Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
“İsrail 2020-ci ilədək Qəzzanı xarabalığa çevirəcək”
Qüdsdə yəhudi mühacirlərlə müsəlmanlar arasında qarşıdurma baş verib
Təqribən 100 yəhudi mühacir İslam və müsəlmanlar əleyhinə
şüarlar səsləndirərək zorla məscidin həyətinə daxil olublar. Məsciddəki müsəlmanlar
onlara öz etirazlarını bildiriblər.
Yəhudilər İsrail rejiminə etiraz edib
Ortodoksal yəhudilər: "Onlar bizim gənclərimizi sionist
edirlər"
Avropanın müxtəlif ölkələrindən gələn təxminən min nəfər yəhudi
Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Avropa Birliyinin ofisi
qarşısında İsraildəki mövcud hökumət əleyhinə aksiya keçirib. Ortodoksal yəhudilərdən
ibarət nümayişçilər İsrail hökumətinin inanclıları zorla sionist əqidəsinə xidmət
etdirdiyini açıqlayıb.
Qeyd edək ki, aksiya zamanı çıxış edən yəhudi alimlərindən biri deyib:
"İsrail üçün həqiqət sionizm əqidəsidir ki, bunu da orduda gənclərə öyrədirlər.
Bizim qəhrəmanlarımızı pis adam, pis adamlarımızı isə yəhudi olaraq elan edirlər.
Yəhudilər elə fikriləşməyə başlayıb ki, sanki bizim orduya ehtiyacımız var.
Amma bu əslində belə deyil, məgər yəhudilərin 2000 il ərzində ordusu
olub?"
Seçilən zaman da təsadüfi olmayıb
münaqişənin başlanacağı vaxta qədər əvvəlcədən
planlaşdırılıb. Bir sözlə, heç nə təsadüfi deyil.
- Yanvarın 20-si
saat 12:00-a qədər kiçik Corc Buş hakimiyyətdə qalacaq. Bu prezident İsrailin ən
yaxın dostlarından biridir. İsrailin rəhbərliyi arasında belə hesab edilir ki,
bu ölkədə parlament seçkiləri olacaq, yeni baş nazir seçiləcək. Güman edirlər
ki, baş nazir hazırkı xarici işlər naziri olacaq. Ona görə də belə bir məqamda
HƏMAS-ı Qəzza zolağından tamamilə sıxışdırmaq, bu təşkilatı gücsüzləşdirmək,
lidersiz buraxmaq və Qəzzada hakimiyyəti Fələstin ərəblərinin digər qoluna vermək
niyyətindədirlər. Çünki FAT-ın İsraillə danışıqlara hazır olduğu və bu dövlət
üçün problem yaratmayacaqları güman edilir. ABŞ-ın güclü dəstəyi sayəsində
İsrail dünyaya yeni il hədiyyəsini verdi. İndi ərəbləri qırırlar. Bəhanə də
budur ki, HƏMAS-ın rəhbərləri İsrailin şimalını raket atəşinə tuturlar. Bunlar əlbəttə
ki, bəhanədir. Bu, İsrail rəhbərliyinə onun üçün lazımdır ki, milçəyi fil
etsinlər və bunla da HƏMAS-ı bir təşkilat kimi silsinlər.
Münaqişə niyə həllini tapmır?
İsrail dövlətinin yaradılmasında birinci növbədə ABŞ
maraqlıdır. Çünki Yaxın və Orta Şərqin çox geniş, zəngin neft ehtiyatlarını əldə
saxlamaqdan ötrü ona belə bir dövlət lazım idi.
- İkinci bir tərəfdən,
Birləşmiş Ştatlarda yəhudilərin çox güclü icmaları var. Hardasa, bu icmanın tərkibi
6 milyondur və nəzərdə tutsaq ki, Amerikanın bütün bank, maliyyə sistemində bu
icma aparıcı rola malikdir, aydın olar ki, ABŞ iqtisadiyyatının təmin edilməsi
üçün mütləq belə bir dövlətin yaradılmasına ehtiyac var idi. Bundan başqa
ABŞ-la İsrail dövlətləri strateji müttəfiqdirlər. Və bu, İsrailə imkan verir
ki, ərəblərə məxsus olan Colan təpələrini, İordan çayının qərb sahilini əlində
saxlasın. İndiyə qədər problemin həlli ona görə tapılmır ki, İsrail heç bir güzəştlə
ərəblərə məxsus torpaqları geri qaytarmaq istəmir. Gülməli cəhət nədir: 1948-ci
ildə İsrail dövlətinin yaranmasını qeyd edirik. Amma bu günə qədər Fələstin
adlı dövlət olmayıb. Fələstin administrasiyası, muxtariyyəti var, amma dövləti
yoxdur. Düzdür, bunu elan etməyə yaxın olublar, hətta elan ediblər. Amma fakt
odur ki, belə bir dövlət yaransa belə, çox qəribəlik olacaq. Bu dövlət iki hissədən
ibarət olacaq. Bir hissəsi olacaq Qəzza bölgəsi, ikincisi isə İordan çayının qərb
sahili. Nə qədər ki, Yasir Ərəfat Fələstin ərəblərinin ümummilli lideri idi,
müxtəlif qruplaşmaları bir məcraya yönəldə bilirdi. 1964-cü ildə Fələstin ərəbləri
Fələstin Azadlığı Təşkilatı (FAT) yaratmışdılar. Lakin Fələstinin yeni rəhbəri
Mahmud Abbas haqqında bunu demək olmaz. O, Yasir Ərəfatdan fərqli olaraq
İsraillə danışıqlar stolunun arxasında əyləşmək, ABŞ və Qərbin digər dövlətlərinin
təzyiqi altında müəyyən kompromislərə getməyə qadir olan siyasi şəxsiyyət kimi
qiymətləndirilir. Bu baxımdan M.Abbasın yeritdiyi siyasət Fələstin ərəbləri tərəfindən
heç də birmənalı qarşılanmır. Təsadüfi deyil ki, təxminən iki il bundan əvvəl Qəzza
zolağında keçirilən seçkilərdə HƏMAS təşkilatı qalib gəldi. Bu sözün mənası
İslam Müqavimət Hərəkatı deməkdir. Fələstində çoxlu belə təşkilatlar olub.
2006-cı ildə HƏMAS-ın qələbə çalması faktiki olaraq strateji əhəmiyyətli Qəzzada
onları hakimiyyətə gətirdi. O vaxtdan bu günə qədər Fələstin ərəbləri arasında
iki nüfuzlu təşkilat "stul davası"nı həll edə bilmir. Biri HƏMAS-dır,
hansı ki bu təşkilata hazırda Suriyada yaşayan Xalid Məşəl liderlik edir. Amma
onun inandığı adam - İsmayıl Xaniyyə hazırda Qəzzadakı Fələstin ərəbləri hökumətinin
başçısıdır. İkinci hökumət isə Mahmud Abbasın başçılığı ilə İordan çayının qərb
sahilində Rəmallah şəhərində oturan FAT-dır. Yəni bu iki təşkilat İsraillə
danışıqlarda heç cür bir araya gələ bilmirlər.
HƏMAS isə İsraillə
heç bir danışığa getməmək, onu bir dövlət kimi qəbul etməmək siyasətini
yürüdür.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.





