasına gələrək, özünə bəraət qazandırmağa çalışırdı. S. Mehbalıyev
günahı vəkillərin üzərinə atmaq istəyir və Zaur Həsənovu kompromisə
vəkillərin getməyə qoymadığını söyləyirdi.”
Qarabağ Uğrunda İslami Müqavimət
Hərəkatının rəhbəri Rövşən Əhmədli isə bildirdi ki, Zaur Həsənovla bağlı
baş verən olay bir məmurun özbaşınalığı kimi ortalığa çıxıb.
Əslində Azərbaycanda ən sadə insandan
Qarabağ qazisinə qədər bütün insanların haqsızlıqdan əziyyət çəkdiyini
bildirən Rövşən bəy, “vətəndaşlar istənilən məmurun qapısına gedəndə
eyni münasibətlə üzləşirlər. Baş verənlər onu göstərir ki, hər kəs öz
haqqını tələb edirsə, orada qanun yox, yalnız kimin güclü olması mühüm
rol oynayır” , -deyə qeyd etdi: “Zaur Həsənov əslində özünü yandırmayıb
onu yandırıblar. Onu ölkədəki haqsızlıq, ədalətsizlik və zülm yandırıb.
Hazırda ölkədə bu cür ədalətsizliklərdən yananlar, özünə qəsd edənlər
kifayət qədərdir.”
Rövşən bəy onu da bildirdi ki, ortalıqda
qanundan əlavə insanlıq faktoru da mövcuddur: “Əgər ədalət bizim
“qanuni” məhkəmələr tərəfindən verilən qərarlardısa, onda görəsən
ədalətin özü nədir? Qanunsuz, korrupsiya və rüşvətlə milyonlara sahib
çıxanlar insanların sonuncu tikəsini əlindən alaraq onların yaşamaq
haqqını tanımırlarsa, Zaur kimi şəxslrə özlərinə çox qəsd etməli
olacaqlar.”
29 Aralık 2013 Pazar
İslam Partiyası Şəhidlər Xiyabanını ziyarət edəcək
Dekabrın 31-də İslam Peyğəmbərinin vəfatı və İmam Həsən Müctəbanın şəhadəti günü ilə əlaqədar Azərbaycan İslam Partiyası da tədbir keçirəcək.
Partiyanın mətbuat xidmətin verilən məlumatda bildirilir ki, Allah-təalanın aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbərin vəfatı və onun Əhli-beytindən olan İmam Həsənin şəhadəti günündə anmaqla əza saxlamaq dünyanın 50 milyonluq müsəlman azərbaycanlılarının da üzərinə düşən müqəddəs vəzifədir.
Azərbaycan İslam Partiyası dekabrın 31-i saat 11.00-da şəhidlər diyarı Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü və dinimizin qorunması uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət etmək üçün bütün inanclı insanları, din, Vətən, torpaq təəssübkeşlərini bölgələrdə və paytaxtdakı “Şəhidlər xiyabanı”nda ziyarət etməyə çağırıb.
İki ayın əsgəri dünyasını dəyişdi
Daxili Qoşunların əsgəri
dünyasını dəyişib. Hadisə Daxili Qoşunların
Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi
hissənin əsgəri, 18 yaşlı Rəhman Tacik oğlu Mirməmmədov xidmətdə olarkən
qəflətən yıxılıb. Təcilli yardım ilə xəstəxanaya aparılan əsgər yolda
dünyasını dəyişib.
Əsgərin ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü ekspertiza təyin edilib.
Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R. Mirməmmədov bu ilin oktyabrında Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

AXCP və Müsavatdan bugünki aksiyada həbs edilənlər
Dünən Fəvvarələr
meydanında keçirilmiş etiraz aksiyası zamanı saxlanılanlarla bağlı
məlumatlar yayılıb. Tural Abbaslı
Müsavat gənclərindən 5 nəfərin saxlandığını bildirib: "Mənə verlən
məlumata əsasən Fəvvarələr meydanında keçirilən aksiya zamanı Rüfət
Hacıbəyli, Cavid Hacıbəyli, Tural Sadıxlı, Samir Poladov, Orxan
Eyyubzadə və Cavanşir Abbaslı mülkü geyimlilər tərəfindən saxlanılaraq
naməlum istiqamətə aparılıblar. Məlumatı dəqiqləşdirməyə çalışırıq".
EYni zamanda AXCP-nin mətbuat katibi Natiq Ədliov da saxlanılanlarla bağlı məlumat yayıb: "AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli və Məclis üzvü Sultan Murad həbs olunaraq Lökbatan polisində saxlanırlar. Bu barədə polisdəki adının çəkilməsin istəməyən mənbə xəbər verib. Onun sözlərinə görə saxlanılanlara qarşı zorakılıq tətbiq edilir.
Sultan Murad indicə yazdığı smsdə "polisdəyik" yazıb. Heç biri telefona cavab vermir. Təxmini məlumatlara görə onları yas mərasimində etdikləri çıxışa görə tutblar".

Bakı-Şamaxı yolu iflic olub: kilometrlərlə tıxac yaranıb
Bakıda yaxın dörd saat ərzində kilometrlərlə tıxac yaranıb.Bakı-Şamaxı yolu demək olar ki, hər istiqamətdə hərəkət üzrə tamamilə iflic olub. Saat 17:30-dan Sulutəpə istiqamətindən də şəhərə doğru hərəkət dayanıb, lakin, saat 21:00 radələrində isə şəhər istiqamətində yol açılsa da, əks istiqamətdə yol bağlanıb. Hazırda Bakıdan həmin istiqamətdə hərəkət demək olar ki, mümkünsüzləşib.
Bakının əsas küçə və prospektlərində tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, paytaxtın Afiyəddin Cəlilov, Niyazi küçələrində, həmçinin Tiflis, Neftçilər, Bülbül prospektlərində, 3-cü mikrorayon dairəsində, 20 Yanvardan Xırdalan istiqamətində böyük tıxac yaranıb.NİİM-dən həmçinin bildiriblər ki, 20 Yanvardan Xırdalan istiqamətində tıxacın yaranmasına səbəb şəhərdən çıxan avtomobillərin sayının çox olması ilə bağlıdır.
Xankəndinin işğalından 22 il ötür
Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 21 il ötür.
1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.
İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.
Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.
İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.
Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər azyaşlı uşaq olub.
Qarabağ qaziləri aksiya keçirir
50-yə yaxın Qarabağ qazisi bu dəqiqələrdə Bakının 5 saylı klinik xəstəxanasının qarşısında aksiya keçirir. Qazilər ötən gün özünü yandıran ikinci qrup Qarabağ əlili Zaur Həsənova dəstəklərini ifadə edirlər.
Xəstəxananın həyətinə yüzlərlə Qarabağ qazisi və əlilliyi olan vətəndaşlar toplaşıblar. Qarabağ Qazilər Birliyinin rəhbərliyi və üzvləri, həmçinin Qarabağ Azadlıq Təşkilatının üzvləri də buradadır. Onlar Z.Həsənovun özünü intihar həddinə çatdırmasına səbəb olan şəxslərin cəzalandırılmasını tələb edirlər.
Qeyd edək ki, Zaur Həsənovu 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsində müalicə olunur. O, qanuni obyektinin deputat Səttar Mehbalıyev tərəfindən yağmalanmasına etiraz olaraq özünü yandırıb.
Həmçinin Qarabağ qaziləri tərəfindən baş verənlərə etiraz olaraq aksiya da təyin olunub. Aksiya ilə bağlı artıq sosial şəbəkələrdə dekabrın 28-də saat 15:00-da Fəvvarələr meydanında “Qaziləri yandırma!” şüarı ilə aksiya keçirilməsi barədə elan yerləşdirilib. Aksiyanın “event”ində bildirilir:
“Əziz qardaşlar, bacılar, dostlar, yoldaşlar! Bu gün hamımızın qanın donduran hadisə baş verdi. Həmkarlar İttifaqı Konfedrasiyasının sədri, deputat Səttar Mehbalıyevin haqsızlığıdan təngə gələn Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı. Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi yağı işgalda olan bir ölkədə Qarabağ qazisinin özünü odlaması bizim hamımızın vicdanını silkələməlidir. Bu, rəzalətdir! Mən özüm Qarabağ qazisiyəm. Baş verənlərə laqeyd qalmamağı bütün qazi dostlarımdan, döyüşçülərdən, bu xalqın, bu ölkənin təəssübünü çəkən hər kəsdən rica edirəm. Bunun üçün hətənin altıncı günü saat 3-ə aksiya elan edirəm. O vaxta qədər tələbimiz bu olmalıdır: deputat Mehbalıyav qazini, 5 uşaq atasını və elə o uşaqları da bədbəxt etdiyinə görə ictimai qaydada üzr istəməli, Qazimizə edilən haqsızlıq dərhal aradan qaldırılmalıdır. Sabah və biri gün üçü isə görəcəyimiz iş: qazi qardaşımızı tək qoymamaq, xəstəxanaya baş çəkib onun ziyarətində olmaq!”.
Prezident Administrasiyasının qarşısında aksiya keçirilir
Şəhid ailələrinin üzvləri və Qarabağ əlilləri bu dəqiqələrdə Prezident Administrasiyasının (PA) binası qarşısında aksiya keçirir.
Etiraz aksiyasının keçirilməsinə səbəb Konstitusiya Məhkəməsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun bəzi müddəalarının şərh olunması üçün bu il oktyabrın 25-də növbəti, xüsusi konstitusiya icraatı qaydasında keçirilən iclasın qərarının hələ də elan olunmamasıdır. Yada salaq ki, həmin iclas Fərhad Abdullayevin sədrliyi ilə və Ali Məhkəmənin sorğusu əsasında keçirilib. Üstündən iki ay keçməsinə baxmayaraq onun nəticəsindən hələ də bir xəbər yoxdur.
Şikayətçilər iki aydan artıq vaxt keçməsinə baxmayaraq onlara bu barədə heç bir məlumatın verilməməsinə, adıçəkilən qanunun bəzi müddəalarının şərh olunması üçün növbəti xüsusi konstitusiya icraatı qaydasında keçirilən iclasın qərarının elan olunmamasına etiraz edirlər.
Xatırladaq ki, Qarabağ əlilləri və şəhid ailələri dekabrın 5-də Konstitusiya Məhkəməsinin binasının qarşısında piket keçirmişdilər. Onlara yaxın 10 gün ərzində qərarın təqdim olunacağı sözü verilmişdi.
Hazırda PA-nın binası qarşısında 50-60 insan var. Adamların axını davam edir.
Aksiyaçıların bir qrupu PA-nın qəbul otağına dəvət olunub. PA əməkdaşları ilə onların arasında söhbət gedir.
Bu arada onu da deyək ki, aksiya iştirakçılarına və hadisəni işıqlandıran jurnalistlərə təzyiq var. Qəhrəmanov soyadlı mayor xüsusilə “fərqlənir”…

25 Aralık 2013 Çarşamba
İlham Əliyev yenidən məmurlara xəbərdarlıq etdi
"Azərbaycan
sosial dövlətdir. Əsaslı iqtisadi islahatların aparılması ilə bərabər,
güclü sosial siyasətin həyata keçirilməsi bugünkü reallıqları müəyyən
edir. Əlbəttə ki, gələcəkdə də bu sahəyə diqqət daha da böyük olacaq".
Bunu Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimində iştirak edən prezident İlham Əliyev deyib.
Prezident İlham Əliyev ölkədə həyata keçirilən sosial islahatların davamlı olacağını vurğulayaraq ədalət prinsipinin cəmiyyətdə mühüm meyarlardan biri olduğunu qeyd edib.
"Bəzi hallarda ədalət pozulur. Ədalət pozulduqda insanların inamı itir. Çünki ən böyük problem odur ki, beynəlxalq əlaqələrdə, ölkələr arasındakı münasibətlərdə və istənilən sahədə ədalət pozulur. Ona görə hər yerdə ədalət olmalıdır.
Mən bilirəm, yəqin ki, siz də, ictimaiyyət də bilir, ünvanlı sosial yardım ilə bağlı problemlər var idi. Onlar aradan qaldırılacaq. Ədalətsizliyə yol verilirdi. Yardıma ehtiyacı olanlar yardım ala bilmirdilər. Ehtiyacı olmayanlara müəyyən şərtlərlə yardımlar verilirdi. Mən dəfələrlə vətəndaşlara müraciət etmişəm ki, xoşagəlməz hallar haqqında, ədalət pozulduqda məlumat versinlər.
Mən əminəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün xoşagəlməz halları yaxın zamanda aradan götürəcək. Ciddi təmizlik işləri aparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mən bunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eyni münasibət hamıya olmalıdır və olacaq. Bilirsiniz, beynəlxalq əlaqələrdə də, beynəlxalq məsələlərdə də ədalət pozulur. Bizim Qarabağ kimi problemimiz ona görə həll edilmir ki, ədalət yoxdur. Beynəlxalq hüquq, ədalət, tarixi ədalət pozulur. Ancaq bəzi ermənipərəst qüvvələr bunu görmək istəmirlər. Ədaləti bərpa edəcəyik, həm ölkə daxilində, həm beynəlxalq müstəvidə.
Ona görə istəyirəm ki,bu gün məni bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaq".

AİP Ərbəin günü ilə bağlı regionlarda tədbirlər keçirib
Salyan, Masallı, Lənkəran və digər regionlarda keçirilən tədbirlər böyük izdihamla baş tutub
Azərbayca İslam Partiyası Kərbəla
şəhidlərini yad ediblər. Salyan, Masallı, Lənkəran və digər regionlarda
keçirilən Ərbəin məclisləri izdihamlı olub. Quran tilavəti ilə açılan dini xütbələr və mərsiyələr oxunub.
Məclislərdə AİP funksionerləri – sədr
əvəzi Elçin Manafov, sədrin birinci müavini İnqilab Əhədli, siyasi
məsələlər üzrə müavin Akif Heydərli, Qadınlar Şurasının sədri Növrəstə
İbrahimova və digərləri iştirak ediblər..
Çıxış edənər İmam Hüseynin (ə) həyat yolundan, onun mübarizə məktəbinin fəlsəfəsindən danışıblar
24 Aralık 2013 Salı
Vəzifəli şəxslərin avtokolleksiya xəstəliyi
Psixoloq Azad İsazadə: “Bu, təkcə rüşvətxorluq deyil, həm də görməmişlikdi”
Azərbaycanda yüksək vəzifəli şəxslərin dəbdəli həyat tərzi keçirmələri heç kimə sirr deyil. Bizim ölkənin məmurları korrupsiya və rüşvət hesabına həddən artıq varlanıblar. Bəzən onların övladları o dərəcədə harınlayırlar ki, atalarının dövlətdən və xalqdan oğurladıqları pullar hesabına topladıqları haram varidatı sosial şəbəkələrdə nümayiş etdirirlər.
Məmurlar oğurladıqları xalq və dövlət pulundan özlərinə daşınar və daşınmaz əmlaklar alırlar. Hazırda Azərbaycanda əksər məmurların onlarla maşını var. Vəzifəli şəxslər bir çox şeylərin kolleksiyasını toplayır, onlardan biri də avtomobil kolleksiyasıdır.
Məmurların retro və ən son model maşınlardan ibarət əməlli-başlı avtomobil karvanları var. Nəinki Azərbaycanda, ayrı-ayrı rayonlarda, hətta yazın-uzaq xarici ölkələrdə də mal-mülkü, bahalı maşınları olan məmurlarımız kifayət qədərdir.
Vəzifəli şəxslərin xidməti maşınları da həddən artıq bahalı markalar olur. Amma qonşu ölkələrdə bu məsələ ilə bağlı ciddi prosedurlar həyata keçirilir. Məsələn, Rusiyada xidməti avtomobillər yalnız yerli istehsal olmalıdır. Yaxud qonşu Gürcüstanda hər bir xidməti avtomobil üçün ayrılan məbləğ 16 min dollardan yuxarı ola bilməz. Azərbaycanda isə hətta hakim partiyanın funksionerləri 100 minlik xidməti maşınlarda gəzirlər…
Statistikaya görə, son 5 ildə ölkəmizdə xidməti maşınlara yarım milyard xərclənib. Azərbaycanda vəzifəli şəxslərin xidməti maşınlarının dəyəri 80-200 min avro məbləğində dəyişir.
“Bu, acgözlük və rüşvətxorluqdur”
Məmurların bu cür var-dövlət, maşın və s. həvəskarı olmalarının səbəbini tanınmış psixoloq Azad İsazadədən xəbər aldıq. A.İsazadə bunları Azərbaycanda günü-gündən artan acgözlüklə, rüşvətxorluqla əlaqələndirdi: “Hamımıza bəllidir ki, bu məsələ ilə bağlı dövlət nəzdində xüsusi idarə (Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini nəzərdə tutur – red.) yaradılıb. Lakin o idarənin bu işlə necə məşğul olduğu ortadadır. Mən bir psixoloq, ölkə vətəndaşı kimi bunları acgözlük, rüşvətxorluq kimi qiymətləndirirəm. O da bəllidir ki, hər kəs özünə məxsus həyatını nümayiş etdirir. Bizim həyat tərzimizlə, o məmurların həyat tərzi göz qabağındadır. Sözsüz ki, hər bir insanda paxıllıq hissi var. Amma mən bunları paxıllıq hissi kimi qəbul etmirəm. Sadəcə ürəkağrısı ilə baxıb düşünürük ki, axı bunlar bizim pullarımızdır”.
Digər psixoloq Azər Qaraçənli bu məsələyə çox qısa cavab verəcəyini bildirdi: “Bu, hər zaman gündəmdə olan aktual bir mövzudur. Hər kəsə də bəllidir. Burada hər hansı bir fikir bildirməyi mənasız hesab edirəm. Bildirəcəyim hər bir fikir oxucuya bəllidir. Çünki Azərbaycan oxucusu, vətəndaşı hər bir məsələni hamımızdan yaxşı bilir, qiymətləndirir”.
Əliyevin “metro qiyamı” yatırıldı
Tağı Əhmədova sözünü keçirə bilməsə, «yumurta inqilabı» ilə tarixə düşəcək
Metroda qəzetlərin satışına qadağa qoyuldu. Belə xəbər yayıldı ki, bu tapşırığı verən Ilham Əliyevin yaxınlarından biridir. Daha doğrusu, onun məsləhətçilərindən biri. Özü də o qədər kobud adamdır ki, Tağı Əhmədov belə, onun əlindən “dad” deyir. Yəni, Tağı Əhmədovluq bir şey yoxdur. Hətta dedilər ki, Tağı Əhmədovla “Azadlıq” arasındakı “məhkəmə cəriməsini hissə-hissə ödəmək” razılaşmasını da həmin adam pozdurub.
Sonra Ilham Əliyev “Jurnalistlərin dostu” mükafatını alanda, orada bizdəki söz azadlığından danışdı. Dedi ki, qəzet köşklərində qəzet satılmalıdır…
Ilham Əliyev bu çıxışı edəndə metrodakı qəzet dükanlarında iç geyimləri satırdılar. Bütün bunların paralelində hamı gözləyirdi ki, Tağı Əhmədov cəzalandırılacaq, metroda qəzet satışı bərpa ediləcək. Bu olmadı. Olacağı da gözlənilmir. Niyəsi də çox aydındır. Ilham Əliyev üçün bu məsələnin çox aydın riyazi səbəbi var. O istəyir ki, daha dar dairədə ifşa olunsun, əməllərindən daha az adam xəbər tutsun. Tağı Əhmədovun da gördüyü iş son nəticədə buna xidmət edir.
Tağı Əhmədov Ilham Əliyevə qulaq asmır. Ona görə ki, o, Ilham Əliyevin dediklərinin, xüsusilə televizorda dediklərinin məmurlara aid olmadığını bilir. Elə olmasaydı, Ilham Əliyev bu günə kimi neçə hökumət dəyişməli idi…
Işin ən maraqlı nöqtəsi budur ki, onu heç kim eşitmir, ona heç kim qulaq asmır. Ilham Əliyev qəzet oxuyursa, bilsin ki, ölkədə heç kim onu prezident kimi görmür. Bunun günahı isə ona səs verməyən xalqda deyil. Bunun əsl səbəbkarı onun efirdə dediklərini vecinə almayanlardır.
Amma məsələ başqadır. Ilham Əliyev özü-özünü belə görmək istəyirmi? Bir nəfər çıxıb deyəcəkmi ki, “kral lütdür”? Ona izah edən olubmu ki, metroda, taksidə, avtobusda hər kəs onu bir tikə çörəyinin şəriki sayır?
Tağı Əhmədov qəzet satışına qoyduğu qadağanı götürməyib. Bu məsələ Avropa Məhkəməsinə kimi uzanıb gedəcək. Ilham Əliyevin sözünü biz Tağı Əhmədova necə icra elətdirək? Hər halda, bu, onların biləcəyi işdir.
Ilham Əliyev metroda qəzet satmağa icazə almayan prezidentdirsə, o, tarixə “Yumurta inqilabı”nın lideri kimi düşəcək. Biz onun özü ilə bağlı planlarını da müzakirə etmirik. Amma Ilham Əliyevi “Qərbpərəst” adlandıranlar gərək ona sirr gəlsinlər ki, Qərbdə mətbuat hər yerdə azad satışda ola bilir. Ona görə də heç olmasa, qəzetlərin satışda olmasına maneəni aradan qaldırmaq lazımdır. “Azadlıq”ı istəyənlər onsuz da onu əldə edəcəklər, qəzet kimi də, dəyər kimi də. Lakin bu istəyə qarşı olmağın elə də uğurlu nümunələri yoxdur. Çox misal çəkib heç kimi qorxutmaq istəmirəm, ətrafımızda belə nümunələr kifayət qədərdir. Öyrənmək lazımdır.
Ilham Əliyev ola bilsin ki, bizi saymır. Amma camaat başqa cür düşünür, deyir ki, məmurları onu saymır. Biz özümüzü saydırmağın yolunu bilirik, bəs Ilham Əliyev necə, Tağı Əhmədova sözünü keçirə biləcəkmi?

23 Aralık 2013 Pazartesi
Ərdoğan 10 naziri dəyişir
Rüşvət əməliyyatı çərçivəsində çox sayda iş adamı, nazir oğlu və məmurların həbsi baş nazir Rəcəb Tayyib Ərdoğanı hökumətdə dəyişiklik etməyə vadar edib.
Türkiyə mətbuatına istinadən Nazirlər Kabinetində 10 nazir dəyişdiriləcək. Məlumata görə, ictimaiyyətdə hakimiyyətə qarşı yaranan mənfi rəyi dağıtmaq üçün Baş nazir ilk növbədə Nazirlər Kabinetindən başlayacaq. İstefaya göndəriləcək nazir sayının 10-a çatacağı gözlənilir.
Yeni yaradılacaq hökumətdə Baş nazirə yaxınlığı ilə tanınan siyasi müşaviri Yalçın Akdoğan və ya Nazirlər Kabinetinin nümayəndəsi Efkan Alaya yer verilə biləcəyi istisna deyil.
AKP başqan yardımçısı Numan Kurtulmuşun da nazir təyin olunacağı deyilir.
Bundan bir neçə gün əvvələ qədər adı rüşvət qalmaqalında hallanan 4 nazirin də istefaya göndəriləcəyi bildirilsə də, daha sonra Ərdoğanın baş verənləri tələ kimi dəyərləndirməsi həmin nazirlərin istefaya göndərilməyəcəyini söyləməyə əsas verib. Bununla belə mətbuatın yazdığına görə, Ərdoğan həmin 4 nazirlə bərabər daha bir neçə naziri istefaya göndərməklə kabinetdə dəyişiklik yaradacağını görüntüsü yaradacaq.
DİN-dən vəhhabi tərəfindən döyülən gənclə bağlı açıqlama
Bu gün səhər saatlarında Müşfiqabad qəsəbəsində vəhhabi təriqətinə məxsus idmançı görkəmli şəxs, məscidə namaz qılmaq üçün gələn Mövsümov Ruslan Əliəsgər oğlunu vəhşicəsinə döyüb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, R.Mövsümovun “Daxili İşlər Nazirliyinə məlumat versəm də hələ ki, hadisə ilə bağlı heç bir qanuni tədbir görülməyib” deməsi həqiqətəuyğun deyil.
O.Mansurzadə hadisə baş verdikdən sonra əməliyyat qrupunun hadisə yerinə yollandığını və araşdırmalara başlanıldığını söylədi.
Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsində araşdırma aparıldığını deyən O.Mansurzadə bu barədə yalnız məhkəmə-tibbi ekspertizasının rəyi və hadisənin hansı zəmində baş verməsi bəlli olandan sonra məlumat veriləcəyini bildirdi.
Nazpəri Dostəliyeva İmam Hüseyn ehtiramına ad günü keçirmədi
Bu gün xalq artisti Nazpəri Dostəliyevanın ad günüdür. Müğənni 49 yaşını qeyd edir. N. Dostəliyeva doğüm günü ilə bağlı məclis təşkil etməyi planlaşdırsa da, bu, baş tutmayıb. Xalq artisti 23 dekabrın İmam Hüseyn (ə)-ın "qırx" mərasiminə təsadüf etdiyinə görə tədbiri təxirə salıb.
Xalq artisti 1964-cü ildə Şamaxıda doğulub. 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirən sənətçi böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. Ailəli olub, iki oğlu var.
21 Aralık 2013 Cumartesi
Azərbaycan İslam Partiyası Allahşükür Paşazadəyə müraciət etdi
Azərbaycan
İslam Partiyası keçirdiyi dəyirmi masanın yekunu olaraq Qafqaz
Müsaəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəyə müraciət
ünvanlayıb. Müraciətə səbəb bu il bayramın İslam Peyğəmbərinin vəfat
günü ilə üst-üstə düşməsidir ki, siyasi qurum buna riayət olunmasını
istəyir. Partiyanın mətbuat xidmətinin yaydığı müraciətdə deyilir:
“Hörmətli Hacı Allahşükür Paşazadə! Sizə məlumdur ki, bu ilin dekabr ayının 31-i əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) vəfatı, həmçinin İmam Həsənin (ə) şəhadəti günüdür. Eyni zamanda həmin tarix bildiyiniz kimi miladi təqvimi ilə yeni il axşamı, “yolka şənliyi”, “şaxta baba” bayramıdır. Əslində ilimiz 365 gün olmaqla bu günlər arasında öz-özlüyündə fərqli və üstün olan bir gün yoxdur. Zamanın daim hərəkətdə olması və dəyişkənliyi ona əzəmət verməyi qəbul etməz. Hər bir zamanın və tarixin yaxşılığı ilə pisliyi həmin günün baş verən hadisələri ilə qiymətləndirilir, yad edilir. Deməli, zamanın şərəfi həmin tarixin insanları və ümumən bəşəriyyəti üzləşdirdiyi vaqeələrlə bağlı olduğunu dərk ediriksə, o zaman Əziz Peyğəmbərimizin vəfatı kədərini yaşamağın hər bir müsəlman üçün necə həssas bir məqam olduğunu bilməliyik.
Bizi narahat edən hal son günlər cəmiyyətdə, 97 faizi müsəlman olan, Peyğəmbərini (s) qəbul edən insanların sadaladığımız hadisələrə mahiyyətsiz yanaşmaları, bəzən isə üstünlüyün tariximizə, milli adət-ənənələrimizə, mental dəyərlərimizə və mənəviyyatımıza uyğun gəlməyən qondarma şənlik və bayramların keçirilməsinə verilməsidir. Biz bunun başlıca səbəblərini uzun onilliklər boyu Allahsız bir rejimin təsiri və təzyiqi altında yaşamaqda görürük. Təəssüflər olsun ki, müsəlman bir məmləkətin bu günündə də əziz Peyğəmbərimizin vəfatı, imamımızın şəhadəti kimi bizi paklaşdıran məqamları mahiyyətsiz, mənəvi, həm də iqtisadi baxımdan zərərli bir janqlyorluğa qurban veririk.
Düşünürük ki, bu gün hətta Həzrət İsa Məsih həyatda olsa idi belə, O həzrət nəinki doğum gününü şənlik edərdi, hələ öz dövründə insanları Muhəmməd Peyğəmbərin (s) gəlişi ilə müjdələməsi göstərir ki, bu günü matəm edərdi, əza saxlayardı.
Hesab edirik ki, Peyğəmbərin (s) vəfatı gününü ümumxalq anım günü kimi keçirmək vacib məsələlərdəndir. Həmin gün televiziya kanallarında bayram şouları məhdudlaşdırılmalı, ilahiyyatçı alimlərin moizə və söhbətlərinə geniş yer ayrılmalıdır. Ona görə ki, Allahın zati-müqəddəsindən başqa Həzrət Muhəmməddən böyük bir düha aləmdə yoxdur.
Bütöv müsəlman dünyasının bir parçası sayılan ölkəmizdə xalqımız və hər bir müsəlman üçün anılması zəruri olan belə günlərin təsadüf etdiyi qondarma şənlik ənənələri təxirə salınmalıdır. Necə ki, sadə insandan tutmuş dövlət başçısına kimi yaxın, doğma bir adamı dünyasını dəyişəndə balasının toy şənliyini belə yarımçıq buraxır, və ya dayandırır, təxirə salır. Amma bu günə görə, bütün müsəlmanlar, xalqımız və bütövlükdə bəşəriyyət onlara böyük və ülul-əzm peyğəmbər kimi göndərilən Rəsulun (s) vəfatı ilə kədərlənməlidirlər.
Vətənimiz hər an zalım düşmənlə üz-üzədir. Torpaqlarımız işğal altındadır. Azərbaycan şəhidlər diyarıdır. Dünyada müsəlman xalq, Peyğəmbər (s) ümməti kimi tanınırıq. Din təəssübkeşliyi, Allah və Peyğəmbər sevgisi, Əhli-beyt aşiqliyi canımızda, qanımızdadır. Bu müqəddəs sərvətlər uğrunda şəhadətə hazır olmayınca arxayınçılıq, rahatlıq bizlərə haramdır. İnsanlara İslamın bu kimi əsl mahiyyətini aşılamaq, maarifləndirmək üzərinizə düşən böyük məsuliyyətdir. Müsəlman xalqı üçün əvəzsiz mahiyyət daşıyan tarixi günlərin hər şeydən öncə anılması vacib olan addımların başlanğıcı olmalıdır. Ümid edirik ki, cəmiyyətimizi narahat edən hallarla bağlı müraciətimizdən nəticə çıxaracaq, konkret addımlar atacaqsınız.”

Taleh Bağırovun məhkəmə işindən Ali Məhkəməyə müraciət olunub
Həbsdə olan ilahiyyatçı Taleh Bağırovun məhkəmə işindən Ali Məhkəməyə müraciət olunub
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ilahiyyatçı Taleh Bağırov barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.
Vəkil Cavad Cavadlının apa-ya verdiyi məlumata görə, prosesdə müdafiə tərəfi məhkəmənin ilkin baxış iclasından kassasiya şikayəti verdiklərini bildiriblər. Bunun üçün proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. C. Cavadlı bildirib ki, ilkin baxış iclası zamanı müdafiə tərəfinin prosesin istintaqla aparılması barədə verdiyi vəsatət təmin edilməyib. Həmin qərardan kassasiya şikayəti verilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin T. Bağırovla bağlı yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə “Makarov” tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.
Məlumatda o qeyd olunub ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb birinci mərtəbənin şüşələri sındırılıb və divarına “Taleh Bağırova azadlıq!” sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05.35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə T. Bağırov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan neftini orta hesabla $110,15-dan ixrac edir
Dövlət Gömrük Komitəsinin məlumtına görə, 2013-cü ilin 11 ayında Azərbaycan 31 milyon 370 min 276.4 ton neft ixrac edib.
Hesabat dövründə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 25 milyon 240 min 449.2 ton, Bakı-Supsa kəməri ilə 3 milyon 652 min. 874,2 ton, Bakı-Novorossisk kəməri ilə 1 milyon 580 min 428 ton, dəmir yolları vasitəsilə isə 896 min 525 ton neft (ExxonMobil şirkəti “Azəri” və dərinsulu “Günəşli” yataqlarındakı payını Bakı-Batumi marşrutu ilə ixrac edir – Caspian Barrel) ixrac edilib.
Dövlət Gömrük komitəsi xəbər verir ki, yanvar-noyabrda bəyannamə edilmiş neftin həcmi 22 milyon 803,249 ton, dəyəri isə $18 milyard 587 milyon 892.15 min təşkil edib. İlin əvvəlindən Azərbaycan bir ton nefti orta hesabla $815.14 və ya hər bareli $110,15-dan ixrac edib.
Həmçinin hesabat dövründə BTC ilə “Şahdəniz” yatağından hasil edilmiş 2 milyon 27,343 min ton kondensat ixrac edilib.
Rusiyaya gələn miqrantlar 2015-ci ildən rus dili, tarix və qanunvericiliklə bağlı imtahan verəcəklər
Rusiya Dövlət Duması RF-də yaşamaq və işləmək hüququ almaq istəyən əcnəbi vətəndaşların rus dili, tarix və qanunvericiliyin əsasları üzrə icbari qaydada imtahan verməsi ilə bağlı qanun layihəsini II və III oxunuşda təsdiq edib.
«RİA Novosti» agentliyinə istinadən , bu icazənin alınması üçün xarici dövlətlərin vətəndaşları həmin imtahanların verilməsi haqqında müvafiq sertifikat və ya SSRİ dövründə (1 sentyabr 1991-ci ilədək) təhsil alması ilə bağlı sənəd (orta məktəb attestatı və ya ali təhsil məktəbinin diplomu) təqdim etməlidir. Sertifikat verildiyi tarixdən 5 il müddətində qüvvədə olacaq.
Qeyd edək ki, yüksək dərəcəli mütəxəssislər, iş qabiliyyəti olmayan şəxslər, 18 yaşınadək və 60 yaşdan yuxarı olanlar, həmçinin xüsusi dövlət proqramı çərçivəsində RF-yə köçən repatriantlar imtahanlardan azaddır.
Yeni qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Artıq yaşamaq hüququ almış şəxslər isə bu hüququn vaxtının uzadılması zamanı imtahanların verilməsi ilə bağlı sertifikatı təqdim etməli olacaqlar.
Bundan başqa, Dövlət Duması RF-yə vizasız gələn və işləmək icazəsi almaq istəyən şəxslərin narkoman olmaması və onlarda cəmiyyət üçün təhlükəli olan xəstəliklərin olmaması haqqında arayış təqdim etməsi ilə bağlı qanunu təsdiqləyib.
Rəsul Quliyev yeni partiya yaradır
Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu Hafta.az-a açıqlamasında yaradılan yeni partiya haqda məlumat verib.
O bildirib ki, partiyanın adı üçün öncə nəzərdə tutulan variantlardan imtina ediblər: “Partiyanın təşkilat komitəsi təsis edilib. Azərbaycan siyasi sahəsində aktiv olan və tanınmış ziyalılar partiyada təmsil olunacaq. İctimai fəallardan Gülanrə Rüstəmli, ziyalılardan Ağa Abdullayev, 199-2009-cu illərdə Binəqədi rayon bələdiyyə üzvü olan Niyaz Sadıqov və digər şəxslər olacaq. Partiyanın adı üçün öncə Yeni Nəfəs, Doğru yol, Demokratik Yol variantları üzərində müzakirə aparırdıq. Biz Yeni Nəfəs Partiyası olmasını istəyirdik. Dünən Yeni Nəfəs gənclər hərəkatından müraciət etdilər ki, ad yeni olduğu üçün bu məsələyə yenidən baxaq. Biz də müzakirə etdik və sonda “Gələcək Azərbaycan” Partiyası adlanmasını qərarlaşdırdıq”.
A.Şakiroğlu struktur forması haqda da məlumat verib: “Partiya kollektiv idarəetmə ilə olacaq. Sədr gənc biri olacaq. İdarə heyətinin 13 üzvü olacaq, biri sədr olacaq. Digər 12 İH üzvündən 4-ünün yaşı 29-a qədər, 4-ü 29-dan 40-a qədər, digər 4-ü isə 40-dan 60 yaşa qədər olacaq. Mənim şəxsi mövqeyim belə idi ki, partiyanın sədri subay olsun və sədrlik dönəmində evlənməsin. Amma digər həmkarlar bu məsələni müsbət qarşılamadı. Bu məhdudiyyət aradan qaldırıldı”.
Ağasif Şakiroğlu bildirib ki, yaxın aylarda partiya elan ediləcək: “Təşkilat Komitəsi hazırda Bakı şəhərində 11 rayon üzrə TK yaradır. Yanvarın sonuna təsis konfrnası və təqdimat, fevralın sonunda isə qurultay keçirməyi planlaşdırırıq. Partiyanın hüquqi ünvanı və əlavə qərargahı da olacaq. Biz hakimiyyətə iddialı bir partiya yaradırıq. Partiyanın Rəsul Quliyevə, Əli İnsanova, Hüseyn Abdullayevə aidiyyatı yoxdu. Bu adamlar sadəcə mənəvi dəstək verəcəklər”.
Sərkisyan İlham Əliyevə səs verəcək
Ölmədik, bu xəbəri də eşitdik. Mən isə onun yerinə olsaydım, ölüb yerə girərdim. Amma çox şükür ki, onun yerində deyiləm və xəcalətdən yerə girəsi bir adam varsa, o da odur. Sərkisyanı demirəm, o zatən canlı ölüdür.
Ermənistan prezidenti Serj Sərkisyanın səlahiyyətləri çərçivəsində olsaydı, İlham Əliyevə səs verərdi.
Xəbərdə deyilir: “Ermənistan üçün Azərbaycandakı prezident seçkilərində İlham Əliyevin qalib gəlməsi sərfəlidir. Ermənistan üçün demokratiya yolunda hərəkət edən qonşuların olması vacibdir. Bu baxımdan bizə, bir qonşu və xüsusilə danışıqlarda tərəfdaş kimi, demokratik Azərbaycan sərfəlidir. Lakin bunu kənara qoysaq, Ermənistan üçün İlham Əliyevin seçilməsi daha məqbuldur. Çünki biz Dağlıq Qarabağla bağlı çətin də olsa, uzun danışıqlar yolu keçmişik. Təxmini də olsa, problemin həlli yolları müəyyənləşib.” – Ukrayna mətbuatı belə yazıb.
Bu sətirləri Azərbaycan müxalifəti qəzetləri – “Azadlıq”, “Yeni Musavat” yazsa idi, YAP asanlıqla deyərdi ki, müxalifətin mitinq keçirtdiyi bir gündə bu da YAP və prezident əleyhinə bir təxribatdır. Lakin, şükürlər olsun ki, Ukrayna mətbuatı yazır. Bəs burda bu qədər şişirdiləsi nə var ki?
O var ki, bir insanı hamı sevə bilməz. Hamının sevdiyi insan isə heç vaxt yaxşı insan ola bilməz. Niyə? Çünki “hamı” dedikdə pislər də, zalımlar da, cındırlar da bura daxildir. Fərz edək ki, bir nəfəri məzlum da sevir, zalım da, dindar da, kafir də, bomj da, məsələn, Müdafiyə naziri də, yaxud, hansısa vicdan məhbusu da, Siyavuş Novruzov da. Bu əlbəttə, ilk növbədə mümkün olan iş deyil. Mümkünlüyünü xəyal etsək belə, deməli, bu sevilən insan yaxşı insan deyil, yaxud da bir gün yaxşıdır, bir üzdədir, sabah pisdir, digər üzünü göstərir. Bu, mümkün deyil.
Yaxşı insan isə odur ki, onu yaxşılar sevsin, məsələn, məzlumlar, müstəzəflər, mücahidlər, kasıblar, haqlı insanlar, neinki ramizmehdiyevlər, siyavuşnovruzovlar, əlihəsənovlar, əliəliyevlər, mübarizqurbanlılar, çingiz qənizadələr, hadırəcəblilər, ziyaməmmədovlar və s.
İlham Əliyevin isə bəxti yoxdur, bütün ölkədə biabır olub. Nə var ki, Serj Sərkisyan İlham Əliyevdən yanadır. Azərbaycan müxalifətinin ən böyük uğuru bəlkə də bu oldu ki, işğalçı, terrorçu, qaniçən Ermənistanın qaniçən başçısı onların (müxalifət) seçilməsini arzulamadı. Hərçənd, YAP özünü biabır etməmək üçün (baxmayaq ki, YAP-ın daha abrı qalmayıb) deyər ki, görürsünüzmü, düşmən də etiraf edir ki, İlham Əliyev iş görür, boş oturmayıb.
Sərkisyan isə İlham Əliyevi diktator, qeyri-demokratik, həm də Azərbaycanı qeyri-demokratik bilməsindən əlavə, ona daha da diktatorluq arzu edir və Azərbaycan xalqını qarğış edir.
Nitqə fikir verin: ” Ermənistan üçün demokratiya yolunda hərəkət edən qonşuların olması vacibdir. Bu baxımdan bizə, bir qonşu və xüsusilə danışıqlarda tərəfdaş kimi, demokratik Azərbaycan sərfəlidir. Lakin bunu kənara qoysaq, Ermənistan üçün İlham Əliyevin seçilməsi daha məqbuldur. ” Deməli, Ermənistana demokratik qonşu lazım olduğu halda, bunu kənara qoyur, bunun kənarında isə İlham Əliyevin seçilməsi var. Bundan başqa İlham Əliyev üçüncü dəfə seçilsə, artıq bu hakimiyyətin diktatorluq olması rəsmləşəcək. Çünki demokrtiyanın kənarında İlham Əliyev var. Ya İlham, ya demokratiya!
Bəlkə də tülkü Serj fikirləşir ki, əşşi, İlham pisdi-yaxşıdı, heç olmazsa bizimlə işi yoxdur, bizə güllə atanları həbs edir, Qarabağda şəhid olmuşların qardaşını türməyə qandallayır, Qarabağ əlillərinə, şahid ailələrinə yaxşı baxmır, bundan yaxşı bizə dost ola bilər? Doğrudan da elədir, qardaşın qardaş üçün etmədiyini İlham Əliyev Ermənistan üçün edir. Bundan yaxşı insan tapmaq olar. Qoy rahatlıqla Ermənistan tərəfi İlham Əliyevin diktatura rejiminin başında durmasından razılıq eləsin.
Azərbaycanlı ailə Almaniyadan vəhşicəsinə qovuldu
İki il yarımdır bu ölkəyə sığınan Həsənovlara əşyalarını toplamaq üçün cəmi yarım saat vaxt veriblər, alman humanitar təşkilatı hakimiyyətin bu addımına cavab olaraq etiraz aksiyalarına çağırır
Azərbaycandan qaçaraq Almaniyaya sığınmış azərbaycanlı ailəsi bu ölkədən xüsusi qəddarlıqla qovulub.
Virtualaz.org Almaniya mediasına istinadən xəbər verir ki, Həsənovlar ailəsi 3-ü azyaşlı uşaqlar olmaqla 5 nəfərdən ibarət olub. Ailə bu ölkənin Kronax əyalətində qaçqınlar üçün düşərgədə qalırmış. Almaniyada fəaliyyət göstərən humanitar təşkilat yerli hakimiyyətin bu qeyri-humanist addımını kəskin pisləyərək etiraz aksiyalarına çağırıb.
“Plassenburg” radiosunun (radio-plassenburg.de) xəbərinə görə, “Çətinliyə düşmüş insanlara humanitar kömək Assosiasiyası” adlı alman təşkilatının rəhbəri Tom Sauer bəyan edib ki, hakimiyyətin qaçqın ailəsinə qarşı siyasətindən və hərəkətlərindən sarsılıb.
“Bu, Yeni il ərəfəsində heç bir normalara sığmayan siyasətdir, hakimiyyətin qeyri-ciddliyini, humanitar normalara əməl etmədiyini göstərir. Cəmi bir gün əvvəl regional yepiskop həmin qaçqın düşərgəsinə baş çəkərək insanlara yardım aparıb. Bundan cəmi bir gün sonra polis bölmələri qaçqın düşərgəsinə basqın edərək həmin insanları götürüb. Bu, hansı insanlığa sığır?” - deyə təşkilat rəhbəri bildirib.
Məlumata görə, Həsənovlar ailəsi Azərbaycandan iki il yarım əvvəl Almaniyaya mühacirət edib və o vaxtdan Kronax əyalətindəki qaçqın düşərgəsində yaşayırdı. Ailənin üç azyaşlı uşağından birinin psixi pozğunluqları var, eyni zamanda Azərbaycanda aldığı kütləvi zədələrin təsirləri ilə yaşayır.
Ailə dekabrın 19-da səhər tezdən deportasiya olunub. Rəsmi orqanlar bu deportasiyanı şərh etmir.
Virtualaz.org saytının araşdırmasına görə, azərbaycanlı ailənin Almaniyadan qovulması bir neçə yerli KİV-də işıqlandırılıb. Belə ki, np-coburg.de saytının yazdığına görə, Kronax əyalətinin miqrasiya və inteqrasiya xidmətinin rəisi Herd Ueykert deyib ki, polislər səhər tezdən düşərgəyə gəliblər və ailəyə əşyalarını toplamaq üçün cəmi yarım saat vaxt veriblər.
“Yeni İlin başlamasına (xristian təqvimi ilə dekabrın 25-nə-red.) cəmi beş gün qalmış üç azyaşlı uşaqla birlikdə ailənin bu cür deportasiya edilməsi mənasızdır və qeyri-insanidir” - deyə Herd Ueykert bildirib.
O da məlum olub ki, alman polisi ailəni deportasiya etmək üçün düşərgəyə gələndə Həsənovlar ailəsinin uşaqlarından biri məktəbdə imiş. Polis 9 yaşlı uşağı hamının gözü qarşısında məktəbdən sürüyüb çıxarıb və maşına oturdaraq ailənin qalan üzvləri ilə birlikdə birbaşa Frankfurt aeroportuna aparıb.
“Çətinliyə düşmüş insanlara humanitar kömək Assosiasiyası”nın rəhbəri Tom Seuer deyib ki, ailə Almaniyaya 2011-ci ildə gəlmişdi və onlara 6 və 2 yaşlarında iki oğlan uşağı ilə birlikdə düşərgədə sığınacaq verilmişdi. 2013-cü ildə ailədə bir qız uşağı da dünyaya gəlib. T.Sauer deyib ki, ailənin böyük uşağı Kronax əyalətinə təzə gələndə ciddi psixoloji problemləri var idi və bu da uşağın Azərbaycanda aldığı travmaların nəticəsi idi. Buna baxmayaraq uşaq yerli həkimlərin və psixoloqların köməyi ilə qismən düzəlib və məktəbə gedirmiş.
“Qəfil deportasiya nəticəsində uşağın davam etməkdə olan müalicəsi də kəsilib. İndi biz narahatıq ki, müalicə nəticəsində əldə edilmiş ilkin müsbət nəticələr də hədər gedəcək” - deyə Tom Sauer bildirib.
Ailənin yerli vəkili dekabrın 19-da məhkəməyə müraciət edərək deportasiyanın qarşısını almağa çalışsa da bu cəhd boşa çıxıb. Ailənin deportasiya olunacağı barədə heç kimə, o cümlədən onların özlərinə də məlumat verilməyib.
H.Ueykert və T.Sauer alman hakimiyyətinin bu cür deportasiya metodunun başqa qaçqın ailələrinə də tətbiq edilə biləcəyini deyir. Onlar bildirir ki, hakimiyyətin insan haqlarını kobud şəkildə pozan bu addımından sarsılıblar.
Azərbaycanlı ailənin deportasiyasına qarşı etiraz aksiyası keçiriləcəyi gözlənilir. Həsənovlar ailəsinin Azərbaycandan hansı motivlərlə mühacirət etdiyi isə məlum deyil.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.