Blog Arşivi

17 Ocak 2014 Cuma

Azərbaycan vətəndaşı iki həftə ərzində 42 şirkət təsis edib


Azərbaycanda yerli məhdud məsuliyyətli cəmiyyətlər (MMC) üçün qeydiyyat prosedurlarının ötən ildən sadələşdirilməsi biznes mühitində canlanmaya səbəb olub, lakin bununla yanaşı elə presedent  yaradıb ki, vergi nümayəndələri bunun üzərində baş sındırmalı olacaqlar.

Belə ki, hüquqi şəxslərin dövlət reyestri qısa müddətdə bir fiziki şəxs tərəfindən rekord sayda şirkəti qeydiyyatını müəyyən edib.  Bakı sakini Ağarəhim Məmmədov 2013-cü il oktyabrın 21-dən noyabrın 6-dək 42 şirkət təsis edib. İkinci yeri Lənkəran rayonunun Vilvan kənd sakini Teymur Əliyev tutub. Onun 36 şirkəti var. Sonra az ambisiyalı təsisçilər gəlir. Bir çox hallarda yeni şirkətlər cüzi nizamnamə kapitalı (5-10 manat) ilə yaradılıb.

Bu qədər şirkət yeni azərbaycanlıların nəyinə lazımdır və onların bunu necə idarə edəcəkləri məlum deyil.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə hüquqi şəxslərin dövlət reyestrinə  7 879 yeni kommersiya və qeyri-kommersiya təşkilatı haqqında məlumatlar daxil edilib. 2012-ci illə müqayisədə bu göstərici 45,4% artıb. Ötən il birgə kapitallı 138 şirkət qeydə alınıb. 2012-ci ildə 124 belə şirkət yaradılıb.

Vergilər Nazirliyinin məlumatına görə, şirkətlərin yarıdan çoxu (54,5%) Bakıda açılıb.

Ötən il dövlət kapitallı 221 müəssisə təsis edilib. Bu, bir il əvvəl olduğundan 57 subyekt azdır.

 2013-cü ildə Azərbaycanda 100% xarici kapitallı 568 şirkət qeydə alınıb. Bu, əvvəlki ildə olduğundan 17,6% çoxdur. Bir çox hallarda bunlar filial və nümayəndəliklərdir.

Qeyd edək ki, 2013-cü ilin əvvəlində Azərbaycanda 78 966 hüquqi şəxs qeydə alınıb. Onların  5,6%-i 100%, 1,8% birgə kapitallı şirkətlərdir.

Hələlik 2013-cü ildə ləğv edilmiş şirkətlər barədə məlumat yoxdur.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel