Blog Arşivi

31 Temmuz 2013 Çarşamba

“İsrail 2020-ci ilədək Qəzzanı xarabalığa çevirəcək”




Bir müddət əvvəl BMT-nin xüsusi məruzəçisi Riçard Folk tərəfindən hazırlanaraq, qurumun İnsan Haqları Şurasına təqdim olunan hesabatda İsrailin mühasirəsi altındakı Fələstinin Qəzza zolağının 2020-ci ilədək insanın yaşaması qeyri-mümkün əraziyə çevriləcəyi öz əksini tapıb. İşğal edilmiş Fələstin torpaqlarındakı humanitar vəziyyətlə bağlı hazırlanan hesabatda Folk İsrailin Qəzza zolağına embarqo tətbiq etməsi ucbatında ərazidə səhiyyə və ekoloji problemlərin günbəgün artdığını qeyd edib. Folk şuradakı çıxışında Fələstinin öz müqəddəratını müəyyən etmə haqqının uzun müddət gecikdirildiyini və qəbul olunmadığını vurğulayaraq, minlərlə fələstinlinin İsrail həbsxanalarındakı vəziyyətindən dolayı narahatlığını ifadə edib. İsrailin Fələstin torpaqlarını sistemli şəkildə işğal etdiyini hesabatda bildirdiyini deyən məruzəçi bunun Yaxın Şərq regionunda sülhün əldə olunmasına xidmət etmədiyini vurğulayıb.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel