Blog Arşivi

15 Ocak 2013 Salı

"Crystal Hall" kimindir?


Dövlətə milyonlara başa gələn konsert kompleksi heç bir dövlət orqanının balansında deyil

"Eurovision 2012"yə ev sahibliyi edən və Azərbaycan hökumətinə 105 milyon manata başa gələn "Crystal Hall" 3 aydır ki, dincəlir. Daha düzü, dincəlirdi. İndisə bu konsert kompleksində üç dünya ulduzunun konsertinə hazırlıq gedir. Cennifer Lopez, Rihanna və Şakira bu zalda solo-konsertlə çıxış edəcəklər.
Təşkilatçı şirkətin əməkdaşı Zaur Darabzadə "Azadlıq" radiosuna deyib ki, ən ucuz və ən bahalı - 30 və 230 manatlıq biletlər satılıb artıq. Kassada yalnız 80 və 125 manatlıq biletlər qalıb.
Əslində, biz konsertdən çox "Crystal Hall" haqda danışmaq istəyirik. Bir neçə aydan bir qapılarını tamaşaçıların üzünə açan "Crystal Hall" hökumətə milyonlara başa gəlib. İldə bir neçə konsert və ya tədbir üçün milyonlar xərcləməyə dəyərdimi? Binaya qoyulan vəsait necə və neçə vaxta gəlirə çevriləcək?
Suallarımızı vermək üçün rəsmi qurumlara müraciət edirik. İş də burda dolaşığa düşür.
Əmlak Məsələləri Dövlət Komitəsi də, Mədəniyyət və Turizm Nazirliyi də, Bakı şəhər İcra Hakimiyyəti də sorğumuza belə cavab verir: "Bu tikili bizim balansımızda deyil".
Kimin balansındadır? Buna da "bilmirik" cavabı ilə kifayətlənirlər.
Binanın yerləşdiyi Səbail rayon İcra Hakimiyyətinə də zəng vururuq. Yarım gün gözlətdikdən sonra deyirlər ki, Dövlət Bayraq İdarəsinin ərazisində olduğu üçün onlardan soruşun. Həmin idarə də bizə cavab verə bilmir. Bu dəfə 109-a zəng vurub "Crystal Hall"dan telefon nömrəsi istəyirik. Cavab isə belə olur: "Bizdə onların telefonu yoxdur. Birləşmiş kassanın nömrəsini verəcəyəm sizə. Konsertə görə zəng vurmaq istəyirsiz?"
Bu dəfə "Crystal Hall"a üz tuturuq. Amma dörd bir yan çəpərləndiyindən və mühafizəçilərlə əhatə olunduğundan Bayraq Meydanından o yana gedə bilmirik.
Axtarışı internetdə davam etdiririk. APA-nın iyun ayında yaydığı bir məlumat gözümüzə dəyir. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib ki, "Crystal Hall" Mədəniyyət və Turizm Nazirliyinin balansında deyil: "Bu məkanın dövlət müəssisi kimi fəaliyyət göstərməsi düzgün deyil. Çünki arena özəl sektora məxsusdur".
Nazir daha sonra bildirib: "Çalışmaq lazımdır ki, ora gəlir çox gəlsin. Zal dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilməz, çünki dövlətin onu maliyyələşdirməyə gücü çatmaz. Ona görə də, özəl sektor kimi fəaliyyəti daha məqsədəuyğundur".
Əbülfəs Qarayevin dediyi özəl sektoru necə anlamalı? Konsert kompleksini konkret hansı şirkət, qurum idarə edir? Bu haqda bircə kəlmə də yoxdur. Bu istiqamətdə araşdırmalarımız davam edəcək. Ancaq Azərbaycanda birinci dəfə deyil ki, dövlət belə addım atır. "Azadlıq" radiosunun araşdırmaları zamanı bəlli olmuşdu ki, Bakı Avtovağzalı da, bir neçə olimpiya kompleksi də dövlət vəsaiti hesabına tikilsə də, sonradan özəl əllərə verilib. Bunda məqsəd nədir?
İqtisadçı Natiq Cəfərli deyir ki, hökumətin belə fikri varıydısa, öncədən elan etməliydi ki, Bakıya belə bir konsert kompleksi lazımdır. Bütün şirkətlər də bu layihədə iştiraka dəvət olunmalıydı.
Ekspert onu da qeyd edib ki, dövlət vəsaiti hesabına tikilən obyekt haqda rəsmilər məlumatı açıqlamağa borcludur. Yəni, konsert kompleksinin hansı şirkətə, hansı şərtlərlə verilməsi mütləq deyilməlidir. Ortadasa belə icarə müqaviləsi hələlik yoxdur. O zaman belə çıxır ki, dövlət hesabına tikilən obyektin gəlirini gələcəkdə hansısa özəl şirkət götürəcək?
Natiq Cəfərli deyir ki, dövlət balansında olan qurumların özəl sektora verilməsi və ya satılması qanuna uyğundur. Amma bu şərtlə: "Ya açıq tender elan olunmalı idi, ya da Əmlak Komitəsi onun səhmdar cəmiyyətə çevrilməsilə bağlı elan verməliydi. Ya da açıq satışa çıxara bilərdi. Bunun heç birini etməyibsə, ancaq özəl sektora verilibsə, bu, açıq-aşkar dövlət vəsaitinin kor-koranə, kontrolsuz xərclənməsinə dəlalət edir. Çox güman ki, "özəl şirkət"in hakim ailəyə və ya oliqarx məmura yaxın adama aid olacağı üzə çıxacaq".
"Crystal Hall"da bir həftə sonra keçiriləcək konsertin təşkilatçılarına da sual edirik: "Konsert vermək üçün kiminlə, hansı şirkətlə müqavilə bağlamısız?".
Onların cavabı bir az əsəbi olur: "Bu, sizin nəyinizə lazımdır? Biz mətbuata heç bir açıqlama vermirik.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel