Blog Arşivi

31 Mart 2013 Pazar

İstanbulda erməni fonduna mehmanxana tikir




İstanbulda fəaliyyət göstərən erməni fonduna mehmanxana və bina tikmək icazəsi verilib.
Ermənistan mətbuatına verilən xəbərinə görə, Mxitaryan kolleci və kilsəsi Fondunun 15 min kvadrat metrlik ərazidə tikinti layihəsi təsdiqlənib.
Layihəyə edilən dəyişikliklər nəticəsində indiyədək “İnci Sineması” kimi tanınan fondun ərazisində erməni kilsəsi  və kollec qorunub saxlanmaqla mehmanxana və yaşayış evi tikiləcək.
Son illərdə rəsmi əlaqələr qurulmasa da Türkiyə ilə  Ermənistan arasında  ticarət əlaqələri və hava üçüşlarının sayı  artıb.
Qeyd edək ki, dəyişiklik nəticəsində ərazidə ticarət mərkəzi tikilməsi planı ləğv edilib.

Hacı Mövsüm və digər dindarların kassasiya şikayəti təmin edilməyib




 bu gün Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Fərhad Kərimovun sədrliyi ilə Hacı Mövsüm və digər dindarların ilkin məhkəmə instansiyalarından kassasiya şikayətinə baxılmışdır. Məhkəmə prosesində vəkillərin ərizəsinin olmasına baxmayaraq, məhkumların iştirakı təmin olunmamış, bəhanə kimi məhkumların ərizəsinin olmaması əsas kimi gətirilmişdir.
Müxbirimizin verdiyi məlumata görə, vəkillərin çıxışından sonra dövlət ittihamçısı məhkəməyə kassasiya şikayətinin təmin olunmaması barədə çıxış edib və məhkəmənin yekun qərarı fevralın 21-də saat 14.30-a qədər təxirə salınmışdır.
Qeyd edək ki, 2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mövsüm Səmədova 12 il iş kəsib. Mayın 17-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Partiya lideri hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinib.
Mövsüm Səmədovla birgə həbs edilən digər dindarlar da şərlənərək Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.

Nazirlərin əyləndikləri yer




Azərbyacan Respublikasının nazirləri və onların ailələri hökumətin  2 milyard avroya yaxın vəsait xərclədiyi Şahdağ Qış-Yay Turizm Kompleksində əylənirlər.
Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində əylənərkən idman və gənclər naziri Azad Rəhimov Yeni Musavat qəzetinin müxbirinin foto-aparatında qaça bilməyib.
Qəzetin müxbiri yazır : “Kompleksdə bizim isə diqqətimizi kurort zonasında idman və gənclər naziri Azad Rəhimov çəkdi. Nazir kafedə oturub dincəlirdi. O da xizək sürməkdən gəlmişdi. Onunla birlikdə yaxınları oturmuşdular. Biz həmin şəxslərin nazirin ailəsi olduğunu güman edib jurnalist kimi yaxınlaşmağı, onu narahat etməyi etik saymadıq. Nazirin şəkillərini çəkdik”!!

Indi də qadınlar icra hakimiyyətindən narazıdırlar




 Zaqatala rayonunun Mamrıx kəndinin qadınlarından ibarət bir qrup icra hakimi Mübariz Əhmədzadənin əməlləri ilə bağlı etirazlarını bildirmək üçün Azərbaycan Prezident Administrasiyasına yürüş edəcəklərini bildirir.

Qadınlar icra hakimiyyəti başçısının fevralın 17-də kəndə gəldiyi zaman davranışını özləri üçün təhqiredici hesab ediblər. Həmin gün Əhmədzadənin kartejini görən 20-yə yaxın qadın ötən ilki zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə işlərin gedişatı ilə bağlı iradlarını bildirmək üçün yolu kəsiblər.

Qadınların bu hərəkəti icra hakimiyyəti başçısını özündən çıxarıb, o, sakinləri təhqir edərək yolu açmağı tələb edib. Keçirdikləri əsəb şokundan iki qadın – M.Əliyeva və Gülər Bayramova xəstəlik tapıb.

Bu barədə azadliqnews.tv saytına məlumat verən Mamrıx kənd sakini Fatimə Əfəndiyeva deyib ki, mayda baş vermiş zəlzələsindən sonra kənddə bir çox evlər yararsız hala düşüb, lakin bərpa işləri zəif gedir və heç kim şikayətlərə cavab vermir.

Zəlzələ zamanı yaşadığı mənəvi travma nəticəsində Əfəndiyevanın oğlu Mərkəzi Tibbi Yardım Xəstəxanasında müalicə alıb. Onun evi yararsız hala düşüb, lakin FHN evin yaşayış üçün yararlı olduğunu bildirir.

Mənbənin verdiyi məlumata görə, maşında Əhmədzadə ilə yanaşı, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də var idi və o, qadınların etirazına heç bir reaksiya verməyib.

Bir gün əvvəl “Kür” vətəndaş cəmiyyəti qərargahının monitorinq qrupu Zaqatala rayonunda olub. Yerli icra hakimiyyəti rəhbərliyinə və FHN-ə zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə işlərin birgə monitorinqini həyata keçirmək təklif olunub, lakin bu təşəbbüs dəstəklənməyib.

Qara bayraq




Cavanşir küçəsi 38-də Z.Tağıyev adına yataqxanda yaşayanların mənzil maxinasiyası ilə üzləşmələri barəsində yazmışdıq. Onlar keçən həftə binlarının qarşısında “Qara bayraq” aksiyası keçirmişdilər. 
Dünən hüququ pozulan 80 ailənin hüquqlarını müdafiə edən Ələkbər Məmmədov “Bizim Yol”a bildirdi ki, keçilən aksiyaya reaksiya olub: “Aldadılmış vətəndaşların keçirdiyi etiraz aksiyasının mətbutda işıqlandırılmasının təsiri olub. Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları sakinlərlə görüşüb, onların tələblərini dinləyiblər. Qurumun əməkdaşları problemin həll olunacağına vəd veriblər. Məndə olan məlumata görə, icra hakimiyyətinə göstəriş Nazirlər Kabinetindən olub. Biz hələ ki, verilən vədin gerçəkləşməsini gözləməkdəyik. Əgər görsək ki, hökumət vaxt qazanmaq istəyir, yenidən etiraz aksiyalarına başlayacağıq”.
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev kombinatına məxsus 5 mərtəbəli yataqxanada məskunlaşmış 160 ailədən 80-ə 2012-ci ilin mayında mənzil verilib, qalan 80 ailəyə və əlavə olaraq 12 qaçqın ailəsinə isə mənzil verilməyib. Yataqxanadakı ailələrə verilən mənzillər 40-45 kv.metr, satdıq mənzillər isə 60 kv.metr olub. Mənzil ala bilməyən qalan 80 ailənin nümayəndələri müraciət etdikdə onlara mənzillərin artıq satıldığı deyilib.
2 Mart 2013 Cumartesi

Azərbaycan Ordusu daha bir əsgərini itirib





Göyçayın Kürdəmiş kəndindən olan Müdafiə Nazirliyinin Qazaxda yerləşən N saylı hərbi hissəsində xidmət edən, 1990-cı il təvəllüdlü, əsgər Allahverdiyev Seymur Mürvət oğlu müəmmalı şəkildə dünyasını dəyişib.

Avropa.info saytının yaydığı məlumatda əsgərin cəsədini gətirən hərbçilərin meyiti açmağa icazə vermədiyi qeyd olunmuşdu.
Müəmmalı əsgər ölümü - Valideynləri əsgərin özünə qəsd etməsinə inanmırlar
Hal-hazırda Göyçayda olan hüquq müdafiəçisi Oqtay İsgəndərli  açıqlamasında deyib ki, Hərbi Komissarlıqdan əsgərin valideynlərinə verilən ekspertiziya rəyində bir cümlə qeyd olunub: "Güllə beyin qapaq nahiyyəsinə dəyərək ölüb".

"Güllə mərhumun sağ qulağının yanından dəyib. Bizdə olan məlumata görə hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Valideynləri deyir ki, uşağın özünə qəsd etməsinə inanmırlar. Onlar təkrar ekspertizanın keçirilməsini istəyirlər. PKM markalı pulemyotla özünə qəsd etmək absurt məsələdir. Bu mümkünsüzsür",-deyə hüquq müdafiəçisi deyib.


PKM-lə özünü güllələmək mümkün deyil
musavat.com əməkdaşı Göyçayda olub, o, bir aydan sonra tərxis olunacaq əsgərin müəmmalı intiharı barəsində yeni məlumatlar əldə edub.

Əməkdaşımızın dediyinə görə, əsgərin valideynləri intihar versiyası ilə barışmırlar və hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.

Onların təzyiqi ilə əsgərin cəsədinə baxış keçirilib və məlum olub ki, mərhumun sağ gicgahında güllə yarası var və beyin qapağı yoxdur. Əvvəlcə valideynlərə onların oğlunun əsgər yoldaşı tərəfindən vurulduğu bildirilsə də sonradan PKM markalı pulemyotla özünü vurduğunu deyiblər.

Ancaq əsgərin silahlardan baş çıxaran qohum-əqrəbası adı çəkilən silahın lüləsinin iki metrə yaxın olduğunu bildirərək, onunla adamın öz başına atəş açmasının mümkünsüzlüyünü bilidiriblər.

Əməkdaşımız bildirir ki, bu hadisə mərhum əsgərin doğulduğu kənddə ciddi narazılıq yaradıb.

 Müdafiə Nazirliyi: Əsgər özü-özünü güllələyib
Azərbaycan Ordusu daha bir əsgərini itirib. Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı “N” saylı hərbi hissədə xidmət edən Göyçayın Kürdəmiş kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlu dünən postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib.

17 aydır hərbi xidmətdə olan Seymur Allahverdiyev bu ilin aprelində əsgəri xidmətini başa vuracaqdı. Əsgərin meyiti bu gün səhər saatlarında Göyçaya gətirilərək ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyi mətbuat xidmətindən verdiyi məlumata görə, hadisə ilə bağlı cinayət işi qaldırılıb. İntiharın səbəbi araşdırılır.

Şirin-şirin danışmaqla deyil, bunun adı oğurluqdur

Evin qapısından və ya pəncərəsindən girib, ələ gələn nə varsa, qarət edirlər. Heç düşünmədən deyirik ki, oğrular evi yarıb.
 
 Və ya basırıqda kimsə cibinizə girib, maaşdan qalan 5-10 manatınızı çıxarır. Bu da oğurluqdur. Oğurluğun müxtəlif növləri, variantları var. Bazarda önə yaxşı mal düzüb, ancaq siz alanda arxadan xarabı, çürüyü torbanıza dolduranlar da oğurluq edirlər. Parça alırsınız, satıcı arşını hərləyəndə hərəsindən 2-3 sm qırpır, bu da oğurluqdur. Tərəzidə sizi aldadırlar. Son dövrlərdə ən geniş yayılmış oğurluq növlərindən biri də budur. Bilmirsən işlətdikləri tərəzinin yayını boşaldırlar, yoxsa onu çəpinə tuturlar, hər nədirsə, bir üsulla sizə üç kilo alma əvəzinə, 2 kilo yarım alma çəkirlər. Bu da oğurluqdur.
Oğurluq təkcə birinin qapısını qırıb, evindəki əşyasını oğurlamaq, yaxud cibindən pul kisəsini çıxarmaqla məhdudlaşmır. Dükanlarda, bazarlarda, bütün alış-veriş yerlərində oğurluğun müxtəlif növlərinə rast gəlirik. Alma çəkəndə bizi aldadan satıcı cibimizdən yarım kilo almanın haqqını oğurlayır.
Oğurluq istər dinimizdə, istərsə də cəmiyyətimizdə ən çox qınanan əməllərdəndir. Qurani-Kərimdə ölçüdə və çəkidə insanları aldadanların dəhşətli cəzaya məruz qalacaqları bildirilməkdədir. Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd də (s.ə.s.) tacirləri bu mövzuda həssas olmağa çağırmış, ticarətdə insanları aldadanları dəhşətli əzab və cəzanın gözlədiyini söyləmişdir.
Son dövrlərdə, xüsusilə də bazarlarımızda bu problem ən çox rast gəlinən hallardan biridir. Aldadıldığını anlayan müştəri satıcı ilə deyişir, aldığını geri qaytarır. Satıcılar arasında razılaşdırılmış belə bir gizli qayda var ki, heç kim başqasının çəkdiyi malı tərəziyə qoyub yoxlamır. Oğurluq, yalançılıq insanı, sözün hər mənasında, fəlakətə, uçuruma aparır.

Ticarətin ilk şərti doğru danışmaqdır
Bir dəfə Peyğəmbərimiz (s.ə.s.) Mədinədə bazarda dolaşarkən bir nəfərin buğda satdığını görür. Əlini buğdanın içinə salır və altının yaş olduğunu görür. Peyğəmbərimiz bu vəziyyətdən tutulur və “bizi aldadan bizdən deyildir” buyurur. Üzdən quru görünən buğdanın altının yaş olması Peyğəmbərimizin heç də xoşuna gəlmir və o bu vəziyyəti satıcının yalançılığı kimi qiymətləndirir. Həqiqətən də, ticarət həyatında dürüstlük, satılan malın yaxşı və ya pis tərəflərini müştəriyə söyləmək çox mühüm məsələdir. Bəzən alıcı malı əməlli-başlı yoxlamadan alır, bir qədər sonra isə geri qaytarmaq istəyir. Nəticədə tərəflər arasında narazılıq meydana çıxır.
Yenə bu mövzuda Peyğəmbərimizin buyruqlarına müraciət edək. Bir dəfə o, bazarda yaxşı və pis malı qarışdıraraq satan satıcıya məsləhət görür ki, malı çeşidləsin, yaxşısını baha, pisini ucuz qiymətə satsın. Bu da mühüm məsələdir. Çünki bir qədər əvvəl dediyimiz kimi, adam malın yaxşısını önə yığır, torbaya doldurmaq məqamı gələndə xarabları işə salır.
Dürüstlük əxlaqın ən gözəl cəhətlərindən biridir. Cəmiyyətdə dürüst insanlar nə qədər çox olsa, o cəmiyyətin xeyir-bərəkəti də çox olar.
23 Şubat 2013 Cumartesi

Abdullah Gül Serj Sarkisyanı təbrik etdi




Türkiyə prezidenti Abdullah Gül Serj Sarkisyana təbrik ünvanlayıb. “Anadolu” agentliyinin verdiyi məlumata görə, Türkiyənin dövlət başçısı Serj Sarkisyanı yenidən Ermənistan prezident seçilməsi münasibətilə təbrik edib.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel