Blog Arşivi

7 Ekim 2013 Pazartesi

Azərbaycanda son illər boşananlar iki dəfə artıb



Azərbaycanda ötən il nikaha girənlərin 10 faizi boşanıb. Bu da son yeddi ildə boşanma hallarının iki dəfə artdığını göstərir.2002-ci ildə isə bu göstərici 5 faiz təşkil edib.
Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, ötən il ölkədə 78,9 min nikah qeydə alınıb. Boşanmaların sayı isə 7,8 min olub.

Azərbaycanda son illər boşanmaların artması narahatlıq yaradıb.Ekspertlər boşanmaların sayının artmasını müxtəlif səbəblərlə əlaqələndirirlər.

6 Ekim 2013 Pazar

23 aprel hərəkatı sorğu6



Təqaüdçüləri ən az pul alan ölkə – Azərbaycan

«Yalnız burada minimal pensiya yaşayış minimumundan aşağıdır»
Yaşayış minimumu 95 manat olan ölkədə pensiyaçılar 85 manata necə yaşayır?
Azərbaycan hökuməti mütəmadi olaraq əhalinin sosial rifahına yönəlmiş addımlar atdığını bəyan etsə də, bunun həqiqət olmadığı heç kəsə sirr deyil. Neftdən gələn milyonları bəzən əhəmiyyətsiz layihələrə sərf edən hökumət əhalinin aztəminatlı hissəsini tamam yaddan çıxarıb. Stadionlara, körpülərə, əyləncə mərkəzlərinə milyardlarla dollar xərclənən ölkədə təqaüdçülərin aldığı vəsait nəinki bir aylıq dolanışığa, heç kommunal xərclərin ödənilməsinə bəs etmir.

inflyasiya


Ölkəni silkələyən əsgər ölümü


«Bu, sizin də başınıza gələ bilər»
2013-cü ilin ilk yarısında 41 hərbçi dünyasını dəyişib, 50-yə yaxını isə yaralanıb.

Əsgər ölümü ilə bağlı cinayət işi başladı
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun ölümü ilə bağl ıcinayət işi başlanıb.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırışüzrə Dövlət Xidmətinin Gəncə şəhərinin Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Eminİlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində ölüb.

İlham əliyevin seçicyə ehtiyacı yoxdur


Əliyev Britaniyanın sənət jurnalında da "diktator" adlandırıldı

"Bakı ya uçuş" layihəsi diqqəti repressiyalardan yayındırmaq üçün incəsənətdən istifadə deyilmi?"
"Bəlkədə bu rəssamların çardaxlarında repressiya və dikatorluğu, hakim ailənin ölkənin pullarını xaricdə şöhrət pərəst layihələrə sovurmasın faşedən radikal rəsməsərləri gizlin saxlanır"
BAKININ FLORASI VƏ FƏRDİ ALLAHLARI
Josh Spero yazırki, «de Pury Azərbaycanın diktator prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə söhbət edib».
Sonra onlar birlikdə nüfuzlu LVMH-in incəsənət üzrə məsləhətçisi Hervé Mikaeloff-u kuratortəyine diblər.

Azərbaycanın hərbi airoportları israil rejiminə verilib


Azərbaycanda  intihar statistikası

Son illər hamımızın az qala adi qarşıladığımız özünə qəsdin bu şəkildə artmasına səbəb nədir?
 Deyək ki, özünəqəsdin artımı təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur.Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, son 45 ildə intiharların sayı 60 faiz artıb. Təşkilatın yaydığı hesabatda deyilir ki, 2000-ci ildən bəri dünyada baş verən intiharların sayı 1 milyona çatıb və bunun da müxtəlif səbəbləri var.
5 Ekim 2013 Cumartesi

deputatlarının bir qrupu hicab haqda narazılıq edib


Təkcə bir sual : NİYƏ???




Qusar rayonunun Düztahir kəndində intihar hadisəsi baş verib.
iyunun 20-d
ə qeydə alınan 1925-ci il təvəllüdlü Nurəddin Sərhəddin oğlu Məhsimov   tövləsində özünü asıb.
Dekabrın 24-də Oğuz rayonunda intihar hadisəsi baş verib.
1989-ci il təvəllüdlü Elsevər Nəsirov özünü öldürüb. O, yaşadığı evin həyətindəki ağacdan özünü asıb.
51 yaşlı Oğuz rayon sakini özünü öldürüb.

Azərbaycanlıların 70 faizi iş tapa bilmir



"Gallup" Mərkəzi 146 ölkədə iş tapmağın asan, yaxud çətin olması ilə bağlı sorğu keçirib. Dünya əhalisinin əksəriyyəti ötən ili iş tapmaq üçün çox pis vaxt kimi dəyərləndirib. İşləmək qabiliyyətində olan əhalinin 57 faizi deyib ki, onların ölkələrində iş tapmaq çətindir. 33 faiz isə iş tapmaq imkanlarının qənaətbəxş olduğunu bildirib.
Ən pessimist insanlar Avropada olub. Rəyi soruşulanların 72 faizi iş tapmaq məsələsində bədbin olduqlarını bildiriblər. Ən nikbinlər isə ABŞ-da olub. Bununla belə, Birləşmiş Ştatlarda rəyi soruşulanların yalnız 38 faizi keçən ili iş tapmaq baxımından qənaətbəxş sayıb.
Əhalisi nikbin olan 10 ölkə içərisində yalnız 1 inkişaf etmiş ölkə var – Sinqapur.Qalanlar inkişaf etməkdə olan ölkələrdir.Onların arasında 4-ü neftlə zəngin körfəz ölkələridir - Səudiyyə Ərəbistanı, Oman, Qətər və Küveyt.

Əgər qeyrət olmasa qarabağ yaddan çıxır


Ölkədə boşanma kabusu...




Il ərzində ortalama 10 min nəfərin boşanması on ildə 100 min ailənin dağılması deməkdir. Bu rəqəmin altında yatan ağır nəticələrdən isə ümumiyyətlə danışmağa dəyməz.
Psixoloq nə deyir?
Psixoloq Elmir Əkbər hesab edir ki, əsas məsələ ailə quran gənclərin şəxsiyyəti və xaraketiri ilə bağlıdır.Şəxsiyyət kimi formalaşan, mənəviyyata, əxlaqa sahib olan insanla yaşamaq rahat olur və belə insanla münasibətlər də düzgün qurulur. Natamam, şəxsiyyəti formalaşmayan biri ilə isə ən gözəl münasibətlər belə, iyrənc hala çevrilir: “Ailə qurana kimi heç kim heç kimi dəqiq tanıya bilmir. Əsas odur ki, valideynlər övladlarına düzgün tərbiyə versin, onları düzgün böyütsünlər”.ÿPsixoloq boşanmanın bir səbəbini də ərlə arvad arasında intim uyğunsuzluqda görür: “Bu, olduqca önəmli faktordur. Növbəti amil kənar müdaxilələrdir.Üçüncü yerdə maddi durum gəlir.Indi ailə təkcə sevgi ilə qurulmur.Həm də bir çoxları ailəsinin təkcə sevgi ilə qoruya biləcəyinə arxalana bilmir.Sovet dövründə gənc ailələrə çoxlu sayda güzəştlər var idi, amma indi elə bir şərait yoxdur. Ailədə baş qaldıran maddi sıxıntı da sonda böyük münaqişələrə gətirib çıxarır”.ÿ

Daha bir müəmmalı əsgər ölümü


Daha bir əsgərin müəmmalı ölümü ölkə mediasının gündəminizə etdi.Beləki, Göyçay hərbi komissarlığından Qazax N saylı hərbi hissədə qulluğa çağırılan rayonun Kürdəmiş kəndinin sakini, 1991-ci il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlu hərbixidmətdən tərxis olunmağa bir ay qalmış dünyasını dəyişib.
 “Bu, döyülmənin, işgəncənin sübutu dur”

Əvvəl bayraqsız, sonra bayraqla...
 “Əsgər yoldaşlarına tapşırıq veriblərki, sussunlar”

gunahsızlara ittiham


4 Ekim 2013 Cuma

EVDƏN QAÇAN QIZLARIN FACİƏSİ - Ümummilli SOS siqnalı!



Bir neçə gün öncə Kürdəmirdə evdən qaçmış 3 qız barədə xəbər demək olar ki, bütün ölkənin gündəminə  çevrilib. Mən şəxsən həmin qızların, onların ailələrinin KİV-də bu qədər çox işaqlandırılmasının əleyhinəyəm.Bəli, çox məyusedici bir hadisədir, amma həmin şəxslərin səhər-axşam TV-də göstərilməsi, adlarının mətbuatda tez-tez hallandırılması müsbət bir şey deyil. O ailələr zatən yaşayacaqları faciəni yaşayıblar, üstəlik onları bütün Azərbaycana tanıtmaq ağrılarına daha çox ağrı qatmaqdan savayı bir şey deyil.
    Baş  verən bu hadisənin mahiyyətinin və önəminin isə əksinə, KİV-də daha çox işıqlarındırılmasının tərəfdarıyam. Çünki bu hadisə “inkişafda olan cəmiyyətimizə” həm də bir "SOS" siqnalı idi məncə. Məktəbdə oxuyan bir qız necə olur ki, evdən qaçıb, yüz kilometrlərlə yolu qət edib, telefonda, internetdə tanış olduğu oğlanın yanına gedir?! Onun düşüncəsi, hissləri hansı səviyyəyə çatır ki, ailəsini, hətta nəslini bu biabırçılıqla üz-üzə qoymaqdan belə çəkinmir?!

ədaalətsizliyik nəticəsi ksıblıqdır !


İmkan verin üzümüz seçək


İşğal olunmuş ərazilər navaxt qaydacaq ?


3 Ekim 2013 Perşembe

Azərbaycanda mətbuat azadlığının vəziyyəti daha da pisləşib




Son 10 ildə Mətbuat azadlığı sahəsində vəziyyət pisləşərəkən aşağı həddə düşüb. Freedom House təşkilatının yeni hesabatında belə deyilir.

Şimali Koreya ilə Türkmənistanda bu sahədə vəziyyətin daha pis olduğu bildirilir. Sonra kı yerlərdə isə Özbəkistan və Belarus gəlir. Gürcüstanla Ertməmnistan isə jurnalist fəaliyyəti üçün nisbətən təhlükəsiz ölkə sayılır.Azərbaycanda isə əksinə bu sahədə vəziyyətin pisləşdiyi bildirilir.

Nə üçün polis xalqa xidmət əvəzinə,qəddar və ağır davranış edir ?


rüşvət


Ümumdünya Səhiyyə Təşkilatının açıqlaması



Ümumdünya Səhiyyə Təşkilatı intihar saylarının daha çox müşahidə olunduğu ölkələrin siyahısına açıqlayıb. Azərbaycanda dəfələrlə çox olan Ermənistandan baş verən intihar hadisələrinin sayı nisbətən 3 dəfə çoxdur. Dünyanın ən çox intihar qeydə alınan ölkələrinin siyahısında Gürcüstan da var. Gürcüstanda hər yüz min nəfərə düşən intihar hadisələrinin sayı 8,8 nəfər təşkil edir. Azərbaycanda intihara daha çox kişilər meyllidir.Bu ölkədə intihar edənlərin 80 faizi kişilərdir.Reytinq cədvəli tərtib olunan zaman intihara cəhd halları nəzərə alınmayıb.
2 Ekim 2013 Çarşamba

3- cü sorğunun nəticəsi


İlham Əliyevin siyasəti monoloq siyasətidir


Azərbaycanda ailəni dağıdan səbəblər




Bu il 2,3 min belə fakt qeydə alınıb
Son illər ölkədə boşanma hallarının sayı durmadan artır. Çoxları bunun əsas səbəbi kimi sosial problemləri göstərir. Ancaq məsələ ilə bağlı açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda artan boşanma halları tək sosial problemlərlə bağlı deyil.

Komitə sədri bildirib ki, bu qənaətə son 5 il ərzində aparılan araşdırmalar nəticəsində gəlinib: "2009-cu illə müqayisədə 2010-cu ildə boşanma halları daha çox olub. Araşdırma göstərir ki, boşanma hallarının səbəblərindən biri də kişilərin məsuliyyətlərini bilməmələridir.Məcburi şəkildə qurulan ailələr də bir neçə il keçdikdən sonra dağılır".

Boşanmağa daha çox qadınlar ərizə verir

2- ci sorğunun nəticəsi


rüşvət


Azərbaycanda daha bir əsgər ölümü




Quba rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Namiq Nasif oğlu Pirməmmədov ölüb.

Azərbaycanda işniyə yoxa çıxıb ?


müsəlman və yahudi əlbir olan nəticəsi


Korrupsiya ilə mübarizə effektlidirmi?




Azərbaycanda korrupsiya ilə mübarizə də öhdəlikılər sırasına aiddir. Bu məsələ ilə bağlı Prezident Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Bundan başqa Baş Prokuror Yanında da Korrupsiya cinayətlərini araşdıran xüsusi idarə fəaliyyət göstərir. Amma ictimaiyyət Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizədə səmimi olmadığı qənaətindədir. Hökumət bir qayda olaraq aşağı ranqlı məmurların həbsini korrupsiyaya qraşı mübarizənin məntiqi nəticəsi kimi dəyərləndirir.

Seçki Məcəlləsi niyə təminatlı qanunverici bazaya çevrilmədi?



  
Hər bir seçkinin nəticəsinin ictimai etimada əsaslanması üçün vacib şərtlərdən biri təminatlı qanunverici bazanın olmasıdır. Bu məqsədlə Avropa Şurası Azərbaycan hökuməti qarşısında Seçki Məcəlləsinin qəbulu ilə bağlı xüsusi öhdəlik götürdü. Hökumət və parlament rəsmiləri Azərbaycanın öhdəliklərini vicdanla yerinə yetirdiyini bəyan edirlər. Doğrudur, Seçki Məcəlləsi qəbul edildi. Amma bu sənədin qəbulu zamanı Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası arasında ciddi mübahisələr oldu və irəli sürülən tövsiyyələrin böyük əksəriyyəti qəbul edilmədi. Xüsusilə, seçki komissiyalarının formalaşdırılması məsələsində yerli və beynəxalq ictimaiyyətin rəyi nəzərə alınmadı. Bu gün də Avropa Şurası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycandan seçki qanunverciliyində ciddi islahatlar tələb edir. Yəqin ki, prezident seçkiləri ərəfəsində bu çağırışlar daha da davamlı hala çevriləcək.

Bir millət-iki dövlət, amma fərqli niyyət...




Ancaq həm Azərbaycanda, həm də Türkiyədə bu siyasi niyyətlərin reallaşması xalqdan asılıdır



Alınacaqmı? Bu sualın cavabını zaman və Anayasa referendumunda siyasi iradəsini göstərməli olan Türkiyə vətəndaşları verəcək.

Azərbaycana gəldikdə isə, Türkiyədən fərqli olaraq, bizim ölkəmizdə səlahiyyətləri hakimi-mütləq səviyyədə olan prezident üsul-idarəsi mövcuddur. Yəni Azərbaycanın siyasi idarəçiliyi və onun gələcək taleyi barədə həlledici qərarların verilməsi bir şəxsin öhdəsindədir.


1 Ekim 2013 Salı

Bizim ölkəmiz Gürcüstan və ukrayna kimi ölkələrdə nə nöqsanlrı var ?

23 aprel hərəkatı azadlıq



Jumalistlərin döyülməsi və həbsi qəbuledilməzdir


tələ rolunu oynayır


Amnistiya niyə siyasi məhbuslara şamil edilmir?



QurbanMəmmədov: «Bu hakimiyyətin əxlaqı belədir»
GözəlBayramlı: «Hakimiyyətqeyri-səmimiliyiniortayaqoydu»
HeydərƏliyevin 90 illik yubileyi münasibətilə imzalanacaq Amnistiya Aktı siyasi motivlərlə həbs edilən məhbuslardan heçkimə şamil edilməyəcək.Baxmayaraqki, beynəlxalq təşkilatların hakimiyyətə qarşı irəli sürdüyü iradlardan biri məhz siyasi məhbuslarla bağlıdır.
HəttaBinə, Quba, Ismayıllı olaylarında həbs olunanlara qarşı irəli sürülən maddə (ictimai qaydanın pozulması hərəkətlərində iştirak) aktın təsiri altına düşməyib. Ismayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini TofiqYaqublu və REAL Hərəkatının sədri Ilqar Məmmədova da eyni maddə üzrə ittiham olunurdu.Lakin bu yaxınlarda onlara qarşı daha ağır ittihamlar irəli sürüldü.Bu da böyük ehtimalla onların amnistiyaya düşməməsinə hesablanmış bir addımidi. Tofiq Yaqublunun qızı Nigar Yaqubluya irəli sürülən ittihamın maddəsi də aktın təsiri altına düşmür. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, Islam  Partiyasının sədri Mövsüm Səmədov, ilahiyyatçı alim Abgül Süleymanov, keçmiş nazirlər Fərhad Əliyev və Əli Insanov, AXCP sədri Əli Kərimlinin qohumu, “Texnikabankın” Yasamal filialının keçmiş müdir müavini Elnur Seyidov, AXCP  fəalı Təzəxan Mirələmlinin oğlu Vasif Mirələmov, NIDA-çıgənclər, baş redaktor Hilal Məmmədov, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı Ilham Əmiraslanov, ilahiyyatçı Taleh Bağırzadə, AXCP Gənclər Komitəsinin fəalı Daşqın Məlikov, AXCP üzvü Ilqar Rzayevdə amnistiya ilə azadlığa  çıxmayacaq.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel