Əlaqə
Blog Arşivi
- 2014 (270)
- 2013 (363)
5 Ekim 2013 Cumartesi
Ölkədə boşanma kabusu...
Il ərzində ortalama 10 min nəfərin
boşanması on ildə 100 min ailənin dağılması deməkdir. Bu rəqəmin altında yatan
ağır nəticələrdən isə ümumiyyətlə danışmağa dəyməz.
Psixoloq nə deyir?
Psixoloq Elmir Əkbər hesab edir ki,
əsas məsələ ailə quran gənclərin şəxsiyyəti və xaraketiri ilə
bağlıdır.Şəxsiyyət kimi formalaşan, mənəviyyata, əxlaqa sahib olan insanla
yaşamaq rahat olur və belə insanla münasibətlər də düzgün qurulur. Natamam,
şəxsiyyəti formalaşmayan biri ilə isə ən gözəl münasibətlər belə, iyrənc hala
çevrilir: “Ailə qurana kimi heç kim heç kimi dəqiq tanıya bilmir. Əsas odur ki,
valideynlər övladlarına düzgün tərbiyə versin, onları düzgün
böyütsünlər”.ÿPsixoloq boşanmanın bir səbəbini də ərlə arvad arasında intim
uyğunsuzluqda görür: “Bu, olduqca önəmli faktordur. Növbəti amil kənar
müdaxilələrdir.Üçüncü yerdə maddi durum gəlir.Indi ailə təkcə sevgi ilə
qurulmur.Həm də bir çoxları ailəsinin təkcə sevgi ilə qoruya biləcəyinə
arxalana bilmir.Sovet dövründə gənc ailələrə çoxlu sayda güzəştlər var idi,
amma indi elə bir şərait yoxdur. Ailədə baş qaldıran maddi sıxıntı da sonda
böyük münaqişələrə gətirib çıxarır”.ÿ
“Çıxış yolu İslami ailə modelidir”
İlahiyatçı İlham Abbasov isə
boşanmaların səbəblərinin müxtəlif olduğunu deyir. Onun sözlərinə görə, burada
həm daxili, həm də xarici təsirlərin rolu var(islamazeri.az): “Daxili təsirlər
bunlardır ki, cütlüyün bir-birilərinə olan münasibətlərində problemlər onların
özlərindən qaynaqlanır. Bunun boşanmaya qədər gedib çıxması qadın və kişinin öz
ailə hüquq və vəzifələrini düzgün qavramamaları, bir çox hallarda yalnız zahiri
görünüş və ya maddiyyat üzərində köklənmələri ilə bağlı olur.Hər iki tərəf
məsələyə Islami tərəfdən yanaşsa, problemin bir həlli yolunun olduğunu
görəcək.Aailədaxili münaqişələrin uzanması, boşanmaların artması cəmiyyətimizin
Islami ailə modelindən uzaq düşdüyündən xəbər verir.Təbii ki, problemə səbəb
olan xarici təsirlər də var. Məsələn, qadının və kişinin yaxın qohumları,
valideynləri.Bəzən maddi problemlərə, bəzən də adət-ənənəyə görə yeni qurulmuş
ailə valideynlərlə birgə yaşayır.Bu zaman başqa ailədən gəlmiş, başqa tərbiyə
görmüş gəlinin oğlanın valideynlərilə problemlər yaşaması mümkündür.Bu halda
bəzən oğlan həyat yoldaşının deyil, valideynlərinin tərəfində olur, nəticədə də
gəlin bütün bunlara səbr etməyərək çarəni boşanmaqda görür.Bütün münaqişələrin
həlli yolu İslami əxlaq və ailə modelindən keçir.Cəmiyyətdə bu dəyərlər
aşılanarsa, nəzərəçarpacaq irəliləyişlər olacaq”.
“Sosial amillərin rolu daha böyükdür”
Tibb elmləri doktoru, professor Adil
Qeybulla isə sonsuzluğa görə boşanmaların sayının çox olmadığını deyir. Onun
sözlərinə görə, problemin səbəbkarı olan əsas faktorlar başqadır: “Nikahın
pozulması ilə bağlı sosial amillərin rolu daha ciddidir. Təbii ki, sonsuzluğa
görə də ayrılmalar var. Amma sizi inandırım ki, bunların sayı çox deyil.Burada
əsasən iqtisadi faktorlar rol oynayır.Ailələr maddi sıxıntı içində olur, bu da
münasibətlərdə problemlərə gətirib çıxarır.Başqa bir faktor əvvəlki dövrlərdən
fərqli olaraq boşanmalarla bağlı ictimai qınağın olmamasıdır.Əvvəllər ailənin
dağılması cəmiyyət tərəfindən çox pis qarşılanırdı.Indi isə bu məsələdə ictimai
qınaq demək olar ki, yoxdur. Cəmiyyət dəyişdiyi üçün nikah pozulmalarına ”yaşıl
işıq" yandırılıb. Xırda bir səbəb ailələrin dağılmasına gətirib
çıxarır.Boşanmalarla bağlı səbəblərdən biri də qadının gəlirinin kişidən çox
olmasıdır.Bu halda qadında iqtisadi müstəqillik olur və maddi baxımdan ərindən
asılı olan qadınla müqayisədə boşanmaqdan daha az çəkinir".
“Ailənin müqəddəsliyi səviyyə və
mədəniyyət məsələsidir”
A.Qeybullanın fikrincə, ailənin
müqəddəsliyi səviyyə və mədəniyyət məsələsidir: “Insan ailə qurarkən
düşünməlidir ki, birinci növbədə vətəndaş məsuliyyəti daşıyır və bu ailənin
gələcəyi, cəmiyyətə təqdim olunması, ailədə böyüyəcək uşaqlar, onların
tərbiyəsi - bütün bunlar valideynlərin çiyninə düşür. Təəssüf ki, ailələrin
dağılmasında mədəni səviyyənin aşağı olması böyük rol oynayır.Düzdür, Qərb
ölkələrində də boşanma halları yetərincədir.Amma o ölkələrdə ailəyə münasibət
bizdən daha ciddidir.Telekanallarda məişət zorakılığı ilə bağlı xeyli
verilişlərə baxırıq.Amma nəzərə almaq lazımdır ki, bu zorakılıqların içərisində
qadın amili də kifayət qədər ciddidir.Bu gün təcili yardım xəstəxanalarında
qadınların kişilərə qarşı zorakılığı ilə bağlı faktlar yetərincədir və bu
statistika artmaqda davam edir.Hesab edirəm ki, ən ciddi faktor mədəniyyət
faktorudur.Azərbaycandakı avtomobillərə fikir verin.Onların əksəriyyəti
bahalıdır və əsasən kreditlə alınıb.Yəni insanlarımızda özünü başqasına
göstərmək kompleksi var. Intellektual faktorlara üstünlük verənlər azlıq təşkil
edir.Bir cəmiyyətdə görüntü faktorlarının üstünlük təşkil etməsi nəticədə çox
ciddi problemlər yaradır.Məsələn, biz bir almanı, ingilisi bu şeylərlə təəccübləndirə
bilmərik.Amma özümüzü təəccübləndiririk.Hesab edirəm ki, biz keçid mərhələsi
yaşayırıq və bu proseslərin nizamlanması müəyyən qədər vaxt aparacaq”.
Xasiyyətimiz tutmur...
Son illər boşanmaların artmasına
gündəlik iş təcrübəsində şahid olan Vəkillər Kollegiyasının üzvü Fariz Namazlı
deyir ki, məhkəmə proseslərində tərəflər əsasən xasiyyətlərinin uyğun
gəlmədiyini əsas gətirirlər: “Boşanmaların sayı həddən artıq çoxdur. Əsasən
tanışlıqdan qısa müddət sonra evlənən cütlüklər arasında boşanma halları daha
geniş yayılıb. Uzun müddətli tanışlıqdan sonra ailə quranların boşanmasına isə
daha az rast gəlinir. Bu onunla bağlıdır ki, cütlüklər bir-birlərini yaxından
tanımadan, xasiyyətlərinə dərindən bələd olmadan tələsik qərar verirlər.Sonra
da məlum olur ki, daxilən ayrı dünyaların adamlarıdırlar və onların bir yerdə
yaşamaları mümkün deyil.Bu halda gənclər bir-birlərini həzm edə bilmir və xırda
bir səbəb boşanmalara aparıb çıxarır.Məhkəmələrə təqdim edilən iddia
ərizələrində isə qısa-konkret səbəb göstərilir - xasiyyətimiz uyğun gəlmir.
Məhkəmə proseslərində ailəyə kənar
müdaxilə, kişinin əksər məsələlərdə valideynlərinin tərəfində olması və həyat
yoldaşının sözünü nəzərə almaması kimi səbəblər də əsas kimi göstərilir".
Qanunvericilik “yaşıl işıq”
yandırır?
Vəkil hesab edir ki, Azərbaycan
qanunvericiliyində boşanma hallarının qarşısını almağa mane olan boşluqlar var:
“Qanunvericilikdə göstərilir ki, tərəflər arasında birgəyaşayış mümkün deyilsə,
bu halda məhkəmə onları barışdırmaq üçün cəmi 3 ay vaxt verir. Həmin müddətdə
də barışıq alınmasa, nikah pozulur.Başqa ölkələrdə boşanmaq bir qədər
çətindir.Xırda səbəblərə görə nikahın pozulması mümkün deyil. Bizdə isə
”xasiyyətimiz tutmur" bəhanəsi yetərli olur. Tərəflərin hər ikisi
razıdırsa, məhkəmə ümumiyyətlə boşanmanın səbəblərini araşdırmır.
Məsələn, Amerikada məhkəmə
tərəflərin barışması üçün 1 il vaxt verir. Bu müddət ərzində də dövlətin sosial
işçiləri cütlüklərlə görüşüb söhbətlər aparır, onları boşanmaqdan çəkindirməyə
çalışır.Yəni bu istiqamətdə həm dövlət siyasəti olur, həm də vətəndaş
cəmiyyətinin səyləri.Azərbaycanda barışıq üçün verilmiş üç ay ərzində nə
məhkəmə, nə dövlət qurumları tərəflərin nə etdikləri ilə maraqlanır.Üç aydan
sonra soruşurlar ki, barışdınız, onların “xeyr” deməsiylə də məsələ yekunlaşır.
Maraqlanmırlar ki, bu müddət ərzində tərəflər bir-birləri ilə görüşüb ünsiyyət
qurublarmı, kimlərsə onları boşanmaqdan çəkindiribmi və s.".
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder