Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
27 Ağustos 2013 Salı
Myanmada müsəlmanlara qarşı zülm davam edir
Myanma hökumətinin qərarı ilə, ölkənin qərbində yerləşən Ruhingiya məntəqəsində yaşayan və ifratçı buddistlərin hücumlarında öz ev-eşiklərini itirmiş yüzlərlə müsəlmanlar başqa yaşayış məntəqələrinə köçməyə məcbur olub.
"Associated Press"-in yaydığı məlumata görə, Myanma dövləti, məntəqələrdə mövcud olan qeyri-münasib şəraitdən uzaqlaşdırmaq üçün müsəlmanları Raxin əyalətinin ən böyük şəhəri olan Sitve şəhərindən kənarda yerləşən bir düşərgədə yaşamağa məcbur etdiyini iddia edir.
Halbuki, Myanmada tanınmış müsəlman fəallardan biri deyib ki, bir çox müsəlman ailə bu icbari köçdən narazı qalıb.
Qeyd edək ki, müsəlmanlar bu ölkənin altmış milyon nəfərlik əhalisinin təqribən dörd faizini təşkil edirlər və uzun illər ərzində bu ölkədə yaşayıblar. Lakin Myanma dövləti hələ də onlara vətəndaşlıq hüququ verməkdən boyun qaçırır və müsəlmanları Banqladeş kimi ölkələrdən qanunsuz olaraq mühacirət etmiş əhali kimi qələmə verir.
Onu da bildirək ki, Myanmanın 1948-ci ildə istiqlaliyyət əldə edikdən sonra Ruhingiya müsəlmanları buddistlər tərəfindən işgəncə, ayrı-seçkilik və bərabərsizliklərlə üzləşiblər.
Roland Kobia seçkilərlə bağlı bəyanat yayıb
Avropa birliyinin Azərbaycandakı səfirti cənab Roland Kobia bəyanat yayıb
Avropa ittifaqının səfirti R.Kobia Azərbaycan höküməti və ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları ofisinin gələcək prezident seçkilərini izləmək və müşahidə etmək barədə əldə etdiyi razılaşmanı sevinclə qarşıladı. Müşahidə missiyasının adekvat ölçüsü professional və balanslı formalaşması, yerlərdə heç bir maneə olmadan işlərini yerinə yetirmək üçün yaradılan şərait Demokratik İnstitutlar və insan haqları ofisinin mandatının uğurla həyata keçirilməsinə gətirib çıxaracaq. Digər yerli və beynləxalq müşahidəçilərlə yanaşı seçkinin beynəlxalq legitimliyini artıracaq.
İnanırıq ki, müşahidə missiyasının son hesabatı Azərbaycan hökümətinin seçki prosesi ilə bağlı qəbul etdiyi beynəlxalq normalarda irəliyə doğru addım olacaq. Biz Demokratik İnstitutlar və İnsan Haqları ofisini tam dəstəkləyirik və onlara öz təşəkkürlüyümüzü bildiririk.
Naxçıvanda internet-klublar bağlanır
Naxçıvanda internet-klubların fəaliyyətinə qadağa qoyulduğu bildirilir.
Bu haqda AzadlıqRadiosuna muxtar respublika sakinləri məlumat verib.
AXCP MR şöbəsinin sədri Yaşar Bağırsoy da deyir ki, Naxçıvan şəhərində fəaliyyət göstərən internet-klubların hamısı, bölgələrdəki klubların isə əksəriyyəti artıq işləmirlər:
«10 günə yaxındır ki, belə bir qadağa tətbiq ediblər. Naxçıvan şəhərində bir dənə də olsun açıq internet klub tapmaq mümkün deyil. Rayonlarda da, demək olar ki, eyni vəziyyətdir. Bu, onsuz da informasiya blokadasında olan naxçıvanlıları daha da pis vəziyyətdə qoyur. Naxçıvana müxalif qəzetlər ya buraxılmır, ya da çox məhdud sayda gətirilir. Ümid qalırdı internetə, onu da belə etdilər. Düzdür, evlərə çəkilən internetə toxunmurlar. Bu da çox az saydadır. Camaatın imkanı yoxdur ki, evinə kompyuter alıb qoysun, üstəlik internet tarifləri bahadır. Ona görə də məlumat almaq üçün insanlar internet-klublara üz tuturdu».
Yaşar Bağırsoy internet-klubların bağlanmasının qarşıdan gələn prezident seçkisi ilə əlaqəli olduğunu bildirir:
«Yerli hakimiyyət seçkiöncəsi insanların aktivləşə biləcəyindən qorxur. Son dövrlər naxçıvanlı gənclər sosial şəbəkələrdə aktivləşmişdilər. Onlar baş verən haqsızlıqlara qarşı məlumatlar paylaşır, seçkinin ədalətli keçirilməsini tələb edirlər. Məndə məlumat var ki, həmin gənclərə naməlum şəxslər bilinməyən nömrədən zəng vurub təhdid ediblər ki, bu cür tənqidi statusları dayandırsınlar. Görünür, bu metod effekt vermədiyindən, çıxış yolunu internet -klubları bağlamaqda görüblər».
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən isə internet klubların bağlanılması ilə bağlı deyilən məlumatların həqiqətəuyğun olmadığını bildirdilər. Nazirlikdən bildirildiyini görə, Naxçıvandakı internet-klublar fəaliyyətlərini əvvəllər olduğu kimi davam etdirirlər.
Pirallahı susuzluq və işsizlik probleminin ağuşunda
Yeni icra başçısı sökür, kompensasiya isə verilmir; buranın mağazalarında “nisyə dəftər”ləri çoxdan dolub...
Xəzər
dənizində yerləşən sahilə ən yaxın adaya - Pirallahıya üz tutmağımız
səbəbsiz deyil. Bakı buxtasının gözü hesab edilən Pirallahı 21 dekabr
2012-ci ildə Bakının 12-ci rayonuna çevrildi. Pirallahı, Çilov və Neft
Daşları qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil olundu. Bu gün 2
təbii, 1 süni adada 18 min nəfər yaşayır. Pirralahıya rayon statusu
veriləndən sonra Qala qəsəbəsindən başlayaraq adaya yeni çoxzolaqlı
yolun çəkilişinə başlanıb. Pirallahıya metronun “Koroğlu” stansiyasından
marşrut avtobusu ilə getmək olar. “Koroğlu”-Pirallahı arasında 52
kilometrlik yolu “Transgeyt” avtobusları 1 saata qət edir. Gediş haqqı
80 qəpikdir. Sakinlər yarızarafat, yarıciddi deyirlər ki, verdikləri 80
qəpikdən 50 qəpik gediş haqqı üçün, 30 qəpik isə avtobusda yatmaq üçün
alınır. 30 dəqiqədən bir yola çıxan avtobuslarda zatən yatmamaq da
mümkün deyil.
Pirallahı sakinlərinin köhnə
problemlərindən biri də içməli su ilə bağlıdır. Ada sakinləri sovet
dövründən bu problemin həll olunacağı günü gözləyirlər. Hüseyn
Məmmədqulu oğlu deyir ki, Pirallahıya suyun veriləcəyi haqda sovet
dövründən çoxlu vədlər eşidib. Amma suyu bu gün də pulla alırlar: “Bura
50-ci ildə gəlmişəm. O vaxtdan su problemimizin həll olunacağını
deyirlər. Suyun vedrəsini 70-80 qəpiyə alırıq. ”Texniçeskiy" suyla
qab-qaşıq, paltar yuyuruq, çimirik. İçmək üçün də alırıq. Başqa çarəmiz
yoxdur. Burada yaşayanların çoxu neft sənayesində işləyən adamlardır.
Kişilər 15 gün dənizdə, 15 gün evdə olur. Qadınlar əllərində vedrə su
almaqdan, su daşımaqdan əldən düşürlər".
Sakinlər deyir ki, rayona “Azərsu” ASC-nin 2 su maşını alaraq
bağışlaması haqda eşidiblər. Amma həmin su maşınlarını kimsə görməyib:
“Kimsə qəzetdə oxumuşdu ki, ”Azərsu" Pirallahıya 2 su maşını bağışlayıb.
Bu maşınlar haradadır, kimin ixtiyarındadır, bilmirik. Təzə icra
başçısı camaat üçün işləyir, gecə gündüz küçələrdədir. Yollarımız bərbad
gündədir. “Abşeronneft”in ağır tonnajlı maşınlarının təkərləri altında
yol dözər? Buradan asfaltlayırlar, oradan dağılıb sökülür. Zirədə 3
böyük su anbarı tikiblər. İcra başçısı camaatın yanında deyib ki, su
məsələsini həll edəcək. Görək də..."
Qəsəbədə hər addımda qapısında “nisyə mal verilmir” sözləri yazılan
kiçik mağazalar diqqətimizi çəkir. Onlardan birinin satıcısı deyir ki,
adada yaşayanların əksəriyyəti sovet dövründə təyinatla ora
göndərilənlər olub: “48-49-cu illərdən başlayaraq adada neft çıxarılması
sürətlənib. Həmin vaxtdan da institut bitirən neftçiləri bura
göndəriblər. İndi həmin adamların yaşı 70-i haqlayıb. Nəvə-nəticələri
var. Neftçiləri təqaüdə göndərirlər, əvəzlərinə onların uşaqlarını işə
götürmürlər. Təsəvvür elə ki, həmin neftçilər 200-300 manat pensiya
alır, ondan qaz, işıq, su pulu verir. Su da bilirsən də burada qəhətə
çıxıb, neftdən alınan benzindən də bahadır. Təqaüddə olan neftçilərin
çoxunun uşaqları səhərdən-axşamacan işsiz-gücsüz gəzirlər. Bu adamların
bütün ümidi təqaüdçü ata-analarının aldığı pensiyayadır. Şəhərə işə
gedib-gələ bilmirlər. Yol uzaqdır, gedişhaqqı da ki baha. Bu səbəbdən də
balaca mağazalarda ”nisyə dəftər"ləri çoxdan dolub. Nisyə verirsən özün
ac qalırsan, vermirsən camaat narazı qalır. Yazın ki, Rövnəq
Abdullayev, niyə görə ömürlərini dənizdə çürüdən neftçilərin uşaqlarını
işə götürmürsən? Məgər onların yerinə gəlib işləyənlər bu yerli
camaatdan daha səriştəlidir?"
Pirallahı 12 kilometr uzunluğu, ən enli hissəsi 4 kilometr olan
adadır. Burada neft sənayesinin inkişafına qədər
əkinçilik və balıqçılıq
əsas məşğuliyyət növü olub. Hazırda isə çox az sayda ada sakini
balıqçılıq və əkinçiliklə məşğuldur. Adada kiçik mağazalarla yanaşı
diqqəti cəlb edən iaşə obyektləri sırasında lombardlar da az deyil. Hər
yerdən əli üzülən Pirallahı sakinlərinin üz tutduğu məkanlar da məhz
lombardlardır. Camaat danışır ki, işsiz-gücsüz Pirallahı sakinlərinin
qiymətli əşyaları bu məkanlarda talan olunur. Varlılar daha da varlanır,
kasıblar son qiymətli əşyalarından da olurlar.
Həmsöhbətlərimdən biri Nizami Qədimov Pirallahıya 47-ci ildə köçüb.
Deyir ki, o dövrdə təyinatla bura göndərilib: “Biz institutda oxuyanda
belə qayda vardı ki, yaxşı oxuyanlara diplomu 3-cü kursda verirdilər.
Mən diplomu 3-cü kursda alıb bura gəldim. O vaxt bura Artyom adası idi.
Neft Daşlarında işlədim, günlərimi, illərimi burada qoydum. İndi də
pensiyadayam. Məni yaşıma görə işdən çıxaranda dedim ki, heç olmasa 2
oğlumdan birini işə götürün, işləsin, məni də dolandırsın. Dedilər ki,
olmaz, işçiyə ehtiyac yoxdur. Necə yoxdur ki, işçilərin 90 faizi yeni
işə götürülənlərdir? 3 övladım var. Qızımı köçürmüşəm, oğlanlarım isə
işsiz-gücsüzdür. Kimə gedim deyim ki, mənə kömək elə? 247 manat pensiya
ilə birtəhər dolanıram. Qaz, işıq, su pulu da ceyran belində”.
Hazırda Pirallahıda böyük tikinti işləri gedir. Adanı ən yaxın kənd
olan Dübəndi ilə birləşdirən yol yenidən qurulur. Hər iki kənarında
sahil-bərkitmə işləri aparılır. Yolun üzərindən uzunluğu yarım kilometr
olan körpü salınması üçün əsas işlər demək olar ki, yekunlaşdırılıb.
Pirallahı rayona çevriləndən sonra burada söküntü işləri başlayıb.
“Bu ilin martında Vasif İmanov adaya icra başçısı təyin olundu.
Bundan sonra bir çox yerləri qanunsuz tikinti elan edib sökməyə
başladılar. Görürsən də Polis İdarəsinin qabağından başlayıb köhnə
qəbiristanlığa kimi evləri, qarajları söküb yerlə-yeksan edir. Qaraj
sahiblərinə kompensasiya vermir. Deyir ki, həmin qarajların sənədləri
vaxtilə burada yaşayan ermənilərin adınadır. Axı erməni buradan gedəndə
həmin qarajı camaata satıb gedib. Qarajları, evləri sökülənlər
qorxularından səslərini çıxara bilmirlər. Hərə bir yerdə iş tapıb
işləyir, işini itirməkdən qorxub danışmırlar”.
Bakının 12-ci rayonunda gördüklərimizi bu yazıda cəm etdik.
Allahdan ümidlərini üzməyən sakinlərin iş və su problemlərinin də
tezliklə həll olunacağı ümidi ilə yarıuçuq yollarla adanı tərk edirik.
Milli Şuranın ilk mitinqi
Meydanın ətrafında və
girişində polis qüvvələri, eləcə də xüsusi xidmət orqanlarının mülki
geyimliləri cəmləşib. Polis zabitləri mülki geyimlilərə hansısa təlimat və
göstərişlər verir.
Meydana gedən yolda 2 yerdə polis postu qurulub. Postlardan biri 20-ci Sahə dairəsində, o biri isə meydana aparan yolun girişindədir. Əməkdaşımız xəbər verir ki, mitinqə gələn maşınları artıq 20-ci Sahə dairəsindən irəli buraxmırlar. İnsanlar oradan meydana qədər piyada getməyə məcbur olur. İkinci postda isə mitinqə gələnlər yoxlamadan keçir.
Meydana gedən yolda 2 yerdə polis postu qurulub. Postlardan biri 20-ci Sahə dairəsində, o biri isə meydana aparan yolun girişindədir. Əməkdaşımız xəbər verir ki, mitinqə gələn maşınları artıq 20-ci Sahə dairəsindən irəli buraxmırlar. İnsanlar oradan meydana qədər piyada getməyə məcbur olur. İkinci postda isə mitinqə gələnlər yoxlamadan keçir.
Polislər 18 yaşdan
aşağı şəxslərin meydana girməsinə imkan vermir.
Ərazidə Yol Patrul Xidmətinin əməkdaşları da var. Onlar mitinqə gələn maşınların nömrələrini hansısa məqsədlə qeydə alırlar. Ehtimal olunur ki, bu, sonradan həmin avtomobillərin xüsusi nəzarətə götrülməsi üçündür.
Ərazidə Yol Patrul Xidmətinin əməkdaşları da var. Onlar mitinqə gələn maşınların nömrələrini hansısa məqsədlə qeydə alırlar. Ehtimal olunur ki, bu, sonradan həmin avtomobillərin xüsusi nəzarətə götrülməsi üçündür.
Bundan başqa, 20-ci
Sahə istiqamətində marşrut avtobusların hərəkəti məhdudlaşdırılıb, avtobusların
sayı azaldılıb.
Mitinqə övladları hərbi xidmət zamanı ölən valideynlər də gəlib. Onlar əllərində övladlarının portretlərini tutub. Polis onları zorakılıqla ərazidən uzaqlaşdırmaq istəyir.
Mitinqə övladları hərbi xidmət zamanı ölən valideynlər də gəlib. Onlar əllərində övladlarının portretlərini tutub. Polis onları zorakılıqla ərazidən uzaqlaşdırmaq istəyir.
3 Ağustos 2013 Cumartesi
Dindarlar Bakıda aksiya keçirdilər
Azərbaycan İslam Partiyası Beynəlxalq Qüds Günü ilə əlaqədar İsrail səfirliyi qarşısında aksiya keçirib. Nümayişdə AİP-in sədr əvəzi Elçin Manafov da iştirak edib. Aksiyaya 100-ə yaxın dindar qatılıb.
Dindar kəsimin aksiya keçirmək istəyindən əvvəlcədən xəbər tutan hüquq mühafizə orqanları İsrail səfirliyinin yerləşdiyi "Hyatt Regency" otelini nəzartə götürmüşdü. Ərazini xeyli sayda mülki və polis geyimində olan şəxslər mühafizə ediblər. Qüds günü ilə əlaqədar aksiyada iştirak edənlərin əksəriyyəti polis əməkdaşları tərəfindən saxlanılıb (faxtxeber.com).
İçərişəhər “Cümə” məscidi dini icması və DEVAMM “Qarabağ və Qüdsü Unutma!” adlı konfrans keçirdi
Mübarək Ramazan ayının son cümə günü dünyada “Beynəlxalq Qüds Günü” kimi geniş qeyd edilməkdədir. Bu münasibətlə
İçərişəhər “Cümə” məscidi dini icmasının və DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin) təşkilatçılığı, “Deyerler.org”un informasiya dəstəyi ilə BMM-də (Beynəlxalq Mətbuat Mərkəzində) Beynəlxalq Qüds Gününə həsr edilmiş “Qarabağı və Qüdsü Unutma!” adlı konfrans keçirilib. Konfrans Qurani-Kərimin tilavəti ilə və Azərbaycan Dövlət Himninin ifası ilə açıq elan edilib.
Konfransı giriş sözü açan İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu qonaqları salamladı. Hacı İlqar Qüds gününün meydana gəlməsindən danışaraq, ötən əsrin əvvəllərində gedən ideoloji mübarizədən söz açdı. Hacı İlqar qeyd etdi ki, əsrin 70-ci illərində isə bütün mövcud ideoloji düşüncələrin tam əksinə olaraq İslami paradiqmaya söykənən yeni bir gündəm – Beynəlxalq Qüds Günü təsis olundu.
“Təəssüflər olsun ki, Qüds gününü toplumda hələ kifayət qədər tanıtmaq mümkün olmayıb. Ona görə də, hər dəfə bu günün müxtəlif çalarlarına toxunmaq zərurəti yaranır. Qüds günü – İslam günüdür. Qüds günü - Allahı insan həyatının mərkəzinə gətirməkdir.
Bir namaz, bir oruc ki, onda Qüds yanğısı, Qarabağ yanğısı yoxdur, o namazın, orucun nə mənası?
Qüds bir coğrafi anlamda deyil. Qüds həm Qarabağ, həm Kəşmir, həm İraqdır. Harda ki, müsəlmanlar zülmə məruz qalır, Qüds oradır.
Qüds – İslami kimlikli insanın əhyasıdır. İslam dünyasının ictimai müstəvidə Əhyası – Qüds günüdür. Mübarək Ramazan ayının son cümə günündə müsəlmanlarda bir İslami oyanış baş verir.
Vətənimizdə illərdir ki, bu gün keçirilir. Görünür, indiki mərhələdə maarifçiliyə, Qüds gününü tanıtdırmağa da ehtiyac var. Sevindirici haldır ki, ailələr bu günü yaşamağa başlayıb. Bir zamanlar əyha gecələri də toplumda daha az tanınır və yaşadılırdı. O gün uzaqda deyil ki, insanlar ictimai-siyasi əyhasını da daha geniş anlayacaq və yaşadacaq”.
Hacı İlqarın çıxışından sonra Fələstin dərdlərinə həsr olunmuş “Yadigar” filmindən bir sıra fraqmentlər nümayiş olunub. Qeyd edək ki, filmdə sionistlərin Fələstin xalqına qarşı törətdiyi cinayətlər canlandırılır. Film parçasına baxıldıqdan sonra Hacı İlqar bildirdi ki, bu səhnələr yalnız Fələstin üçün xarakterik deyil. “Bu səhnələr yalnız Fələstin üçün xarakterik deyil. Yəgin ki, bu oxşar səhnələr Xocalıda da, Zəngəzurda da yaşanıb. İslam toplumu gərək hər zaman ayaq üstə olsun. Oyaq olsun ki, hər zaman bu kimi hadisələrə hazır olsun.
“33 günlük” Livan müharibəsi və “22 günlük” Qəzza müharibəsi göstərdi ki, insanlar oyaq olan zaman İslam düşmənlərini zəlil edə bilər. Dinimiz bunu öyrədir ki, müsəlman oyaq olsun və İslami kimlikli olsun”.
Daha sonra çıxış üçün söz araşdırmaçı-yazar Günel Hüseynliyı verildi. Natiq Qüds gününün vəhdət günü olduğunu, mövqeyi müəyyən etmək günü olduğunu bildirdi. “Qüds günü – vəhdət günüdür. Bu gün İslam dünyasının vəhdəti günüdür. Qüds günü artıq yalnız müsəlmanların deyil, bütün dünya vicdanlılarının vəhdəti günüdür.
Eyni zamanda bu gün ayrılma günüdür. İki yerə ayrılma günüdür. Zülmə məruz qalanların və ya insanlara zülm edib, işgıəncə edib, torpaqlarından didərgin salınanların yanında olma günüdür. Bu gün bitərəf qalma günü deyil. Bu gün öz mövqeyini izhar etmək günüdür”.
Günel Hüseynlinin çıxışından sonra Əhli-beyt (ə) aşiqləri qrupunun ifasında hazırlanmış “Qarabağ-Qüds – doğma qərib qardaşlar” video çarxı nümayiş olunmuşdur.
Daha sonra çıxış üçün söz araşdırmaçı-yazar Tural Ağamirzəzadəyə verildi. Natiq Beynəlxalq Qüds gününün önəminə vurğu etdi. “Qüds günü təsis ediləndən bu yana yaşanan hadisələr göstərir ki, bu günün önəmi nə qədər çoxdur. Vətənimiz Azərbaycanda Dağlıq Qarabağda yaşananlar bizi Qüds gününə daha da yaxın edir. Qüds günü bütün dünya müsəlmanlarının müsibətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün olduqca önəmlidir”.
Çıxışdan sonra Fələstinli uşaqlara həsr olunmuş video-çarx izlənildi. Tədbir cəmlə duaların edilməsi və “Fərəc” duasının oxunması ilə yekunlaşdı.
QÜDS GÜNÜ" NİYƏ BİZİM GÜNÜMÜZDÜR
Hər il Ramazan ayının sonuncu cüməsi yəni, “Qüds günü” müsəlmanlar bir
yerə yığışaraq dünyanın müxtəlif yerlərində yaşayan digər müsəlman qardaş və
bacılarının dərdlərini, yaralarını və müsəlman olmaları səbəbindən onlara qarşı
edilən zülm və sitəmləri yada salıb xatırlayırlar, bu problemləri gündəmə gətirərək,
dünyada duyulmasına səbəb olurlar.
Hətta onların səsini eşitməmək üçün qulaqlarını bağlayıb, görməmək üçün
gözlərini yumaraq bu zülmlərin davam etməsinə şərait yaradan beynəlxalq təşkilatlar
səssizlik nümayiş etdirsələr də, bu səs hər il dünya ictimaiyyətinə eşitdirilir.
Bu gün təsis ediləndən bu yana ötmüş zaman və hadisələr onu sübut etdi
ki, “Qüds günü”nün hər il qeyd edilməsi çox önəmli və vacib bir məsələdir.
Hər il, hər ay, bəzən də hər gün dünyanın müxtəlif yerlərində müsəlmanlara
qarşı yeni qırğınlar, yeni qətliamlar, yeni terrorlar törədilir.
Vətənimiz olan Azərbaycanımızda da Qarabağımızın işğal altında olması və
dağıdılması, əsirlikdə olan qardaş və bacılarımıza verilən işgəncələr və
tez-tez atəşkəsin pozulması nəticəsində dinc həmvətənlilərimizin azyaşlı
uşaqlarımızın öldürülməsi bizlər üçün edilən həmin antimüsəlman zülmlərinin müəyyən
bir hissəsidir. Çox yerində və dəqiq bir ibarədir “Qüds və Qarabağ - doğma qərib
qardaşdır”.
Dünya artıq öyrənib və ya öyrədilib tez-tez xəbər eşidə ki, İraqda
partlayış oldu və 60 nəfər həlak oldu, 20 nəfər yaralandı.
Sanki vərdiş edilib deyilməsinə ki, İsrail rejiminin hərbi-hava qüvvələri
Qəzza zolağında fələstinlilərin yaşayış məntəqəsini bombalaması nəticəsində
xeyli sayda dinc sakin həlak olmuşdur. Adiləşib artıq deyilsin ki, bu gün
Əfqanıstanda NATO qüvvələrinin raket zərbəsi nəticəsində içərisində terroristlərin
olduğu güman edilən bir avtobus partladılıb, amma sonradan məlum olub ki, ölən
və yaralananlar sivil insanlardan və körpə uşaqlardan ibarət olub. Ən yaxşı
halda NATO rəhbərliyi üzrxahlıq edir və məsələ bitir.
Bu xəbərlər artıq dünyanın gündəmində sanki silsiləvi verilən soyuq xəbər
statusuna keçib. Minlərlə insanın, müsəlmanların öldürülməsinə dünyanı öyrəşdirmək
və bunu adiləşdirmək heç də asan məsələ deyil. Belə qansız sionist rejimi kimi
rejimlərin qurucuları buna ömürlərini sərf edirlər.
Son bir il ərzində yeni oyanışların baş verdiyi ərəb inqilabları
dalğasının əhatə etdiyi ölkələrdə inqilabların formatını dəyişərək, müsəlmanların
qətliyamı formasına sala bilmək - onların bacarığından kənar bir şey deyil. Fərdləri
diktator edib öz xalqlarına qarşı ölüm alətinə çevirir, lazım olanda özləri də prosesin
iştirakçısı olub, guya insan haqq və azadlıqlarını müdafiə edirlərmiş kimi qətliamın
gedişini sürətləndirirlər.
Bütün bu zülmlər davam etsə də, artıq dünya dəyişir, vicdanı oyaq
olanlar fenomeninə sözün əsl mənasında uyğun gələn nümunələr, vicdanlı
toplumlar Reyçel Korrilər, “Mavi Mərmərə”lər yetişdirir zaman. Məzlum kimi görsənməyə
çalışan rejimlər tədricən ifşa edilir. Dünya onları tanımağa əlaqələrinə diqqət
etməyə başlayıb. Odur ki, ümid bəsləməyimiz, səbrimiz zalımların hədəflərinin
puç olub ümidsizliyə düçar olmalarına səbəb olur artıq. Bütün bunlar bizim
Qarabağımız, Qüdsümüz, Kəşmirimiz, Yəmənimiz, İraqımız, Bəhreynimiz və digər
zülm altında inləyən torpaqlarımız üçün aktualdır. Gərək bilək ki, hər bir
irqin nümayəndəsi bizlərlə qardaş və bacıdır və dərdləri də bizim dərdimizdir.
Şükürlər olsun ki, bu dərdləri paylaşıb, onlara məlhəm ola biləcək “Qüds günü”
kimi bir dərmanımız var. Allah müsəlmanlara bütün bəşəriyyəti xilas edə biləcək
vəhdəti nəsib etsin.
israilə boykot
Kanadanın ən böyük Protestant Kilsəsi işğalçı İsrail
rejimində, xüsusi ilə bu rejimin qəsəbələrində istehsal olunan məhsulları
boykot etmək niyyətindədir.
İsrail rejiminin "Haartez" qəzeti yazır ki, Kanada
Kilsələr Şurası son iclasında İsrail rejimində istehsal olunan məhsulların
boykot edilməsi layihəsini təqdim edib. Uyğun proqram çərçivəsində İsrail
rejiminin qəsəbələrində, xüsusi ilə Qərb sahilində tikilmiş yaşayış məntəqələri
və Şərqi Qüdsdə istehsal olunan mallar Kanadanın ən böyük Protestant kilsəsi tərəfindən
boykot edilməlidir.
İsrail rejiminin istehsalı olan bir sıra məhsulların boykot
Qurum bu ilin yanvar ayında baş verən Qəzza müharibəsindən
dolayı İsrail rejiminin istehsalı olan bir sıra məhsulların boykot edilməsi barədə
qərar qəbul edib.
İngiltərə HİK-in qəbul etdiyi boykot qərarına görə, sionistlərin
nəzarətində olan bəzi rayonlarda istehsal edilən malların ölkəyə idxalı və təcavüzkar
dövlətlə olan silah ticarətinə son qoyulmalıdır. Qurumun qərarında bir sıra
sionist şirkətlərinə sərmayə qoyuluşunun dayandırılması da öz əksini tapıb.
HİK nümayəndələri məsələ ilə bağlı müsahibələrində fələstinlilərə
məxsus İsrail rejiminin zorla qəsb etdiyi ərazilərdə yetişdirilən kənd təsərrüfatı
məhsullarının boykot ediləcəyini bildiriblər. Nümayəndələr boykot ediləcək bəzi
məhsulların İordan çayının qərb sahilində yetişdirilən xurma və meyvə-tərəvəz
olduğunu qeyd ediblər. Məlumat üçün bildirək ki, İngiltərə HİK-in tərkibinə 6,5
milyon işçinin çalışdığı 58 həmkarlar ittifaqı daxildir.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.















