Blog Arşivi

17 Ocak 2014 Cuma

Əsgər ölümləri niyə azalmır?


Səfər Əbiyevdən sonra da orduda qırğın və rüşvətxorluq halları davam edir
Səfər Əbiyev istefaya göndərilsə də, orduda əsgər qırğınları dayanmır. Ordudan yenə də tez-tez ölüm, intihar xəbərləri gəlir. Yanvarın 12-də Bakıda “N” saylı hərbi hissədə əsgər Coşqun Şirinov özünü öldürüb. Atası Elşad Şirinovla görüşəndən bir neçə saat sonra əsgər tabeliyində olan avtomatla özünü güllələyib. Müdafiə Nazirliyi xəbəri təkzib etsə də, yayılan məlumat belədir.

Eyni tarixə Gəncədə 1995-ci il təvəllüdlü iki əsgər - Rəvan Əlizadə və Nicat Nəcəfov özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hər iki əsgərə tibb məntəqəsində ilkin yardım göstərilib. Yanvarın 13-də əsgərlər Bakıya Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının Psixiatriya bölməsinə yerləşdiriliblər. Əsgərlərin vəziyyəti kafidir.

Nə baş verir? Orduda əsgər ölümləri niyə ara vermir? Səfər Əbiyevdən sonra orduda nizam-intizam qaydalarına əməl olunurmu? Sistemə nə dəyişiklik edildi?

Hərbçi ekspert Üzeyir Cəfərov son hadisələrdən danışarkən qeyd etdi ki, Müdafiə Nazirliyinin mətbuat xidməti üstündən 4 gün keçəndən sonra məlumat yayıb: “Bir gündə, özü də eyni hərbi hissədə baş vermiş hadisə sıradan adi bir olay sayıla bilməz. Xəbərdə deyilirdi ki, hər iki əsgərə tibb məntəqəsində ilkin yardım göstərilib və onlar yanvarın 13-də Bakı şəhərinə gətirilərək Silahlı Qüvvələrin Mərkəzi Kliniki Hospitalının Psixiatriya bölməsinə yerləşdiriliblər. Sual olunur? Bu addımı ilə nazirlik nə demək istəyir? İndi də deyirlər ki, müalicə bitdikdən sonra xəstəlik epikrizi çıxarılacaq.

Respublika baş psixiatrının rəyi alındıqdan sonra, hər iki əsgərin silahlı qüvvələrin sıralarında xidmətlərini davam etmələri məsələsi həll ediləcək. Ardınca da hadisə ilə bağlı cinayət işinin başlandığı haqqında məlumat verilir".

Ü.Cəfərov bu iki hadisəyə niyə xüsusi diqqət yetirdiyini şərh etdi: “Son vaxtlar əsgər ölümləri ilə bağlı bir-birinin ardınca xəbərlər intensivləşib. 2014-cü ilin ilk ayı başa çatmayıb. Amma ölən və xəsarət alanların sayı sürətlə artmaqdadır. Əksər hallarda bu hərəkətlərin adaptasiya dövründə, mənəvi-psixoloji və fiziki cəhətdən hərbi xidmətə tam hazır olmadığı, hərbi xidmətin çətinliklərinə dözməyən gənclər tərəfindən törədildiyi vurğulanır.

Ən gülməlisi isə odur ki, Müdafiə Nazirliyi valideynlərə, təhsil müəssisələrinin pedaqoji kollektivlərinə, ictimaiyyət nümayəndələrinə müraciət edərək həqiqi hərbi xidmətə çağırılan gənclərin vətənə məhəbbət, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə olunması, onlarda fədakarlıq və qəhrəmanlıq hisslərinin aşılanması, mənəvi-psixoloji cəhətdən hərbi xidmətin çətinliklərinə hazır olmalarına diqqət yetirilməsini xahiş edib".

“Azərbaycan atalar misalında deyilir ki, "toydan sonra nağara" misalındakı kimi, MN nədənsə hadisələrin baş vermə səbəblərini dərindən araşdırmaq və lazımı addımları atmaq əvəzinə belə ucuz və özünü sığortalamaq kimi yollara baş vurur" deyə, ekspert vurğulayır.

Ü.Cəfərovun sual edir ki, psixoloji problemi olan gənci niyə hərbi xidmətə aparıblar: “Hörmətli Müdafiə Nazirliyinin rəhbərliyindən soruşuram: bəs mənəvi-psixoloji cəhətdən hərbi xidmətin çətinliklərinə hazır olmayan əsgərləri niyə hərbi xidmətə qəbul edirsiniz ki, sonradan da belə bir acınacaqlı vəziyyət yaranır?

Aydın məsələdir ki, hər nə qədər gənclər orduya adaptasiya olunmağa hazır olmasalar da, bu səbəbdən onların özlərinə qəsd etməsi qətiyyən inandırıcı deyil.

Hərbi qulluq zamanı əsgərin özünə qəsd etməsinin çox ciddi səbəbləri var. Burada söhbət neqativ hadisələr və qeyri-insani davranışdan, Nizamnamə tələblərinin kobud sürətdə pozulmasından gedir".
“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli deyir ki, Z.Həsənov nazir təyin olunduğu 2 ay, 4 gün ərzində əsgər ölümündə azalma müşahidə olunurdu: “Bu il 4 hərbçi qulluqçu itkisi qeydə alınmışdı. Onlardan biri Müdafiə Nazirliyi, ikisi isə Penitensiar Xidmətin tabeliyində olan hərbçilər idi. Ötən il isə 84 hərbi qulluqçu itkisi olmuşdu. Əslində bir qədər qüsurlu müqayisədir. Ancaq ümid olunurdu ki, Z.Həsənovun dövründə itkilər azalacaq və nizam-intizam yaradılacaq, rüşvətxorluğa qismən son qoyulacaq. Təəssüf ki, yanvarda 4 əsgər intihara əl atdı. Səfər Əbiyevdən sonra ciddi dəyişiklik görünmür. Qənaətimiz ondan ibarətdir ki, çox cüzi dəyişiklik var. Əsasən kadr dəyişiklikləri nəzərə çarpır. Bu dəyişikliyin əsgərlə münasibətlərə təsiri olmayıb”.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel