Blog Arşivi

15 Ocak 2013 Salı

Əliyevlər ölkədən 48 milyard pul çıxarıb


Britaniya parlamentinə bağlı təşkilat ölkəmiz haqda sensasion məlumat yaydı

Britaniya parlamentinin himayəsiylə 2003-cü ildə yaradılan və mərkəzi ofisi Londonda yerləşən “Tax Custice Network” (“Ədalətli Vergi Sistemi”) qeyri-hökumət təşkilatı “The Price of Offshore Revisited” (“Ofşor zonaların qiyməti”) adlı hesabatını açıqlayıb. Hesabatın keçmiş sovet, indiki MDB ölkələrindən bəhs edən hissəsində Azərbaycanla başlı şok məlumat yer alıb. Sənəddə 1993-2010-cu illər aralışında MDB ölkələrindən offşor zonalara ümumilikdə 1,1 trilyon dollar çıxarıldışı qeyd olunub.
Təşkilatın araşdırmalarından sonra məlum olub ki, 1993-2010-cü illərdə MDB ölkələri arasında ən az pul Qırşızıstandan çıxarılıb. Bu ölkədən ofşor zonalara ötürülən pulun miqdarı 0,9 milyard dollar olub. Keçmiş sovet ölkələrindən ofşor zonalara ötürülən pulun miqdarına görə Rusiya birinci yeri tutur. Şimal qonşumuzdan 17 il ərzində 798 milyard dollar pul ofşor zonalara daşınıb. Ikinci yerdə isə Ukrayna dayanır. Bu ölkədən çıxarılan pulun miqdarı 167 milyard dollardır.
“Tax Custice Network” təşkilatının hesabatında bildirilir ki, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında 1993-2010-cu illərdə ən çox pul Azərbaycan və Qazaxıstandan çıxarılıb. Nazarbayevin rəhbərlik etdiyi ölkədən ofşor zonalara 138 milyard dollar daşınıb. Özbəkistandan 23, enerji ehtiyatları ilə zəngin Türkmənistandan 3,4, Tacikistandan 2,4 milyard dollar çıxarılıb.
Azərbaycanın yerləşdiyi Qafqaz regionundan çıxarılan pulun miqdarına görə ölkəmiz rekord göstərici ilə birinci yerdədir. Hesabatda deyilir ki, 1993-2010-cu illər aralışında Azərbaycandan ofşor zonalara 48 milyard dollar pul ötürülüb. Bu rəqəm Ermənistanla müqayisədə 23, Gürcüstanla müqayisədə isə 18 dəfə çoxdur. Belə ki, Ermənistandan 17 il ərzində ofşor zonalara 2,2 milyard, Gürcüstandan isə 4,1 milyard dollar daşınıb.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel